Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə23/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   19   20   21   22   23   24   25   26   ...   85

69 

 

[bax:  51;72;73].  XVII  əsrin  əvvəlində  artıq  iri  monastır  təsərrüfatına  çevrilmiş 



Üçkilsə  Azərbaycan  türklərinin  ata-baba  mülklərinin  satın  alınmasını  daha  da 

intensivləşdirdi. XVIII əsrin ikinci yarısında məhz Azərbaycan türklərinin ata-baba 

mülklərinin  satın  alınması  hesabına  monastırın  190  xalvar  (təxminən  375  hektar) 

torpaq sahəsi var idi ki, onun da hər il 103 xalvarı əkilib becərilirdi. Bütün bunların 

nəticəsində  Üçkilsə  monastır  təsərrüfatı  genişlənərək  XVIII  əsrdə,  bir  növ,  dövlət 

içərisində dövlətə çevrilmişdi [115,29]. 

1763-cü  ildə  katolikos  Simeon  Üçkilsənin  maaflığı  üçün  Hüseynəli 

xandan  qəbalə  almışdı  [51,208].  Bu  zaman  Eçmiədzin  kilsəsinin  ixtiyarında 

Valarşabad kəndindən  əlavə,  Azərbaycan türklərindən nağd pula  alınmış  Oşaqan, 

Əştərək, Qamışlıq, Ağunatun, Çiçəkli, Müğni, Kirəcli kimi 7 kənd

*

 vardı. Kilsə bu 



kəndlərdən ümumi məhsultın onda birini alırdı [139,3]. 

Üçkilsə  monastırı  XVII  əsrdə  olduğu  kimi,  xanlıqlar  dövründədə 

Azərbaycan  türklərinə  məxsus  torpaqları  ya  satınalma  yolu  ilə,  yada  zorla  zəbt 

edirdi.  Məsələn,  1797-ci  ildə  Azərbaycan  türklərinin  torpağına  yiyələnmək  üçün 

yerli  mülkədarlarla  erməni-kilsə  təsərrülat  arasında  Oşaqan  kəndi  yaxınlığındakı 

Gedər torpaq sahəsi üstündə böyük  mübahisə  yaranmışdı. Q.Qarnesi bu  mübahisə 

barədə  həmin  dekabrın  24-də  İstanbul  katolikosunun  nümayəndəsi  Qalust 

vardapetə  yazırdı:  "Qonşu  Qızıl  Teymur  kəndinin  muğanlı  sakinləri  Oşaqanın 

yaxınlığındakı  Gedər  adlı  kəndin  mülklərinə  yiyələnmək  istəyirlər.  Mülkün  bəyi 

Hacı  Həsənin  oğlu  buradakı  dağıntıları  görərək  şeyxülislamın  yanına  gedir  və 

mülkün Məhəmmədabad kəndinə məxsus olduğunu və öz əcdadlarından ona miras 

qaldığını  bildirir.  Bundan  sonra  o,  həmin  torpaq  sahəsini  Vəli  bəyin  oğlu 

Məhəmməd Həsən bəyə (yaxud Məşədi Sadığa) sata bilir. Şeyxülislam ona qəbalə 

verir.  Lakin  katolikos  bu  işi  pozur"  [214,51].  Kilsə  azərbaycanlıların  ata-baba 

yurdları  olmuş  Qızıl  Teymur,  Gedər  və  digər  kəndlərin  ona  məxsus  olmasını 

müxtəlif  yollarla  sübut  etməyə  çalışmış,  nəticədə  ermənilər  azərbaycanlılara 

məxsus Gedər kəndini zəbt edə bilmişdilər. 

İcma  və  yaxud  camaat  torpaqları.  Bu  torpaq  sahələri  əsasən  kənd 

icmasına  məxsus  olurdu  [173,72;115,28].  İ.Şopenin  yazdığına  görə,  İrəvan 

xanlığında 8 icma vardı. İcmalara məxsus kəndlər mülk hüququ ilə həmin icmanın 

üzvü  olan  rəiyyətə  məxsus  idi  [bax:  95,  967-980].  İcmaların  böyük  əksəriyyəlini 

Azərbaycan türkləri təşkil edirdi.  

Vergi  və  mükəlləfiyyətlər.  Xanlıqlar  dövründə  Azərbaycanın  digər 

xanlıqlarında  olduğu  kimi,  İrəvan  xanlığında  da  mövcud  olan  vergilərin  sayı  və 

miqdarı  müxtəlif  idi.  Bu  vergilər  əsasən  məhsulla,  qismən  isə  pulla  alınırdı.  Bir 

qayda  olaraq  vergiləri  kəndlilər  ödəyirdi  (bütün  feodallar  vergi  verməkdən  azad 

idi).  Kəndli  kateqoriyaları  əsas  etibarilə  rəiyyət,  rəncbər  və  elatlardan  ibarət  idi 

                                                           

*

 1443-cü ildə Azərbaycan Qaraqoyunlu hökmdarı Cahanşah tərəfindən Üçkilsə katolikosu təyin edilən 



Qriqor Makulu ilk olaraq Valarşabad, sonra isə digər kəndləri mülkləri ilə birgə mübahisələrdən sonra, 

dəfələrlə, hissə-hissə  Azərbaycan türklərindən satın ala bilmişdı [bölmə 2, cədvəl 1].

 



70 

 

[95,967;  115,30-31].  Hələ  XVII  əsrdən  buradakı  otlaqlar  əsasən  qızılbaş  tayfası 



olan  ağcalı-qacar,  Ustaclı  və  bayatların  nəzarətində  olmuşdu  [174,311].  İrəvan 

xanlığında mövcud olan vergi və mükəlləfiyyətlər barədə ətraflı məlumatı 1828-ci 

ilin sonunda Rusiya çar məmurlarının tərtib etdiyi "İrəvan əyalətində pul və məhsul 

vergisi barədə siyahı"dan əldə etmək mümkündür. 1939-cu ildə N.Q.Boqdanovanın 

nəşr  etdirdiyi  bu  sənədlər  İrəvan  xanlığındakı  köçəri  və  yarımköçəri  tayfaların 

ödədikləri vergi və mükəlləfiyyətlər öz əksini tapmışdır [141, bax: 174,313-314]  

İrəvan xanlığında əsasən bəhrə (malcəhət), çöpbaşı, çobanbəyi mancanaq 

pulu, toxucu pulu, bağpulu, bayramlıq və s. adda vergilər" mövcud idi. 

Digər  Azərbaycan  xanlıqlarında  olduğu  kimi,  İrəvan  xanlığında  iki 

müxtəlif təsərrüfat forması mövcud idi: oluraq əkinçilik aran-yaylaq (və ya yaylaq-

qışlaq)  maldarlıq  təsərrüfatı.  Bu  da  kəndlilərdən  alınan  vergilərin  sayca  çox 

olmasına səbəb olurdu. 



Bəhrə  (malcəhət).  Torpaqdan  istifadə  müqabilində  məhsulla  alınan  əsas 

vergi  -  bəhrə  (malcəhət)  idi.  İrəvan  xanlığında  bu  vergi  məhsulla  ödənildiyi  üçün 

bəhrə  adlanırdı  [174,  266J.  Taxılçılıq  məşğul  olan  rəiyyətlər  üçün  bəhrə  məcburi 

vergi idi. Xəzinə torpaqlarından toplanmış məhsulun hər 10 hissəsindən 3,5 hissəsi 

xanın,  qalanı  isə  torpağı  becərənlərin  idi.  Mülkədar  torpaqlarından  toplanmış 

məhsulun  isə  1,5  hissəsi  mülkədarın,  iki  hissəsi  xəzinənin,  qalan  hissəsi  torpağı 

becərənin payına düşürdü [115, 37]. 

Çöpbaşı.  Maldarlar  heyvanlarını  dövlətə  məxsus  otlaqlarda  otardıqları 

üçün  bu  vergini  ödəyirdilər.  Onlardan  eyni  zamanda  çobanbəyi  vergisi  də 

toplanırdı. Bundan başqa, maldarlar xana yağ, yun və başqa məhsullar da verməli 

idilər  [115,  38].  Şəhərlilərin  ödədiyi  vergilərə  mancanaq  pulu,  toxucu  pulu.  bal 

pulu, bayramlıq və s. daxil idi [115, 38]. 

Xanlığın əhalisi göstərilənlərdən başqa örüş pulu, tüstü pulu verir, süvari 

dəstəsinin  xərclərini  (arpa,  yəhər-yüyən  xərcləri)  ödəyirdilər.  Xanın  öz  vəzifəli 

məmurları,  demək  olar  ki,  vergidən  azad  idilər.  Xanlığın  əhalisi  mülkədarlara  və 

xana  ödədikləri  vergilərdən  əlavə  müxtəlif  mərasimlərlə  və  bayramlarla  əlaqədar 

"peşkəş", yaxud "bayramlıq" da verirdilər [174,281]. 

İrəvan sakinləri şəhərin gecə  mühafizəsinin təmin olunması üçün ildə 72 

tümən xüsusi vergi verirdilər [95,978]. 

İrəvan  xanlığında  ermənilərdən  dini  vergi  -  cizyə  alınmırdı.  Çünki 

xanlığın ərazisində ermənilər olduqca az idi və onlardan alınacaq cizyənin dövlət 

üçün ciddi bir iqtisadi əhəmiyyəti yox idi. Digər tərəfdən, Azərbaycan hökmdarları 

ənənəvi olaraq Üçkilsə katolikoslarını erməniləri himayə edirdilər. 

Onu da qeyd etmək yerinə düşər ki, İrəvan xanlığı Rusiya tərəfindən işğal 

olunduqdan  sonra  çar  məmurları  canfəşanlıq  edərək  ermənilər  onlara  göstərdiyi 

"xidmət"  müqabilində  İrəvan  xanlığı  ərazisindəki  ermənilərin  "vergidən  azad 

edilməsi"  məsələsini  qaldırmışdılar.  Belə  ki,  1828-ci  il  martın  22-də  Rusiya 

imperatorunun fərmanı ilə yaradılmış qondarma "Erməni vilayəti"nin hakimi knyaz 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə