Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə20/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   16   17   18   19   20   21   22   23   ...   85

63 

 

kətan, aran bölgələrində isə küncüt istehsal olunurdu. Hər iki bitkidən əldə olunan 



yağ qida və yanacaq kimi istifadə olunurdu [95,741-742]. Hüseynqulu xan Qacarın 

zamanında İrəvan xanlığında hər il orta hesabla 12 xalvar kətan toxumu, 24 xalvar 

küncüt istehsal olunurdu [71,IV,280; bax: bölmənin sonu, cədvəl 6,7]. 

İrəvan  xanlığının  kənd  təsərrüfatında  ipəkçilik  də  geniş  yayılmışdı. 

İ.Şopen qeyd edir ki,  bütün xanlıq  ərazisində  toxmaçarlıqların çox olması burada 

vaxtilə ipəkçiliyin böyük rol oynamasından xəbər verir [95,753]. 

İrəvan  xanlığı  ərazisində  bağçılıq  qədim  tarixə  malik  idi.  Xanlıq  daima 

zəngin  meyvə  və  üzüm  bağlarının  olması  ilə  fərqlənirdi.  Lakin  müharibələr 

nəticəsində  bu  bağların  çoxu  qırılaraq  məhv  edilmiş  və  ya  sahibsiz  qalmışdı. 

Rusiya  işğalından  sonra  İrəvan  xanlığı  ərazisindəki  meyvə  və  üzüm  bağlarının 

sayı, tutduğu sahə, gəlirləri haqda məmulatları XIX əsrin rusdilli mənbələrində öz 

əksini  tapmışdır  (bax:  bölmənin  sonu,  cədvəl  8,9).  Lakin  Göyçə,  Dərəçiçək  və 

Abaran mahallarındakı bağlar siyahıda göstərilməmişdir. Bunun səbəbi isə Rusiya 

işğalı  zamanı  bu  mahalların  daha  çox  dağıntıya  məruz  qalması  idi  [bax:  95,747; 

71,lV,281-282]. 

İrəvan  şəhərində  və  şəhərətrafı  kəndlərdə,  ölkənin  başqa  şəhərlərində, 

mahallarında  müxtəlif növ bağ-bostan bitkiləri və tərəvəz  məhsulları yetişdirilirdi 

[bax:  95,745-746].  Dövrün  mənbələrində  İrəvana  bostan  bitkilərinin  toxumunu 

əldə  etmək  üçün  hətta  qonşu  ölkələrdən  nümayəndələrin  gəlməsi  haqda  məlumat 

var.  1782-ci  ilin  martında  bayazidli  İsak  paşanın  xahişi  ilə  İrəvandan  Bayazidə 

7000  dinar  2  abbası  dəyərində  qara  qarpız,  göy  qarpız,  mürsəqulu,  xiyar,  sürahı, 

reyhan,  xma  tozu,  badımcan  və  s.  toxumları  göndərilmişdi.  1784-cü  ildə  isə  11 

İrakli  Arqutlu  Zöhrabı  Üçkilsə  katolikosunun  yanına  toxum  gətirmək  üçün 

göndərmişdi  [214,41-42].  Maraqlıdır  ki,  Üçkilsə  monastırının  məxaric  dəftərində 

qeyd  olunan  bu  toxumların  adlarının  hamısı  Azərbaycan  türkcəsindədir.  Dövrün 

mənbələrində  bu  toxumların  adlarının  Azərbaycan  türkcəsində  yazılması  burada 

qədimdən Azərbaycan türklərinin yaşadığını, oturaq təsərrüfatla, xüsusən əkinçilik 

və  kənd  təsərrüfatının  digər  sahələri  ilə  məşğul  olduğunu,  ermənilərin  isə  bu 

bölgəyə sonradan gəldiyini bir daha sübut edir. 

Ağrı  vadisində  bütün  Azərbaycan  üçün  səciyyəvi  olan  yaylaq-qışlaq 

(aran-yaylaq)  maldarlığı  inkişaf  etmişdi.  İrəvan  xanlığında  maldarlardan  alınan 

vergilər  hesabına  böyük  gəlir  əldə  edilirdi.  Maldarlıqla  məşğul  olan  əhali  vergi 

ödəməkdən əlavə, öz atları və silahlı dəstələri ilə xana hərbi xidmət də göstərirdi. 

Məsələn, böyük Çobanqara nəsli (300 ailə) 100 tümən vergi ödəyirdi. Bu nəsildən 

300 süvari hər bi xidmətə getməli idi. Xan öz heyvanlarını saxlamağı da bu nəslə 

bar  edirdi.  Onlar  saxlanılan  hər  baş  qoyundan  yarım  batman  yağ

 

pendir  verməli 



idilər.  Saxlanılan  qoyunların  yunu  isə  heyvanı  saxu  yanlara  peşkəş  verilirdi 

[141,235;214,43]. Bundan başqa, maldarlar öz ağalarına da vergi ödəməli, onların 

və  qohumlarının  işlərini  görməli,    bayram    günlərində  öz  ağalarına    hədiyyələr 

verməli idilər [141,228-229; 214,43]. 




64 

 

XVIII  əsrin  ikinci  yarısında  İrəvan  xanlığında  maldarlıqla  məşğul  olan 



əhalinin  bir  hissəsi  bazarda  satmaq  üçün  yağ,  pendir  və  digər  süd  məhsulları 

istehsal  edirdi.  Heyvandarlığın  başqa  sahələrinə  nisbətən  qoyunçuluq  daha  çox 

inkişaf  etmişdi.  Qırxbulaq,  Göyçə,  Abaran,  Dərəçiçək,  Gərnibasar,  Vedibasar, 

Talın,  Sürməli  və  Dərəkənd-Parçenis  mahallarının  otlaqları  maldarlıq  üçün  daha 

əlverişli  idi  [bax:95,523-525].  Xanlığın  bütün  əhalisi  öz  həyətində  iri  və  xırda 

buynuzlu  mal-qara  saxlayırdı  [bax:  bölmənin  sonu,  cədvəl  10].  Maldarlıq  əsasən  

yaylaq-qışlaq    və  qismən    köçəri    madarlığa      bölünmüşdü.  Yaylaq-qışlaq 

maldarlığı ilə  məşğul olan ailələrin üzvlərinin bir hissəsi yaylaq-qışlaq maldarlığı 

ilə  məşğul  olur,  digər  ailə  üzvləri  isə  daimi  yaşayış  yerində  qalaraq  əkinçiliklə 

məşğul  olurdu.  Bunlar  əsasan  Azərbaycan  türkləri  idi.  Xanlığın  az  miqdarda 

əhalisinin daimi yaşayış yeri yox idi və yalnız köçəri maldarlıqla məşğul olurdular. 

Bunlar əsasən gəlmə kürdlər idilər [bax: 95,519-523]. 



Sənətkarlıq  və  ticarət.  Zəkəriyyə  Kənəkirli  yazır  ki,  Ağrı  diyarı 

məhsuldardır,  müxtəlif  məhsullarla  boldur,  həm  də  ucuzdur;  ona  göra  hər  yerdən 

İrəvana  gəlir,  nə  lazımdırsa  alır  və  öz  yerlərinə  qayıdırlar;

 

eynilə  də  Təbrizdən 



çoxlu  karvanlar  gəlir,  onlar  düyü.  pambıq.  ərimiş  yağ,  pendir,  quyruq  yağı,  piy, 

bitki  yağı,  gön-dəri  və  digər  istədikləri  malları  alıb  aparırlar  [66,153].  İrəvandan 

Tillisə,  Ərzuruma  Axalsıxa,  Qarsa  pambıq,  Təbriz,  Xoy,  Bayazid  və  Vana  düyü, 

buğda  və  arpa,  Qarsa, Bayazidə  və  Gürcüstanın  müxtəlif  yerlərinə  duz  aparılırdı. 

Bütün bu məhsulların ixracı hər il 3000 gümüş rubla çatırdı. bBundan başqa, taxıl -  

arpa, buğda, darı və s. də ixrac olunurdu [71, IV, 284; 214, 46]. 

İrəvan  xanlığının  iqtisadi  həyatında  mühüm  rol  oynayan  sənətkarlıq 

müxtəlif  sənət  sahələrini  əhatə  edirdi.  Azərbaycanın  ənənəvi  sənətkarlıq  sahələri 

olan toxuculuq və dulusçuluq İrəvan xanlığında inkişaf etmişdi. Bunların içərisində 

toxuculuq,  o  cümlədən  xalça  məmulatı  istehsalı  xüsusilə  seçilirdi.  Xanlığın  əsas 

əhalisi  olan  Azərbaycan  türkləri  ənənəvi  olaraq  donuz  deyil,  qoyun  saxladıqları 

üçün gözəl xalçalar, kisə, palaz, çul, qışda geyinmək üçün isti paltarlar, corab və s. 

toxuyurdular [bax: 71, IV, 282-283]. Məhz buna görə də İ.Şopen hər ailədə toxucu 

dəzgahının

*

 olması haqda məlumat verirdi [bax: 95,851-853]. Xanlıqda dulusçuluq 



məmulatı  istehsalı  yerli  xammala  əsaslanırdı.  Bəzi  kəndlər,  hətta,  bu  sahədə 

ixtisaslaşmışdılar.  Məhz  buna  görə  də  İ.Şopen  İrəvan  xanlığının  bütün 

mahallarında dulusçuluq emalatxanalarının fəaliyyət göstərdiyini qeyd edirdi [bax: 

95, 862]. 

Toxuculuqla  bağlı  digər  sənət  sahəsi  boyaqçılıq  idi.  Xanlıq  ərazisində 

qırmız  ("koşenil")

**

  adlanan  boyaq  maddəsinin  müxtəlif  növlərində  geniş  istifadə 



olunurdu.  Bu  boyaq  maddəsi  haqda  xüsusi  tədqiqat  aparan  Rusiya  Elmlər 

Akademiyasının  akademiki  Qammel  İrəvan  qırmızını  yararlılığına  görə  Meksika 

                                                           

*

  İ.Şopenin  bu  məlumatına  əsasən  demək  olar  ki,  xanlığın  əhalisi  Azərbaycan  türkləri  idi.  Çünki  bir 



qayda olaraq xristian əhali yalnız donuz saxladığından toxuculuqla məşğul ola bilməzdi. 

 

**



Əsasən qırmız böcəyindən alınan bu bitki rusdilli mənbələrdə ―koşenil‖ adlanır.  

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə