Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə24/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   20   21   22   23   24   25   26   27   ...   334

54 

 

istiqlallarını tanıyan yoxdur. Nəsib bəy nə qədər çalışsa da bolşevik əqidəsini tərk 



edə  bilməz.  Avropa  hökumətlərinin  bizim  istiqlalımızı  qəbul  etmək  haqqında. 

Nəsib  bəy  bizə  təminat  verə  bilərmi?  Mən  ərz  edirəm  ki,  millətlərin 

müqəddəratlarının təmini  bu  gün  imperialistlər əlində  deyildir.  Çünkü  onların  öz 

içərisində bir çox hərci-mərclik vardır. Bizim istiqlalımızı əmin olunuz ki, Avropa 

demokratiyası təsdiq etdirəcəkdir. Əmələ mübarizəsi məsələsinə gəlincə, mən deyə 

bilərəm  ki,  əmələ  və  fəhlələrin  istədiyini  yerinə  yetirmək  üçün  mən  həmişə 

çalışacağam,  çünkü  mən  onların  tərəfdarı  və  nümayəndəsiyəm  və  mən  də  onları 

müdafiə edirəm. Çox vaxt olur ki, birisini sənədsiz tutduqda onu müdafiə etmişəm, 

fəqət  onları  mən  heç  müdafiə  etməmişəm.  İştə  bunların  çoxusu  keçmişə  aiddir. 

Mətbuatda bir çox mübahisə olub, bu gündəki əhvalat da bizim doğru olduğumuzu 

sübut edir. Əgər hökumət biz dediklərimizi vaxtında qəbul etsə idi, bir çox nəfilər 

görərdi.  Əgər  hökumət  daha  bu  gün  yürütdüyü  siyasəti  dəyişsə  və  daxildə  olan 

düşmənlər  ilə  mübarizə  edər  isə,  biz  o  vaxt  hökumətə  kömək  edərik  və  illa  biz 

hökumətə etimad etməyəcəyik. 

Sədr - 3 natiq var. Lakin təklif var ki, iclas qapansın.  

Arxiv, f. 895, siy. 1, iş 138, vər. 1-29. 

 

№70 



Yetmişinci iclas 

Sentyabr   1919-cu   il 

 

Rəis  müavini  —  sultan  Məsid  Qənizadə.  Katib  —  Əhməd  Cövdət 



Pepinov. 

Müzakireyi-yomiyyə: 

1  —  Sosialistlər  fraksiyasının  hökumətə  sorğusu;  2  —  Azərbaycan 

hökumət darülfünunun təşkili haqqında qanun layihəsinin 3-cü qiraəti; 3 — Əcnəbi 

məmləkətlərə  yüz  nəfər  tələblərin  hökumət  tərəfindən  göndərilməsi  haqqında 

qanun layihəsi; 4 — Xalq kitabxanaları üçün kitab almaqdan ötəri bir milyon rüblə 

buraxılması  haqqında  qanun  layihəsi;  5  —  Azərbaycan  hökumət  bankı  təşkili 

haqqında  qanun  layihəsinin  3-cü  qiraəti;  6  —  spirt  məhsulatından  alınan  aksız 

vergisi  miqdarlarının  təzyidi  haqqında  qanun  layihəsi;  7  —  Tövcü  vergisinin 

artırılması  ilə  bərabər,  topraq  gəlir  və  məxaric  smetasının  vergisi  miqdarlarının 

təmdidi  haqqında;  8  —  Ümumi  əyləncəxana  və  tamaşaxana  yerlərindən  alınan 

müvəqqəti vergi "Naloğ"ın hökumət məbaliğ müstəhfizəsinə idxalı haqqında qanun 

layihəsi;  9  —  Həmin  sənə  üçün  İrəvan  ümuri-xeyriyyə  naziri  vəkilinin  maaşı  və 

onun idarə məsarifi  üçün  məzkur nazirə  (177.000) rüblə  kredit açılması haqqında 

qanun  layihəsi;  10  —  Şəhadətnaməsiz  olan  içki  ticarətindən  alınan  cərimələri 

artırılması  haqqında  qanun  layihəsi;  11  —  Azərbaycan  cümhuriyyəti  ümüri-




55 

 

xeyriyyə  nəzarətinin  ştat  siyahısı  və  maaşlarının  artırılması  haqqında  qanun 



layihəsi;  12  —  Bakı  xəzinə  palatası  müdir  müavinliyi  vəzifəsinin  ləğvi  haqqında 

qanun layihəsi; 13 — Timğa rusumatı qanunnaməsinin bəzi maddələrinin təbdili və 

rüsum  miqdarlarının  təzyidi  haqqında  qanun  layihəsi;  14  —  Nəşr  elan  haqqında 

qanun layihəsi; 15 — Fabrika inspeksiyasına dair qəvaiddin təbdili haqqında qanun 

layihəsi;  16  —  Maliyyə  naziri  şurası  haqqında;  17  —  Məhkəmeyi-hərbiyyə 

qanunun  15-si maddəsinin təğyiri haqqında qanun  layihəsi;  18  —  Azərbaycan ilə 

Ermənistan  arasında  bağlanmış  ticari müahiddənamə haqqında  qanun  layihəsi;  19 

—  Azərbaycandan  xaricə  çıxarılan  spirt  içkilərindən  (üzüm  şərabı  müstəsnadır) 

alınan gömrük vergisinin miqdarları haqqında qanun layihəsi; 20 — Balıq və balıq 

məhsulu ixracı vergisinin təbdili haqqında qanun layihəsi; 21 — Maliyyə nəzarəti 

idarəsi  cünbündə  qeyri  hissə  şayiə  vergilərinin  "naklodnoy  sbor"  və  inhisar  təsisi 

haqqında qanun layihəsi; 22 — Vergi müdiriyyətləri hissələrində qapıçı tutulması 

üçün sənəvi əlavə olaraq (70200) rüblə təxsis edilməsi haqqında qanun layihəsi; 23 

—  Daxil  olmuş  kağızlar,  o  cümlədən:  a)  Ümuri-xeyriyyə  nazirinə  Suraxanı  - 

Mərdəkan yolunu düzəltməkdən ötri smetadan xaric (3,300,000) rüblə buraxılması 

haqqında  qanun  layihəsi;  b)  İsgəndər  bəy  Axundovun  Şamaxıdan  Azərbaycan 

Məslisi-Məbusanına  üzv  seçilməyi  haqqında  mandat;  s)  Sentyabrın  20-sinə  qədər 

məbus  Paronyanın  məzuniyyət  təmdidi  haqqında;  d)  Maliyyə  və  büdcə 

komisyonuna  yeni  bir  üzv  seçilməsi  haqqında;  h)  Məlik-Yeqanov  Cavad  bəyin 

parlaman  üzvlüyündən  ixracı  haqqında;  v)  Türk  tələbələri  Bakı  komitəsinin 

Məslisi-Məbusana  məktubu;  z)  Məbus  Hacı    Hüseyn  Əfəndizadəyə  məzuniyyət 

verilməsi haqqında. 

—  Daxil  olmuş  kağızlardan:  1  —  İsgəndər  bəy  Axundov  Şamaxıdan 

parlamana  üzv  intixab  edilməsi  haqqında  Şamaxı  bələdiyyə  idarəsindən  idxal 

olmuş etimadnamə — etimadnamə komisyonuna verilir. Məbus A. A. Paronyanın 

xəstə olduğu haqda ərzi-halına məbni mə'uniyyəti sentyabrın 20-sinə qədər təmdid 

edilməsi qəbul edildi. Məbus Hacı  Hüseyn Əfəndizadəyə ərzi-halına məbni bir ay 

yarım  məzuniyyət  verilməsi  qərara  alındı.  Hökumət  tərəfindən  Lənkərana 

nümayəndə  sirətində  göndərilən  Məslisi-Məbusan  üzvü  Cavad  bəy  Məlik- 

Yeqanovun məzuniyyəti təmdid edilməsi haqqında ərzi-halı müzakirə edildi. Ərzi-

halın məzmunu: 

"Azərbaycan  məclisi-məbusanı  sədri  hüzuri-alilərinə  —  Lənkəranda 

hökumətin fövqəladə nümayəndəsi Cavad bəy Məlik - Yeqanov tərəfindən raportur 

— öhdəmə həvalə olunmuş vəzifənin natamam olduğundan məzuniyyətimin təsil 

edilməsini zati-Alilərinizdən rica və istiram edirəm. Əfəndim Lənkəran fövqəladə 

nümayəndəsi Cavad bəy Məlik-Yeqanov 25 avqust 1919, nömrü 549". Bu haqda 

rəis  bəyanat  verdi  və  əlavə  etdiyi  divani-rəyasət  qərarı  üzrə  Cavad  bəy 

məzuniyyətdən  vaxtında  gəlmədiyi  üçün  gərək  məbusluqdan  ixrac  edilsin. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə