Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə13/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   9   10   11   12   13   14   15   16   ...   334

29 

 

Məarif  naziri  Rəşid  bəy  Kaplanov  -  Mən  Əhməd  bəyin  fikrinə  etiraz 



etmirəm.  Bittəb  darülfünunun  açılması  üçün  bu  münaqişələr  dəvam  edəcəkdir. 

hökumət də nəticədə məhkəməyə - təməyyüz sifətilə qalır. Madam ki, darülfünun 

və  binasının  intixabı  da  hökumətin  ixtiyarında  olacaqdır,  hökumət-vəzifəyi  ifa 

edəcəkdir. Müsaid bina intixab edib məslisə bir həcz qanunu təklif edəcəkdir. 

Sədr - Ağa Aşurov. 

Səslər - Yoxdur. 

Qara bəy - Səsə qoyunuz. 

Sədr - Təklif bir oldu. Hacət yoxdur. Sizin təklifiniz varsa, buyurunuz. 

Qara bəy - Xeyir, yoxdur. 

Mehdi  bəy  Hacınski  -  Burada  bir  şey  daha  var.  Darülfünun  üçün  intixab 

edilən  ticarət  məktəbi  şəhərindir.  Sovet  Syezdindir.  Bu  qanunu  düzəldənə  sovet 

syezdində  vəkilləri  vardı.  Onlar  etiraz  etmədi.  Qəbul  etdi.  Onun  üçün  maddəni 

burada uzatmaq vaxt itirmək deməkdir. Qəbulu yaxşıdır. 

Sədr  –  Maddənin  bütün-bütün  götürülməsi  təklif  edilir.  Səsə  qoyuram. 

Kim maddənin bütün-bütün götürülməsi tərəfdarıdır? Əl qaldırsın. Kim  əleyhinə? 

Kim səs verməyir. (Kyüsterə) Neçə adam var, iştirak etmir? (Məslisə). Dübarə səsə 

qoyacağam. Rica edirəm, iştirak edəsiniz. 

Kyüster - 42 adamdan, ancaq 37 səs də iştirak edir. 

Sədr - Kim maddənin götürülməsi tərəfdarıdır. 

Səslər - Ayağa dur, deyiniz. 

Sədr - Rica edirəm, o halda kim tərəfdardır, ayağa qalxsın. Kim əleyhinə? 

Kim  səs  verməyir?  Lehinə  39,  əleyhinə  3,  səs  verməyən  1.  Əksəriyyət  rəy  ilə 

beşinci maddə büsbütün götürülür. 

Sədr - 6-cı maddəni oxuyunuz. 

Mehdi bəy - Oxuyur. 

Sədr - Bu barədə danışan kimdir? 

Səslər - Bir də... Başa düşmədik. 

Sədr  -  Bir  nəfərin  xahişi  lazımdır.  Birdəmi?  Onda  qulaq  asınız  ki, 

eşidəsiniz. Mehdi bəy, bir də oxuyunuz. 

Mehdi bəy - 6-cı maddəni bir də oxuyur. 

Sədr  -  Danışan  varsa  bu  barədə...  Yoxsa  maddəni  səsə  qoyuram.  Kim 

bunun keçməsinə tərəfdardır, əlini qaldırsın. Əksəriyyət ilə keçir. 

Mehdi bəy - 7-ci maddəni oxuyur. 

Sədr - Bu barədə danışmaq istəyən varmı? 

Qarabəyov - Rica edirəm, bundan sonra kağız ilə bildirəsiniz. 

Qarabəyli  Qara  bəy  ("İttihad")  -  Adətən  qayda  böylədir  ki,  əvvəlcə  bir 

smeta verilər, gərək bizdən istənilən bu beş milyon nə üçündür. Smeta olmayınca 

bilinmir  ki,  bu  pul  nə  üçün  verilir.  Bunun  üçün  heç  vaxt  qeyri  müəyyən  surətdə 




30 

 

böylə təxsisatı biz qəbul edə bilmərik. Buna görə smeta verilməyincəyədək böylə 



təsisata etiraz edərik. 

Sədr  -  Daha  danışan  kim  var?  Doktor,  təklifinizi  yazınız.  Maarif  naziri 

Rəşid xan Kaplanov. 

Kaplanov  (maarif  naziri)  -  Qara  bəy  əfəndi  pək  doğru  buyurdular  ki, 

smeta  lazımdır.  Əhvali-adidə  bu  doğrudur.  Fəqət  keçirməkdə  olduğumuz  əhvalı 

fövqəladə  də  bu  pəkdə  doğru  deyildir.  Çünkü  hal-hazırda  Bakıda  inşa  ediləcək 

darülfünün binası üçün söyləmək mümgündür. Fəqət bununla bərabər bir buçuq ay 

əqdəm  olan  fiyətlər  ilə  indi  bu  binanızı  inşa  edəməzsiniz.  Binaən-ileh  fiyət 

dəyişdiyindən  smeta  da  təbdil  edir.  Bu  darülfünun  əşyasının  qismi-əzəmi  xaricdə 

alacağız  orada  nə  fiyətlər  olduğunu  şimdidən  söyləmək  imkan  xaricindəndir. 

Onları  müəyyən  edib,  burada  söyləmək  qətiyyət  əlimizdə  deyildir.  Əvvəlcə  3 

buçuq milyon söyləmişdik. Fəqət sonradan bunun kifayətsiz olduğu hiss edilərək 5 

milyona  qədər  artırıldı.  Smeta  tələb  etməyə  haqqınız  var.  Fəqət  burada  mümgün 

deyildir. Binaən, bu maddəni təmamilə qəbulu arzu edilir. 

Sədr - Daha kim danışmaq istəyir? Buyurunuz. 

Məmməd  Rza  Vəkilov  ("Müsavat")  -  Nazir  cənabları  buyurdular  ki, 

mümgün  deyil  smeta  vermək.  Doğrudur  mümgün  deyil,  qiymətləri  təyin  etmək 

çətindir. Fəqət lazımdır, göstərilsin ki, hansı şeylər alınacaq, burada yoxdur. Mən 

elə  bilirəm  ki,  5  milyon  deyil,  on  beş  milyon  istənilsə,  onu  da  vermək  olar.  Heç 

olmazsa təxminən göstərilsin nə alınacaqdır. 

Sədr - Əliheydər Qarayev. 

Qarayev  ("Hümmət")  -  Əfəndilər!  Darülfünun  məsələsində  hamı 

məbusların  gözləri  açılıb.  Ümuri-xeyriyyə  naziri  burada  pul  istəyəndə  çoxunun 

yuxusu  gəlirdi.  Amma  indi,  nədənsə  hər  kəs  darülfünun  qarşısına  səd  çəkmək 

istəyir. Onu bir qədər uzağa atmaq üçün cürbəcür təkliflər edirlər. 

Səslər - Yalandır... Yalandır. 

Qarayev  -  Bəli,  öylədir,  yalan  demirəm,  doğru  danışıram.  Əgər  siz 

layihəni  qəbul  etməyib  smeta  tələb  etsəniz.  O  zaman  parlaman  iki  aya  ancaq  o 

smetaya  baxa  biləcəkdir.  Onda  darülfünun  heç  3  aya  da  açılmaz.  Professorlar 

pulsuz darülfünun aça bilməz, gərək pul olsun ki, açsınlar. Ona görə siz bunu qəbul 

edin. Ancaq hökumətdən onun nə yerə sərf olunmasını sonra tələb edək. 

Sədr - Ağa Aşurov. 

Aşurov  -  Burada  bu  əvvəlinci  dəfədir  ki,  parlaman  böylə  avtonomnı 

uçrejdeniyaya pul buraxır. Ona görə üzvlər həqlidir desinlər ki, bu pul nəyə xərc 

edilir. Nəzarətlərə pul buraxanda bilirik ki, cəvabdeh nazirimiz var və bəlkə onlar 

kontrol altındadırlar. Biz etiraz etməyirik ki, beş milyon niyə buraxılır, bəlkə lazım 

gələcək 15 milyon buraxılsın, fəqət məlumat verilsə gözəl olar. 



31 

 

Əhməd bəy - Mən etiraf etməliyəm ki, maliyyə  və büdcə komisyonunda 



on  milyon  smetasına  baxdıqda  fəqət  beş  milyonun  xərclənməyinə  baxılıb,  çünkü 

bu qanun içərisindədir, mən də onun tərəfdarıyam ki, bu barədə məlumat verilsin, 

bu  beş  milyonun  sərfi  haqqında  bu  qanunu  tərtib  edib  pişnihad  edən  professor 

Razumovski burdadır, məlumat versəydi gözəl olardı. 

Sədr – Rəşid bəy. 

Rəşid bəy - Əzayi möhtərəmdən birisi buyurdu ki, bu müəssisə muxtardır, 

lakin  məsarifatda  muxtar  deyil.  Əlbəttə,  bu  məsarif  barəsində  nəzarət  məlumat 

verir,  lakin  bir  şeyin  qiyməti  10  manat  -  12  manat  arasında  olsa,  təfavütünü 

göstərmək  mümgündür.  Bir  halda  qiymətlərin  təfavütü  10  manat  ilə  min  manat 

arasında  ola,  onun  smetasını  düzəltmək  gücdür.  Hərgah arzu  edilər isə  professor 

Razumovski  izahat  verər,  lakin  bu  da  o  qədər  faidə  bəxş  olmayacaqdır.  Lakin 

iclasda lazım olar isə məlumat verə bilərik. 

Sədr - Professor Razumovski. 

Razumovski - Rusca. 

Sədr - Daha bu barədə danışan yox isə, söz məruzəçinindir. 

Mehdi  bəy  –  Mən  beş  milyona  tərəfdaram.  Məəttəəssüf  ki,  maliyyə  və 

büdcə komisyonu bu barədə müzakiratda bulunmayıb, hərgah mən bir üzv olmuş 

olsa idim, başqa dürlü danışardım. Fəqət burada qanundan danışıram. 

Sədr  -  7-ci  maddəyə  kim  tərəfdar  isə  əlini  qaldırsın.  Kim  bunun  bər 

əksinədir,  kim  səs  verməyibdir.  Tərəfdar  36,  bər  əks  6,  səs  verməyən  yoxdur. 

Əksəriyyət rəy ilə qəbul olunur. 8-ci maddəni oxuyunuz. 

Mehdi bəy - 8-ci maddəni oxuyur. 

Sədr - Burada bir təklif var ki, tənəffüs olsun. 

Səslər - Olsun, olsun. 

Sədr - Təklif qəbul edilir. 5 dəqiqəlik tənəffüs elan olunur. 

Sədr - Qarayev, buyurunuz. 

Qarayev ("sosialist") - Mən nizamnamənin maddeyi-məxsusu mövcibincə 

professorlara  veriləcək  pulun  təhdid  edilməsi  tərəfdarıyam.  Biz  darülfünunda 

bulunacaq doktorların zəhmətinə müqabil pul verməliyik. Öylə professorlar vardır 

ki, mühüm bir əməliyyatı-cərrahiyyə  yapar, bu zəhmətinə müqabil on min manat 

pul  alır,  çünkü  o  zəhmət  çəkmişdir.  Biz  də  gərək  pulu  təhdid  etməyib,  zəhmətə 

müqabil verməliyik. 

Sədr - Buyurunuz, Arşaq Malxazyan. 

Arşaq Malxazyan - Rusca danışır. 

Sədr - Başqa danışmaq istəyən yoxmudur. Söz maarif nazirinindir. 

Maarif  naziri  -  hər  bir  darülfünunda  ümumiyyətlə  professorlar  müxtəlif 

pedaqojiyalara  ayrılırlar.  Bəzi  professorlar  asari-elmiyyə  nəşr  edir.  Bəziləri  isə 

bunu biləməl edir. Tibb fakültəsi professorları ilə yakdigərindən ayrı və pək başqa 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə