Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə25/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   21   22   23   24   25   26   27   28   ...   334

56 

 

Məmməd  Əmin  Rəsulzadə,  Əhməd  Cövdət  Pepinov,  Şəfi  bəy  Rüstəmbəyli  və 



Muxtar  Əfəndizadə  təatsi  əfkar  etdilər  Cavad  bəy  Məlik  -  Yeqanov  və  qeyri 

məmuriyyətə  göndərilmiş  məbuslardan,  məbusluq  ilə  məmurluğu  ədəmi-istimai 

qanunu  üzrə  —  məmur  və  məbusluqda  qalacaqları haqda,  bir həftənin  içərisində 

məlumat  tələb  edilib,  sonra  parlaman  təsvibinə  təqdim  edilməsi  qərara  alındı. 

Qurban  bayramı  münasibətilə  parlaman  tətil  etməsi  haqda  bir  təklif  verildi. 

Məzmunu: 

"Təklif edirik Qurban bayramı münasibətilə — 10 günlük tətil olsun. Ağa 

Aşurov,  Rüstəmbəyov,  Mahmudbəyov,  Əsədulla  Əhmədzadə,  Hacı  Hüseyn 

Əfəndizadə".  Təklifin  lehinə  Mehdi  bəy  Hacı  Bababəyov  danışdı.  sentyabrın  2-

sindən onuna qədər tətil edilməsini rəis səsə qoyduqda əksəriyyəti — ara ilə qəbul 

edildi. 

1  —  sosialistlər  fraksiyası  tərəfindən  hökumətə  verilən  sorğu  haqqında 

Səmədağa  Ağamalı  oğlu,  Əliheydər  Qarayev,  Məmməd  Əmin  Rəsulzadə,  Əhməd 

Cövdət  Pepinov,  İbrahim  Əbilov,  təati  əfkar  etdilər.  Rəisi-Vükəla  Nəsib  bəy 

Yusifbəyli bəyanat verdi. 5 — dəqiqə tənəffüs elan edildi. 

Tənəffüsdən  sonra  islas  dəvam  edir.  Məmməd  Əli  Rəsulzadə.  Əhməd 

Cövdət Pepinov, Muxtar Əfəndizadə, Məmməd Əmin Rəsulzadə təati əfkar etdilər. 

Müzakirə qəti edilməsi təklif edildi. Təklifin əleyhinə Əliheydər Qarayev danışdı. 

Təklifi rəis səsə qoydu. 29 səs lehinə, 13 səs əleyhinə, 4 səs verilməmək üzrə qəbul 

edildi.  Üç  formula  verildi:  Birinsi  "Əhrar"  fraksiyasının  formulası,  məzmunu: 

"Vəziyyəti-hazi  rəmizi  nəzərə  alaraq  mövcud  olan  nöqsanların  islah  edilməsi 

şərtilə hökümətin verdiyi izahatını şimdilik kafi görərək, növbəti məsələyə keçilir. 

"Əhrar formulası" səsə qoyuldu, qəbul edilmədi. 

"Müsavat"  fraksiyasının  formulası:  məzmunu  "Hökumətin  verdiyi 

bəyanatı kafi görərək məslisi məbusan növbədəki məsələlərin müzakirəsinə keçir. 

"Formula" səsə qoyuldu, əksəriyyəti — ara ilə qəbul edildi. 

"Sosialistlər" 

fraksiyasının 

formulası, 

məzmunu: 

"Sosialistlər 

fraksiyasının  vaqe  olan  sorğularına  hökumətin  izahatını  dinləyərək  məclisi-

məbusan  qərara  gəlir  ki,  hökumət  dövləti  xarici  düşməndən  mühafizə  etmək 

yolunda ixtiyarında olan bütün qüvvət və vəsaitindən istifadə etməmişdir və buna 

binaəm məslisi-məbusan hökumətdən tələb edir ki, məmləkəti və onun sərhədlərini 

üzərimizə  gələn  təhlükədən  müdafiə  üçün  ən  qəti  tədbirləri  görsün  və  düşmənin 

daxildəki  agentləri  ilə  şiddətli  mübarizədə  bulunsun,  bununla  növbədəki 

məsələlərin müzakirəsinə keçir". 

Formula səsə qoyuldu, qəbul olunmadı. — Darülfünun məsələsi haqqında 

Əliheydər  Qarayev,  Rəhim  Vəkilov,  Mehdi  bəy  Hacınski  və  Qasım  bəy 

Camalbəyov  təati  əfkar  etdilər  və  iclas  qapanıb  axşam  saat  8-də  açılması  təklif 

edildi. Təklif səsə qoyulub, əksəriyyəti — ara ilə qəbul edildi. 




57 

 

Axşam iclası 

Məbus  Səmil  Ləmbəranski  bitərəflər  fraksiyasından  çıxıb  və  hal-hazırda 

heç bir fraksiyaya mənsub olmadıqını rəis məlum etdi. 

Azərbaycan darülfünunun təşkili haqqında üçüncü qiraətə katib şüri etdi. 

1, 2, 3, 4 (5-si ixras oldu) 6, 7, 8, 9, 10 və 11-si maddələr ayrıca səsə qoyulub qəbul 

olundu. 12 və 13-cü maddələr isə götürülür. 

Rəis - Layihəni təmamən səsə qoydu. Əksəriyyətlə qəbul olundu. 

3  —  Əcnəbi  məmləkətlərinə  yüz  nəfər  tələbələrin  hökumət  tərəfindən 

göndərilməsi haqqında qanun layihəsi. Bu haqda məruzəçi Əhməd Cövdət Pepinov 

bəyanat  verdi.  Rəhim  Vəkilov,  Abdulla  bəy  Əfəndizadə,  Rzabəy  Ağabəyov, 

Məmməd  Rza  ağa  Vəkilov,  Qasım  bəy  Camalbəyov,  Arşaq  Malxazyan, 

Behbudxan  Cavanşir,  Qara  bəy  Qarabəyli,  Muxtar  Əfəndizadə,  Aqa  Aşurov  təati 

əfkar  etdilər.  Məruzəçi  Əhməd  Cövdət  bəy  və  məarif naziri  Rəşid xan  Kaplanov 

bəyanat  verdilər.  Axırda  zeyldki  təkliflər  verildi.  Əhrarın  təklifi:  "Yüz  tələbənin 

Məmaliki-Əcnəbiyyə   darülfünunlarına   göndərilməsi   aşağıdakı şərtlər daxilində 

qəbul olunur: 

1—  Tələbənin  məişət  və  güzəranını  təmin  üçün  onların  üzərinə  nəzarət 

olunsun. Bu hissə səsə qoyulub qəbul olundu. 

2— Gedəcəklərin həm qismi riyaziyyat,  ədəbiyyat və təbiət fakültələrinə 

girməlidirlər. Bu hissə səsə qoyuldu, qəbul olmadı. 

Malxazyan  Arşaq  verən təklif:  "Hökumət  stspendiyasından  istifadə  edən 

tələbələr  təhsillərini  bitirdikdən  sonra,  hökumətin  göstərdiyi,  yerlərdə  dörd  sənə 

müddətində qulluq etməyə məcburdurlar". Səsə qoyulub qəbul edildi. Layihə qəbul 

edilmiş təshihlər ilə təmamən səsə qoyulduqda əksəriyyəti-ara ilə qəbul edildi. 

Rəis  qeyri  məsələlərə  keçmək  istədi, lakin kvorum  olmadığından  məslisi 

qapamaqa məcbur oldu. Arxiv, f. 895. siy. I, iş 9, vər. 64-65. 

 

№71 

Yetmiş birinci iclas 

11   sentyabr   1919-cu  il 

 

Rəis  -  Rəis  müavini  sultan  Məcid  Qənizadə.  Katib  -  Əhməd  Cövdət 



Pepinov. 

Rəis iclası açdı, lakin kvorum olmadığını bəyan edib, iclası qapadı. 



Arxiv, f. 895, siy. I, iş 9, vər. 63. 

 

 



 

 


58 

 

№72 



Yetmiş ikinci təntənəli iclas 

15   sentyabr   1919-cu   il 

 

Sədr - Doktor Həsən bəy Ağayev. Katib - Əhməd Cövdət Pepinov. 

Sədr  -  İclas  açılır.  Möhtərəm  məbuslar!  Bugünkü  adi  iclasımız  tarixi 

böyük  bayrama  təsadüf  etdiyi  üçün  adi  iclasımız  təxirə  salınıb  sabaha  qalır. 

Bugünkü bayramın nə qədər şərəfli, nə qədər tarixi olduğunu hər kəs düşünür və 

anlar.  Bu  bayram  münasibətilə  türklük  və  İslamlıq  yolunda  şəhid  düşən  türk 

igidlərini yad etmək üçün rica edirəm ki, cümləniz qiyam edəsiniz. (Hamısı ayağa 

qalxır). Möhtərəm əfəndilər! Bu gün düz bir ildir ki, Azərbaycanın milli mərkəzi 

hesab olunan Bakı düşmənlər əlindən, zalimlər əlindən xilas olmuşdur. Bizim qəvi 

vücudumuzu təşrih  və  bədənimizi  parçalamaq istəyən  və hüququmuzu  çeynəmək 

istəyən düşmənlər keçən sənə martdan başlayaraq ta Kürdəmir stansiyonundan igid 

türklər tərəfindon qovulub Bakıya soxulmuşlar və sonra dənizə tökülüblər. 

Böyləlik  ilə  ən  müqəddəs  hesab  etdiyimiz  paytaxtımız  olan  Bakını  alıb 

bizə  vermişlərdir.  Mayın  28-də  istiqlalımız  elan  edilmişdir.  Sentyabrın  15-də  isə 

haqq  yerinə  varmış,  Bakı  istirdad  edilmişdir.  Əfəndilər!  Qan  bahasilə  türklük  və 

islamlıq uğrunda şəhid vermişlər, vətənimizi xilas edən türk igidlərini yad etmək 

ilə  bərabər  onu  da  əlavə  edirəm  ki,  biz  azəri  türkləri  böyük  qardaşımız  olan 

türklərin  bu  canfəşanlıqlarını  heç  bir  vaxt  unutmayacağımız  və  müşkülat  ilə  qan 

bahasilə alınmış və bizə bəxş olunmuş istiqlalımızı müdafiə etməyi cəhd edib, hər 

şeydən  müqəddəs  tutaraq  əqsai  muradımıza  nail  olacağız.  Bu  gün  cəmiyyəti-

xeyriyyəsi türk şühədasında bəqa nami üçün nişangah qoyur. Rica edirəm saat 11-

də bulvarda vaqe olacaq rəsmi keçiddən sonra qəbristana buyurub tədbirlərimizdə 

iştirak edəsiniz. 

Bununla məslisi qapayıram. Arxiv, f. 895, siy. 1, iş 142, vər. 1-4. 

 

№73 

Yetmiş üçüncü iclas 

16   sentyabr   1919-cu   il 

 

Rəis  -  Doktor  Həsən  bəy  Ağayev.  Katib  -  Mehdi  bəy  Hacınski.  Rəis  - 



Müəyyən olunmuş vaxtdan saat yarım keçmiş iclası açdı. Lakin kvorum olmadığı 

üçün iclası qapadı.    



Arxiv, f. 895, siy. 1, iş 9. vər. 62. 

 

 



 


Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə