80
maliyyə işləri layihələrinin məruzəçilərindən Əmircanov, Rüstəmbəyov burada
yoxdur. Ona görə növbədəki xırda-xırda qanunlardır ki, sıra ilə baxılır. Mehdi bəy,
oxuyunuz.
Mehdi bəy Hacınski – Sabiqdə, Rusiyada hər bir şəxs ki, hərbi olub, bir
cinayət etsə, bu cinayətdə qeyri bir hərbi adam da iştirak etsə, hər ikisi hərbiyyə
məhkəməsinə verilirdilər. Rusiya inqilabından sonra müvəqqəti hökumət
zamanında bu qanun dəyişdi. Hərbi ya qeyri hərbi şəxslər cinayət işi gördükdə
mülküyyə məhkəməsinə cinayət təriqilə verilirdi. Məhz o dairədə ki, orada nöqteyi
hərb var idi. Onlar hərbi dairəyə verilirdi. Fəqət keçənlərdə Parlaman hərbi
qanunlar keçirəndə bu qanunu nəzərə almamış. İndi hərbiyyə naziri göstərir ki,
hərb zamanında cinayət olarsa, qeyri hərbi adamlar da o cinayətdə iştirak etsə,
hərbi nöqteyi-nəzərindən hər ikisi məhkəməyi-hərbiyyəyə verilsin. Bu qanun
yazılıb hökumətdən keçəndən sonra ləvayehi-qanuniyyə komisyonuna gəldi,
ləvayihi-qanuniyyə komisyonu bu layihəyə baxıb 15-si maddənin 9-cu fəslinin 3-
cü qərardadını əvəz edib, yerində təzə bir maddənin yazılmasını qərara aldı. Qanun
belədir: (Oxuyur).
Sədr - Layiheyi-qanuniyyə xüsusunda kim danışmaq istər. Danışmaq
istəyən yoxsa, layiheyi-qanuniyyənin ikinci qiraətinə keçəlim. İkinci qiraəti kim
qəbul edir, rica edirəm əllərini qaldırsın. Kim bunun əleyhinədir. Əksəriyyət rəy ilə
layiheyi-qanuniyyənin ikinci qiraəti qəbul edilir. Oxuyunuz, Mehdi bəy.
Mehdi bəy - Oxuyur.
Sədr - Kim danışmaq istərdi bu xüsusda. Əhməd bəy Pepinov.
Əhməd bəy - Bizim fraksiyamız yalnız maliyyə nəzarətinə aid...
Sədr - Rica edirəm, Əhməd bəy, məsələni qarışdırmayasınız. Layiheyi-
qanuniyyə xüsusunda bir sözünüz varsa, onu danışasınız.
Əhməd bəy - Mən layiheyi-qanuniyyə səsə qoyulduqdan əvvəl
fraksiyamızın rəyini və fikrini söyləmək istərəm.
Sədr - Söyləyiniz, buyurun.
Əhməd bəy - Biz əvvəlsə bu icmal maliyyəyə aid qanunların
müzakiratının bu cürəsini qəbul etməyib səs vermirik.
Sədr - Layiheyi-qanuniyyə iki hissədən ibarətdir. Bunun müzakirəsini kim
qəbul edirsə, rica edirəm əllərini qaldırsın. Kim bunun əleyhinədir? Kim səs
verməyir? Lehinə 36, əleyhinə 1, səs verməyən 10. Əksəriyyətlə layiheyi-
qanuniyyə qəbul edilir. Üçüncü qiraət qalır gələcək iclasa. Növbədəki məsələ
dövləti gəlir vergiləri xüsusundakı qəvaidin 45 və 46-cı maddələrinin təqyir və
təbdili haqqında qanuni layihəsi.
Məruzəçi Mehdi bəy Hacınski.*
Arxiv, f.895, siy. 1, iş 145, vər. 1-19
81
№76
Yetmiş altıncı iclas
22 sentyabr 1919-cu il
Rəis - Doktor Həsən bəy Ağayev. Katib - Əhməd Cövdət Pepinov.
Müzakireyi-yomiyyə:
1 – Azərbaycan hökumət darülfünunü təşkili haqqında qanun layihəsi.
Məruzəçi - Mehdi bəy Hacınski; 2 - Bəxşeş və mükafat alma, rüşvətalma və tələb
etmə səzalarının təqviyəsi haqqında, Məruzəçi - Şəfi bəy Rüstəmbəyov; 3 –
Əsgərlikdən azad olunanlardan alınan hərbi vergilərin (naloqun) ləğv edilməsi.
Məruzəçi - Şəfi bəy Rüstəmbəyov; 4- Hüquq məhkəməsi nizamnaməsinin 1462-ci
fəslinin mühakimeyi-sülhiyyə təhtindəki, iqameyi-davaları fiyətinin nəhayət dərəcə
artırılması üçün təbdili haqqında. Məruzəçi - Mehdi bəy Hacınski; 5 - Məhkəmə
işlərinin övraq dəftərxana və əxbariyyə vərəqəsi vergisilə qiymətə aid olmayan
iqamə dəvam xərclərinin artırılması haqqında. Məruzəçi - Şəfi bəy Rüstəmbəyov; 6
-sabiq komissariatın və xalq komissarlar şurasının dəftərxana vergiləri (ödənişləri)
haqqında olan cəza tədbirlərinin ləğvi xüsusunda - Rüstəmbəyov; 7- Tamğa
rüsumatı qanunnaməsinin bəzi maddələrinin təbdili və rüsum miqdarlarının təzyidi
haqqında. Məruzəçi - Ağabəyov; 8 - Nəşri-elan haqqında. Məruzəçi -
Rüstəmbəyov; 9 – Azərbaycandan xaricə çıxarılan spirto içkilərindən (üzüm şərabı
və pivə istisna, [olmaqla] alınan kömrük vergisinin miqdarları haqqında qanun
layihəsi. Məruzəçi - Əmircanov; 10 - Balıq və balıq məhsulu ixracı vergisinin
təbdili haqqında. Məruzəçi - Əmircanov; 11 - Pivə bişirilməsindən alınan aksiz
vergisinin təbdili miqdarlarının və pivə snirtosunun artırılması haqqında qanun
layihəsi. Məruzəçi - Əmircanov; 12 - Fabrika inspeksiyasına dair əvaidin təbdili
haqqında. Məruzəçi - Rüstəmbəyov; 13 - Maliyyə naziri şurası haqqında qanun
layihəsi. Məruzəçi - Rüstəmbəyov; 14 - Maliyyə nəzarəti cünbündə qeyri hissə
şayiə vergilərinin (nakladnoy sbor) və inhisar şöbəsinin təsisi haqqında qanun
layihəsi. Məruzəçi - Əmircanov; 15 -Vergi müdiriyyətləri hissələrinin qapıçı
tutulması üçün sənədə əlavə olaraq 7200 rüblə təxsis edilməsi haqqında qanun
layihəsi. Məruzəçi - Əmircanov; 16 – Azərbaycan ümuri-xeyriyyə nəzarətinin
statya siyahisinin və maaşların artırılması xüsusunda. Məruzəçi - Vəkilov Mustafa;
17 - Hökumət məmurlarının maaşları haqqında. Məruzəçi - Vəkilov Mustafa.
Rəis - Daxil olmuş kağızlardan bəzi məbusların və Abdulla Qəbulovun
ərzihalı. Divani-Riyasət tərəfindən təklif olunur ki, axırıncı maddeyi-qanuniyyə
(hökumət məmurlarının maaşları haqqındakı) qanuniyyə birinci olaraq baxılsın və
birinci darülfünun təşkili məsələsinə ikinci olaraq baxılsın. Buna etiraz yoxdurmu?
Səmədağa Ağamalıoğlu - Keçən dəfə torpaq məsələsi povestkaya daxil
edilmişdir. Bir ay bundan qabaqda topraq məsələsi qoyulmuşdur. Povestkada