Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə37/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   33   34   35   36   37   38   39   40   ...   334

82 

 

amma çox geridə idi. Buna, bizim yoldaşımızın biri etiraz etdi və dedi ki, bu topraq 



məsələsini heç dala salmaq olmaz. Amma biz görürük ki, bu günkü povestkada heç 

yoxdur, yerindən düşübdür. Bilmirəm burda ayrı fikir var, yoxsa ki, səhv olubdur. 

Rəis - səhvdir, səhvdir. 

Səmədağa  -  Mən  təvəqqe  edirəm  ki,  bunu  bir  balaca  irəli  edin, 

qulluqçuların məvacibi 2-ci növbədə isə; topraq məsələsini üçüncü növbəyə qoyaq 

və bir yolluq qurtaraq. Yeri veririk, yaxud vermirik məsələsini bitirək. 

Rəis - həqiqətən Səmədağanın dediyi doğrudur. Bu məsələ köhnədən var 

idi, indi də hər gah düşübsə, idarə tərəfindən səhvdir. Bu gün ya 15 ya 18-ci məsələ 

olmalı  idi.  Burada  qısa  yoxdur,  səhv  olubdur.  Povestkada  yoxdur.  Gələn  dəfə 

qoyarıq.  Məclisi-Məbusan  rəisi  hüzuruna  bəzi  Parlaman  üzvləri  tərəfindən  böylə 

bir ərzihal vardır. (Oxuyur). 

Doğrudur,  hamımız  gec  gəlirik,  məclis  gec  başlandığından  saat  3-də 

qurtarır və fürsət olmayır ki, məsələlər layiqincə həll olunsun. Əgər qəbul etsəniz, 

iclası saat 11-ə təyin edərik. Qabası yay  olduğu münasibətlə 11-ə və 10-na təyin 

olunmuşdur.  Şimdi  isə  11-də  başlansın.  Hər  gah  buna  etiraz  yoxsa  qəbul  edilsin. 

(Rusca). Ona görə həftədə üç dəfə şənbə, düşənbə, pəncşənbə olmaq ilə saat 11-də 

qərar verilir. Abdulla bəy Qəbulov tərəfindən bir böylə teleqram gəlmişdir. "Naxoş 

olduğumdan  20  gün  məzuniyyət  istəyirəm,  mümkün  olmasa  istefamın  qəbul 

edilməsini  istirham  edirəm".  Bəzi  məlumatı  Divani-Rəyasətə  ərz  edirəm.  Divani-

Rəyasət  28  apreldə  20  gün  məzuniyyət  vermişdir,  sonra  iyirmi  gün  də  bir 

vermişdir. Qırx gün də məzuniyyət artırılmış, indi də Qurban bayramından gedib 

20  gün  də  daha  istəyir.  Bir ay  yarıma qədər  olsa  idi məzuniyyət  Divani-Rəyasət 

onu  bilirdi,  fəqət  iki  ay  olduğu  üçün  məcbur  olur  ki,  Parlamana  ərzi-hali  təqdim 

eyləsin.  (Rusca  deyir).  Məsələni  böylə  səsə  qoyuram,  məzuniyyət  verilsin,  ya 

verilməsin? Kim bu barədə danışmaq istəyir. 

Əhməd bəy Pepinov - Mən zənn edirəm ki, teleqramından naxoş olduğunu 

göstərdiyi üçün məzuniyyət istəyir, Parlamanın bunu qəbul eyləməsini istərdim. 

Rəis  -  Təklif  var  ki,  sentyabrın  10-dan  hesab  olunsun.  Böyləlik  ilə 

Abdulla  bəy  Qəbulzadəyə  sentyabrın  axırına  kimi  məzuniyyət  verilsin.  Keçirəm, 

növbədəki darülfünun məsələsinə. İkinci babını oxuyunuz. 

Mehdi bəy - (Oxuyur). 

Rəis - İkinci fəsil xüsusunda kim danışmaq istəyir? söz istəyən yoxdursa, 

səsə  qoyuram.  Hər  kim  ikinci  fəslin  tərəfdarıdır,  təvəqqe  edirəm  ki,  əllərin 

qaldırsınlar.  (Əllər  qalxır).  Əksəriyyət  rəy  ilə  qəbul  olunur.  Təvəqqe  edirəm, 

üçüncü babı oxuyasınız. 

Mehdi bəy - Oxuyur. 




83 

 

Rəis  -  3-cü  bab  xüsusunda  kim  danışmaq  istərdi?  Danışmaq  istəyən 



olmadığından səsə qoyuram. 3-cü babə etiraz yoxdur ki. Etiraz olmadığından 3-cü 

bab əksəriyyət rəy ilə qəbul olunur. 4-cü babı oxuyunuz. 

Mehdi bəy - Oxuyur. 

Rəis - 4-cü bab xüsusunda kim danışmaq istərdi. Əhməd bəy Pepinov. 

Əhməd bəy - Keçən səfər mən bu kürsüdən söylədim ki, darülfünun şurası 

içərisində  gərək  tələbələrin  də  nümayəndəsi  olsun.  Etiraz  etdilər  ki,  şurada  elmi 

məsələlərə  baxıldığından  tələbələrin  ondan  ixtisası  olmadığı  üçün  iştirak 

etməməlidirlər.  Başqa  qüvvətli  dəlil  də  var  ki,  şura  elmi  məsələlərdən  əlavə 

administrativni  və  qeyri  məsələlərə  də  baxacaq.  Ona  görə  də  tələbələrin  haman 

şurada  nümayəndələri  olmalıdır.  Gümanı  budur  ki,  Parlaman  bu  dəfə  tələbələrin 

şuraya  keçmələrinə  səs  verər,  çünkü,  şurada  tələbələrin  3  ya  4  nümayəndəsi 

olmaqla işə bir o qədər xələl qatmazlar. Heç olmazsa Parlaman bu nümayəndələri 

məsləhət  verici  səs  ixtiyarı  ilə  şuraya  buraxsın.  Buna  görə  də  bu  əlavəni  14-cü 

maddəyə təzyid edirəm. 

Rəis - Qarayev. 

Qarayev  -  Keçən  səfər  mən  bu  məsələni  qalxızdıqda,  cənab  Vanseviç 

söylədi  ki,  şuraya  tələbələr  nümayəndəsi  keçsə  orada  ciddi  şura  olmayıb  mitinq 

əmələ  gələcək.  Əfsusanə  surətdə  deyə  bilərik  ki,  biz  o  tələbələrin  Azərbaycan 

cəmaətinin  nicatını  onlardan  gözləyirik.  Əgər  onları  darülfünunda,  edadilərdə 

yürünən  müstəbid  fikirlər  ilə  dolaşdırsaq,  onlardan  heç  bir  nəf  gözləmək 

olmayacaq.  Böylə  darülfünun  Azərbaycana  lazım  deyil,  çünkü  bunun  qanuni-

əsasisi  çürümüş  Nikolay  darülfünunun  qanunidir.  Siz  bilirsiniz  ki,  professorlar 

tələbələri  çox  incidib  istədiklərini  keçirirlər  və  tələbələrin  də  vaxtları  boş  bihudə 

yerə  keçirdi.  Bir  xidmətkar  ilə  bir  tələbənin  təfavütü  yox  idi.  Həqiqətdə  cavan 

tələbələrimizin  universitetə  getdikdə  7-8  il  əmrləri  boş  yerə  orada  itməsin  deyə 

gərək  onlar  şurada iştirak  etsinlər.  Orada iştirak  etsələr  pək  tez tərəqqi  edərlər  və 

cəmaətə  də  artıq  köməkləri  dəgər.  Əgər  biz  bu  darülfünun  qanunu  böylə  surətdə 

qəbul  etsək,  onda  məarif  aləmində  heç  bir  qədəm  irəli  atmayıb,  bəlkə  daha 

fənalıqlara  düçar  olarıq,  böylə  isə  bu  darülfünunu  heç  açmamalıyıq,  çünkü  böylə 

darülfünun bizə lazım deyildir. 

Rəis - Söz Malxazovundur. 

Malxazov - (Rusca) 

Rəis - Söz Əhməd Cövdət   Pepinovundur. 

Əhməd Cövdət  -  Mən  çox  şad  olardım  ki,  məbuslar  öz  vəzifələrinə  çox 

əhəmiyyət verəydilər. 

Rəis - Natiq əfəndi, rica edirəm, mətləbə keçəsiniz. 

Əhməd  Cövdət  -  Üzvləri  işlərinə  əhəmiyyət  verirlər  ki,  vaxtında  iclasa 

gəlirlər,  gəlməyənlər  ilə  nakaz  ilə  rəftar  olunur.  Əvət,  başqalarına  notatsiya 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə