Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə10/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   6   7   8   9   10   11   12   13   ...   334

21 

 

çox professorların gələcəyi  şübhəsizdir.  Məlumatımıza  görə Yekatrinodardan bir 



çox  müəllimlər  gələcəkdir.  Əl-lisanə  gəlincə  burada  Məmməd  Əmin  əfəndinin 

buyurduğu kimi şərqin üçün böyük və geniş meydan olduğundan buraya gəlmələri 

təbiidir.  Şərq  şöbəmizin  müəllimlər  cəhətindən  ehtiyacı  qalmayacağına  əminəm. 

Ən müşkülü vəsaiti madiyyədir. Bina harada olacaq yəqin, qanun layihəsi təsdiq və 

təxsisat  verilən  kimi  işə  başlayacağıq.  Kanun  əvvəl  deyil  kanun  sanidə 

başlayacağıq.  Darülfünun  açılması  qəbul  edilən  kimi  bir  kaç  zat  Avropaya 

göndərib  bir-iki  ay  zərfində  vəsait  eləmiyyəni  alıb,  cəlb  edə  biləcəyimizə  qəti 

surətdə  əminik.  Önümüzdə  mümaniətin  böyüklüyünə  etirafla  hər  halda  bunların 

izalə edilməsi üçün çalışacaqdır. Madam ki, darülfünun açılması qabildir, madam 

ki,  bunun  əhəmiyyəti-siyasiyyə  və  milliyyəsini  təsdiq  edərik  o  zaman  tərəddüdə 

lüzum  yox.  Xatiməyi-kəlam  olaraq  əlavə  etmək  istəyirəm  ki,  təbiidir  biz  bunu 

təşəbbüsü  milli  tələqqi  edərik.  Və  qətiyyən  firqə  mülahizatını  buna 

qarışdırmamalıdır. Elm məbədinə dərəcəyi hörmətlə, camələrə, məscidlərə girərkən 

ayaqqabılarımızı  çıxaran  kimi  bu  elm  məbədinə  də  girərkən mülahizati-şəxsiyyə, 

siyasiyyə  və  firqə  nizailərini  unudaraq  girməlidir.  Əminəm  ki,  bu  darulfünuna 

istiqbali-milliyyəmizi təmin edici bir məbəd, elm nəzərilə baxacağıq. 

Sədr - Fətəli xan, istəmirsiniz danışmağa, onda söz Mixaylovundur. 

Mixaylov - Rusca. 

Sədr  -  Natiqlər  yoxdur.  Layihənin  ikinci  qiraətinə  keçiləcək.  Son  söz 

məruzəçinindir. 

Mehdi  bəy  Hacınski  -  Mən  çox  danışmayacağam.  Danışmağa  da  bir  şey 

yoxdur.  Nə  də  danışa  bilirəm.  Burada hər  bir  şeyi  dedilər. Yadıma  bir  şey  düşür. 

Gənə  köhnə  əhvalat.  Bizim  bu  halımız,  o  hala  oxşayır.  Bir  vaxt  qışqırıb  dedilər, 

aydad  üsuli-cədid  məktəbi  açılmasınki  kafir  olarsınız.  İndi  də  deyirlər  ki, 

darülfünun  açılmasın  uruslaşarsınız.  Siz  mötərizlər  millətimizi  Moskvada  çar 

zamanı saxlaya bilirkən Azərbaycandamı saxlamayacaqsınız. Hərgah siz Qara bəy 

deyən kimi qanunu təxirə salsanız, bütün bütünə rədd etmək deməkdir. Komisyon 

tərəfindən  özüm  də  deyirəm  ki,  layihənin  ikinci  qəraətinə  keçməsək  vəla  layihə 

rədd olur.  

Sədr  -  Burada  danışılanda  təxirə  salınması  təklif  olundu  ki,  üstünə  bir 

qədər  məlumat  artırılsın.  Təcili,  öylə  qeyri  təcilinin  təvafütü  var,  o  da  budur  ki, 

təcili olanda fikirlər məhdud olur, ətraflı baxmaq olmayır. Qeyri təcili olanda əxbar 

məlumat artıq olur. Müzakirə olunacaq. İkinci qəraətə keçin. Qəraətə keçmədən 10 

dəqiqə tənəffüs elan edək. 

Səslər - Gecdir, vaxt keçib, məclisi qapayın. 

Sədr  -  Müsaidə  eyləyiniz.  İkinci qiraəti indi  yox,  səsə  qoyuram.  Hər  kəs 

ikinci  qiraətə  tərəfdardır,  əlin  qaldırsın.  Səsə  qoyuram.  (Əllər  qalxır).  Əksəriyyət 

ilə keçir. Başlanır. 




22 

 

Mustafa Məmmədov (yerindən) - Müsaidə veriniz. 



Sədr - Buyurunuz. Söz Mustafa Məmmədovundur. 

Mustafa  Məmmədov  ("Müsavat")  -  Əfəndilər!  Məsələni  sədr  cənabları 

çox  düz  qoydu.  Məsələ,  əsasən  müzakirə  olundu.  Bu  müzakirədən  sonra  gərək 

məclisin  də  bir  qərarı  ola  idi.  Rəylər  aşkar  olandan  sonra  darülfünun  layihəsinin 

ikinci qiraətinə keçir ya yox. Bunu da qərar qoyduq. Deməli, bu gün darülfünunun 

2-ci  qiraətinə  keçməsini  qəbul  etmək  ilə  Azərbaycan  da,  parlaman  da  tarixi  bir 

günü  vaqe  oldu.  Lakin  layihənin  maddə-maddə  müzakirəsini  təklif  edirəm  gələn 

məclisə qoyaq. Çünkü, bəlkə bəzi əlavələr və təshihlər ola bildi. 

Sədr - Təklif olunur ki, layihənin maddə-maddə müzakirəsi gələn şuraya 

qalsın. Çünkü məlumat hasil olsun. Bunu səsə qoyuram. Kim bunun tərəfdarı isə 

əlini qaldırsın. Əksəriyyət əsvat ilə qəbul olunur. 15 dəqiqə tənəffüs elan edirəm. 

 

Tənəffüsdən sonra 

 

Sədr - Məclisi açıram. Sosialistlər tərəfindən hal-hazıriyyə dair hökumətə 



bir sual verilmişdi. Vaxt gec olduğuna görə gələn şuraya qalır. Bundan başqa beş 

nəfər  məbusların  imzasilə  bir  təklif  varid  olmuşdur  ki,  iclas  qapansın.  Ona  görə 

səsə qoyuram. Hər kəs tərəfdardır, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət rəylə 

qəbul olunur. Məclis qapanır. 

İclas qapanır saat 3 tamamda.  Arxiv, siy.895, siy. I, iş 133, vər. 1-31. 

   


№68 

Altmış səkkizinci iclas 

25  avqust   1919-cu  il 

 

İclas saat 11.35 dəqiqədə açılır. 



Sədr - Sultan Məcid Qənizadə. Katib - Əhməd Cövdət Pepinov. 

Sədr  -  Məclisi-Məbusan  açılır.  Mehdi  bəy  yomiyyeyi-müzakirəti 

oxuyunuz. 

Mehdi bəy (katib) - Müzakirati-yomiyyə. 

1)  Azərbaycan  darülfünunun  təşkili  haqqında  2-ci  qiraət,  məruzəçi-

Hacınski;  2)  Azərbaycan  hökumət  bankı  təsisi  haqqında,  2-ci  qiraət.  Məruzəçi  – 

Ağabəyov; 3) Yüz nəfər tələbələrin xaricdə inamli-təhsil etmək üçün göndərilməsi 

haqqında  qanun  layihəsi;  4)  Türkcə  kitablar  alınmaq  üçün  bir  milyon  manat 

buraxılması  haqqında;  5)  spirt  məhsulatından  alınan  aksiz  vergisi  miqdarının 

təğyiri və təbdili haqqında. Məruzəçi - Ağabəyov; 6) Tövcü vergisinin artırılması 

ilə bərabər torpaq gəlir və məxaris smetasının və torpaq vergisi miqdarının təmdidi 

haqqında.  Məruzəçi  -  Ağabəyov;  7)  Ümumi  əyləncəxana  və  tamaşa  yerlərindən 




23 

 

alınan  müvəqqəti  vergi  naloq  hökümət  mübaliğ  müstəhfizəsinə  idxalı  haqqında. 



Ağabəyov;  8)  Həmin  sənə  üçün  İrəvan  ümuri-xeyriyyə  naziri  vəkilinin maaşı  və 

onun  idarəsi  məsarifatı  üçün  məzkur  nazirə  177.000  manat  kredit  açılması 

haqqında. Məruzəçi - Ağamalov; 9) Şəhadətnaməsiz olan içki ticarətindən alınan 

cərimələrin  qüvvələnməyi  haqqında.  Məruzəçi  -  Hacınski;  10)  Azərbaycan 

cümhuriyyəti  ümuri-xeyriyyə  nəzarətinin  ştat  siyahısı  və  maaşlarının  artırılması 

haqqında. Vəkilov Mustafa; 11) Bakı xəzinə palatası müdir müavinliyi vəzifəsinin 

ləğvi haqqında. Muxtar Əfəndizadə; 12) Sosialist fraksiyasının hökumətə sualı; 13) 

Tamğar  rüsumatı  qanunnaməsinin  bəzi  maddələrinin  təbdili  və  rüsum 

miqdarlarının  təzyidi  haqqında.  Hacınski;  14)  Nəşr  elan  haqqında;  15)  Fabrika 

inspeksiyasına dair qəvaidin təbdili haqqında; 16) Maliyyə naziri şurası haqqında; 

17) Daxil olmuş kağızlar. 

Sədr  - Tazə  daxil  olan kağızlardan ancaq  Qarabağ  valisi  Sultanovdan  bu 

məzmunda  teleqram  gəlmişdir:  Qarabağ  məsələsi  sülh  ilə  həll  olundu.  Sabah 

təntənəli surətdə bir beynəmiləl nümayiş olacaqdır. Müfəssəl xəbər ayın 24-də. 

Katib  Mehdi  bəy  -  Darülfünun  qanun  layihəsinin  birinci  maddəsini 

oxuyur. 


Sədr - Əvvəlinci maddə barəsində danışan yoxsa, səsə qoyuram. Hər kəs 

buna etiraz etmir isə iltimas edirəm əlini qaldırsın. Bər əks olan kimdir. 35 səs ilə 

keçir. 

Katib - 2-ci maddəni oxuyur. 



Kiçikxanov  -  2-ci  maddənin  2-ci  qeydini  biz  bu  cür  təklif  edirik.  "Türk 

dili  hamı  şöbələrdə  məcburi  olmaqla  bərabər  ümum  şöbələrdə  öylə  bir  surətdə 

tədris edilməlidir ki, hər barədə ədadi məktəbin türk proqramına müvafiq gəlsin". 

Sədr - Daha alahı danışan yoxdur ki? Söz Abdulla bəy Əfəndizadənindir. 

Abdulla  bəy  ("Əhrar")  –  Məni  bir  az  bağışlayınız,  dişim  ağrayır,  səsim 

tutulub.  Murad  bu  deyil.  Təklif  aydındır.  Bizim  firqə,  bizim  fraksiya  proqram 

göstərir. O ölçüdə, o dərəcədə olsun ki, türk dilinə, Türkcə elmə və fənnə o dərəcə 

dara  olsun  ki,  darülfünunu  bitirmiş  kişilər  edadilərdə  tədris  etdikləri  zaman  öz 

dilində ixtisası olduöu şeylərə asan vəchlə hər kəs keçə bilsin. Mətləb budur. Türk 

dili məcburi olmaqla o dərəcə oxunsun ki, fənn istilahlarını ixtisas olduğu dərsdən 

tədris edə bilsin. Bu bir proqramdır. Başqa bir təklif deyildir. 

Sədr (rusca) - Kim bunun barəsində, təklif barəsində danışmaq istər. Buna 

etiraz yoxdur. 

Məmməd Əmin  (yerindən) - Musaidə veriniz. 

Sədr - Buyurunuz. 

Məmməd Əmin – Təbii bilirsiniz, bu "Əhrar" fraksiyası tərəfindən edilən 

arzu mətlub bir arzudur. Bütün fakültələrdə türkcə alınması qeyd olunduğu zaman 

bu  arzu zənn  edirəm  eyni  məqsuddır.  Bu  əlavə  edilmiş  arzunu  parlaman  bir  arzu 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə