Azərbaycan xalq cümhuriYYƏTİNİn keçİRİLMƏSİ ÜZRƏ DÖVLƏt komiSSİyasi



Yüklə 5,97 Mb.
Pdf görüntüsü
səhifə30/334
tarix28.08.2018
ölçüsü5,97 Mb.
#65057
1   ...   26   27   28   29   30   31   32   33   ...   334

67 

 

gələcək. Professorların qədəri artacaq. Əgər rektor sifətilə işləyə  bilərsə yenə onu 



seçərlər  və  ya  seçməzlər.  Üçüncü  məsələ,  qələbələrin  professorlar  şurasına  daxil 

olmaları  haqqında  idi.  Məmməd  Əmin  və  Malxazyan  əfəndilər  rədd  edib  əcayib 

kimi göstərdilər. Zənnimə görə bu heç əcayib deyildir. İnqilabdan sonra tələbələrin 

nümayəndələri universitet şuralarına girdilər. Bu şuralar tələbələri də idarə edirlər. 

Tələbələri idarə edən bir cəmiyyətdə tələbələrin nümayəndəsi olmalıdır. Bunun nə 

elmə  nə  fənnə  bir  zərəri  olmaz.  Tələbələr  ilə  professorlar  arasında  bir  çox 

mübahisələr və münaqişələr çıxa bilər. Bunların bətərəf edilməsi üçün tələbələrin o 

cəmiyyətdə olması lazımdır. Budur ki, bu təklifə tərəfdaram. 

Vanseviç - Rusca. 

Sədr - Əliheydər Qarayev. 

Qarayev - Vanseviç cənablarının fikrilə köhnə Nikolay ministrlərinin fikri 

birdir.  Onların  da  fikri  Hər  zaman  bu  idi  ki,  tələbələri  şuraya  buraxmaq  olmaz. 

studentlər  şuraya  girib  mitinqlər  açarlar.  Xeyir,  bizə  Nikolay  universiteti  lazım 

deyil. Bizə xalq universiteti lazımdır. Ancaq oraya soznaniya ilə gedirlər. Onlar öz 

hüquqlarını  anlayırlar.  Siz  Hərgah  onları  qovmaq  istəyirsinizsə,  o  başqa  məsələ. 

Hər hal da tələbələr gərək bilsinlər ki, onların başında olanlar kimlərdir. Ola bilir 

ki,  sabah  sovet  qərar  qoydu  ki,  zanyatiya  saat  doqquzdan  11-ə  kimi  olsun.  Bəlkə 

studentlər  lazımdır,  onlar  dəırslərinin  5-də  başlanmasını  istəyəcəklər.  Çünki  çox 

student öz məişətinin təmin etmək üçün kənar yerdə çalışacaq. Bu surətdə dərslərin 

vaxtını təyin etmək məsələsində studentlərin iştirakı lazımdır.  

İkinci  təshihi  səsə  qoyuram.  İkinci  təshihin  məzmunu  budur:  ―Rektor  3 

sənə əvəzinə 2 sənə olsun‖ (Salonda danışıq) rica edirəm iltifat edəsiniz. (Səslər – 

―Qara  bəy  danışığını  qurtarsın").  Mən  də  gözləyirəm,  söhbət  qurtarsın.  İkinsi 

təshihin  məzmunu  belədir.  Rektor  3  il  əvəzinə  2  ilə  seçilsin.  Səsə  qoyuram,  kim 

qəbul  edirsə,  rica  edirəm,  əlini  qaldırsın.  (Əllər  qalxır).  Kim  əleyhinədir?  (Əllər 

qalxır). Kim səs verməyib? (Əllər qalxır). Lehinə — 13, əleyhinə 25, səs verməyən 

— 4. Əksəriyyət rəy ilə təklif qəbul edilmir. 

Üçüncü  təklifi  səsə  qoyuram.  Təklif  budur:  "Darülfünun  rektoru, 

professorlar  şurası  və  tələbələr  nümayəndələri  iştirakilə  intixab  olunur".  Səsə 

qoyuram, kim təklifi qəbul edirsə, rica edirəm əlini qaldırsın? (Əllər qalxır). Kim 

bunun  əleyhinədir?  (Əllər  qalxır).  Kim  səs  verməyib?  (Əllər  qalxır).  Lehinə  5, 

əleyhinə 34, səs verməyən 6. Əksəriyyət rəy ilə təklif qəbul edilməyir. 

Sədr - İkinci babı, dördüncü maddəyə aid təshih ilə bərabər, komisyonun 

qəbul  etdiyi  vəchilə  səsə  qoyuram.  Kim  qəbul  edir, rica  edirəm  əllərini  qaldırsın. 

Kim  əleyhinədir,  kim  səs  verməyir.  Ləhinə  25,  əleyhinə  16,  səs  verməyən  4. 

Əksəriyyət rəy ilə ikinci bab, dördüncü maddəyə aid təshihlə bərabər qəbul edilir. 

Beş dəqiqə tənəffüs elan edəcəyəm. Böylə bir təklif var ki, maliyyə nəzarətinə aid 



68 

 

xırda  qanunlarının  müzakirəsi  üçün,  üçüncü  bir  məclisin  olmasını  tələb  edir. 



Divani-rəyasət bunu qəbul edib "seşənbə" günü olmasını təklif edir. 

Səslər - Qəbuldur. 

Sədr  -  Cümə  günü hökumət  dairəsində  dəftərxanaların  bağlı  olacağından 

Povestka olmayacaqdır. Beş dəqiqə tənəffüs elan edirəm. 



 

Beş dəqiqə tənəffüsdən sonra 

Sədr  -  İclas  dəvam  edir.  Darülfünun  nizamnaməsinin  ikinci  fəsli  qəbul 

edilib,  mabədi  pək  uzun  olduğundan  gələcək  iclasa  tərk  edilir.  Növbəti  məsələ 

türkcə  kitabların  alınması  üçün,  hökumət  tərəfindən  bir  milyon  rüblə  təxsisatın 

buraxılmasıdır. Məruzəçi Əhməd bəy Pepinov. 

Əhməd  bəy  -  Məktəblərimiz  milliləşəndən  bəri  gərək  tədrisatı  təqib  və 

gərəksə mütaliə  üçün  kitaba  pək  fəzlə  ehtiyac  vardır.  Mətbəələrimizdə hürüfat  və 

kağız  nöqsanı  dolayısilə  bir  çox  kitabların  meydana  gətirilməsi  gecikmişdir. 

Nəzarətin  təşəbbüsilə  meydana  gətirilən  təlif  komisyonu  lazımi  kitabları 

yetişdirmiş  və  bir  qismdə  təb  olmağa  başlamışdır.  Halbuki  bu  kitablar 

ümumiyyətlə  dərs  kitablarıdır  milliləşmiş  siniflərdə  bərayi-mütaliə  kitab  yoxdur. 

Olsa  belə  burada  çap  edilməsi  mümkün  deyildir, Tədarükə ehtiyac  vardır.  Məarif 

nəzarəti məslisdən bir milyon rüblənin təsdiqindən keçib, sürətlə buraxılmasını rica 

edir. Bu təşəbbüsün olmamasını iqtiza edərkən Hər nədənsə məarif nəzarəti əshəli 

göstərmiş,  pək  sonra  işə  başlamışdır.  Və  yenə  bu  məbləğ  türk  puluna  təbdil 

edilməsi az bir  yekun tutacaqdır. Məəmafe, biləxərə bu miqdar çoxaldıqca böyük 

miqyasda  kitablar  cəlb  ediləcəkdir.  Alınacaq  kitabların  cins  və  miqdarları 

müəyyənləşmişdir. (Oxuyur). 

Məzkur kitabların bir qismi məktəblərə təqsim olunacaqdır. Gec olsa belə 

qəbul  edib,  sürətlə  kitablar  cəlb  edilməlidir.  Demək  məarif  nəzarəti  bu  kitabları 

fəqət bu il almağı təsəvvür edir. 

Sədr - Qanun layihəsi qəbul edildimi? Layihəni oxuyunuz. 

Əhməd  bəy  -  Nəzarət  tərəfindən  verilən  qanun  layihəsi  böylədir.  (Katib 

oxuyur). 

Sədr  -  Bu  xüsusda  kim  danışmaq  istərdi?  (Rusca).  Danışmaq  istəyən 

olmadığına görə səsə qoyuram. Abdulla bəy Əfəndiyev. 

Abdulla bəy – Necə ki, məruzəçi söylədi, bir milyon manat azdır. Fəqət, 

biz  onu  artırmıyaq,  qəbul  edək.  Mən  təklif  edirəm  ki,  xüsusi  təşəbbüslərə  yol 

verilsin.  Xüsusi  adamlar  gedib  İstanbuldan  kitab  gətirsin.  Hərçəndi  ki,  bəziləri 

gətiriblər,  fəqət  olar  çox  azdır.  Öylə  bir  yol  aramalı  ki,  bu  xüsusda  təşəbbüs 

edənlərin  qolu  bağlanmasın.  Bəzi  yerlərdə  öylə  mallar,  mətalar  var  ki,  dava 

başlanandan  sonra  o  malları  ölü  bir  halda  qalıb,  orada  satılmayır,  işə  keçməyir. 

Məlumunuzdur  ki,  ipək  barama  qurdundan  əmələ  gələn  bir  şeydir.  Baramadan 



Yüklə 5,97 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   334




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə