Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə19/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   15   16   17   18   19   20   21   22   ...   85

58 

 

кент,  81)  Исаак,  82)  Арма,  83)  Кат,  84)  Порсухлу,  85)  Харчекесен,  86)  Ак-



булак,  87)  Гюль-кенти,  88)  Чобан-Кирмез,  89)  Кара-Кутур,  90)  Кирх-

Декиранлар,  91)  Назарали-кенти,  92)  Калаче,  93)  Хасманлу,  94)  Саф,  95) 

Мунд-жислу,  96)  Апи-Кучек,  97)  Асрадур,  98)  Кизил-Коч,  99)  Шарабхана, 

100)  Серек,  101)  Шекерабад,  102)  Али-Фена,  103)  Булак-чок,  104)  Ханум-

кенти,  105)  Кукерчинлу,  106)  Гарамабад,  107)  Баш-хараба,  108)  Карабулак, 

109)  Чиникенти.  Mənbə  :  Кавказский  Сборник,  т.  XX,  (Рапорт  князя 

Севарсемидзе  ген.  Ермолову,  15-го  июля  1825  г.  №  358.  Сел.  Большой 

Караклис). Тифлис, 1900, с.42-43. 



ƏLAVƏ  2:  XVIII  əsrin  II  yarısında  İrəvan  xanlığı  ərazisində  qeydə 

alınmış  bəzi  Azərbaycan  toponimləri:  Ağcaqala,  Ağpara,  Alabər,  Alacakilsə, 

Altuntaxt,  Axsaxlı,  Armudağacı,  Apadar,  Aparan,  Arpaçay,  Arpat,  Aydındərviş, 

Aylakak,  Azat,  Balaxata,  Başaparan,  Bazaraşan,  Bənd,  Bətrinc,  Bəzirganyolu, 

Bicni, Böyük Əncəluq (meydan), Böyük Dizaq, Böyük Qlan, Buğdatəpə, Buzxana, 

Büraxan,  Bürəkan,  Cəfərabad,  Canıbəy  (dəyirman),  Culud,  Çapar,  Çaşırlı, 

Çatqıran,  Çayqaytaran  (monastır),  Çələbikənd,  Çubuqlu,  Damcılı,  Daştağ, 

Dərəçiçək, Dərəkənd, Dəmirbulaq, Dəliqardaş, Dibəkli, Dəlilər, Dilənçi, Düdəngi, 

Eyvazlı,  Ələtli,  Əlibəyli,  Əlibaba,  Əliqucaq,  Ərincə,  Əmiri,  Əmirkənd,  Əmirbar, 

Ərinc, Ərkəcli, Əştərək,  Gedərgöl, Gəlişən, Gərnibasar, Gərni (yer və çay), Goğb, 

Gölkənd, Göykilsə, Gözəldərə, Gözlü, Gülablı, Güləli, Güllücə, Hacılar, Hacıqara, 

Hacıbəyli,  Hacı  Niyaz  (üzüm  bağı),  Həgrigöl,  Həcər,  Həsənbulaq,  Hamamlı, 

Xəndək (arx), Xanbağı, Xatunarxı, Xanbağı, Xanlıq (üzüm bağı), Xarbənd, Xaluc, 

Xabul,  İlxıçı,  İmamarx,  İlanlı,  İmamşarlu,  İrişad,  İlkəvəng,  Kirəşli,  Keşişkənd, 

Kültəpə,  Karakit,  Kasax  (çay),  Köndələn  meydan,  Kolanı,  Kankan,  Kamal, 

Kənəkir,  Kiçik  Qılan,  Kəməndbulaq,  Karvansara,  Korbel,  Kiçik  dizaq,  Korkotan, 

Karvansaray,  Kümbəzli,  Qərbibasar,  Qərbi,  Qorux,  Qırxbulaq,  Qaraqoyunlu, 

Qarakilsə,  Qalar,  Qaraxaç,  Quzuludərə,  Qaradaş,  Qoyulhissar,  Qıpçaq  -  monastır, 

Qeçaris  –  monastır,  Qarakit,  Qaraçay,  Qalar  əndi,  Qoşatəpə,  Qaragöz,  Qaratəpə, 

Qarapaklıq, Qızılvəng kəndi,  Qaraörən, Qarakəpənək, Qurdarx, Qışlaq, Qaraörən, 

Qaradəli,  Qarakilsə,  Qıpçaq,  Qızılvəng,  Qızılqala,  Qızıloran,    Qaranlıqdərə, 

Qorqoç,  Qarabulaq,  Qalacıq,  Qızılburun,  Qurdalı,  Qoturbulaq,  Məsdərə,  Muğni, 

Molladursun,  Mollabəyazid,  Meydan,  Mülk,  Mollaqasım,  Noraqyuq,  Nork, 

Noraqavit,  Nurməhəmməd,  Ozan,  Parakərə,  Pərəkər,  Pətək,  Paonbəy,  Palçıqlı, 

Piridərviş,  Saatlı,  Sürməlı,  Seyidli-Axsaxlı,  Sərdarabad,  Sadaxlı,  Sarvanlar, 

Səfiabad-kanal,  Sarac-Salman-üzümlük,  Salaməlik,  Solaq,  Sarıbulaq,  Şərur,  Şirək 

düzənlik,  Şorlu,  Şaharxı,  Şəhribanlu,  Şəfaqat  dəyirmanı,  Şahab  kəndi,  Şorlu, 

Şorakənd-meydan,  Şorak,  Şirək  düzü,  Şəhriyar,  Şirəkqala,  Şərabxana,  Tazlın, 

Taçarapak,  Tülkütəpə,  Tərəkəmə  kəndi,  Təkəlük,  Tut,  Tezxarab,  Talın,  Uluxanlı 

kəndi,  Üçkilsə,  Üçtəpə,  Yayıcı,  Yuxarı  bağ,  Yuxarı  Abdal,  Yüzbaşlı,  Yanşaq, 

Yelqovan,  Yolkəsən,  Yastıyolum,  Yaycılar,  Zəngibasar,  Zəngibasar-üzümlük, 

Zəngi.  Mənbə:  [Simeon  İrəvanlı.Cambr.Müqəddəs  Üçmüədzin  kilsəsinin  və  ətraf 



59 

 

monastırların  toplusunun  müfəssəl  aynası  və  xatirə  kitabı.Vaqarşapad,  1873].




60 

 

 




61 

 

 




62 

 

Sosial-iqtisadi həyat 

 

İrəvan  xanlığının  sosial-iqtisadi  həyatı  bütövlükdə  Azərbaycanın  sosial-



iqtisadi münasibətlərinin tərkib hissəsi idi. XVIII əsrdə Azərbaycanın qərbində — 

Ağrı  vadisində,  Naxçıvanda,  Qapanda  və  ətraf  əyalətlərdə  də  əmtəə  istehsalı 

kifayət  qədər  geniş  inkişaf  etmişdi  və  ölkənin  iqtisadiyyatında  mühüm  rol 

oynayırdı.  İrəvan xanlığı digər Azərbaycan xanlıqları ilə  və  xarici ölkələrlə  geniş 

ticarət əlaqələri saxlayırdı. 

Hələ  XVIII  əsrin  əvvəlində  Rusiya  səfıri  Volınski  İrəvanda  olarkən 

yazmışdır:  Bütün  İrandan  Tiirkiyə  sərhədinədək  yerləşən  nahiyələr  içərisində  ən 

yaxşısı  İrəvan  və  Təbrizdir.  Onlarda  çörək  boldur  və  ticarətlə  İrana  (Səfəvi 

dövlətinə - red.) çoxlu gəlir gətirirlər [155,11]. 1782-ci ildə İrəvanda olan Rusiya 

agenti Reyneqs də İrəvan xanlığının Qarabağ və Qaradağ kimi çox zəngin olması, 

burada  pambıq  parça,  ipək,  yazlıq  buğda,  şərab  və  bol  miqdarda  keyfiyyətli 

məhsulların istehsalı haqda məlumat verir [37,215-216]. 



Kənd  təsərrüfatı  və  maldarlıq.  İrəvan  xanlığından  ixrac  olunan  mallar 

əsasən  kənd  təsərrüfatı

*

  məhsulları  idi.  Bu  məhsullar  içərisində  buğda  və  arpa 



istehsalı  başlıca  yer  tuturdu.  İrəvan  ətrafındakı  bölgələr,  Qırxbulaq,  Sərdarabad, 

Şörəyel,  Pəmbək  taxıl  istehsalı  ilə  məşhur  idi.  Əkin  sahələri  əsasən  yazlıq  və 

payızlıq  olurdu.  Taxıl  məhsulları  dağlıq  yerlərdə  əsasən  payızda,  aran  yerlərində 

isə  yazda  əkilirdi  [bax:  95,738-740;  71,IV,278].  Hüseynqulu  xan  Qacarın 

zamanında  İrəvan  xanlığında  hər  il  34.  185  xalvar

*

  buğda,  11.500  xalvar  arpa 



istehsal olunurdu [71,IV,280]. Bundan əlavə, kənd təsərrüfatı məhsulları içərisində 

çəllik  istehsalı  da  mühüm  yer  tuturdu.  Çəltik  əsasən  aran  və  çox  su  tələb  edən 

yerlərdə  əkilirdi.  Zəngibasar  və  Şərur  mahalları  çəltik  istehsalına  görə  xüsusilə 

fərqlənirdi [71,IV,278]. Saatlı, Qərbibasar, Gərnibasar mahallarının aran yerləri də 

bu bitkinin istehsalı ilə

 

fərqlənirdi [95,741]. İrəvan xanlığında hər il 18.400 xalvar 



çəltik istehsal olunurdu [71,IV,280]. 

İrəvan  xanlığında  texniki  bitkilərdən  pambıq  əsasən  aran  yerlərində 

becərilirdi.  Zəngibasar,  Sərdarabad  və  Sürməli  mahalları  pambıq  istehsalına  görə 

fərqlənirdi [95,743;71,c.lV,278-279]. İrəvan xanlığında  hər il  orta  hesabla  2100  

xalvar  pambıq    islehsal    olunurdu  [71,1V,280].  İrəvan  xanlığında  əhali  tütün 

istehsalı ilə də məşğul olurdu. Tütün daha çox yerli tələbatı ödəmək üçün istehsal 

olunurdu  [95,745].  Bundan  əlavə,  İrəvan  xanlığının  dağlıq  və  aran  bölgələrində 

                                                           

*

 Maraqlıdır ki, işğal olunmuş Şimali Azərbaycan torpaqlarında ermənilərə dövlət yaratmağa çalışan rus 



məmuru  qraf  Paskeviçin  tapşırığı  və  ermənilərin  təsiri  ilə  İ.Şopen  qələmə  aldığı  əsərində  belə  kənd 

təsərrüfatı məhsullarının əksəriyyətinin adını yerli əhalinin dilində - Azərbaycan türkcəsində vermişdir. 

Məsələn:  arpa,  buğda,  klincüt,  pambıq,  gənəgərçək  və  s.  [bax:  95.738-746].  Bütün  bunlar  İrəvan 

bölgəsinin qədim əkinçilik mədəniyyətinə sahib olan yerli əhalisinin məhz Azərbaycan türkləri olmasını 

bir daha sübut edir.

 

*



 1 xalvar - 28 pud (lputl - 16 kq - red.) 4 funta bərabərdir.

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə