Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə28/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   24   25   26   27   28   29   30   31   ...   334

63 

 

Kravçenko - (Rusca.) 



Sədr - Söz Əhməd Cövdətindir. 

Əhməd  Cövdət  -  slavyan-rus  cəmiyyətinin  burada  iki  nümayəndəsi  söz 

söylədi.  Onlar  öylə  bir  söz  söylədilər  ki,  onlar  barəsində  deyilən  sözlərin  yersiz 

olduğunu  isbat  etsin.  Lizqar  keçmişdə  slavyan-rus  cəmiyyətinin  üzvü  olub.  Biz 

onun  imzasilə  olan  kağızla  slavyan-rus  cəmiyyəti  nümayəndələrini  buraya  qəbul 

etmişik.  Bu  gün  haman  Lizqar  cəmiyyət  barəsində  kağız  yazıb,  əvvəlki  verdiyi 

nümayəndələrin geri çağrılıb tazə nümayəndələr qəbul edilməsini təklif edir. İndi 

ikinci  bir  cəmiyyət  əmələ  gəlmiş,  deyirlər  ki,  onlar  samozvanesdilər.  Amma 

burasını  bilmək  çətindir  ki,  samozvanes  sizsiniz,  ya  onlardır.  Mən hakimil-hökm 

deyiləm  ki,  bunları  ayıram.  Lizqar  cəmiyyətinin  nə  qədər  doğru  olmasını 

bilməkdən ötəri bir qurultay lazımdır ki, onların hansı birinin samozvanes olmasını 

isbat  etsin.  Vinoqradov  dedi  ki,  prixodlar  onlara  etimad  edir.  Amma  prixodlar 

keçmişdə  Parlamana  bir  kağız  göndərib  dedilər  ki,  o  nümayəndələrə  bizim 

etimadımız yoxdur və etimadımızı "İttihad" fraksiyasına veririk. Demək ki, onların 

burada prixodlar tərəfində etimadları yoxdur. Ona görə bizim haqqımız yoxdur ki, 

onların birinə yer verək, birinə verməyək. Bunların işi suddan keçənə qədər və ya 

yeni qurultay olana qədər heç birinə yer verilməsi tərəfdarı olmayız. 

Sədr - söz Qara bəy Qarabəyovundur. 

Qara  bəy  ("İttihad")  —  Mən  bu  məsələyə  bir  az  əsas  etibarilə  baxmaq 

istərdim.  İş  ordadır  ki,  bir  vaxt  bir  cəmiyyət  tərəfindən  o  cəmiyyəti  cəmaətin 

nümayəndəsi  edib  və  Məslisi-Məbusana  üzvlər  qəbul  edilmişdir.  Hər  halda  bir 

obşestva bir cəmaətin nümayəndəsi ola bilməz. Bir cəmiyyətin 80, ya 150 üzvü ola 

bilər.  Bu  cəmiyyət  siyasi  bir  cəmiyyət  deyil.  Onun  fikri nədir.  Əgər  bir  cəmiyyət 

əhali ilə əlaqə etdiyi olursa, əhali nümayəndəsi ola bilirsə o cəmiyyət intixab etdiyi 

üzv,  Paralamanda  iştirak  edər.  Fəqət,  o  vaxt  ki,  Parlamana  üzv  lazımdı.  Ruslar 

çağırılmışdı və onlardan heç kəs gəlmək istəmirdi. O vaxt bunları qəbul etmişdik. 

Dedilər  ki,  Bakıda  olan  dörd-beş  prixoun  etimadnamələri  var.  Əhali  ilə  əlaqəyə 

girmişlər.  O  vaxt  Məslisi-Məbusanın  həqqi  vardı  ki,  onları  qəbul  etsin.  İndi  iş 

dəyişmiş.  Əvvəla  üzvlərin  bir  neçəsi  Parlamandan  getmiş,  yerləri  boşdur.  İndi 

gərək  o  cəmiyyət  o  vəziyyəti  hayizmidir  ki,  tazədən  nümayəndə  göndərə?  Bunu 

anlamaq lazımdır, onların buna haqqı varmı? Mən bu işə vaqif deyiləm. Eşitdiyimə 

görə slavyan-rus cəmiyyəti bizim firqəyə müraciət etmişdi. O vaxt bu cəmiyyət 4 

prixoda  istinad  edirdi.  İndi  isə  əhalinin  bir  takımı  bunlardan  ayrılıbdır.  İndi  on 

dördə  qədər  prixod  vardır.  Onlar  özlərinin  on  bir  cəmiyyətə  istinad  etdiklərini 

bildirmişlər. Görək bunların hangisi daha qüvvəli, cəmaət ilə daha çox əlaqədardır. 

Bu cəmiyyətlərdən təhqiqatsız yerinə beş adam yeri vermək ədalətdən xaricdir. Bu 

həqq  və ixtiyar  bizim  qanuni-əsasilə  milli  komitələrə  verildiyindən  erməni  və rus 

milli  komitələrinə  verildi.  Bizim  də  intixabımız  bu  üsul  ilə  milli  komitələr 




64 

 

tərəfindən icra edilmişdi. Amma burada bir cür edildi. O da öylə  bir surətlə əhali 



ilə  əlaqədar  oldular.  Amma  indi  bu  prixodlar  ki,  var,  dini  bir  cəmiyyət,  keşişlər 

cəmiyyəti ikən, əhali ilə əlaqəsi varmı? Yoxmu? Bunlara baxmadan Parlamana beş 

nəfər ərizə  versin,  onlara  da  vermək  nə  insaf  ilə, nə  ədalət  ilə  qabili-qəbul  deyil, 

100-150  adamdan  təşkil  etmiş  bir  cəmiyyəti  nümayəndəyə  yer  verilsin.  Amma  3 

min  kişisi  olan  bir  cəmiyyətin  nümayəndəsi  olmasın,  gərək  Parlaman  təhqiqat 

yapsın ki, bunlar nərəyə kimə istinad edirlər. Yoxsa bunların ayağı altında möhkəm 

bir zəmin görmürəm. Bunun üçün heç bir həqləri də yoxdur.  

Məmməd Əmin Rəsulzadə - Mandat komisyasının verdiyi izahatdan sonra 

fraksiyanı tamamilə mandat komissiyasına rəy verir. 

Sədr - Mən, mandat komissiyasının təklifini səsə qoyuram. Kim slavyan-

rus  cəmiyyətindən  Zaxaryev  ilə  İqnatyevin  Parlaman  üzvü  olmağını  istəyirsə, 

təvəqqe  edirəm  əlini  qaldırsın.  Əksəriyyəti-ara  ilə  Hər  ikisi  Parlaman  üzvlüyünə 

qəbul  olunur.  İndi  İsgəndər  Axundovun  mandatını  səsə  qoyuram.  İsgəndər 

Axundovun  Parlaman  üzvü  olmasına  kim  tərəfdardırsa,  təvəqqe  edirəm  ki,  əlin 

qaldırsınlar.  (Əllər  qalxır).  Əksəriyyəti-ara  ilə  İsgəndər  bəy  Axundovun  Məslisi-

Məbusan  üzvü  olmağı  qəbul  olunur.  Keçirik  növbədəki  məsələlərə.  Növbədə 

Azərbaycan ordusu məmurlarının maaşlarını artırmaq barəsində qanun layihəsidir. 

Məruzəçi Qarabəyli. 

Qara  bəy  Qarabəyli  -  Hərbiyyə  nəzarəti tərəfindən  əsgərlik  vəzifəsini ifa 

edən  məmurların  maaşları  barəsində  əvvəlcə  ayrı  bir  qanun  layihəsi  Parlamana 

daxil  olub  təsdiq  olunmuşdu.  Fəqət,  o  maaşların  heç  bir  növ  ilə  əsgərlərin  və 

zabitlərin məişətlərini təmin edəmiyəcək Hər kəsin məlumudur. Bu gün o vaxtdan 

bəri  qiymətlərin  nə  qədər  artdığını,  bununla  bərabər  pulumuzun  qiymətinin  nə 

qədər əksildiyini nəzərə alarsaq o zaman zabitlərə və əsgəri məmurlara verdiyimiz 

maaşların nə qədər kifayətsiz olduğunu görərik. Zabitlərin maaşı min rüblədir. Min 

rüblə  zabitləri  bilxüsus  onun  üçün  təmin  etmir  ki,  əvvəla  onların  bir  çoxusu 

məcburdurlar ki, ailəsini də bərabər alıb yaşasın. İkinci böylə bir məbləğ nə özunü 

və  nə  də  böyük  məsrəflərini  ödəyəcək  bir  halda  deyildir.  Zabitlər  gərək  ləyaqətli 

bir  surətdə  giyinmiş  olsunlar.  Zabitlərin      əlbəsələrində    onlar    artırdıqlarını  

əsgərlərin  təlimgahında  keçirdiklərindən  yağmur  və  günəş  bilmədiklərindən 

əlbəsələri dəvam edəmir. Lazım gəlir ikən başlarını tez-tez təzələsinlər. Bilirsiniz 

bir  dəst  paltar  almaq  üçün  on  min  rüblə  lazımdır.  Çünkü  zabit  cırıq  paltar  ilə 

yaşayanmaz.  Zabit,  əsgərlər  üçün  Hər  xüsusda  müəllim  və  nümunə  olmalıdır. 

Onun  üçün  Hər  bir  şey  yerində  düz  olmalıdır.  Əsgəri  işlər  qanundan  kənar  ola 

bilməz. Bu halları düşünüb Hərbiyyə nəzarəti yenidən təklifdə bulunur ki, maaşlar 

artırılsın. Baxüsus kiçik məmurları nəzərə alır. Onların maaşı min rüblədən fəzlə 

deyildir.  Onların  maaşını  yüz  faiz  artırır.  Böyük  məmurlara  da  nisbətdə  bu  faiz 

əlavə edilir. Uzaq başı iyirmi-iyirmi beş faiz bu tərtiblə qanun layihəsi daxil edilib. 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə