Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə31/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   27   28   29   30   31   32   33   34   ...   85

123 

 

Əmir  Səəd  sülaləsinə  məxsus  məqbərədən  başqa,  həmin  ərazidə  nisbətən  kiçik 



həcmdə  günbəzvari  daha  iki  məqbərə  olmuşdur  ki,  sonradan  ermənilər  tərəfindən 

sökülən həmin məqbərələrin daşlarından yaxınlıqdakı tikililərdə istifa də edilmişdir 

[Папазян  А.Арабская  надпись  на  гробнице  туркменских  Эмиров  в  селе 

Аргаванд.  Журнал  «Ближний  и  средний  Восток».  Сб.  статей  памяти 

Б.И.Заходера, Москва, 1961, c. 68-75]. 

Epiqrafik  abidələrə  həmçinin  məzar  daşlarına  həkk  olunmuş  yazılar  - 

epitafiyalar  da  daxildir.  Epitafiyalarda    dəfn  olunmuş  şəxsin  adı,  ölüm  tarixi  və 

ictimai  vəziyyəti  haqqında  məlumat  verilirdi.  Mərhumun  başdaşında  və 

sinədaşında  adətən  onun  peşəsi  və  yaxud  məşğuliyyəti  ilə  bağlı  təsvirlər  həkk 

olunurdu.  Gözəl  nəsx  xətti,  qabartma  üsulu  ilə  həkk  olunmuş  kilabələrin 

əksəriyyəti  nəbati  ornament  motivləri  ilə  əhatələnirdi.  Bütün  kitabələrdə  islami 

naxışlar  həkk  olunurdu.  Məsələn,  Gümrü  yaxınlığındakı  bir  azərbaycanlı-türk 

qəbiristanlığındakı  başdaşlarının  yuxarı  hissəsi  üçkünc  və  yaxud  qövsvari 

düzəldilmişdir.  Şəkildə  göründüyü  kimi,  öndəki  başdaşı  üzərində  iki  dairəvi 

altıləçəkli  ulduz  həkk  olunmuş,  onlann  üstündə  isə  ayparaçəkilmişdir.  Dairələrin 

altındakı üfüqi çərçivədə Quran ayəsi həkk olunmuşdur. Həmin çərçivənin altında 

düzbucaqlı  zolaq  qabardılmışdır  ki,  hərri  qılınca  bənzəyir,  həm  də  "həyat  ağacı" 

simvolunu ifadə edir. Həmin qəbiristanlıqda dairəvi günbəzli məqbərə də mövcud 

olmuşdur.  [Ахундов  Д.А.Apxитeктypa  древного    и  раннесредневекового 

Азербайджана,  Баку,  1968,  s.  250-251;  bax:  bölmənin  sonu,  şəkil  41.  Lakin 

İrəvan  xanlığının  qədim  ərazisində,  eləcə  də  nıüasir  Ermənistan  Respublikasının 

ərazisində  bütün  qəbiristanlıqlar  erməni  vandalları  tərəfindən  dağıdılmış  və  yerlə 

yeksan edilmişdir. Müsəlman qəbiristanlıqlarının üzərində evlər tikilmiş və yaxud 

onlar əkin sahələrinə çevrilmişdir.  



Memarlıq  və  incəsənət.    Bir  sıra  yazılı  qaynaqlar  İrəvan  xanlığının 

ərazisində,  xüsusən  də  İrəvan  şəhərində  yüzlərlə  memarlıq  abidəsinin 

mövcudluğunu  və  xalq  -  dekorativ  sənətinin  geniş  rəvac  tapdığını  təsdiq  edir. 

Xanlıqlar  dövrünün  əsas  cəhətlərindən  biri  iqamətgahların  və  onun  müvafiq 

istehkamı  kimi  saray  komplekslərinin  yaradılması  zərurəti  olmuşdur.  Şəhər 

ətrafında  və  xanlıq  ərazisində  müdafiə  sistemlərinin  inşası  da  mühüm  idi.  İbadət 

yerlərinin  inşasında  məscidlərin  tikilməsi  əsas  yer  tuturdu  [107,481]  İrəvan 

şəhərində  şəxsi  yaşayış  evlərinin  xüsusi  memarlıq  üsulu  ilə  tikilməsinə  xüsusi 

önəm verilirdi [bax: bölmənin sonu, şəkil 27, 28]. 

İrəvan  xanlığının  ərazisində  müdafiə  məqsədilə  tikilmiş,  lakin  memarlıq 

kompleksi  kimi  tarixə  daxil  olan  İrəvan  və  Sərdarabad  qalalarından  bu  gün  əsər-

əlamət qalmamışdır. Şah İsmayılın göstərişi ilə 1510-1517-ci illərdə tikilən İrəvan 

qalası  aramsız  müharibələr  nəticəsində  dəfələrlə  dağıdılsa  da,  sərdarlar  və  xanlar 

tərəfindən  yenidən  bərpa  olunmuşdur.  XIX  əsrin  əvvəllərində  İrəvan  qalasının 

ruslar  tərəfindən  işğalından  sonra,  tərtib  edilən  plana  görə,  qala  təxminən  kvadrat 

formasında  (790  x  850  m)  olmuş,  7  hektar  sahəni  əhatə  etmişdir.  İkicərgəli  qala 




124 

 

divarlarının  uzunluğu  4,5  km  olmuşdur.  Xarici  divarının  hündürlüyü  10,5-12  m 



olan  qala  divarları  ərazini  şimal-Şərq,  cənub-şərq  və  cənub-qərb  tərəfdən  əhatə 

edirmiş.  Ərazinin  digər  tərəfı  isə  sıldırımlı  Zəngi  çayına  söykənirmiş.  Qala 

divarlarının bir-biri ilə məsafəsi 36-42 m təşkil etmişdir. 

Həm xarici, həm də daxili müdafiə divarları kifayət qədər qalın olan qala 

divarlarında  yarımdairəvi  qüllələr  tikilmişdir.  Qüllələrdə  atəş  üçün  təqribən  2450 

mazğal  olmuşdur.  Müdafiə  divarları  boyunca  53  top  yerləşdirilirmiş  İrəvan 

qalasının Təbriz  və  Şirvan darvazaları olmuşdur. Qala divarlarının xarici konturu 

boyunca  torpaq  səngər  qazılmışdır  və  həmin  çuxur  Gedər  çayının  suyu  ilə 

doldurulurmuş [bax: bölmənin sonu, şəkil 5,6].  

1672-1673-cü illərdə İrəvanda olmuş Jan Şardən qeyd etmişdir ki,  ancaq 

təmizqanlı  səfəvilərin  yaşadığı  İrəvan  qalasında  daha  2  məscid  və  hamam 

olmuşdur  [10,21-22].  Dövrünün  möhtəşəm  tikilisi  olan  İrəvan  qalası  və  qalanın 

içərisindəki  memarlıq  abidələri  hazırda  yer  üzündən  silinmişdir.  Şardən  İrəvan 

qalasından bir top qülləsi məsafədə qədim bir türbə olduğunu, lakin onun nə vaxt 

tikildiyini  öyrənə  bilmədiyini  qeyd  etmişdir  [10,21-22].  Erməni  tədqiqatçıları 

həmin  türbənin  Atabəylərin  Naxçıvandakı  memarlıq  abidəsinə  bənzədiyini  qeyd 

edirlər. Türbənin Şardon tərəfindən çəkilmiş rəsmində abidəni arxasında minarələri 

göylərə  ucalan  iki  əzəmətli  məscid  təsvir  olunmuşdur.  Təsvir  olunan  memarlıq 

abidəsi  də  XIX  əsrin  əvvəllərində  yer  üzündən  silinmişdir  [bax:  bölmənin  sonu, 

şəkil 3]. 

İrəvan  xanlığının  ərazisində  mövcud  olan  memarlıq  tikililərindən  biri  də 

Sərdarahad qalası idi. 1815-1817-ci illərdə İrəvan xanı Hüseynqulu xan tərəfindən 

inşa  etdirilən  bu  möhtəşəm  qala  kvadrat  şəklində  idi.  Fransız  mühəndislərinin 

iştirakı ilə tikilən Sərdarabad qalasının ikiqat divarı, möhkəm qüllələri və darvazası 

var  idi.  Rus  rəssamı  Qriqori  Qaqarin  1840-cı  ildə  yağlı  boya  ilə  çəkdiyi  şəkildə 

Sərdarabad  qalasının  önündə  döyüş  mənzərəsini  əks  etdirmişdir  [bax:  bölmə  8, 

şəkil 4]. 

Bu möhtəşəm qalanı da erməni vandalları yer üzündən silmişlər. Avropa 

səyyahları  Kerr-Porter,  Ceyms  Morier,  Monpere,  Kameron,  Linç  və  başqaları 

müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, qaladakı 

və  şəhərdəki  məscidləri,    hovuz  və  hamamları,  Zəngi  çayından  enib  keçən  yeraltı 

mərmər pilləkənli yolu öz əsərlərində təsvir etmişlər. 

Mülki  memarlıq  nümunələrindən  ən  diqqətçəkəni  Sərdar  sarayı,  yaxud 

Xan  sarayı  olmuşdur.  Şardən  Sərdar  sarayının  qalada,  Zəngi  çayının  sahilindəki 

uçurumun  kənarında  tikildiyini  və  yay  aylarında  çox  xoş  təəssürat  bağışladığını 

yazır.  Yeni  Xan  sarayı  Hüseynəli  xanın  hakimiyyəti  dövründə  (1764-1783) 

görkəmli  Azərbaycan  memarı  Mirzə  Cəfər  Xoylu  tərəfindən  inşa  edilmişdir. 

Sarayın  əsas  hissəsi  olan  Güzgülü  salon  və  Yay  köşkü  1791-ci  ildə  Hüseynəli 

xanın oğlu Məhəmməd xan tərəfindən əlavə etdirilmiş və beləliklə, bina memarlıq 

baxımından  monumental  saray  binası  kimi  təkmilləşmiş  və  tamamlanmışdır 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə