Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə11/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   7   8   9   10   11   12   13   14   ...   334

24 

 

olaraq  qəbul  edə  bilər.  Fəqət  yeni  maddə  kimi  qanuna  qeyri  müəyyən  qoymaq 



mümkun  deyildir.  Qanuna  yazılan  maddələr  səhih  olmalıdır.  Qanunda  yazılan 

maddələr aydın yazılıb. O dərəcədə müqtədir müəllim olsun ki, oxuduqlarını türkcə 

deyə bilir. Bu bir arzu olaraq qəbul edilir. Fəqət bir maddə qanun olamaz, bu arzu 

maddə olmadığından parlaman arzu qəbul edir. 

Sədr - Daha danışan yoxdur. Söz Mehdi bəy Hacınskinindir. 

Mehdi  bəy  Hacınski  -  Mən  əlbəttə  əsasən  türkçü  olduğumdan,  türk  dili 

olsun  buna  razıyam.  Fəqət,  qətiyyən  açılmamış  bir  məsələni  qanuna  qoymaq 

olmaz. Mən bir arzu tərəfdarı olaram. Lakin qanuna salınmasına razı ola bilmərəm. 

Mən  bunun əleyhinəyəm,  açılmamış  təşrih  edilməmiş  bir məsələni  əlavə  etməyin 

nəticəsi pis olar. Mən arzu tərəfdarıyam. 

Sədr  -  "Əhrar"  fraksiyanın  təklifini  səsə  qoyuram.  Kim  tərəfdardır,  əlini 

qaldırsın. Səs verməyən? Məsələ keçir. İndi komisyanın təklifini səs qoyuram. Kim 

tərəfdardır, əlini qaldırsın. Kim əleyhinədir, əlini qaldırsın. Kim səs verməyib, əlini 

qaldırsan. Komisyonun təklifi keçir. (Katibə) 3-cü maddəni oxuyunuz. 

Katib - (3-cü maddəni oxuyur). 

Sədr  -  Söz  danışan  varsa,  buyura  bilər.  Yoxdur.  Ona  görə  bunu  səsə 

qoyuram. Hər kəs komisyonun təklifini qəbul edirsə, əlini qaldırsın. Kim bərəksdir, 

əlini qaldırsın. Kim səs verməyib, əlini qaldırsın. 32-11 əksəriyyət rəy ilə keçir. 

Katib - Dördüncü maddəni oxuyur. 

Sədr - Bərkdən oxuyunuz. 

Katib - Davamla. 

Səslər - Təkrar oxuyunuz. Anlaşılmadı. 

Katib - Təkrar oxuyur. 

Sədr - Rica edirəm danışılmasın. Söz Qara bəyindir. Buyurunuz. 

Qarabəyli  Qara  bəy  -  Bu  muxtariyyət  məsələsi  var,  izah  edilməlidir. 

Muxtariyyət  kimlərə  verilir.  Nasıl  verilir.  Başqa  tərəfdən  çağırılış  və  millətin 

etimadını  qazanmamış  məchul  adamlara  etimad  edilmədiyi  kimi,  onlara 

muxtariyyət  də  vermək  doğru  deyildir.  Bu  səbəbə  binaən  parlaman  və  yaxud 

maarif 

nəzarətinin 



etimadını 

haiz 


professorların 

ədədi 


qədər 

öz 


mütəxəssislərimizdən məzkur komitəyə əlavə edib, sonra muxtariyyət verilməsinə 

tərəfdarıq.  Və,  bunu  mən  firqəmiz  tərəfin  təklif  edirəm.  Məsələ  bu  surətdə 

müzakirə edilib, səsə qoyulsun. 

Sədr - Məmməd Əmin Rəsulzadə. 

Məmməd  Əmir  Rəsulzadə  -  Yaxşı  olardı  ki,  məruzəçi  bu  xüsusda 

müfəssəl  məlumat  verə  idi.  Sonra  biz  də  bəyani-məal  edərdik.  Biz  belə  edək. 

Əvvəla buradan muxtariyyətin mənası nədir? 



25 

 

Mehdi  bəy  Hacınski  -  72  maddədən  ibarət  darülfünun  nizamnaməsilə 



onların muxtariyyəti təhdid edilmişdir. Onlar əllərindəki 72 maddəlik nizamnamə 

daxilində hərəkət edəcəklər və xaricə çıxmayacaqlardır. 

Sədr - Vanseviç. 

Vanseviç - Rusca danışır. 

Sədr - Daha danışan yoxmu? 

Qara bəy - Mən istəyirəm. 

Sədr - Buyurunuz. 

Qara  bəy  Qarabəyli  -  Biz  bir  az  məsələni  yaxşı  başa  düşmədik.  Məsələ 

nədir.  Biz  kəndimiz  üçün  muxtar  olacağıq?  Yoxsa  yabancı  bilmədiyimiz 

adamlaramı muxtariyyət verilir. Biz yabancı professorlardan ibarət olacaq böylə bir 

muxtar  darülfünun  heyətinin  təşkili  əleyhindəyik.  Onlar,  əcaba  bizcə  mətlub 

darülfünun  təşkilatı  yapacaqlarmı?  Bizə  öylə  bir  heyət  lazımdır  ki,  orada  bizim 

etimadımızı qazanmış mütəxəssis və təbəəmizdən olan şəxslər də bulunsun və bu 

surətlə təşkil olunan müttəhid heyətə 72 maddə daxilində səlahiyyət və muxtariyyət 

verilsin. Bizim təklifimiz budur. 

Sədr - Bu xüsusda daha danışmaq istəyən yoxdurmu? Məmməd Əmin bəy 

buyurunuz. 

Məmməd Əmin Rəsulzadə - Ortada bir sui-təfhim var. Ona görə məsələlər 

əngələ uğrayır. Ya şimdiki şərait daxilində darülfünun təsis olmaz dəməli və israr 

etməli.  Və  yaxud  əldə mövcud  şəraitlə az-çox nöqsanilə məktəbi  açması.  Madam 

ki,  şimdiki  şərait  daxilində  ətrafdan professorlar  çələbilə  darülfünun açılır,  etiraz 

edilməyir,  o  halda  onların  muxtariyyətinə  də  etiraz  olmamalıdır.  Muxtar  olan 

darülfünunlarda  professorlar  intixab  və  təhdid  edilir.  Yoxsa  onların  muxtariyyəti 

siyasi bir muxtariyyət deyil, nizamnamə daxilində elmi muxtariyyətdir. Biz əgər bu 

elmi muxtariyyəti haiz heyətə elmlə əlaqəsi olmayanları da idxal edərsək bu doğru 

olmayacaqdır.  Hər  halda  şimdiki  zamanda  nöqsanlarilə  bərabər  darülfünunu  bu 

şəkildə  qəbul  edib,  ona muxtariyyət  verilməlidir.  Məsələnin  əleyhində  olanlar ən 

ziyadə  siyasi  cəhətdən  düşünürlər.  Əgər  muxtariyyət  verilməsilə  bir  təhlükə 

mövcud isə bu təhlükədən önünü maarif nəzarətinə veriləcək üfaq bir səlahiyyətlə 

kontrolludur. Əsasən hökumət əlinizdədir. Hakim sizsiniz, hər şeyi yapa bilərsiniz. 

Fəzlə təhlükə görəndə icabında təhsisatını kor və maliyyə nəzarətinə əmr edərsiniz. 

Sədr - Daha bu barədə söz danışan yoxdur. Sizin təklifiniz yoxdur? Onda 

ittihadın təklifini səsə qoyuram. Oxuyunuz. 

Katib - Təklifi oxuyur. 

Aşurov (yerindən) - Bu təklif deyil. 

Sədr  -  Bu  təshihdir,  səsə  qoyulur.  Kim  tərəfdardır,  əlini  qaldırsın.  Kim 

buna bərəksdir? 19, 19 - Səslər bərabərdir. 

Səslər - Kvorum varmı? Keçmir... 




26 

 

Sədr - Səs verməyənlər kimdir? 4. Deməli onda keçir. 



Səslər - Keçmir... Keçmir... 

Sədr - Dübarə səsə qoyuram. Kim Qara bəy Qarabəylinin təklifi ləhinədir? 

18.  Kim  buna  bərəksidir?  21,  Kim  səs  verməyib?  3.  Kəsirəti-əsvat  ilə  təshih 

keçməyir.  Komisyonun  maddəsini  səsə  qoyuram.  Hər  kəs  komisyonun  bu 

maddəsinə  tərəfdardırsa  əlini  qaldırsın?  Kim  buna  bərəksdir?  Kim  səs  verməyib? 

Tərəfdar  20, bərəks 19, səs verməyən 3. Komisyonun təklifi keçir. (Katibə). Dalını 

oxuyunuz. 

Mehdi bəy - 5-сi maddəni oxuyur. 

Sədr - Kim danışmaq istəyir? Ağa Aşurov. 

Aşurov - Bir şeyi bir adama vermək olar ki, sənin öz malın olsun. Bir şey 

ki,  sənin  deyil,  onu  başqasına  vermək  olmaz.  Şəhər,  birinci  gimnaziyanı  nə  cür 

böyük  xərclər  ilə  əmələ  gətirib  tikdirmişdir.  Habelə  kommerçeski  uçilişa.  Bir 

tərəfdən  biz  məarifə  xidmət  etmək  istəyirik,  digər  tərəfdən  zərər  verməliyik.  Bir 

haldaki  şəhərimizin  kommerçeski  uçilişə  və  gimnaziyaya  ehtiyacı  vardır,  onun 

binalarını o məktəblərdən almaq doğru deyildir. Darülfünuna bina lazımdırsa, onun 

üçün bina hazırlamalıdır. Bu binanı nə cür hazırlamalıdır və nə cür verməlidir. Mən 

təklif  edərdim;  bu  binalar  Əgər  darülfünuna  lazım  isə,  əvvəlcə  onlara  şəhərin 

razılığı ilə almaq, sonra vermək. 

Sədr - Təklifiniz nədir? 

Aşurov - Təklifim almaq, ancaq şəhəri razı salmaq.  

Sədr - Bu xüsusda kim danışmaq istəyir? Daha danışan yoxdur? 

Səslər - Məsələ açıq və aydın deyildir... 

Sədr - Bu barədə danışan yoxdurmı? Aşurovun təklifinə əhəmiyyət verib 

tərəfdar olan varsa... 

Səslər - Ayrı təklif var. 

Sədr - Əhməd bəy, buyurunuz. 

Əhməd Cövdət bəy - Doğrudan da Ağa Aşurov  buyurduğu haqdır. Əgər 

bu imarətlər hökumətin deyilsə onları başqasına verə bilməz. Ona görə təklif edirik 

bu maddə gündəlikdən çıxıb səfər müzakirə edilsin. 

Sədr - Qara bəy Qarabəyov. 

Qara  bəy  -  Böylə  görünür  ki,  imarətlər  şəhərindir.  İndi  bu  imarət 

darülfünuna veriləndə öylə görünür ki, kommerçeskiyə ehtiyac olmadığından onu 

bağlayıb açırız. Bu olmaz. Darülfünunun  əgər yeri yoxsa, bunu müvvəqətən verə 

bilərik. O şəhərindirsə böylə bir qanunu keçirməyə haqqımız yoxdur. 2-ci başqa bir 

adamın  imarətini  əlindən  almaq  olmaz.  Şimdilik,  müvəqqəti  olaraq,  başqa  bina 

tapanadək, bir illik, ya iki illik ondan istifadə edə bilərik. 

Rəşid  bəy  Kaplanov  -  Bu  məsələ  haqqında  [maarif]  nəzarət  ilə  idarələr 

arasında  bir  ixtilaf  əmələ  gəlmişdir.  Bu  məsələ  həll  olunmaq  üçün  hökumətə 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə