Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə33/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   29   30   31   32   33   34   35   36   ...   334

74 

 

diqqətlə  baxasınız.  Məclisdə  43-dən  ziyadə  iştirak  edir.  Amma  cümlətanı  40  səs 



çıxır. Dübarə səsə qoyuram. Kim üçüncü maddəni qəbul edir, əlini qaldırsın. Kim 

bunun  əleyhinədir?  Səs  verməyənlər?  Maddənin  lehinə  26,  əleyhinə  9,  səs 

verməyən 7. Əksəriyyət rəylə maddə qəbul olunur. 4-cü maddəni oxuyunuz. 

Katib - Oxuyur. 

Sədr - 4-cü maddəni səsə qoyuram. Kim bunu qəbul edirsə əlini qaldırsın. 

Kim  bunun  əleyhinədir?  Səs  vermiyənlər?  Maddənin  lehinə  21,  əleyhinə  11,  səs 

verməyənlər  9,  Əksəriyyət  rəy  ilə  4-cü  maddə  qəbul  olunur.  Layiheyi-

qanuniyyənin 3-sü qiraəti gələcək iclasa qalır. 

Sədr  -  Keçirəm  növbədəki  məsələyə.  Növbədə  ümum  əyləncə  və 

tamaşaxana  yerindən  alınan  müvəqqəti  vergi  naloğın  hökumət  məbaliği-

müstəhfizəsinə idxali haqqında qanun layihəsidir. Məruzəçi Ağabəyov. 

Ağabəyov - Bu qanun layihəsi müxtəsər bir qanundur. Özünüzə məlumdur 

ki, inqilabdan qabaqda teatro biletlərinin qiymətlərini bir qədər də artırırlardı ki, bu 

pulda  krasnı-krest  və  uçrejdenya  Mariyanın  nəfinə  gedirdi.  İnqilabdan  sonra  bu 

vergilərin ancaq adı ləğv olundu. Lakin, pullar yenə eyni surətdə toplanıb, bir para 

işlərə  sərf  olunurdu.  Bizim  hökumət  təşkil  olunandan  sonra  bu  vergini  ümuri-

xeyriyyə  naziri  alırdı.  İndi  böylə  fikrə  gəliblər  ki,  bütün  xərclər  maliyyə  naziri 

tərəfindən  verildiyi  üçün  mədaxillə  də  ona  aiddir.  Binaən-ileyh  bu  gəlirin  də 

maliyyə  naziri  tərəfindən  alınması  təklif  olunur.  Bunu  maliyyə-büdcə  komisyonu 

qəbul edib və Parlamana da qəbulunu təklif edir. 

Sədr  -  Qanunun  əsasları  barəsində  kim  danışmaq  istərdi?  Parlaman  üzvü 

Malxazyan. 

Malxazyan - (Rusca). 

Sədr - Qarayev. 

Qarayev - Keçən layiheyi-qanuniyyəni qəbul etdik. O, Hər ha kəndçilərin 

və  əkinçilərin  şotuna  getdi.  İndi  bu  qanunu  da  qəbul  etdikdə  nəzərdə  tutalım  ki, 

bilqərəz  xəzinəyə  ildə  2-3 milyon  manat  mənfəət  olur.  Lakin  bunun müqabilində 

cəmaətə  nə  veririk?  Təbii  ki,  bu  vergilər  alındıqda  biletlərin  qiyməti 

bahalanacaqdır.  Buna  görə  də  tamaşaçılardan  50%  fəhlə  və  əmələ  qismi  teatro 

getməkdən  bahalığa  görə  imtina  edəcək.  Yenə  teatrolara  dövlətlilər  gedəcəklər. 

İkinci,  əfəndilər!  Bir  türk  səhnəsinə  nəzər  veriniz.  Orada  həftənin  bu  başında 

"Arşın mal alan", o başında "O olmasın bu olsun", ortasında isə "Leyli və Məcnun" 

oynanır.  Əcaba  bizim  dramlarımız  yoxdurmu?  Niyə  drama  oynanmır.  Çünkü 

dramadan gəlir azdır. Operadan isə gəlir çoxdur. Və, artistlər də öz nəfini güdürlər. 

İndi bu qanun layihəsini qəbul eyləsəniz, xəzinə gəlirini artırıb, o biri tərəfdən isə 

cəmaətə  zərər  verəcəksiniz.  Qoy  biz  ildə  iki  milyon  xəzinəyə  zərər  verək,  lakin, 

cəmaətə  teatroya  getməyə  imkan  verək.  Hər halda  bu  qanunun  qəbul  olunmasına 

mən ziddəm. 




75 

 

Sədr - Ağamalı oğlu Səmədağa. 



Ağamalı oğlu - O ki, heç kim deyə bilməz ki... 

Sədr - Rica edirəm, xüsusi söhbət ilə məşğul olmayasınız. 

Ağamalı oğlu  - Xəzinəyə pul lazım deyil, amma biz deyirik ki, maliyyə 

naziri gəlirin yolunu bilmir. Bu xırda pullardan "Fatıya tuman olmaz". Biz bilirik 

ki,  xəzinədə  pul  azdır  və  maliyyə  naziri  bu  günlər  6  yüz  milyonun  təzə  çap 

olunmasına  izn  istəyəcəkdir.  Lakin,  nə  qədər  pul  artıq  kəsilsə  bahalıq  da  və 

quldurluq  da  bundan  çıxacaqdır.  Buna  görə  də  hökumət  gözəl  mədaxil  yolu 

aramalıdır.  Biz  hürriyyət  dövrünə  keçdik  ki,  asudə  yaşayaq  və  köhnə  Nikolay 

yolundan  da  pis  yol  oldu.  Biz  istəyirik  ki,  bu  xırda  xərclər  [ləğv]  olub,  bunun 

əvəzinə  proqres  sivnıy  naloq  yainki,  vnutrennıy  zayom  olsun.  Hökumət  bunu 

eləmək istəmir. Mən təklif edirəm bu layihə qəbul olunmasın.  

Sədr  -  Sırada  natiq  olmadığından  son  söz  məruzəçinindir.  Ağabəyov  - 

Doğrusu mən sosialist yoldaşların fikrini bilmədim. İstəyirlər, öylə qanun layihəsi 

olsun  ki  100  milyon  50  milyon  birdən  doxodu  olsun.  Bir  vergi  üstə  heç  bir 

hökumət,  heç  bir  dövlət  yaşamaz.  Təcrübələr,  tarixlər,  sənədlər  göstərdi  ki, 

naloqovaya  sistema,  bir neçə naloqdan  ibarət  olur.  Yoxsa bu  naloq  5  milyondur, 

pisdir, 50 milyon olsun deməklə olmaz. Məsəl var ki: "Dama-dama göl olar". Az 

keçmək ilə olmaz. Bu bizim vəziyyətimizi ağırlaşdırar. Burada bir fikir söylədilər 

ki, doğrudan onu danmaq olmaz. Dedilər, teatro biletlərinin qiyməti öylə artdı ki, 

bizim  fəhlələrin  və  qeyri  kasıb  siniflərimizin  oraya  getməyə  imkanı  yoxdur.  Bu 

fikir dürüstdür, həqiqətdir. Ancaq bir şeydən qorxuram ki, əgər biz bunu götürək, 

genə  bilet  ucuzlanmaya.  O  vədə,  yenə  teatro  saxlayanlar  biletlərin  qiymətini 

azaltmayıb  baha  satalar  və  dövlətə  bir  şey    vermiyələr.    Bununla,  biletlərin  

qiymətini    azaltmaq  mümkün  deyildir  ki,  biz  bu  naloğu  kənar  edək.  Təcrübə 

göstərir ki, bir şey ki, qiymətə mindi, onu qiymətdən salmaq çətindir. Malxazyanın 

arzusunu  inkar  etmək  olmaz.  Biz  gərək  cəhd  edək  ki,  biletlərin qiyməti az  olsun. 

Tainki,  kasıblar  dramadan,  operadan nəfbərdar  olsunlar.  Xalqın  bunlardan nəfdar 

olmasıçün  naloğı  götürmək  azdır.  Onun  barəsində  gərək  qeyri  fikirlərə  düşəsən. 

Xalqa teatroları açaq. Biletlərin qiymətini azaldaq, tainki cəmaaət üçün asan olsun. 

Rəis  -  Müzakirə  bitdiyindən  layihəyi-qanuniyyənin  ikinci  qiraətinə 

keçməyi  səsə  qoyuram.  Kim  layihəyi-qanuniyyənin  ikinci  qəraətinə  keçmək 

tərəfdarıdırsa  rica  edirəm  əlini  qaldırsın.  (Əllər  qalxır).  Kim  bunun  əleyhinədir? 

(Əllər  qalxır).  Kim  səs  verməyib?  (Əllər  qalxır).  Layiheyi-qanuniyyənin  ikinci 

qiraətinə  keçmənin  lehinə  -  35,  əleyhinə  -  5,  səs  verməyən  4.  Əksəriyyət  rəylə 

layiheyi  qanuniyyənin  ikinci  qiraətinə  keçilir.  Mən  Parlaman  üzvlərindən  rica 

edirəm  ki,  nakazın  hamısına  olmasa  da  bu  maddəsinə  bələd  olsunlar.  Qarayev! 

sizin təklifiniz nakaza müğayirdir. (Katibə) Oxuyunuz əvvəlinci maddəni. Katib - 

Oxuyur. 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə