209
Ekranda "Çingiz xan" filmindən kadrlar nümayiş etdirilir.
Diktor:
"Əldə olan mənbələr maniçilərin Çingiz xanın Xlll əsrdə qurduğu
imperatorluqda da mühüm rol oynadığını söyləməyə əsas verir."
Ekranda hərəkət edən karvan görünür və Soltan Hacıbəyovun eyniadlı əsəri
çalınır.Bu görüntüləri "Azərbaycan tarixi" kitabı əvəz edir. Kitab yavaş-yavaş
açılır və səhifələr bir-birini əvəz edir.
Diktor:
"İslamdan öncə Azərbaycanda şamanizm, maniçilik və xristianlıqdan başqa
tək Tanrı inancının da izlərinə rast gəlmək mümkündür.
Tarixi mənbələrdən belə aydın olur ki,tək Tanrıya inam, başqa sözlə
Tenqriçilik türklərin əsas dini olmuşdur.Professor Osman Turan özünün türk
cahan hakimiyyəti məfkurəsi tarixi" adlı 2 cildlik kitabının l cildinin 48- ci
səhifəsində yazır..."
Ekranda yazılır:
"Hunlar dövründə "tanrı" kəlməsi həm göyü, həm də Allahı ifadə edirdi.Bu
dövrün hökmdarlarına verilən "tanrı qulu" ünvanı da türklərin ilahi hakimiyyət
şüurunun formalaşmasını ,göylə bağlı olduğunu və tək Allah inancına doğru bir
təkamülün mövcudluğunu göstərir.Eləcə də göytürklər dövründə göylə əlaqəsi
olmaqla bərabər, mücərrəd mənası ilə, tək bir Tanrının varlığı inancı çıxmışdı.
Professor Osman Turan"
Diktor yazılanları oxuyur və deyir:
"De Quiqnes isə özünün "Türklərin ümumi tarxi" kitabında bildirir..."
Ekrandakı yazını aşağıdakı yazı əvəz edir:
"...Türklər bu dövrdə yüksəliş və süqutlarını, qabiliyyətli və ya qabiliyyətsiz
xaqan və bəylərin özləri-özlərinə vasitə olmasını ilahi himayə və cəzanın nəticəsi
olduğuna və Tanrının qadiri-mütləq olduğuna inanırdılar.
De Quiqnes"
Diktor yazılar oxuyur və əlavə edir:
"İbn Fədlan da bu barədə öz müşahidələrini qeydə almışdır."
Ekranda yazılır:
210
"Bir türk zülmlə üzləşdiyi və çətinliyə düşdüyü zaman göyə baxıb, "Bir Tan-
rı" deyərək dua edir.
İbn Fədlan"
Diktor yazıları oxuyur.
Ekranda "Qlozel" kitabələri görüntülənir.
Diktor:
"Türklərin tək Tanrı inancları barədə ilk yazılı mənbə Fransadan tapılan və
eradan əvvəl 2500-ci ilə aid edilən "Qlozel" kitabələri hesab edilməlidir.Oradakı
türkcə qələmə aiınmış bir cümlə xüsusi diqqət çəkir..."
Ekranda yazılır:
"Oda tapınarkən Tək Tanrını bulduq."
Diktor yaını oxuyur və əlavə edir:
"Bu cümlədə ifadə edilən fikir təqribən 3200 il sonra Bizans salnaməçisi
Feofilakt Simokattanın söylədikləri ilə, demək olar ki, üst-üstə düşür."
Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
"Türklər hər şeydən çox oda ehtiram edirlər,hava və suya da ehtiramları
böyükdür,torpağa həsr edilmiş himnlər oxuyurlar.Sitayişi isə "Tək Tenqri" adlan-
dırdıqları yeri və göyü yaradana edirlər.Ona at,qoc və öküz qurban verirlər."
Ekranda Çingiz xan filmindən kadrlar canlanır.
Diktor:
"Eyni inancın moğol-tatarlar arasında da hakim inanc olduğunu söyləmək
üçün əldə bəzi əsaslar var.Məsələn, tatarların arasında missionerlik fəaliyyəti ilə
məşğul olmuş İohan de Plano Karpini 1246-cı ildə yazmışdır..."
Ekranda yazılır:
"Onlar görünən və görünməyən bütün şeylərin yaradıcısı olan tək bir
Tanrıya inanır,onu həm bütün ləzzət və sərvətlərin, həm də əzabların yaradıcısı
hesab edirlər.Fəqət onlar Onu həmd və ayinlərlə zikr etmirlər."
Diktor yazıları oxuyur və davam edir:
211
"...Vilhelm de Rubruk da tatarlaın inanc sistemi barədə təqribən eyni şeyləri
söyləmişdir..."
Ekrandakı yazını aşağıdakı yazı əvəz edir:
"Mən soruşdum:
-Siz Allaha necə inanaırsınız?
Onlar cavab verdilər:
-Biz yalnız bir və tək olan Tanrıya inanııq.
Soruşdum:
-Siz onun mənəvi-ruhani, yoxsa maddi bir varlıq olduğuna inanırsınız?
Dedilər:
-Biz onun mənəvi-ruhani bir varlıq olduğuna inanırıq.
O zaman mən yenə soruşdum:
-Siz onun heç bir vaxt insan qiyafəsinə girmədiyinə inanırsınızmı?
Onalar cavab verdilər:
-Heç vaxt!"
Diktor yazını oxuyur və əlavə edir:
"Teologiya tarixi üzrə böyük mütəxəssis Derferin fikirləri isə çox böyük
maraq doğurur."
Ekranda peyda olan aktyor əlindəki kitabdan oxuyur:
"Göy Tanrı dini öz forma və məzmununa görə, Ön Asiya mənşəli dinlərə,
xüsusən də xristianlıqla bənzər xüsusiyyətlərə malikdir...Lakin bu din, deyəsən,
həm xristianlıqdan, həm də musəvilikdən daha qədimdir...İşin ən maraqlı tərəfi isə
budur ki, bu dinə sitayiş edən Sibir və Altay türkləri içərisində Bibliya
süjetlərindən, demək olar ki, heç nə ilə fərqlənməyən süjetlər də yer almaqdadır.
Derfer."
Ekranda "Nuh Peyğəmbər" filmindən kadrlar canlanır.
Diktor:
"Türklərin böyük əksəriyyətinin sitayiş etdikləri Göy Tanrı dininin əsasının
Həzrət Nuh əleyhissəlam tərəfindən qoyulduğu heç bir şübhə oyatmır.Hər halda,
həm Tövrat, həm İncil, həm də Qurani-Kərim bu şəxsin Tanrı elçisi olsuğunu və
Tövhid dinini, yəni təktanrıçılığı təbliğ etdiyini təsdiq etməkdədir.
Doğrudur, "Bilqamıs" dastanında Hərət Nuh çoxtanrıçı və bütbərəst kimi
təqdim edilir və bu fakt ortaya cavabını gözləyən çox sayda sual çıxarır.Çox
güman ki, qədim şumerlər məlum süjeti öz dinlərinin kanonlarına uyğun şəkildə
dəyişdirmiş, bu üzdən də Nuh tövhidi təbliğ edən peyğəmbərdən çoxtanrıçı bir
dastan qəhrəmanına çevrilmişdir.Fakt isə budur ki, şumerlərin böyük bir qismi
Dostları ilə paylaş: |