102
ki, hansı ruhani hökumət məmuru olduğu barəsində bir layihə göndərsin ki, o
layihə mövcibincə onlara maaş verilsin.
Rəis - Sırada natiq olmadığından axırıncı söz məruzəçinindir.
Əbdüləli bəy - Burada məşyixət sədri və bir də üzvlərə məvacib təyin
olunubdur. O birilərə məvacib yoxdur. Ruhanilərin məaşı mövcibincə işləri
fənadır. Bu barədə qanun hazırlanır. Əgər biz indi bu qanunu qəbul etməsək,
onların işləri də fəna olar. Mən təklif edirəm ki, məşyəxət barəsində bir qanun
qalsın.
Rəis - Əhməd bəyin təklifini oxuyur: məşyəxət sədrləri qanundan
götürülsün, səsə qoyuram. Kim qəbul edirsə, rica edirəm əlini qaldırsın. Kim
əleyhinədir? Kim səs verməyibdir? Lehinə dörd, əleyhinə 37, səs verməyən 8-dir.
Əksəriyyət rəylə təklif rədd olunur. 2-ci dərəcəni səsə qoyuram, etiraz yoxdur ki,
2-ci dərəcəyə, 2-ci dərəcə əksəriyyət rəylə qəbul olunur. 3-cü dərəcəni oxuyunuz,
Əhməd bəy!
Əhməd bəy - (Oxuyur).
Rəis - 3-cü dərəcə xüsusunda kim danışmaq istərdi? Səmədağa.
Səmədağa - Mən təklif edirəm ki, 3-cü maddədən qubernatorlar
qaralansın, çünkü çoxdan demişik, hökumətə də məlum etmişik ki, qubernator
idarələri bütün-bütünə götürülsün. Azərbaycan təşkil olandan bəri qubernatorlar
məmləkətə nəf gətirmədi. Uyezdini naçalniklər və pristavlar xəyanət edirsələr bu
qubernatorlar onlara həmişə darğadır.
Rəis - Natiq əfəndi, xahiş edirəm, bir az məsələyə yavuq gəlin.
Səmədağa - Lap yaxın gələcəygm. Rusiyada qubernator idarələrini ləğv
etmək istəyirlərdi. Bu barədə dövlət Rəisi çox işləyirdi ki, qubernator olmasın.
Çünkü, onda şikayətçi bilavasitə ministrə vacib edə bilir, yoxsa minictr gərək
yazsın qubernatora, qubernator da naçalnikə... və habelə mən təklif edirəm ki, bir
qanun düzəltməli ki, o qanunla qubernatorlar rədd olunsunlar.
Rəis - Rəhim bəy Vəkilov.
Rəhim bəy - Müsavat fraksiyonu buna büsbütün iştirak etməklə bərabər
deyir ki, bu qanunu birdən-birə qəbul etmək olmaz. O idarələrdə xidmət edən
məmurlara məaş verilməsi bu qanunla qəbul olunsun və hökumətə tapşırılsın ki, bu
barədə bir qanun tərtib edib Parlamana təqdim etsin.
Rəis - Əhməd bəy Pepinov.
Əhməd bəy - Biz də tərəfdar deyilik ki, qulluqçular orada maaş almasın.
Bəs nə üçün yoldaşımız bunu təklif etdi. Bu onun üçündür ki, martda da biz maaş
artanda belə bir təklif etmişdik. O vaxt hökumət bizə söz verdi ki, maaş qanunu
qəbul edən qubernatorlar idarələri barəsində tezlikcə qanun hazırlayıb Parlamana
təqdim edərik. Lakin indi sentyabrdır, bunu hökumət hələ hazırlamamış. Əgər
103
Parlaman qəbul etsə hökumətə müəyyən bir vaxt verək ki, bu barədə bir qanun
hazırlasınlar və oradakı qulluqçular da indilik məvaciblərini alsınlar.
Rəis – Əfəndizadə Muxtar.
Muxtar - Biz vilayət dairəsinin ləğvi xüsusunda hökumətə tapşırmışdıq.
Gərək bu barədə daxiliyyə nazirindən bir qanun gələydi. Lakin nədənsə bu vaxta
kimi hələ gəlməyib.
Şəfi bəy (yerindən) - hazırlayın da, ixtiyarınız var ki, kim əlinizi tutub.
Əfəndizadə - Bu qanun təklif olunur, maaş artırmaq üçün biz təklif edirik
ki, vilayət dairəsini ləğv etmək üçün hökumət qanun təqdim etsin. Bizdə necə
düşüb Bakıda yox, Gəncə quberniyasının bir para yerlərində qorodskoy starşina və
yüzbaşılar var ki...
Rəis - Natiq əfəndi, mən xahiş edirəm ki, məsələdən kənara çıxmayasız.
Qubernatordan danışıb yüzbaşı üzərinə gedirsiniz.
Muxtar Əfəndizadə (dəvamla) - Bu qanun ki, quberniya idarələrinin ləğvi
haqqında təqdim olacaqdır? mən təklif edirəm mahal yüzbaşılıqlarının da ləğvi
oraya daxil edilsin. Çünkü mahal yüzbaşılığının heç bir lüzumu yoxdur: Ancaq
fəzlə bir vasitə, bir mərhələ təşkil etməkdən başqa bu təklifi biz martda etmişdik?
Fəqət bu vaxtadək hələ bu xüsusda bir iş görülməmişdir. Hökumət o zaman layihə
təqdim etməyə söz vermişdi, amma bu anadək nəzarət hələ bir qanun tərtib
verməmişdir.
Rəis - Sırada natiq olmadığından son söz məruzəçinindir.
Əbdüləli bəy Əmircanov - Maliyyə-büdcə komisyası bu layihəni
müzakirəyə qoyduqda aruzu etmişdi ki, gələcəkdə quberniya idarələri götürülsün.
Fəqət bu layiheyi-qanuniyyənin tərtib və təqdimi o qədər tez olmaz. Səmədağa
buyurdu ki, bu xüsusda çaparaq bir qanun verilsin, amma onun istədiyi kimi
çaparaq ola bilməz, çünkü bu müzakirə etdiyimiz qanundan çaparaq şey olmazdı,
hələ 7 ayda hazırlanıb məclisə təqdim edilmişdir. Digər tərəfdən məlumdur ki, o
qanun gəlib buraya çıxmadıqca quberniya idarələrini ləğv etmək olmaz. Odur ki,
məzkur idarələr hələlik necəki var, öylədə qalmalıdırlar.
Əhməd Cövdət - Sosialistlərin təklifini oxuyur: Məclisi-Məbusan
daxiliyyə nəzarətindən bir ay müddətində quberniya idarələrinin ləğvi haqqında bir
layiheyi-qanuniyyə tərtib və təqdim etməsini tələb edir.
Rəis - Təklifi eşitdiniz. Şimdi mən bu təklifi səsə qoyuram. Kim bu təklifi
qəbul edir, rica edirəm əlini qaldırsın. Kim əleyhinədir? Kim səs təklif qəbul
olunur.
(Sağdan alqış, ümumi gülüş, clava boqu!)
Şimdi 3-cü dərəcəni tamamilə səsə qoyuram. Kim qəbul edirsə, əlini
qaldırsın, bəlkə düşunmədiniz? (səslər: Yox, yox!)
104
3-cü dərəcəni katib oxudu (o dərəcəyə daxil olanları təkrar zikr edir).
Bunu komisyonun qəbul etdiyi üzrə səsə qoyuram. Kim qəbul edirsə, əlini
qaldırsın. Əksəriyyət rəylə 3-cü maddə komisyonun qəbul etdiyi kimi təshihə
bərabər qəbul olunur. 4-cü dərəcəni oxuyunuz.
Katib - (Oxuyur).
(Mövqeyi - sədarətə sultan Məcid Qənizadə keçir)
Rəis - 4-cü maddə barəsində danışan varsa buyursun. Danışan yoxdur.
Ona görə hər kəs bunun lehinədir əl qaldırsın. Əksəriyyət əcvat ilə bu dərəcə qəbul
olunur.
Katib - 5-ci dərəcəni oxuyur.
Rəis - 5-ci razryad barəsində kim danışmaq istəyir? Yoxdur. Ona görə
buyurunuz, Bayram Niyazi.
Kiçikxanov Bayram Niyazi ("Əhrar") - Burada hansıki, köhnədən ayrı
yerlərdə mirovoy sud olan vaxtlarda, Zaqatalada xalq ruhani məhkəməsi var idi.
Onun da məmurları müəyyən smeta daxilində maaş alırlardı. İndi elani-
istiqlaliyyətdən sonra Azərbaycan da haman məhkəmə, məhkəməyi-şəriyyə
adlandırılmışdır. Fəqət onun məmurlarının adı smetada yoxdur. Ona görə mən
təklif edirəm o məhkəmənin sədri 5-ci, müavini-sədr 6-cı və üzvləri 7-ci dərəcəyə
daxil edilsinlər.
Rəis - Ancaq bu məcələ, çünkü 5-ci dərəcə barəsində təklif edirsiniz. Sədr
5-ci dərəcəyə daxil olsun. Hər kəs tərəfdardır ki, Zaqatalada olan məhkəməyi-
şəriyyə Rəisi 5-ci dərəcəyə keçsin, rica edirəm əlini qaldırsın. (Rusca).
Rəhim bəy (yerindən) - Müsaidə veriniz.
Rəis - Söz Rəhim bəy Vəkilovundur.
Rəhim Vəkilov - Biz komisyondan bilmək istərdik ki, mirovoy sudlar
hansı dərəcədədir və yaxşı olar digər şəriət sudlarını da mirovoy sudlar ilə bərabər
hesab edək. Təklifimiz də odur ki, mirovoy sudlar hangi tərəfə aid isə məhkəməyi-
şəriyyə sədri də oraya mənsub olsun.
Rəis - Söz Bayram Niyazi Kiçikxanovundur. Bayram Niyazi - Burada
söylənən vilayət məhkəməsidir. Biz okrujnoy sud hesab eləmirik. Okrujnoy sud
müavini 5-ci dərəcədədir. Biz də Zaqatala məhkəməyi-şəriyyə sədrini 5-ci dərəcə
eyləyirik, mirovoy sud aşağı dərəcədədir. Mənim təklifim odur ki, 5-ci dərəcədə
qəbul olunsun. Rəis - Söz Əhməd Cövdətindir.
Əhməd Cövdət - Mən belə zənn edirəm ki, Rəhim bəyin təklifi daha
doğrudur. Zaqatala özü uyezd qədər bir topraqdır. Orada olan xalq hakimləri
mirovoy sudlar var. Bunların da vəzifəsi o ağırlıqdandır. Biz onları mirovoy sudlar
kimi 8-ci dərəcədə qəbul etsək daha müvafiq olar. Rəis - Söz Muxtar
Əfəndizadənindir.
Dostları ilə paylaş: |