Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə36/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   32   33   34   35   36   37   38   39   ...   334

80 

 

maliyyə  işləri  layihələrinin  məruzəçilərindən  Əmircanov,  Rüstəmbəyov  burada 



yoxdur. Ona görə növbədəki xırda-xırda qanunlardır ki, sıra ilə baxılır. Mehdi bəy, 

oxuyunuz. 

Mehdi  bəy  Hacınski  –  Sabiqdə,  Rusiyada hər  bir  şəxs  ki, hərbi  olub,  bir 

cinayət  etsə,  bu  cinayətdə  qeyri  bir  hərbi  adam  da  iştirak  etsə, hər  ikisi  hərbiyyə 

məhkəməsinə  verilirdilər.  Rusiya  inqilabından  sonra  müvəqqəti  hökumət 

zamanında  bu  qanun  dəyişdi.  Hərbi  ya  qeyri  hərbi  şəxslər  cinayət  işi  gördükdə 

mülküyyə məhkəməsinə cinayət təriqilə verilirdi. Məhz o dairədə ki, orada nöqteyi 

hərb  var  idi.  Onlar  hərbi  dairəyə  verilirdi.  Fəqət  keçənlərdə  Parlaman  hərbi 

qanunlar  keçirəndə  bu  qanunu  nəzərə  almamış.  İndi  hərbiyyə  naziri  göstərir  ki, 

hərb  zamanında  cinayət  olarsa,  qeyri  hərbi  adamlar  da  o  cinayətdə  iştirak  etsə, 

hərbi  nöqteyi-nəzərindən  hər  ikisi  məhkəməyi-hərbiyyəyə  verilsin.  Bu  qanun 

yazılıb  hökumətdən  keçəndən  sonra  ləvayehi-qanuniyyə  komisyonuna  gəldi, 

ləvayihi-qanuniyyə komisyonu bu layihəyə baxıb 15-si maddənin 9-cu fəslinin 3-

cü qərardadını əvəz edib, yerində təzə bir maddənin yazılmasını qərara aldı. Qanun 

belədir: (Oxuyur). 

Sədr  -  Layiheyi-qanuniyyə  xüsusunda  kim  danışmaq  istər.  Danışmaq 

istəyən  yoxsa,  layiheyi-qanuniyyənin  ikinci  qiraətinə  keçəlim.  İkinci  qiraəti  kim 

qəbul edir, rica edirəm əllərini qaldırsın. Kim bunun əleyhinədir. Əksəriyyət rəy ilə 

layiheyi-qanuniyyənin ikinci qiraəti qəbul edilir. Oxuyunuz, Mehdi bəy. 

Mehdi bəy - Oxuyur. 

Sədr - Kim danışmaq istərdi bu xüsusda. Əhməd bəy Pepinov. 

Əhməd bəy - Bizim fraksiyamız yalnız maliyyə nəzarətinə aid... 

Sədr  -  Rica  edirəm,  Əhməd  bəy,  məsələni  qarışdırmayasınız.  Layiheyi-

qanuniyyə xüsusunda bir sözünüz varsa, onu danışasınız. 

Əhməd  bəy  -  Mən  layiheyi-qanuniyyə  səsə  qoyulduqdan  əvvəl 

fraksiyamızın rəyini və fikrini söyləmək istərəm. 

Sədr - Söyləyiniz, buyurun. 

Əhməd  bəy  -  Biz  əvvəlsə  bu  icmal  maliyyəyə  aid  qanunların 

müzakiratının bu cürəsini qəbul etməyib səs vermirik. 

Sədr - Layiheyi-qanuniyyə iki hissədən ibarətdir. Bunun müzakirəsini kim 

qəbul  edirsə,  rica  edirəm  əllərini  qaldırsın.  Kim  bunun  əleyhinədir?  Kim  səs 

verməyir?  Lehinə  36,  əleyhinə  1,  səs  verməyən  10.  Əksəriyyətlə  layiheyi-

qanuniyyə  qəbul  edilir.  Üçüncü  qiraət  qalır  gələcək  iclasa.  Növbədəki  məsələ 

dövləti  gəlir  vergiləri  xüsusundakı  qəvaidin  45  və  46-cı  maddələrinin  təqyir  və 

təbdili haqqında qanuni layihəsi. 

Məruzəçi Mehdi bəy Hacınski.* 



Arxiv, f.895, siy. 1, iş 145, vər. 1-19 

 

 




81 

 

№76 



Yetmiş altıncı iclas 

22   sentyabr   1919-cu   il 

 

Rəis - Doktor Həsən bəy Ağayev. Katib - Əhməd Cövdət Pepinov. 



Müzakireyi-yomiyyə: 

1  –  Azərbaycan  hökumət  darülfünunü  təşkili  haqqında  qanun  layihəsi. 

Məruzəçi - Mehdi bəy Hacınski; 2 - Bəxşeş və mükafat alma, rüşvətalma və tələb 

etmə  səzalarının  təqviyəsi  haqqında,  Məruzəçi  -  Şəfi  bəy  Rüstəmbəyov;  3  – 

Əsgərlikdən  azad  olunanlardan  alınan  hərbi  vergilərin  (naloqun)  ləğv  edilməsi. 

Məruzəçi - Şəfi bəy Rüstəmbəyov; 4- Hüquq məhkəməsi nizamnaməsinin 1462-ci 

fəslinin mühakimeyi-sülhiyyə təhtindəki, iqameyi-davaları fiyətinin nəhayət dərəcə 

artırılması  üçün  təbdili haqqında.  Məruzəçi  -  Mehdi  bəy  Hacınski;  5  -  Məhkəmə 

işlərinin  övraq  dəftərxana  və  əxbariyyə  vərəqəsi  vergisilə  qiymətə  aid  olmayan 

iqamə dəvam xərclərinin artırılması haqqında. Məruzəçi - Şəfi bəy Rüstəmbəyov; 6 

-sabiq komissariatın və xalq komissarlar şurasının dəftərxana vergiləri (ödənişləri) 

haqqında  olan  cəza  tədbirlərinin  ləğvi  xüsusunda  -  Rüstəmbəyov;  7-  Tamğa 

rüsumatı qanunnaməsinin bəzi maddələrinin təbdili və rüsum miqdarlarının təzyidi 

haqqında.  Məruzəçi  -  Ağabəyov;  8  -  Nəşri-elan  haqqında.  Məruzəçi  - 

Rüstəmbəyov; 9 – Azərbaycandan xaricə çıxarılan spirto içkilərindən (üzüm şərabı 

və  pivə  istisna,  [olmaqla]  alınan  kömrük  vergisinin  miqdarları  haqqında  qanun 

layihəsi.  Məruzəçi  -  Əmircanov;  10  -  Balıq  və  balıq  məhsulu  ixracı  vergisinin 

təbdili  haqqında.  Məruzəçi  -  Əmircanov;  11  -  Pivə  bişirilməsindən  alınan  aksiz 

vergisinin  təbdili  miqdarlarının  və  pivə  snirtosunun  artırılması  haqqında  qanun 

layihəsi.  Məruzəçi  -  Əmircanov;  12  -  Fabrika  inspeksiyasına  dair  əvaidin  təbdili 

haqqında.  Məruzəçi  -  Rüstəmbəyov;  13  -  Maliyyə  naziri  şurası  haqqında  qanun 

layihəsi.  Məruzəçi  -  Rüstəmbəyov;  14  -  Maliyyə  nəzarəti  cünbündə  qeyri  hissə 

şayiə  vergilərinin  (nakladnoy  sbor)  və  inhisar  şöbəsinin  təsisi  haqqında  qanun 

layihəsi.  Məruzəçi  -  Əmircanov;  15  -Vergi  müdiriyyətləri  hissələrinin  qapıçı 

tutulması  üçün  sənədə  əlavə  olaraq  7200  rüblə  təxsis  edilməsi  haqqında  qanun 

layihəsi.  Məruzəçi  -  Əmircanov;  16  –  Azərbaycan  ümuri-xeyriyyə  nəzarətinin 

statya siyahisinin və maaşların artırılması xüsusunda. Məruzəçi - Vəkilov Mustafa; 

17 - Hökumət məmurlarının maaşları haqqında. Məruzəçi - Vəkilov Mustafa. 

Rəis  -  Daxil  olmuş  kağızlardan  bəzi  məbusların  və  Abdulla  Qəbulovun 

ərzihalı.  Divani-Riyasət  tərəfindən  təklif  olunur  ki,  axırıncı  maddeyi-qanuniyyə 

(hökumət məmurlarının maaşları haqqındakı) qanuniyyə birinci olaraq baxılsın və 

birinci darülfünun təşkili məsələsinə ikinci olaraq baxılsın. Buna etiraz yoxdurmu? 

Səmədağa  Ağamalıoğlu  -  Keçən  dəfə  torpaq  məsələsi  povestkaya  daxil 

edilmişdir.  Bir  ay  bundan  qabaqda  topraq  məsələsi  qoyulmuşdur.  Povestkada 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə