Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə9/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   5   6   7   8   9   10   11   12   ...   334

19 

 

daha  başqa  bir  surətdə  Avropaya  qarşı  göstərəcək  və  yaşamağa  layiq  bir  millət 



olduğumuzu da bu surətlə əda və isbat edəcəyik. 

Abdulla  bəyin  sözlərindən  aşlaşılır  ki,  biz  darülfünunu  yalnız  müəllim 

yetişdirmək  və  ziyalı  gənclər  meydana  gətirmək  fikrilə  açırız.  Mən  bu  fikirlərin 

təmamilə  əleyhinəyəm  və  bunu  rədd  edirəm.  Çünkü  məqsədi  əsli  bu  deyildir. 

Bunun üçün bir darülmüəllimin açılmaqla ehtiyacı bərtərəf edə bilər. Biz məsələni 

dövlətin mənafei nöqteyi-nəzərindən tədqiq və mülahizə etməliyik. Biz cəhanə elan 

edirik  ki,  hürr  yaşamağa  haqlı  müstəqil  bir  millətik,  bunu  yalnız  elanımız  kafi 

deyildir.  Təzahüratı-milliyyəmizi  daha  ziyadə  təhdid  etmək  və  onu  atiyə 

hazırlamaq lazımdır. Biz millətin ruhunu bu surətlə yüksəldərsək əmin olalım ki, 

istiqbalda  közədilmiş  məhfuz  olan  bütün  fənalıqların  önunu  almış  və  millətimizi 

sahil-səlamətə sövq ilə fəlakətdən və fənalıqdan qurtarmış oluruq. 

Bulunduğumuz  əsrdə  yaşaya  bilmək  vəsaiti-maddiyyədən ziyadə  vəsaiti-

mənəviyyə olan elmə müvəffəqdir. Əsasən gözlərimiz önündə cərəyan edən əhval 

və vüquatı həqiqi göstərir. Bəziləri də Avropada elm var deyirlər də gözləri önündə 

olan  elmi  görmürlər.  Avropadaki  fabrika  və  zavodları  görməyirlər,  elmin  sırf 

onlara  məxsus  olduğuna  qənaət  gətirməyirlər.  Halbuki,  onların  libasları  içində 

müstəhziyanə  söz  deməyimiz  alimlərimiz  qədər  səviyyədə  deyildirlər.  Onlarda 

ruhi-qövhər, bizdə isə buna müqabiq qalın bir pərdə vardır. İştə o pərdəni yırtacaq 

və  ruhu  yüksəldəcək  bir  elm  ocağı  lazımdır ki,  o  da  darülfünundan  başqa  bir  şey 

deyildir. Əvət bu ocağın meydana gəlməsi üçün bunun milli olması icab edir. Təbii 

milli dediyimiz zamanda milli bir elm xatirə gəlməsin. Çünkü bir elm olamaz. Elm 

nə türklərə, nə fransızlara aiddir. 

Hal-hazırda  bu  elm    ocağı    meydana  gətirilməlidir,  ya  yox.  Bəziləri 

buyurdular  ki,  əgər  biz  bilsə  idik  ki,  Azərbaycan  daxilində  böylə  bir  darülfünun 

açılacaq,  biz  daha  əvvəl  hazırlaşardıq.  Bu  fikir  də  doğru  deyildir.  Çünkü  hal-

hazırda  vəziyyəti  manədir.  Əsasən  şu  zamanda  bütün  türklük  mühitindəki 

professorları toplasaq, yenə bir darülfünun yapılmayacaq və ya  belə-belə hanki o 

səviyəyə  vail  olmuş  müqtədir  tələbə  əfəndilərimiz  oradakı  tədricatı  təqib  edə 

biləcək.  O  halda  bizim  üçün  iki  şey  var  ki,  birisi  ali  təhsil  görmək  istəyən 

gənclərimizi  məmaliki-əcnəbiyə  göndərmək,  ikincisi  Azərbaycan  daxilində  bir 

darülfünun  açmaq.  Biz,  əcəba  iki  şeydən  hankisini  qəbul  etməliyik.  Məmaliki-

ənnəbiyə  göndərilməyə  tərəfdari  olanların  tərcih  etdiyi  nöqtə  budur  ki,  məqsəd 

daha  az,  daha  ucuz  bir  para  ilə  meydana  gəlir  deyirlər.  Bu  cəhətlərdən  paraya 

baxmaq bir cinayət bir cürmdur. 

Və yenə tədqiq edəlim. Əcəba doğrudan da məsarif azmı olacaq. Yaxında 

Avropaya  bərayi-təhsilə  göndərilən  yüz  əfəndinin  bir  sənəlik  xərcini  nə  qədər 

böyük  bir  yekun  tutduğunu  görəcəksiniz.  Halbuki,  Azərbaycan  daxilində 

darülfünuna  üç  yüz  tələbə  vardır.  Əgər  bunları  da  göndərmək  icab  edərsə, 




20 

 

yapılacaq  məsrəf  burada  açılacaq  olan  darülfünunun  məsrəfindən  qat-qat  artıq 



olacaqdır. Digər bir mülahizə bundan ibarətdir ki, Avropaya gedərik, Paris, Berlin 

və  qeyri  yerlərdə  mədəniyyətə  aid  öylə  şeylər  bularıq  ki,  onu  qətiyyən  Bakıda 

görəməyiz. Fəqət biz öylə mülahizatla iştiğal etmiş olarsaq təbii o zaman Bakıda 

darülfünun açamayız. Və bir də qaldı ki, tələbələrimiz Avropaya getmək ilə onlar 

kəndi  milliyyət  və  qəvmiyyətlərini  qeyb  etməyəcəklərdir.  Lakin  bir  qədər 

əksiləcək,  onun  üçün  Avropaya  tələbələrimizin  ezamı  tərəfdarı  deyilik.  Açmaq 

istədiyimiz darülfünunumuz olur isə bütün istədiyimiz və diləyimiz hasil olur. Bu 

darülfünun,  rus  və  qeyri  lisanda  olsun,  əgər  layiqli  professorlar  təhti-idarəsində 

olsa  bizim  dövlətimizə  xidmət  edəcək,  başqa  heç  şeyə  xidmət  etməyəcək.  3-4 

milyonluq  millət  içərisində  təsis  edən  darülfünun  bizim  aruzu  etdiyimiz  ülum  və 

şəbati-fənniyyəni  təsis  etmək  ilə  xarici  millətlərin  nüfuzu  altına  keçə  biləcəyi 

müəyyəndir.  Böylə  darülfünunu  açdıqdan  sonra  get-gedə  bizim  tələbələrimiz 

çoxalacaq  və  5-6  sənə təhsil  dəvamından  sonra  bizim  də  icab  edilən alimlərimiz 

mükəmməl  surətdə  oradan  çıxacaqdır  və  bəlkə  professorlarımız  da  kəndimizdən 

olacaqdır. Fəqət bir paraları sizi bu müqəddəs fikirdən daşındırmaq istəyirlər, hər 

nə  olursa-olsun  bütün  var  qüvvəmiz  ilə  cəmi  müşkulatı  dəf  edərək  darülfünun 

açmalıyıq. Bir çoxları deyirlər ki, darülfünun dəvət olunan müəllimlər müxtəlif və 

mötədil cərəyanlara mənsubdurlar, onlar könüllü dəstələrinə yardım edərək bizim 

istiqlalımızı  əlimizdən  almağa  mövcib  olacaqlar.  Ola  bilər.  Fəqət  bir  elmin 

mövzusu  olamaz,  heç  bir  şəxs  darülfünün  kürsüsünü  ehtirasi-siyasiyyəsi  üçün 

ləkədar etməz. Hərgah bir zərər və xəyanət görünmüş olarsa da hökumət tərəfindən 

təqib ediləcəkdir. Onun üçün hökumətə müğayir olan və bizə əski Rusiyaya tərğib 

edənlər,  məqsədlərinə  təbii  nail  olmayacaqlar,  çünkü  5-6  müəllim  gəlib  bizim 

mühitimizdə  bizə  icrayi  nüfuz  edəmiyəcəklərdir.  Sonra  deyirlər  ki,  xristian 

tələbələri  əksəriyyət  ilə  bizim  tələbələrin  əqəliyyətinə  qalib  gələcəklər.  Mən  də 

deyirəm ki, 2-3 sənədən sonra bizim tələbələrimiz əksəriyyət kəsb edəcəklər. Mən 

zənn  edirəm  ki,  biz  türklərə  bu  kimi  mülahizat  ilə  hissiyyata  tabe  olmaq  doğru 

deyildir.  Böyük  bir  qövm  isək  əlinənabanə  kəndimizə  istədiyimiz  və  kəndimiz 

malik olduğumuz hüququ başqalarına da bəxş etməli. Əfəndilər! Mənim ən ziyadə 

qədr  qoyduğum  və  əndişə  etdiyim  cəhətlər  deyildir.  Bir  darülfünun  açmaq  arzu 

edildiyi zaman şərait vardır. Əvvəl əmrdə bir məktəb aliyədə tədRicat aliyə üçün 

miqdar  kafi  də,  müəllim  ünvanına  layiq  müqtədir  alimlərin  vəsaitin  vicudi  əsl 

məsələ  budur  ki,  bunları  bulacaqmıyız.  Əvvəlcə,  deyim  ki,  vaxt  qeyb  edirik. 

Bilirsiniz  ki,  darülfünun  açıqlamasının  şəraiti-ümumiyyəsi  məsələni  böyük 

məümanətlərə düçar edir. Fəqət bu təşkilatı hər bir təşəbbüsdən yalnız darülfünun 

deyil,  bütün  fəaliyyətlərdən  istinkaf  etməmiz  lazım  gəlir.  Bütün  sədləri  rəf 

edəcəyik. Əvvəl əmrdə təbabət fakültəsinə gəlincə burada miqdarı kafi müəllimləri 

var. Zəngin, havası gözəl bir şəhərdir. Ona görə də fakültə üçün müvafiqət edir. Bir 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə