Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə20/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   16   17   18   19   20   21   22   23   ...   334

45 

 

Katib - Oxuyur. 



Sədr - 43-cü maddəyə etiraz yoxsa qəbul olunur. 

Sultan Məcid (yerindən) - Müsaidə veriniz, bu barədə. 

Sədr - Nə buyurursunuz? 

Sultan Məcid - Bu maddə barəsində danışmaq istəyirəm. 

Sədr - Söz Sultan Məcid Qənizadənindir. 

Sultan  Məcid  -  Bu  maddənin  cəriməsi  böyük  olur.  Cərimə  alınar, 

cərimədən başqa bir də məhkəmə xərci gəlirlər. 

Rzabəy - Onu bilməlidir ki, burada bir maddə var ki, bank Şurası kimdən 

ibarətdir Komisyonda bu maddə bəhsə səbəb oldu və deyirlər ki, guya bank şurası 

bürokrat  və  çinovniklərdən  ibarətdir,  burada  təşkilatlardan nümayəndə  yoxdur  və 

lazım  bildilər  ki,  orada  olan  əzaların  sayını  artırıb  təşkilatlardan  oraya  əza 

çağırılsın.  Doğrudur,  burada  deyilir  ki,  maliyyə  naziri  istəsə  qeyri  üzvlər  şuraya 

dəvət edə bilər, lakin bu bağlıdır rəisin xahişinə, istəsə çağırar, istəməsə çağırmaz. 

Qət  olundu ki,  bu  şuraya  bələdiyyədən,  Bakıda  olacaq  zemstvodan  və  kooperativ 

cəmiyyətindən birər numayəndə dəvət olunsun, çünkü gərək bu bankın üzvləri öylə 

adamlardan  olsun  ki  cəmaət  onlara  inansın.  Bu  məsələ  böyləliklə  keçdi.  Bir  də 

burada 29-cu maddə var ki, onu bir də oxuyum. (Oxuyur). Bu maddə bəhsə səbəb 

oldu,  deyirdilər  ki,  yenə  əksəriyyətin  ağzı  yumuludur,  vaxta  ki  əksəriyyət  qəbul 

edir, nə  istəsə  keçər.  Amma  bu  maddə  qəbul  olsa  böylə  olur ki,  əksəriyyət  qəbul 

edir. Lakin sədr razı olmadığından qəbula keçmir, onda məsələni göndərir maliyyə 

nazirinə  onun  qərarı  qəbul  olunur.  Buna  əza  razı  olmadı  və  bu  üç  sətri  buradan 

çıxarmaq  istədilər  o  da  budur.  (Oxuyur).  Fəqət  bu  əqəliyyətdə  qaldı  və  məsələ 

burada olduğu kimi keçdi. 

Sədr - 2-ci babın 2-ci fəslini cəmi qeydlər ilə səsə qoyuram. Kim tərəfdar 

isə əl qaldırsın. Səs çoxluğu ilə keçir. Dalısın oxuyunuz. 

Katib - (Layihənin 2-ci babını oxuyur.) 

Sədr  -  Çağırınız  üzvləri.  Qarayev!  Getmək  olmaz.  Dişarıdakiləri  də 

çağırıram.  (Kyüsterə)  Zəng  vurunuz,  gəlsinlər.  İkinci  babın  üçüncü  fəslini  səsə 

qoyuram. Kim tərəfdardır, əlin qaldırsın. (Əllər qalxır). Əksəriyyət əsvat ilə keçir. 

(Katibə) Oxuyunuz 3-cü babı. 

Katib - Layihənin 3-cü babını oxuyur. 

Sədr  -  Danışan  yoxdur?  Danışan  yox.  3-cü  babın  birinci  fəslini əlavəsilə 

bərabər səsə qoyuram. Rica edirəm, kim tərəfdar isə, əllərini qaldırsın. Müttəhidül 

rəy məsələ keçir. 

Katib (Bayram Niyazi) - İkinci fəsli oxuyur. 

Ağabəyov - Rusca oxuyur. 




46 

 

Sədr  -  Söz  danışan  varsa,  bildirsin.  Yoxsa  3-cü  babın  2-ci  fəslini  səsə 



qoyuram.  Tərəfdar  olanlar  əllərini  qaldırsınlar.  Əksəriyyət  əsvat  ilə  keçir.  5 

dəqiqəlik tənəffüs elan olunur. 



 

Tənəffüsdən sonra 

Sədr - Müsaidə ediniz 4-cü babın əvvəlinci fəsli oxunur. 

Səs - Təklif var idi. 

Sədr  -  O  təklif  keçib,  biz  qət  etdik  ki,  fəsil-fəsil  oxunsun.  Daha  sizin 

təklifə ehtiyac yoxdur. 

Kiçikxanov - 4-cü babın əvvəlinci fəslini oxuyur. 

Sədr - Burada müsaidə ediniz, Malxazyan tərtibat barəsində. 

Malxazyan - (Rusca). 

Sədr - Parlaman tərəfindən buna etiraz yoxdur. Qəbul olunur. 

Katib - 110-cu maddədən 134-cü maddəyə qədər oxuyur. 

Katib (Bayram Niyazi) - Azərbaycan dövlət bankı Nizamnaməsinin 135-ci 

maddəsindən başlayaraq oxuyur. 

Sədr  -  4  fəsildən  ibarət  olan  Dördüncü  babı  səsə  qoyuram.  Əgər  etiraz 

yoxsa  qoyum.  hər  kəs  tərəfdardır  əlini  qaldırsın.  Əksəriyyət  ilə  keçir.  5-cini 

oxuyun. 

Katib - 5-ci babı oxuyur. 

Sədr  -  5-ci  babın  üstündə  danışan  yoxdur,  səsə  qoyuram.  Hər  kəs  5-ci 

babın keçməsinə tərəfdardırsa əlini qaldırsın. Əksəriyyət ilə keçir. Bunun üçüncü 

qiraəti qalacaq gələn səfərə. 2-ci universitet ustavı oxunacaq. 

Səslər - Gecdir... Vaxt təngdir... Ayrı məsələ. 

Əhməd Pepinov - Mən təklif edərdim ki, nöbədəki məsələyə keçməzdən 

əvvəl  hökümətə  olan  suala  baxılsın.  Hökumətin  bu  barədə  verəcəyi  bəyanatını 

dinləyərək müzakirə edilsin. 

Sədr - Əgər buna etiraz yoxsa qəbul edilsin. 

Səslər - Qəbuldur, qəbuldur. 

Sədr - Onda sorğu sahibləri bu barədə olan sorğularını oxusunlar. 

Əhməd Cövdət - (sorğunu oxuyur). 

Əhməd Cövdət Pepinov - Əfəndilər! Məlum olduğu kimi haman bu sual 3 

həftə  əqdəm  o  zamanki,  vətənimiz  daha  ciddi  təhlükə  içərisində  idi  və  bizim 

içimizdə olan böyük qüvvə var idi. O zaman hökümətə verilmişdi, şimdi o qüvvə 

çəkilir. Bundan sonra Qafqaziyada və ələlxüsus bizim içimizdə, böyük vaqiələrin 

törəməsi mümgünatındadır. O cəhətsə hökümət bizim siyasi həyatımıza aid izahat 

verməlidi. Madam ki, ingilislər gedir, biz yeni həyat içərisinə daxil oluruq. Bizim 

məqsədimiz tazə həyata girdiyimizdən hökümətin tutduğu işlər ilə aşina olmaq idi. 

Əvvəla hökümət kəndisi böylə mühüm vaxtda gördüyü işləri və tədbirləri pişi əz 



47 

 

vaxt  özü  cəmaətə  bildirməli  idi  və  biz  də  bəqədri  imkan  var  qüvvəmizlə 



çalışmalıydıq  ki,  ona  yardım  edək,  fəqət  hökümət  mətlub  olan  izahatı  kəndisi 

vermək ilə sualımıza da xariciyyə naziri tərəfindən verilən cavab bizi qane etmədi. 

Burada  xarici  və  daxili  işlərimiz  də  var  ki,  onlara  da  kafi  cavab  almadıq.  Daxili 

işlərimizə gəlincə, xariciyyə naziri buyurdular ki, bu daxili işlərdir. O da daxiliyyə 

nazirinə aiddir. Biz gözlədik, lakin daxiliyyə nazirindən bir cavab görmədik. Bəlkə 

cavabı kafi eşitsə idik, qane olar idik. İkincisi, verdiyimiz suallara alınan cavablar 

da  məmləkətə  lazımi  cavab  olmadı.  Xarici  işlər  naziri  cavabında  deyir  ki, 

demokratiya xətti belə oldu, nota belə yazıldı. Londona böylə bildirildi, hətta buna 

qeyri  tədbirlər  gərək  olsun  bu  hökumət  vəzifəsidir,  lakin  bir  çox  işlər  də  var  ki, 

ingilislər  ilə  deyil  biz  kəndi-kəndimizə  etməliyik.  Məəttəəssüf  buna  da  lazımi 

cavab  olmadı.  Buna  görə  bu  gün  məcbur  olduq  bu  sualımızı  sorğu  halında 

hökumətə  verək.  Bir  vaxt  var  idi  ki,  burada  türk  qüvvələri  və  onlar  çəkildikdən 

sonra  ingilislər  gəldi  və  biz  də  istiqlalımızı  onlara  səbəb  saxlayırdıq.  Biz  heç  öz 

qüvvəmiz ilə olmamışıq. Bu gün Ancaq öz qüvvəmiz ilə yaşayırıq. O cəhətə bütün 

qüvvəmiz  ilə  istiqlalımızı hifz  etməliyik.  İndi  bu  gün  bu  barədə  tədbirlər  etməli, 

əlbəttə qabaqkı tədbirlər ilə bugünkü tədbirlər arasında fərq var, gərək də olsun. Bu 

gün  bizim  devləti,  məmləkəti  və  paytaxtı  qurudan,  ələlxüsus  dənizdən  təmin 

etmişlərmi.  Kürsülər  ilə  bağlanan  müahiddənamədən  istifadə  etmişsinizmi  ki,  o 

müahiddənamə  də  bu  gün  üçündür.  Məmləkət  içərisində  olan  qara  qüvvələr  ilə 

mübarizə  etməyi  lazımi  halda  hazır  olunmuşmu,  bunları  bugün  hökumətə  sorğu 

surətində vəz edirik. Bir də Bakıda bir çox şayiələr var, o barədə, hətta daxiliyyə 

naziri  tərəfindən  bir  əmrnamə  verilmişdir.  Bu  əmrnamə  Bakı  üçündür,  lakin  bu 

şayiələr bütün Azərbaycan içərisində var, bunlar üçün bir tədbir görülübmü? 

Sədr - Söz hökumət rəisi Nəsib bəy Yusifbəylinindir. 

Rəisi Vükəla - Möhtərəm məbuslar! Mən çox diqqətlə qulaq asdım ki, nə 

üçün bu sual izahat surətini aldı. Səbəbini bilmədim. Bir şey var ki, o da hökumətin 

bu barədə fikrini cəmaətə bildirmək imiş. Əgər bu böylə isə buna təşəkkür edəriz. 

Çünki hökümət həmişə böylə suallara məalümum cavab  verməyə hazırdır. Böylə 

olduqda  istizah  sözunə  şübhə  demək  bu  yoxmuş,  yalnız  sual  verənlərin  məqsədi 

hökumətin  fikrini  cəmaətə  bildirmək  imiş.  Əhməd  əfəndi  qoyduğu  sualların  bir 

çoxuna  cavab  vermiyəsəyəm,  çünki  bunların  bir  çoxu  sirdir,  onu  buradan  deyə 

bilmərəm. Əhməd əfəndi istəsə xüsusi surətdə ona deyərəm, lakin, ona da bir çox 

şey  demərəm.  Biz  Şimali  qafqazlı  qardaşlarımızın  da  öz  müqəddəratlarının 

özlərinin həllini arzu edirik. Ancaq bu dəqiqə ərz edə bilərik ki, bu xətt hüdud üçün 

müharibə  elan  etmək  münasib  deyildir.  Və  hökumət  münasib  görmür.  İngilislər 

flotun  bəzi  qismlərini  Denikinə  tərk  edib  getdilər.  Əslində  hər  kəs  malının 

sahibidir.  Kimə  istərsə  verər.  Lakin  flotun  kamilən  Denikinə  verilməsi  doğru 

olmadığından  və  bizim  də  mühafizə  edilməsi  lazım  gələn  silahlarımız 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə