Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə16/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   12   13   14   15   16   17   18   19   ...   334

36 

 

dolayı ikmal edəmiyənlərin də götürülməsi tərəfdarıyam. Rica edirəm ki, məsələyə 



yenidən baxılsın. 

Sədr – Əhməd bəyin nitqindən sonra məsələni mən dübarə səsə qoyuram. 

Əvvəla  Malxazyan  cənablarının  təklifini  səsə  qoyuram.  Kim  tərəfdardır,  Rica 

edirəm əlini qaldırsın. Kim əleyhinədir, kim səs verməyir? Lehinə 28, əleyhinə 10, 

səs  verməyən  1.  Əksəriyyət  rəy  ilə  təklif  qəbul  edilir.  Doqquzuncu  maddəni  səsə 

qoyuram. Əlavə və qeydlə bərabər, kim səs verməyir, kim tərəfdardır? Lehinə 30, 

əleyhinə 9, əleyhinə kim səs verməyən 4. Maddə əksəriyyət rəy ilə qəbul edilir. 

 

Tənəffüsdən sonra 

Sədr - Məclis açılır. 10-cu maddəni oxumağa şüru olunur. 

Mehdi bəy - Oxuyur. 

Sədr - Bu barədə danışan varsa... Yoxdur səə qoyuram. Onuncu maddəyə 

kim  tərəfdardırsa,  əlini  qaldırsın.  Kim  bərəksdir?  Səs  verməyənlər  kimdir?  Bəs 

onda  iştirak  etməyən  çoxdur.  Onuncu  maddəni  yenə  səsə  qoyuram  hər  kim 

tərəfdardır  əlini  qaldırsın.  Kim  bərəksdir?  Səs  verməyənlər  kimdir?  Lehinə  32, 

əleyhinə yoxdur, səs verməyən 5. Keçir. 

Səslər - Kvorum yoxdur. 

Sədr - Var... Onda düz çıxmır ki, səs verməyənlər 5, bərəks yoxdur. Ona 

görə üçüncü dəfə səsə qoyuram. Hər kəs maddənin keçməsinə tərəfdardırsa, ayağa 

qalxsın.  38.  Əyləşiniz.  Kim  buna  bərəksdir,  ayağa  qalxsın,  yoxdur.  Kim  səs 

verməyib,  ayağa  qalxsın.  5.  Lehinə  38,  bərəks  yoxdur,  səs  verməyən  5.  səsin 

çoxluğu ilə bu maddə keçir. 

Mehdi bəy - 11-ci maddəni oxuyur. 

Sədr - Abdulla Əfəndiyev. 

Abdulla  bəy  -  Doğrudur,  xidmətçilərimizə  yanvarın  birindən  əlavə 

vermişik.  Çünkü  onlar xidmətdə  olublar.  Bunlar  isə  Hənuz  xidmətdə  olmayıblar. 

Bunun  üçün  qanunu  indi  qəbul  edib  maaşlarını  əvvəldən  təyin  etmək  doğru 

deyildir.  Qanun  qəbuldan  sonra  hökm  şəklini  ala  bilər.  Buna  görə  qanunun 

özündən qabaq heç bir şeyi qəbul edə bilmərəm. Əgər başqa xərclər varsa onu ayrı 

surətdə qəbul edərik. Buna görə təklif ediriz ki, maaşlar sentyabrın birindən qəbul 

edilsin. 

Sədr - Söz məarif naziri Rəşid bəy Kaplanovundur. 

Rəşid  bəy  Kaplanov  -  Burada  bir  sui-təfhim  hasil  olub.  Müəllimlər 

təmmuzun  birindən  maaş  almalıdırlar,  deməyirik,  bəlkə  tədris  ili  təmmuzun 

birindən başlanacaqdır deyirik. Müəllimlərin maaşı isə təyin günündən etibar kəsb 

edəcəkdir. 

Mehdi  bəy  -  Əsasən  biz  təmmuzun  əvvəlindən  hesab  olunmaq 

tərəfdarıyam. 



37 

 

Sədr - 11 -ci maddəni səsə qoyuram. Kim tərəfdardır? 



Səslər - Axır təklif var idi. 

Sədr - Olsa idi, yazılıb verilər idi. 

Abdulla Əfəndizadə (yerindən) - Müsaidə veriniz yazıb verim. 

Sədr - Burada "Əhrar" fraksiyası tərəfindən təklif var ki, 11-ci maddə də 

iyulun biri [ilə yox] sentyabrın biri ilə tədbil edilsin. Bunu mən səs qoyuram, hər 

kəs bu Abdulla bəyin təklifinin tərəfdarıdırsa əlin qaldırsın. Kim bərəksdir, kim səs 

verməyib,  hamı  iştirak  etməyir.  Kim  təklifin  tərəfdarıdır,  əlin  qaldırsın.  Kim 

bərəksdir,  kim  səs  verməyibdir?  Ləhinə,  29,  əleyhinə  4,  səs  verməyənlər  9. 

Əksəriyyət ilə qəbul olunur. 

Mehdi bəy - 11-ci maddəni təkrarən oxuyur. 

Sədr  -  11-ci  maddəni  təshihi  ilə  səsə  qoyuram.  Hər  kəs  tərəfdardır,  əlini 

qaldırsın.  Kim  bərəksdir.  Kim  səs  verməyib.  Lehinə  39,  əleyhinə  yox,  səs 

verməyən 5. Əksəriyyət ara ilə qəbul olunur. 

Mehdi bəy - 12-ci maddəni oxuyur. 

Sədr - Danışan var? Yoxdur. 12-ci   maddəni səs qoyuram. 

Mustafa bəy Mahmudov - 12-ci maddə darülfünunun ustavını qəbul etmək 

barəsindədir.  O  ustavı  müzakirə  etməmiş  və  baxmamış  bu  maddəni  qəbul  etmək 

mümkün  deyil.  Biz  təklif  edirik  ki,  bu  müzakirə  burada  bitsin  və  qalsın  gələn 

iclasa. 

Sədr  -  Məsələ  o  deyil  ki  ustav  təsdiq  olunsun  ya  olmasın.  Əmma  12-ci 

maddədə deyilir ki, ustav gərək olsun. Malxazyan - (Rusca). 

Sədr  -  Bu  təklifin  səsə  qoyulması  qalsın  ustava  baxılandan  sonraya. 

Bununla ixtifa edib layihənin 3-cü qiraəti 13-cü maddə ilə qalsın gələn səfərə. 

Mehdi bəy Hacınski - Müsaidə veriniz. Sədr - Buyur. 

Mehdi  bəy  Hacınski  -  Mən  deyərdim  ki,  13-cü  maddəni  12-ci  ilə  əvəz 

edib  oxuyaq.  12-ci,  13-cü  maddə  olsun,  qalsın  sonraya.  Səslər  -  Böylə  olmaz. 

Olmaz. 

Sədr  -  sonraya  qalmamasını  səsə  qoyuram.  Kim  sonraya  qalmaması 



tərəfdarıdırsa əlini  qaldırsın.  (Əllər  qalxır).  Əksəriyyət  ilə  qəbul  edilir.  Oxuyunuz 

maddəni. 

Katib - 13-cü maddəni 12-ci əvəzi olaraq oxuyur. 

Sədr - Bu barədə danışan kimdir? Söz Əhməd Cövdətindir. 

Əhməd Cövdət - Bu da ustava aid məsələdir ki, darülfünuna tələbə nə cür 

qəbul  olacaq.  Müdərrislər necə  olacaq.  Ona  görə    bu maddəyə  baxılmasın,  qalsın 

gələn səfərə. Ustav ilə bir yerdə baxılsın. 12-ci maddədən o tərəfə qalsın. 

Sədr - Təklif var ki, bu maddə də qalsın gələn səfərə. Ustav ilə bir yerdə 

baxılsın. Kim tərəfdardır, əlini qaldırsın. (Əllər qalxır). Əksəriyyət əvsat ilə keçir. 



38 

 

12-ci,  13-cü  maddə  ustav  qurtarandan  sonraya  qalır.  İkinci  qiraəti  qurtarıb,  3-cü 



qiraəti qalır. 

Səslər -2-ci qiraəti qurtarmayıb. 

Sədr  -  Ustav  oxunmasına  nə  deyirsiniz.  Ustav  və  oxunması  qurtarandan 

sonraya qalır. İkinci qurtarıb, 3-cü qiraəti qalır.  

Sədr  -  Qalır  gələn  səfərə.  Növbədəki  bank  məsələsi  var.  İki  dəfədir  ki, 

vaxtımız  universitetə  sərf  olunur,  bank  məsələsi  qalır.  İstərdim  ki,  bank 

məsələsinin ikinci qiraətinə iqdam edək. 

Səslər - Qalsın, qalsın, saat 4-dən işləyir.  

Sədr  -  Məbuslardan  bir  neçəsi  tərəfindən  təklif  olunur  ki,  vaxt 

keçdiyindən məslis qapansın.  

Səslər - səsə qoyun qapansın. 

Sədr  -  Bu  təklifi  səsə  qoyuram.  Səsə  qoymadan  əvvəl  bəli,  bəli,  nakaz 

belədir. Bərəksinə danışan varsa, buyursun. 

Mehdi bəy Hacınski - Mən əleyhinə danışmaq istəyirəm. 

Sədr - Buyurunuz. 

Mehdi bəy Hacınski - Mən bu təklifin əleyhinəyəm. Həftədə iki dəfə iclas 

olur.  Saat  10-na  təyin  olunur,  saat  12-də  iclasa  başlayırıq.  Keçən  dəfə  bank 

məsələsi  qaldı.  Nəzarətdən  nümayəndələr  gəlib  bu  məsələni  gözləyirlər.  Bank 

məsələsi  mühüm  bir  məsələdir.  Ona  görə  mən  bu  təklifin  əleyhinəyəm.  İclas 

qapanmasın. Məruzəçini dinləyiniz, sonra ikinci qiraətə keçək. 

Sədr  -  Məclisi  qapamaq  məsələsini  müzakirəyə  qoyuram.  Hər  kəs 

məclisin  qapanmasına  tərəfdardır  isə  əlin  qaldırsın.  (Əllər  qalxır).  Hər  kim 

bərəksdir,  əlin  qaldırsın.  (Əllər  qalxır).  Kim  səs  verməyib?  (Əllər  qalxır).Neçə 

adam var? 

Səslər - Kvorum yoxdur. 

Sədr  -  Kvorum  var.  Ancaq  səsdə  iştirak  etmirlər.  Dübarə  səsə  qoyuram. 

Özünüz  tələsirsiniz.  İştirak  da  eləmirsiniz.  İştirak  ediniz,  qurtarsın.  Hər  kəs 

tərəfdardır  ki,  məslis  qapansın,  ayağa  qalxsın.  (Qalxırlar).  Kim  bərəksdir,  ayağa 

qalxsın. (Qalxırlar). Tərəfdar  32, 7 səs əleyhinə, ikisi səs verməyib. Səsin çoxluğu 

ilə  keçir.  Ancaq  hələ  məslis  qapanmır.  Bir  kağız  var,  elan  olunacaq.  Ona  qulaq 

asın. (Katibə). Oxuyunuz. 

Katib - Erməni fraksiyonu tərəfindən gələn rusca kağızı oxuyur. 

Sədr  -  Bu  kağız  elan  olunur.    Gələn  dəfə  ruznaməyi  müzakiratda 

olacaqdır. Müsaidə veriniz qalsın. 

Məmməd Əmin (yerindən) - Müsaidə veriniz. 

Sədr - Buyurunuz. 

Məmməd  Əmin  -  Bilirsiniz  mən  mahiyyət  etibarilə  bunun  əleyhinə 

çıxmadım.  Şəkil  etibarilə  deyərdim  ki,  ümumən  rəyə  qoyulur.  Məsələ  odur  ki, 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə