78
rus, erməni, gürcü və sairə kimi millət dəxi çoxdur. Odur ki, şərab məsələsində
onlar nəzərə alınmalıdır. Bir də şərabçılıq vətənimizdə mühüm bir ticarət və
üzümçülük bir mədaxil mənbəidir. Buradan xəzinəyə küllü mənfəət hasil olur. Ona
görə bu məsələdə haman ticarət və xəzinə mənafeini nəzərdən qaçırmamalıdır. Bu
mülahizə ilə ərz edirəm ki, üzümçülük və şərabçılığı öldürmək olmaz. Bu barədə
Malxazov müfəssələn danışdı, və onun dediklərini təkrar hacət yoxdur. Nəhayət
natiqlərin sözlərindən böylə çıxdı ki, şərabçılığı azaltmaq üçün şərab ticarətini
hökumət təhti-inhisarə imiş. Əvvəla ticarət və sənayenin müəyyən bir qismini
inhisar altına almaq üçün hazırlıqlar, lazımi miqdarda bu işə mübaşir olacaq
məmurlar və sairə lazımdır. halbuki, sabiq Russiya hökuməti belə bunu basarmadı.
Saniyən Rusiyada, məsələn şərabçılığı hökumət təhti-inhisarə almışdı. Fəqət onun
məqsədi şərabçılığı azaltmaq deyildi; biləks inhisar altında intişar vermək idi.
İnhisar elan edən hökumətlər səhd edirlər ki, içkiçilik artsın, xalq arasında əyyaşlıq
vüsətlənsin, nəticəsini də biz yaxşı bilirik. Malxazovun təklifinə keçdikdə deyə
bilərəm ki, onun da fikri yanlışdır. O deyir ki, bu layihə tərtib edilərkən nəzarət
ehli-xibrəsinə və səlahiyyətdar müəssisələrə müraciət də bulunmamış, məsləhət
etməmişdir. Məsələn, Bakıda promışlenniklərin komitəsi varmış, ona məsləhət
etmək lazım imiş, buna nəzarət etməmişdir. Bu barədə demək istəyirəm ki, o
komitə haqqında məlumatımız vardır. O komitə olduqca bürokrat bir müəssisədir.
hətta nəzarət onun ləğvi haqqında bir layiheyi-qanuniyyə hazırlayır. Öylə bürokrat
idarəyə edilən məsləhətdən hökumətə və xəzinəyə heç bir mənfəət çıxmazdı.
Nəhayət, vergilərin miqdarına gəlincə nə verginin miqdarı öylə çoxdur, nə bunun
şərab ticarətinə sui-təsiri ola bilər. Çünkü bu saat, məsələn konyakıp şüşəsi 100
manatdır. Ondan 6 manat vergi almaq öylə böyük bir şey deyildir. Odur ki,
Parlamanı bahalıq ilə qorxutmaqa məhəl yoxdur. Bir də məhtərəm məbuslar,
bilirsiniz ki, şərab ayrı, spirt ayrıdır. Bu qanun şərab haqqında deyil, yalnız spirtə
aiddir. Bu vergi çox deyildir. Digər tərəfdən promışlennostini də boğmaq olmaz;
xüsusən ki, buradan xəzinəyə 25 milyon mənfəət hasil olur.
Burada iki məsələ var, bir spirt,bir də çaxır məsələsi; bunları Malxazyan
cənabları qarışdırdı. Burada buyurdular ki, 6 manat, 12 manat, lakin qanunda böylə
bir şey yoxdur. Bu iki məsələni biri-birindən ayırmalıyıq. Demək istəyirəm ki,
şəriəti də, ticarəti də nəzərə alıb görürük ki, burada bir zərər yoxdur, bəlkə
xəzinəyə ildə 25 milyon nəfi gəlir.
Sədr - Müzakirə bitdiyindən layiheyi-qanuniyyənin ikinci qiraətinə
keçməyi səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. Rica edirəm
layiheyi-qanuniyyənin 2-ci qiraətinə kim tərəfdar isə əlini qaldırsın. Rica edirəm,
xüsusi söhbətinizi kənara qoyasınız. Kim bunun əleyhinədir? Kim səs
verməyibdir? Lehinə 17, əleyhinə 24, səs verməyən 1. Əksəriyyət rəy ilə layiheyi-
qanuniyyə rədd olunur.
79
Keçirəm növbədəki məsələyə. Bakı xəzinə palatası müdir müavinliyi
vəzifəsinin ləğvi haqqında qanun layihəsi. Məruzəçi Muxtar Əfəndiyev. Xəlil bəy,
rica edirəm, əyləşəsiniz.
Muxtar - Bu müxtəsər qanun layihəsidir. 14120 manat məvacibi olan bir
müdir müavininin ləğv edilməsidir. Maliyyə nazirinin yanında bir komisyon var ki,
məzkur məmurun vəzifəsini ifa edir və maliyyə naziri özü də onun bir para inşərini
görür. Bu səbəbə görə o qulluq gərək ləğv edilsin. Qanun bir maddədən ibarətdir.
(Oxuyur).
Sədr - Heybətqulu bəy, xahiş edirəm rahat oturasınız və il-lamən
məcburam sizi tədib edim. Danışan yoxdur ki? Sırada natiq olmadığından layiheyi-
qanuniyyənin ikinci qiraətinə keçməyi səsə qoyuram.
Səslər - Kvorum yoxdur.
Sədr (Kyüsterə) - Çağırın gəlsinlər.
Kim layiheyi-qanuniyyənin ikinci qiraətinə tərəfdar isə rica edirəm əlini
qaldırsın. (Əllər qalxır). Sayınız? Müttəhidülrəy layiheyi-qanuniyyənin ikinci
qiraəti qəbul edilir. Layihəni bir də oxuyunuz.
Muxtar Əfəndizadə - Layihəni bir də oxuyur.
Rəis - Maddə xüsusunda kim danışmaq istərdi? Səsə qoyuram. Kim
maddəni qəbul edirsə, rica edirəm əlini qaldırsın. (Əllər qalxır). Müttəhidülrəy)
layihənin 2-ci qiraəti qəbul edilir. Layihənin üçüncü qiraəti buraxılır gələn iclasa.
Hələlik beş dəqiqəlik tənəffüs elan edirəm.
(5 dəqiqəlik tənəffüs elan olnur).
(Tənəffüsdən sonra).
Rəis - İclas dəvam edir. Növbədəki layiheyi-qanuniyyə məhkəməyi-
hərbiyyə qanununun 15-ci maddəsinin təğyiri haqqındadır. Məruzəçi Mehdi bəy
Hacınski.
Mehdi bəy Hacınski - Sabiqdə Rusiya imperiyasında bir qanun var idi. O
qanun ilə hərbi şəxslər bir cinayət iş görsə idi...
Əhməd Cövdət - Yomiyyeyi-müzakiratın tərtibi barəsində mənə müsaidə
veriniz.
Rəis - Buyurunuz. Söz Əhməd Cövdətindir.
Əhməd Cövdət - Keçən səfər qərar qoyuldu ki, maliyyə işləri lüzumlü
olduğuna görə xüsusi bir iclas təyin edilsin. Bu günkü iclası da ona görə təyin
etdik. Bir çox maliyyə məsələləri var. Maliyyə nəzarəti o qanunların baxılmasını
istəyir. Ona görə təklif edərdim ki, bu məsələ qalsın, keçək maliyyə işləri
xüsusunda olan qanunlara.
Rəis - Parlamanın keçən səfər qərarı belə oldu ki, bundan belə bu iclasda
nəinki bir tək maliyyə işlərinə, bəlkə o biri məsələlərə də baxılsın. Növbədə olan