Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə29/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   25   26   27   28   29   30   31   32   ...   334

65 

 

Qanuniyyə komisyonu bunu tamamilə qəbul edib, məslisi-məbusdan təsdiqini rica 



edir. 

Sədr - Natiq əfəndi, bu layihə təcilimidir?  

Qara  bəy  -  Bəli,  təcilidir.    Çünkü  çoxdan  verilib,    iyul  ayından  qalıbdır. 

Çox lazımdır. Hərbiyyə nazirinin mülahizati böylədir (oxuyur). 

Qarabəyov - Qanun layihəsi budur. 

Sədr  -  Natiq  əfəndi,  lütf  ediniz.  Layiheyi-qanuniyyənin  təcili  surətdə 

baxılması  barəsində  kim  ləhinə  danışmaq  istərdi?  Natiq  olmadığından  səsə 

qoyacağam.  Layiheyi-qanuniyyənin  təcili  surətdə  baxılmasına  kim  etiraz  edir? 

Etiraz  yoxdur  ki,  etiraz  olmadığından layiheyi-qanuniyyəyə  təcili  surətdə  baxılır. 

Layiheyi-qanuniyyəni oxuyunuz.  

Qara bəy - Oxuyur.

 

Sədr  (dayandırır)  -  Natiq  əfəndi,  bu  cədvəldə  bir  qeyd  var.  Qara  bəy  - 



Bəli, var. O da budur, ev parası 1500. Sədr - sulkeviç haqqında xüsusi bir qeyd var. 

Qara bəy - Oxuyur. 

Sədr - Layiheyi-qanuniyyənin əsasları üzərinə kim danışmaq istərdi. Natiq 

olmadığından  layiheyi-qanuniyyənin  ikinci  qiraətinə  keçirəm.  Layihənin  ikinci 

qiraətinə keçməsini səsə qoyuram. 

Səslər - "Kvorum yoxdur!" 

Sədr - səsə qoyulmasına etiraz yoxdur. 

(Səslər - "Yoxdur, etiraz yoxdur!") 

Etiraz olmadığından layihənin ikinci qiraətinə keçirəm. Qara bəy, oxuyun. 

Qara bəy - Oxuyur. 

Sədr  -  Layiheyi-qanuniyyə  xüsusunda  kim  danışmaq  istər.  Natiq 

olmadığından səsə qoyuram. Maddənin ikinci qiraətini səsə qoyuram. Kim qəbul 

edirsə,  rica  edirəm,  əlini  qaldırsın.  (Əllər  qalxır).  Müttəhidülrəy  qəbul  edilir. 

Layiheyi-qanuniyyənin Üçüncü qiraətinə keçirəm. Qara bəy, layihəni oxuyun. 

Qara bəy — Oxuyur. 

Sədr - Layiheyi-qanuniyyəni 3-cü qiraəti barəsində kim danışmaq istərdi. 

Kim qəbul edirsə, rica edirəm əlini qaldırdın, (Əllər qalxır).  

 Sədr – Söz Məmməd Əmin Rəsulzadənindir.  

Məmməd  Əmin  Rəsulzadə  -  Mən  burada  vaqe  olan  təshihləri  Qarayev 

tərəfindən gələn xüsusda uzun-uzadı danışmağa ehtiyac görmürəm ki, bu xüsusda 

onun  fikrilə  rektor  şurasında  bir  tələbə  nümayəndəsi  olsun.  Bu  tərbiyə  nöqteyi-

nəzərindən doğru deyil. Əgər Rusiyada darülfünunları maarif nazirlərinin təziq icra 

etməsindən  və  təsdiq  məsələsindən  qorxmaq  lazım  gəlirsə,  Azərbaycan  üçün 

düşünmək  və  qorxmaq  doğru  deyil.  Əlbəttə,  maarif  nazirinin  bir  takım  siyasi  və 

başqa mülahizələri və bu mülahizatdan Azərbaycan darulfünun idarəsinə fəna təsir 

hasil  olur.  Əfkari  ümumiyyəyə  gəlincə  bəzi  vəziyyət  hasil  olur  ki,  bu  da  xarici 




66 

 

siyasətə təsir edə bilər. Onun yalnız elm və fənn üçün deyil fəqət rektorun maarif 



naziri  tərəfindən  təsdiq  edilməsi  dövləti  nöqteyi-nəzərdən  siyasi  faydası  var, 

qətiyyən  zərəri  yoxdur.  Təsəvvür  buyurunuz  ki,  bir  cümhuriyyətdə  ki,  başqa 

yerlərdən professorlar cəlb edir və orada oxumağa başqa yerdən artıq həvəs vardır. 

Elm və fənn üçün təsdiq etdirməyə bir qəsd olamaz və əngəl çıxarmaq dəxi doğru 

deyildir.  Elmə  xidmət  lazımsa  da  fəqət  siyasətimizə  zərər və  ziyanedici  ünsürləri 

təsdiq etdirməyə münasib olmaz. Azərbaycan darülfünunun şurası mürrixdə deyil, 

paytaxtımız olan Bakı şəHərindədir. O, paytaxtımızın xüsusiyyət və nastroeniyaları 

ilə  hesablaşmaq  məcburiyyətindədir.  Onlar  intixab  etmədən  əvvəl  bilərlər  ki, 

intixab  etdikləri  şəxsi  nəzarət  təsdiq  edər,  yaxud  eyləməz.  Əgər  şura  ilə  nəzarət 

arasında  bu  xüsusda  ixtilaf  olmazsa  bu  kimi  maddələrin  əsla  əhəmiyyəti  olmaz. 

Mən  rektorun  maarif  nəzarəti  tərəfindən  təsdiq  edilməsi  tərəfdarıyam.  Qaldı  üç 

sənə,  ya  iki  sənə  olmasına,  buna  da  mən  bir  dürlü  razı  ola  bilmərəm.  Doğrudur, 

Əhməd bəy söylədiyi kimi demokratik üsul ilə iki sənə qəbul görünmüşdür. Əgər 

Parlaman  intixabı  və  sair  təşkilatın  intixabı  icra  edilsə  idi,  bunun  zərəri  yoxdur. 

Lakin darülfünun tazə işdir. Tazə işdə bir taqım sistemlər var və olacaqdır. Tazə iş 

başına keçmiş olan şəxsə işi əlinə almaq üçün uzun müddət lazım gəlir. Üç sənədə 

böyük  bir  vaxt  deyildir.  Onunçün  mən  böylə  bilirəm  ki,  üç  sənəni  iki  sənəyə 

endirmək əməli olaraq faydası ola bilməz.

 

Sədr - Əhməd bəy Pepinov. 



Əhməd Cövdət bəy - Əvvəla mən əsas məsələ üzərində söyləmək istərdim 

ki,  o  barədə  Malxazov  cənabları  söylədilər.  Məsələ  burasındadır  ki,  verilən 

(ponravka)  universitet  muxtariyyətini  xələldar  edir.  Məmməd  Əmin  əfəndinin 

dediyi  doğru  deyildir.  Deyirlər  bunun  universitetin  elmi  və  fənni  işlərinə  zərəri 

olmaz. Əlbəttə, bir yerdə ki, hökumətin siyasəti universitetə intixab edilən rektoru 

ya qəbul və ya rədd edəcək, bu surətdə universitetin tərəqqi etməsinə zərər verəcək. 

Məəmafi  bu  təklifi  qəbul  edirik.  Çünkü  biz  universiteti  yeni  açırıq.  Bu 

təklifdə  universitet  işlərinə  müdaxilə  vardır.  Buna  görə  yeni  cəlb  edəcək 

professorları incidəcəyik. 

Səslər - Professorları deyil, rektorları. 

Əhməd Cövdət - Rektormu? Hər halda əfkari ümumiyyədə böyük həyəcan 

var. Bunun üçün dəvət etdiyimiz professorları bir az hürkütmək ilə bərabər, bunu 

qəbul  etməyə  məcburuq.  Ola  bilər  ki,  bir  çox  profeesorlar  gəlməkdən  imtina 

etsinlər, bunun üçün bəlkə bunu bir vaxti-müəyyən üçün qəbul edək. Vaxt qoysaq, 

Şura tərəfindən intixab ediləcək rektorların nəzarəti tərəfindən təsdiq edilməsi ya 

üç sənə və ya beş sənə, universitet işləri bir qaydaya düşənəcən, professorlar heyəti 

təyin  ediləcək  olsun.  Vaxt  məsələsinə  gəldikdə  2  sənə  daha  doğrudur.  Çünkü 

professorlar hənuz cəlb edilməmiş lazımdır ki, əvvəllərdə rektorun özü də işləsin. 

Ona görə 2 sənə 3 sənədən daha faydalıdır. Çünkü Hər sənə yeni-yeni professorlar 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə