Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə47/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   43   44   45   46   47   48   49   50   ...   334

102 

 

ki,  hansı  ruhani  hökumət  məmuru  olduğu  barəsində  bir  layihə  göndərsin  ki,  o 



layihə mövcibincə onlara maaş verilsin. 

Rəis - Sırada natiq olmadığından axırıncı söz məruzəçinindir. 

Əbdüləli  bəy  -  Burada  məşyixət  sədri  və  bir  də  üzvlərə  məvacib  təyin 

olunubdur.  O  birilərə  məvacib  yoxdur.  Ruhanilərin  məaşı  mövcibincə  işləri 

fənadır.  Bu  barədə  qanun  hazırlanır.  Əgər  biz  indi  bu  qanunu  qəbul  etməsək, 

onların  işləri  də  fəna  olar.  Mən  təklif  edirəm  ki,  məşyəxət  barəsində  bir  qanun 

qalsın. 

Rəis  -  Əhməd  bəyin  təklifini  oxuyur:  məşyəxət  sədrləri  qanundan 

götürülsün,  səsə  qoyuram.  Kim  qəbul  edirsə,  rica  edirəm  əlini  qaldırsın.  Kim 

əleyhinədir? Kim səs verməyibdir? Lehinə dörd, əleyhinə 37, səs verməyən 8-dir. 

Əksəriyyət rəylə təklif rədd olunur. 2-ci dərəcəni səsə qoyuram, etiraz yoxdur ki, 

2-ci dərəcəyə, 2-ci dərəcə əksəriyyət rəylə qəbul olunur. 3-cü dərəcəni oxuyunuz, 

Əhməd bəy! 

Əhməd bəy - (Oxuyur). 

Rəis - 3-cü dərəcə xüsusunda kim danışmaq istərdi? Səmədağa. 

Səmədağa  -  Mən  təklif  edirəm  ki,  3-cü  maddədən  qubernatorlar 

qaralansın,  çünkü  çoxdan  demişik,  hökumətə  də  məlum  etmişik  ki,  qubernator 

idarələri  bütün-bütünə  götürülsün.  Azərbaycan  təşkil  olandan  bəri  qubernatorlar 

məmləkətə nəf  gətirmədi.  Uyezdini naçalniklər  və  pristavlar  xəyanət  edirsələr  bu 

qubernatorlar onlara həmişə darğadır. 

Rəis - Natiq əfəndi, xahiş edirəm, bir az məsələyə yavuq gəlin. 

Səmədağa  -  Lap  yaxın  gələcəygm.  Rusiyada  qubernator  idarələrini  ləğv 

etmək  istəyirlərdi.  Bu  barədə  dövlət  Rəisi  çox  işləyirdi  ki,  qubernator  olmasın. 

Çünkü,  onda  şikayətçi  bilavasitə  ministrə  vacib  edə  bilir,  yoxsa  minictr  gərək 

yazsın qubernatora, qubernator da naçalnikə... və habelə mən təklif edirəm ki, bir 

qanun düzəltməli ki, o qanunla qubernatorlar rədd olunsunlar. 

Rəis - Rəhim bəy Vəkilov. 

Rəhim  bəy  -  Müsavat  fraksiyonu  buna  büsbütün  iştirak  etməklə  bərabər 

deyir  ki,  bu  qanunu  birdən-birə  qəbul  etmək  olmaz.  O  idarələrdə  xidmət  edən 

məmurlara məaş verilməsi bu qanunla qəbul olunsun və hökumətə tapşırılsın ki, bu 

barədə bir qanun tərtib edib Parlamana təqdim etsin. 

Rəis - Əhməd bəy Pepinov. 

Əhməd bəy - Biz də tərəfdar deyilik ki, qulluqçular orada maaş almasın. 

Bəs nə üçün yoldaşımız bunu təklif etdi. Bu onun üçündür ki, martda da biz maaş 

artanda  belə  bir  təklif  etmişdik.  O  vaxt  hökumət  bizə  söz  verdi  ki,  maaş  qanunu 

qəbul  edən  qubernatorlar  idarələri  barəsində  tezlikcə  qanun  hazırlayıb  Parlamana 

təqdim  edərik.  Lakin  indi  sentyabrdır,  bunu  hökumət  hələ  hazırlamamış.  Əgər 



103 

 

Parlaman  qəbul  etsə  hökumətə  müəyyən  bir  vaxt  verək  ki,  bu  barədə  bir  qanun 



hazırlasınlar və oradakı qulluqçular da indilik məvaciblərini alsınlar. 

Rəis – Əfəndizadə Muxtar. 

Muxtar  -  Biz  vilayət  dairəsinin  ləğvi  xüsusunda  hökumətə  tapşırmışdıq. 

Gərək  bu  barədə  daxiliyyə  nazirindən  bir  qanun  gələydi.  Lakin nədənsə  bu  vaxta 

kimi hələ gəlməyib. 

Şəfi bəy (yerindən) - hazırlayın da, ixtiyarınız var ki, kim əlinizi tutub. 

Əfəndizadə - Bu qanun təklif olunur, maaş artırmaq üçün biz təklif edirik 

ki,  vilayət  dairəsini  ləğv  etmək  üçün  hökumət  qanun  təqdim  etsin.  Bizdə  necə 

düşüb Bakıda yox, Gəncə quberniyasının bir para yerlərində qorodskoy starşina və 

yüzbaşılar var ki... 

Rəis  -  Natiq əfəndi,  mən  xahiş  edirəm  ki, məsələdən  kənara  çıxmayasız. 

Qubernatordan danışıb yüzbaşı üzərinə gedirsiniz. 

Muxtar Əfəndizadə (dəvamla) - Bu qanun ki, quberniya idarələrinin ləğvi 

haqqında  təqdim  olacaqdır?  mən  təklif  edirəm  mahal  yüzbaşılıqlarının  da  ləğvi 

oraya  daxil  edilsin.  Çünkü  mahal  yüzbaşılığının  heç  bir  lüzumu  yoxdur:  Ancaq 

fəzlə bir vasitə, bir mərhələ təşkil etməkdən başqa bu təklifi biz martda etmişdik? 

Fəqət bu vaxtadək hələ bu xüsusda bir iş görülməmişdir. Hökumət o zaman layihə 

təqdim  etməyə  söz  vermişdi,  amma  bu  anadək  nəzarət  hələ  bir  qanun  tərtib 

verməmişdir. 

Rəis - Sırada natiq olmadığından son söz məruzəçinindir. 

Əbdüləli  bəy  Əmircanov  -  Maliyyə-büdcə  komisyası  bu  layihəni 

müzakirəyə qoyduqda aruzu etmişdi ki, gələcəkdə quberniya idarələri götürülsün. 

Fəqət  bu  layiheyi-qanuniyyənin  tərtib  və  təqdimi  o  qədər  tez  olmaz.  Səmədağa 

buyurdu  ki,  bu  xüsusda  çaparaq  bir  qanun  verilsin,  amma  onun  istədiyi  kimi 

çaparaq ola bilməz, çünkü bu müzakirə etdiyimiz qanundan çaparaq şey olmazdı, 

hələ  7  ayda  hazırlanıb  məclisə  təqdim  edilmişdir.  Digər  tərəfdən məlumdur  ki,  o 

qanun  gəlib  buraya  çıxmadıqca  quberniya  idarələrini ləğv  etmək  olmaz.  Odur  ki, 

məzkur idarələr hələlik necəki var, öylədə qalmalıdırlar. 

Əhməd  Cövdət  -  Sosialistlərin  təklifini  oxuyur:  Məclisi-Məbusan 

daxiliyyə nəzarətindən bir ay müddətində quberniya idarələrinin ləğvi haqqında bir 

layiheyi-qanuniyyə tərtib və təqdim etməsini tələb edir. 

Rəis - Təklifi eşitdiniz. Şimdi mən bu təklifi səsə qoyuram. Kim bu təklifi 

qəbul  edir,  rica  edirəm  əlini  qaldırsın.  Kim  əleyhinədir?  Kim  səs  təklif  qəbul 

olunur. 


(Sağdan alqış, ümumi gülüş, clava boqu!) 

Şimdi  3-cü  dərəcəni  tamamilə  səsə  qoyuram.  Kim  qəbul  edirsə,  əlini 

qaldırsın, bəlkə düşunmədiniz? (səslər: Yox, yox!) 



104 

 

3-cü  dərəcəni  katib  oxudu  (o  dərəcəyə  daxil  olanları  təkrar  zikr  edir). 



Bunu  komisyonun  qəbul  etdiyi  üzrə  səsə  qoyuram.  Kim  qəbul  edirsə,  əlini 

qaldırsın.  Əksəriyyət  rəylə  3-cü  maddə  komisyonun  qəbul  etdiyi  kimi  təshihə 

bərabər qəbul olunur. 4-cü dərəcəni oxuyunuz. 

Katib - (Oxuyur). 

(Mövqeyi - sədarətə sultan Məcid Qənizadə keçir) 

Rəis  -  4-cü  maddə  barəsində  danışan  varsa  buyursun.  Danışan  yoxdur. 

Ona görə hər kəs bunun lehinədir əl qaldırsın. Əksəriyyət əcvat ilə bu dərəcə qəbul 

olunur. 


Katib - 5-ci dərəcəni oxuyur. 

Rəis  -  5-ci  razryad  barəsində  kim  danışmaq  istəyir?  Yoxdur.  Ona  görə 

buyurunuz, Bayram Niyazi. 

Kiçikxanov  Bayram  Niyazi  ("Əhrar")  -  Burada  hansıki,  köhnədən  ayrı 

yerlərdə  mirovoy  sud  olan  vaxtlarda,  Zaqatalada  xalq  ruhani  məhkəməsi  var  idi. 

Onun  da  məmurları  müəyyən  smeta  daxilində  maaş  alırlardı.  İndi  elani-

istiqlaliyyətdən  sonra  Azərbaycan  da  haman  məhkəmə,  məhkəməyi-şəriyyə 

adlandırılmışdır.  Fəqət  onun  məmurlarının  adı  smetada  yoxdur.  Ona  görə  mən 

təklif edirəm o məhkəmənin sədri 5-ci, müavini-sədr 6-cı və üzvləri 7-ci dərəcəyə 

daxil edilsinlər. 

Rəis - Ancaq bu məcələ, çünkü 5-ci dərəcə barəsində təklif edirsiniz. Sədr 

5-ci  dərəcəyə  daxil  olsun.  Hər  kəs  tərəfdardır  ki,  Zaqatalada  olan  məhkəməyi-

şəriyyə Rəisi 5-ci dərəcəyə keçsin, rica edirəm əlini qaldırsın. (Rusca). 

Rəhim bəy (yerindən) - Müsaidə veriniz. 

Rəis - Söz Rəhim bəy Vəkilovundur. 

Rəhim  Vəkilov  -  Biz  komisyondan  bilmək  istərdik  ki,  mirovoy  sudlar 

hansı dərəcədədir və yaxşı olar digər şəriət sudlarını da mirovoy sudlar ilə bərabər 

hesab edək. Təklifimiz də odur ki, mirovoy sudlar hangi tərəfə aid isə məhkəməyi-

şəriyyə sədri də oraya mənsub olsun. 

Rəis  -  Söz  Bayram  Niyazi  Kiçikxanovundur.  Bayram  Niyazi  -  Burada 

söylənən  vilayət  məhkəməsidir.  Biz  okrujnoy  sud  hesab  eləmirik.  Okrujnoy  sud 

müavini 5-ci dərəcədədir. Biz də Zaqatala məhkəməyi-şəriyyə sədrini 5-ci dərəcə 

eyləyirik,  mirovoy  sud  aşağı  dərəcədədir.  Mənim  təklifim  odur  ki,  5-ci  dərəcədə 

qəbul olunsun. Rəis - Söz Əhməd Cövdətindir. 

Əhməd  Cövdət  -  Mən  belə  zənn  edirəm  ki,  Rəhim  bəyin  təklifi  daha 

doğrudur.  Zaqatala  özü  uyezd  qədər  bir  topraqdır.  Orada  olan  xalq  hakimləri 

mirovoy sudlar var. Bunların da vəzifəsi o ağırlıqdandır. Biz onları mirovoy sudlar 

kimi  8-ci  dərəcədə  qəbul  etsək  daha  müvafiq  olar.  Rəis  -  Söz  Muxtar 

Əfəndizadənindir. 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə