Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə14/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   10   11   12   13   14   15   16   17   ...   334

32 

 

qisimlərə ayrılırlar. Birinci qism təbibin nəzəriyyəyi-elmilərilə mütəxəssis olanlar, 



ikincisi tibbə aid əməli dərslər verilir. Təbiidir ki, bu iki qism arasında fərq olduğu 

kimi, bunların maaşları arasında da fərq olması lazımdır. Hər tərəfdən bu nəzəriyyə 

bu  surətlə  qəbul  edilmiş  və  aralarında  fərq  göstərilmişdir.  Doktor  Qara  bəyin 

nəzəriyyəsi  qəbul  edilə  bilməz.  Çünkü  o  mütəxəssislər  ki,  buraya  gəlmək  arzu 

edilər. Onların maaşları təhdid edilməməlidir. Əgər maaşları təhdid edilərsə, onlar 

buraya  gəlməzlər.  Əsasən  o  professorlar,  bilirlər  ki,  Bakı  zəngin  bir  şəhərdir. 

Xüsusi surətdə də çalışa biləcəklər və müqtədir olacaqlar. 

Qara bəy - Müsaidə ediniz. 

Sədr - Qara bəy, buyurunuz. 

Qara bəy Qarabəyli - Mənim təklifim sui-nəzərə oxşayır. Məsələ o nəzərlə 

düşünülür ki, guya buraya gələcək professorlar yalnız qazanc üçün gəlirlər. Öylə 

olmasa  əsasən  onlara  professor  dənilir,  alim  dənilməz.  Biz  deməyirik  ki,  onlar 

yalnız  darülfünunda  alçaqları  para  ilə  kifayət  edib  xüsusi  surətdə  çalışmasınlar. 

Ayrı  bir  praktika  görmüş  doktor  bununla  iktifa  etməz.  Fəqət  fakültədə  çalışmaq 

əməliyyatla  məşğul  olmaq,  yeni  ayrı  bir  praktika  yaradarkən  o  da  pək 

əhəmiyyətlidir.  Biz  bu  cəhətləri  düşünərək  müəyyən  bir  paranın  verilməsinin 

tərəfdarı  olduq.  Yoxsa  doktorların  praktikası  budur  ki,  siz nə  qədər  para  versəniz 

onu  qəbul  etməyəcəkdir.  Mütləqa  ayda  iyirmi,  otuz  min  manat  qazanmaq 

istəyəcəkdir.  Ümumiyyətlə  tibb  fakültələrində  doktorlara  müəyyən  miqdarda  pul 

verilir.  Doktor  həm  orada  xidmət  edir,  həm  də  xüsusi  vəzifələrlə  məşğul  olur. 

Yalnız  darülfünunda  praktikalar  yaparaq  o  məvacibini  alacaq,  doktor,  yaxud 

professorlara səkkiz min manatın verilməsi azdır. Daha çox vermək lazımdır. 

Sədr - Vanseviç. 

Vanseviç - Rusca. 

Sədr - Daha danışan yoxdur. Söz məruzəçinindir. 

Mehdi bəy - İzin veriniz  komisyon tərəfindən 8-ci maddəyə olan əlavəni 

oxuyum. (Oxuyur). 

Sədr  -  8-ci  maddəyə  daha  əlavə  olmadığından  səsə  qoyuram.  Danışmaq 

istəyirsiniz? Buyurunuz. 

Əhməd  Cövdət  -  Demək  ki,  təxsisat  heç  bir  etiraz  olmadı.  Yalnız  bu 

professorların  maaşı haqqında  Qara  bəy  cənablarının  bir neçə  sözü  oldu.  Ona  da 

Vanseviç  ilə  nazir  cənabları  cəvab  verdilər.  Burada  bir  professorlar  var,  bir  də 

həkimlər  var;  22  həkim  var,  27  də  assistent  həkimlər  var.  3  baş  həkim  olacaq, 

onların  hərəsi  ayda  üç  min  manat  alacaq.  O,  3  min  manat  böyük  pul  deyil.  Baş 

həkimlər  ayda  4  min  manat  alacaqlar.  Professorlar  isə  iki  dəfə  artıq,  yəni  ayda 

səkkiz  min  manat  alacaqlar  ki,  professor  üçün  bu  çox  deyil.  Maliyyə-büdcə 

komisyonunda buna etiraz edən olmadı. Çünkü professorlar alim və ixtisas sahibi 

olmalıdır. Bu professorlardan bəzilərinin xüsusi praktikalardan mədaxili olacaq. Bu 




33 

 

da ən ziyadə mənəvi cəhətə aiddir. Onun üçün 8 min manat çox deyildir. Ən ziyada 



sizin nəzəri-diqqətinizi  buraya  cəlb  edirəm  ki, professorların  çoxu  Bakıdan deyil, 

onları  xaricdən  dəvət  edəcəyik.  Əgər  onlara  dörd  min  manat  versəniz,  onların 

buraya gəlməsi çətindir. Buna görə həmin nöqteyi-nəzər ki, Qarabəyov tərəfindən 

verilmişdir,  doğru  deyildir.  Professorların  hangisi  praktika  ilə  məşğul  olacağını 

nəzərə  almamalıdır.  Xüsusən  Parlaman  üzvləri  üçün  də  böylə  bir  şey  qəbul 

etməliyik.  Ona  görə  bu  qərarı  bir  də  professorlar  haqqında  verməliyik  və  8-ci 

maddəni qəbul etməliyik. 

Sədr - Varid olan təklifi oxuyunuz. 

Əhməd Cövdət - Qara bəyin təklifini oxuyur: 

"Metsnin  doktorlarının  və  professorlarının  digər professorlardan maaşı  3 

kərə əskik olsun". 

Əhməd  bəy  Pepinov  -  Bir  təklif  veriləndə  gərək  müəyyən  surətdə 

göstərilsin.  Bu  cür  qeyri  müəyyən  olan  təkliflər  Parlaman  tərəfindən  qəbul 

olunmaz və qaldı ki, Parlaman tərəfindən də böylə təkliflər olursa, onlar da gərək 

məqsədlərini müəyyən etsinlər. 

Sədr - Təklif barəsində daha danışan yoxdur. Bəlkə Qara bəy özü danışır? 

Qara  bəy  -  Burada  qeyri-müəyyən  bir  təklif  yoxdur.  Smetada  deyilir  ki, 

praktika edənlər ilə etməyənlər bir məvacib alırlar. Biz deyirik ki, bunları bir səmtə 

qoymaq  olmaz.  Orada  öylə  professorlar  var  ki,  daima  iş  üstündə  olmalıdırlar. 

Praktika edən  professorlar  ilə həmişə darülfünunda  çalışan professorlara bir maaş 

vermək  olmaz.  Həmişə  çalışanlara  8  min  verdikdə  praktikantlara  4  min  manat 

verilməlidir. 

Sədr  -  Qara  bəyin  təklifini  kim  qəbul  edirsə,  əlini  qaldırsın?  Kim  buna 

bərəksdir, əlini qaldırsın. Səs vermiyənlər. Lehinə 9, əleyhinə 29, səs verməyənlər 

4. Burada qəbul olmur. İndi layihənin 8-ci maddəsini səsə qoyuram. Kim tərəfdar 

isə, Rica edirəm əlini qaldırsın. Kim bərəksdir? Kim səs verməyibdir? Lehinə 33, 

əleyhinə yoxdur. Səs verməyən 10. 8-ci maddə qəbul olur. 

Mehdi bəy - 9-cu maddəni oxuyur. 

Sədr - Qarayev. 

Qarayev - Özünüzə gözəl məlumdur ki, ədadi məktəb vaxtında hər kəs ki, 

rus dilini mükəmməl bilməyirdi, tələbə olmazdı. Bu da çar hökumətinin istibdadı. 

İndi,  yenə  də  bu  baş  tutmuşdur.  Ona  görə  də  tələbələr  rus  dili  bilmədiklərindən 

ədadinin  6-cı  sinifindən  çıxıb  müəllim  olurdular.  Məsələn,  mənimlə  oxuyan 

yoldaşlardan ancaq beşi məktəbi bitirmişdir. Bir də edadi məktəbi bitirənlər hamısı 

varlılar  idi.  Çünkü  qıraqda  müəllim  tutub  təhsil  edirdilər  və  lazım  olduqda 

müəllimlərə  rüşvət  verib  məktəbi  bitirirdilər.  Amma  fəqirlər  rus  dilini  öyrənə 

bilməyib  məktəbdən  çıxmağa  məcbur  olurdu.  Əgər  indi  biz  qəbul  etsək  ki, 

darülfünuna ancaq tələbələr daxil ola bilər, onda biz qeyrilərinin üzünə darulfünun 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə