74
diqqətlə baxasınız. Məclisdə 43-dən ziyadə iştirak edir. Amma cümlətanı 40 səs
çıxır. Dübarə səsə qoyuram. Kim üçüncü maddəni qəbul edir, əlini qaldırsın. Kim
bunun əleyhinədir? Səs verməyənlər? Maddənin lehinə 26, əleyhinə 9, səs
verməyən 7. Əksəriyyət rəylə maddə qəbul olunur. 4-cü maddəni oxuyunuz.
Katib - Oxuyur.
Sədr - 4-cü maddəni səsə qoyuram. Kim bunu qəbul edirsə əlini qaldırsın.
Kim bunun əleyhinədir? Səs vermiyənlər? Maddənin lehinə 21, əleyhinə 11, səs
verməyənlər 9, Əksəriyyət rəy ilə 4-cü maddə qəbul olunur. Layiheyi-
qanuniyyənin 3-sü qiraəti gələcək iclasa qalır.
Sədr - Keçirəm növbədəki məsələyə. Növbədə ümum əyləncə və
tamaşaxana yerindən alınan müvəqqəti vergi naloğın hökumət məbaliği-
müstəhfizəsinə idxali haqqında qanun layihəsidir. Məruzəçi Ağabəyov.
Ağabəyov - Bu qanun layihəsi müxtəsər bir qanundur. Özünüzə məlumdur
ki, inqilabdan qabaqda teatro biletlərinin qiymətlərini bir qədər də artırırlardı ki, bu
pulda krasnı-krest və uçrejdenya Mariyanın nəfinə gedirdi. İnqilabdan sonra bu
vergilərin ancaq adı ləğv olundu. Lakin, pullar yenə eyni surətdə toplanıb, bir para
işlərə sərf olunurdu. Bizim hökumət təşkil olunandan sonra bu vergini ümuri-
xeyriyyə naziri alırdı. İndi böylə fikrə gəliblər ki, bütün xərclər maliyyə naziri
tərəfindən verildiyi üçün mədaxillə də ona aiddir. Binaən-ileyh bu gəlirin də
maliyyə naziri tərəfindən alınması təklif olunur. Bunu maliyyə-büdcə komisyonu
qəbul edib və Parlamana da qəbulunu təklif edir.
Sədr - Qanunun əsasları barəsində kim danışmaq istərdi? Parlaman üzvü
Malxazyan.
Malxazyan - (Rusca).
Sədr - Qarayev.
Qarayev - Keçən layiheyi-qanuniyyəni qəbul etdik. O, Hər ha kəndçilərin
və əkinçilərin şotuna getdi. İndi bu qanunu da qəbul etdikdə nəzərdə tutalım ki,
bilqərəz xəzinəyə ildə 2-3 milyon manat mənfəət olur. Lakin bunun müqabilində
cəmaətə nə veririk? Təbii ki, bu vergilər alındıqda biletlərin qiyməti
bahalanacaqdır. Buna görə də tamaşaçılardan 50% fəhlə və əmələ qismi teatro
getməkdən bahalığa görə imtina edəcək. Yenə teatrolara dövlətlilər gedəcəklər.
İkinci, əfəndilər! Bir türk səhnəsinə nəzər veriniz. Orada həftənin bu başında
"Arşın mal alan", o başında "O olmasın bu olsun", ortasında isə "Leyli və Məcnun"
oynanır. Əcaba bizim dramlarımız yoxdurmu? Niyə drama oynanmır. Çünkü
dramadan gəlir azdır. Operadan isə gəlir çoxdur. Və, artistlər də öz nəfini güdürlər.
İndi bu qanun layihəsini qəbul eyləsəniz, xəzinə gəlirini artırıb, o biri tərəfdən isə
cəmaətə zərər verəcəksiniz. Qoy biz ildə iki milyon xəzinəyə zərər verək, lakin,
cəmaətə teatroya getməyə imkan verək. Hər halda bu qanunun qəbul olunmasına
mən ziddəm.
75
Sədr - Ağamalı oğlu Səmədağa.
Ağamalı oğlu - O ki, heç kim deyə bilməz ki...
Sədr - Rica edirəm, xüsusi söhbət ilə məşğul olmayasınız.
Ağamalı oğlu - Xəzinəyə pul lazım deyil, amma biz deyirik ki, maliyyə
naziri gəlirin yolunu bilmir. Bu xırda pullardan "Fatıya tuman olmaz". Biz bilirik
ki, xəzinədə pul azdır və maliyyə naziri bu günlər 6 yüz milyonun təzə çap
olunmasına izn istəyəcəkdir. Lakin, nə qədər pul artıq kəsilsə bahalıq da və
quldurluq da bundan çıxacaqdır. Buna görə də hökumət gözəl mədaxil yolu
aramalıdır. Biz hürriyyət dövrünə keçdik ki, asudə yaşayaq və köhnə Nikolay
yolundan da pis yol oldu. Biz istəyirik ki, bu xırda xərclər [ləğv] olub, bunun
əvəzinə proqres sivnıy naloq yainki, vnutrennıy zayom olsun. Hökumət bunu
eləmək istəmir. Mən təklif edirəm bu layihə qəbul olunmasın.
Sədr - Sırada natiq olmadığından son söz məruzəçinindir. Ağabəyov -
Doğrusu mən sosialist yoldaşların fikrini bilmədim. İstəyirlər, öylə qanun layihəsi
olsun ki 100 milyon 50 milyon birdən doxodu olsun. Bir vergi üstə heç bir
hökumət, heç bir dövlət yaşamaz. Təcrübələr, tarixlər, sənədlər göstərdi ki,
naloqovaya sistema, bir neçə naloqdan ibarət olur. Yoxsa bu naloq 5 milyondur,
pisdir, 50 milyon olsun deməklə olmaz. Məsəl var ki: "Dama-dama göl olar". Az
keçmək ilə olmaz. Bu bizim vəziyyətimizi ağırlaşdırar. Burada bir fikir söylədilər
ki, doğrudan onu danmaq olmaz. Dedilər, teatro biletlərinin qiyməti öylə artdı ki,
bizim fəhlələrin və qeyri kasıb siniflərimizin oraya getməyə imkanı yoxdur. Bu
fikir dürüstdür, həqiqətdir. Ancaq bir şeydən qorxuram ki, əgər biz bunu götürək,
genə bilet ucuzlanmaya. O vədə, yenə teatro saxlayanlar biletlərin qiymətini
azaltmayıb baha satalar və dövlətə bir şey vermiyələr. Bununla, biletlərin
qiymətini azaltmaq mümkün deyildir ki, biz bu naloğu kənar edək. Təcrübə
göstərir ki, bir şey ki, qiymətə mindi, onu qiymətdən salmaq çətindir. Malxazyanın
arzusunu inkar etmək olmaz. Biz gərək cəhd edək ki, biletlərin qiyməti az olsun.
Tainki, kasıblar dramadan, operadan nəfbərdar olsunlar. Xalqın bunlardan nəfdar
olmasıçün naloğı götürmək azdır. Onun barəsində gərək qeyri fikirlərə düşəsən.
Xalqa teatroları açaq. Biletlərin qiymətini azaldaq, tainki cəmaaət üçün asan olsun.
Rəis - Müzakirə bitdiyindən layihəyi-qanuniyyənin ikinci qiraətinə
keçməyi səsə qoyuram. Kim layihəyi-qanuniyyənin ikinci qəraətinə keçmək
tərəfdarıdırsa rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Kim bunun əleyhinədir?
(Əllər qalxır). Kim səs verməyib? (Əllər qalxır). Layiheyi-qanuniyyənin ikinci
qiraətinə keçmənin lehinə - 35, əleyhinə - 5, səs verməyən 4. Əksəriyyət rəylə
layiheyi qanuniyyənin ikinci qiraətinə keçilir. Mən Parlaman üzvlərindən rica
edirəm ki, nakazın hamısına olmasa da bu maddəsinə bələd olsunlar. Qarayev!
sizin təklifiniz nakaza müğayirdir. (Katibə) Oxuyunuz əvvəlinci maddəni. Katib -
Oxuyur.