Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə55/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   51   52   53   54   55   56   57   58   ...   334

124 

 

dəyəcəklər  ki,  darülfünunda  bulunan  əfəndiləri  bir  az  rəncidə  edir.  Lakin, 



məmləkətin  və  yənə  Avropaya  getməyib  burada  təhsil  etmək  istəyən  yüzlərcə 

tələbə  və  talibələrin mənfəti  bunu  iqtiza  edir.  Və,  yenə  darülmüəllimin  bitirmişlə 

də  təyin  ediləcək  xüsusi  dərslərdən  imtahan  vermək  şərtilə  qəbul  olunsunlar, 

nəticədə  təklifim  budur  ki,  Azərbaycan  təbəəsi  olmaq  şərtilə  bu  sənaye  məxsus 

olaraq  zükur  edadisinin  6-cı,  7-ci,  rayalnının  6-cı  klassını,  Ateksandrovski 

müəllimə  kurslarını  və  darülmüəllimini  qurtarmış  tələbə  və  talibələr  darülfünuna 

qəbul edilsinlər. 

Sədr - Qarayev. 

Əliheydər  Qarayev  -  Keçən  dəfə  deyilmişdi  ki,  darülfünun  məsələsində 

əvvəla  Almaniya,  Fransiya,  Amerika  və  Rusiya  darülfünunları  ilə  tanış  olsunlar, 

sonra  layihə  yapılsın.  Təbii  bu  darülfünunlardan  xəbər  tutmayınca  yapılan 

qanunlarda bu cür olar. 

Sədr  -  Rica  edirəm  məsələni  qarışdırmayın.  (Məclisə)  -Rica  edirəm, 

yerinizdən danışmayasınız. 

Qarayev - Mən keçən dəfə söylədim ki, türk aləmində realnını qurtarmaq 

çox  çətin  olurdu.  Ona  görədir  ki,  rus  dili  hamıdan  ciddi  idi.  Türk  şagirdləri 

gimnaziyaya  realnidə  oxuya  bilməzlərdi.  Məsələn,  Ryurik  istoriyası  və  sairi 

bilmədiklərindən  məktəbdən  kənar  edilirlərdi.  Odur  ki,  bizim  bəzi  şagirdlərimiz 

məktəbi  bitirməmiş  qalırdılar.  Biz hərgah layiheyi-qanuniyyəni  qəbul  etsək,  onda 

demək  olar  ki,  bu  darülfünunu  biz  özümüz  üçün açırıq.  Fəqət  bunu  da  bilməliyik 

ki,  bu  darülfünunu  biz  türk  ziyalıları  üçün  açırıq.  Özünüzə  məlumdur  ki,  hər 

fakültəyə 250 nəfər qəbul ola bilər. Zira 500 nəfər tələbələrimiz vardır ki, onların 

attestatları  konkurs  olacaqdır  və  bizim  müsəlman  tələbələrimiz  isə  konkurs 

imtahanları ilə aciz qalacaqlar; ona görə ki, türk tələbələri əksərən attestatları aşağı 

nömrələr  ilədir.  Biz  böylə  qanun  qoyarıq  ki,  darülfünun  hamıya  açılıbdır.  O 

adamlar, ola bilər ki, realnı məktəbin 5,6,7-ci klasslarından, gimnaziyanın isə 6-7 

va  8-ci  klasslarından  çıxmış  olanlar  qəbul  edilsin.  Müəllim  və  müəlliməlikdən 

diplom  alanlar  dəxi  daxil  olmaq  hüququna  malik  olsunlar  ki,  gedib  orada  öz 

elmlərini  tam  edə  bilsinlər.  Bu  qanun  layihəsinin  axırında  bir  primeçaniya  var. 

(Oxuyur,  Rusca)  hər  halda  onu  da  qəbul  edə  bilmərik.  Çünkü  tələbələrdən  bir 

neçəsinin  bir  neçə  zaçotu  olursa,  bu  da  tələbələr  üçün  qeyri  mümkün  olacaqdır. 

Öylə  eyləməli  ki,  tələbələr  istədiyi  zaman  öz  zaçotlarını  verə  bilsin  (bez 

oqraniçeniya).  (Doktor  Rəfiyev  yerindən  danışır).  Bəli,  doğrudur,  siz  də  gərək 

zaçot verəsiniz. 

Sədr  -  Doktor,  təvəqqə  edirəm  ki,  yerinizdən  danışmayasınız. 

Qasımbəyov. 

Qasımbəyov - Yoldaşım Əhmədin sözünə mən şərikəm. Onu deməliyəm 

ki,  darülmüəlliminləri  qurtaranlara  da  Rusiya  hökuməti  ixtiyar  vermişdir  ki, 




125 

 

darülfünuna  daxil  olsunlar.  Öylə  müəllimlər  vardır  ki,  ədadı  məktəblərini 



bitirənlərdən  güclüdürlər.  Onlar  da  müsaidə  verməlidir  ki,  darülfünuna  girə 

bilsinlər. Müəllimlər üçün bir latın dilini bilməməklik darülfünunun tibb şöbələrinə 

girməyinə  mane  olmamalıdır.  Və,  bir  də  öylə  adamlar  var  ki,  onlar  əcnəbi 

darülfünunlarında oxuyub, dokumentləri isə orada qalmışdır. Bu qanun ilə onların 

da  darülfünuna  daxil  olmaları  mümkün  deyildir.  Zakaspiski  oblastında  olan 

studentlərin  dəxi  dokumentləri  orada  qalmışdır.  Qanun  üzrə  onlar  ancaq  volni 

sluşatel  qəbul  olunurlar.  Mən  də  təklifə  şərik  olub  bəyan  edirəm  ki,  bu  kimi 

studentlər  də  qəbul  edilsinlər.  Ümumiyyətlə,  mən  onu  deyə  bilərəm  ki,  özgə 

millətlər  darülfünuna  çox  girəcəklər,  türk  tələbələri  isə  yerdə  qalacaqlar. 

Darülfünun  hamının  üzünə  açıq  olmalıdır.  Onlar,  hələlik  student  surətilə  qəbul 

edilib  dərslərinə  dəvam  etməlidirlər  və  mən  təmamilə  yoldaşım  Əhməd  bəyin 

təklifinə tərəfdaram. 

Sədr - Söz sultan Məcid Qənizadənindir. 

Qənizadə  -  Əhməd  Cövdət  təklif  eylədi,  bəzi  realni  məktəbi  və 

gimnaziyanın  7-ci  sinfini  qurtarmışlar  darülfünuna  daxil  olsunlar  ki,  sonra  4  il 

darülfünunda  tədrisə məşğul  olub,  bitirəndən  sonra  imtahan  versin  və  gimnaziya 

məktəbinin,  yaxud  realnı  məktəbin  8-ci  və  7-ci  siniflərindən  şəhadətnamə  alsın. 

Mən  demək  istəyirəm  ki,  hərgah  darülfünunda  təhsillə  məşğul  olub  tam  edəcək 

olursa, daha onlara dübarə bir də imtahan verməyə hacət yoxdur, çünkü o adam elə 

darülfünunu  bitirmişdir.  Əhməd  Cövdətin  ikinci  təklifi  yarımçıq  qalan  və 

gimnaziyanın  və  realni  məktəblərindən  tam  eləməyib  qalanlardır.  Və  bir  də  əsil 

mətləb Aleksandrinski ünas məktəbi, pedaqoji kurslarını qurtaranlar üçündür ki, o 

da qəbul olunsun. 

Mən güman edirəm ki, bu bir novi realnı və gimnaziya qurtarmışlar üçün 

mümkün  isə,  Aleksandrinski  ünas  məktəblərini  bitirənlər  üçün  heç  cür  mümkün 

deyildir.  Bu  ünas  Aleksandrinski  məktəbi  ki,  var  o  kəndlərdə  və  şəhərdə  olan 

ibtidai məktəblər proqramındadır. Onun elmi iroqramı öylə bir müntəzəm surətdə 

tərtib  edilmişdir  ki,  onların  matematiçeski  və  fiziçeski  məlumatları  olsun,  onlar 

ancaq  ümumi-ibtidaiyyədən  xəbərdardırlar-onlarda  istoriya  və  coğrafiya  kursu 

yoxdur, onlarda epizodiçeski kurslar var, yəni Yaraslav Mudridən, İvan Qroznidan 

başlayıb  gəlir  Petr  Velikiyə,  Hakəza.  Coğrafiya  tərtib  ilə  keçməlidir.  Məsələn, 

Petroqrad  haradadır,  Moskva,  Məkkə,  Mədinə  nərələrdədir.  Qaldı  ki,  orada 

riyaziyyat,  alkebradan heç  məlumatları  yoxdur  ki,  universitetə  girsinlər.  Məsələn, 

texnikadan  məlumatım  yoxdur,  ora  getsəm,  əlbəttə  bir  şey  bilmərəm.  hər  halda 

gimnaziya  və  realni  məktəbi  natamam  etmişlərin  darüfünuna  daxili  barəsində 

sözüm olmasa da, ünas Aleksandrin məktəbini tamam etmişlərin ora daxil olmağı 

mümkün  deyil,  çünkü  yenə  deyirəm  bu  məktəb  ibtidaidir,  axır  vaxtlarda  hası 

cənabları  müəllimlərimizin  az  olduğundan  2  sənəlik  bir  pedaqoji  kursu  açdırdı, 




Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə