Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə34/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   30   31   32   33   34   35   36   37   ...   85

129 

 

mentalitetinə yad xüsusiyyətdir [bax:bölmənin sonu, şəkil 29, 30]. 



Bu gün İrəvandakı qədim əlyazmalar institutunda - Matenadaranda İrəvan 

xanlığı  dövrünə  aid  yüzlərlə  əlyazma,  basma  naxışlı  kitablar  saxlanılır.  İrəvanın 

özündə  boyakarlıqla  məşğul  olan  məhəllə  olmuşdur.  Həmin  məhəllə  Şiləçi 

məhəlləsi  adlanırdı.  Boyaq  bitkilərindən  alınan  al-əlvan  rənglərlə  basma  naxışlı 

parçalar istehsal edilirdi [bax: bölmənin sonu, şəkil 31, 32, 33]. 

Xalq  yaradıcılığının  geniş  yayılmış  növlərindən  biri  də  bədii  tikmədir. 

İrəvan xanlığı dövrünün bədii tikmə nümunələrindən 2-si hazırda Milli Azərbaycan 

Tarixi  Muzeyində  saxlanılır.  1827-ci  il  oktyabrın  1-də  İrəvan  qalası  rus  qoşunları 

tərəfindən  işğal  edildiyi  zaman  İrəvan  xanlığının  4  bayrağı  rus  qoşunlarının  əlinə 

keçmişdi.  [177,361].  Sonralar  bu  bayraqlar  Qafqaz  Hərb  Tarixi  Muzeyində  sax 

lanılırdı.  Bu  bayraqlardan  2-si  1924-cü  ildə  indiki  Milli  Azərbaycan  Tarixi 

Muzeyinə verilmişdir. 461 və 473 №-li inventarlar adı altında saxlanılan bayraqlar 

bədii  tikmə  sənətinin  nadir  nümunələri  hesab  olunur.  Burada  yalnız  bayraqlardan 

birinin  təsvirini  verəcəyik.  İrəvan  sərdarına  məxsus  üçkünc  bayrağın  qumaş 

hissəsinin  ölçüləri  145x261x217  sm-dir.  Tünd  qırmızı  mahud  parçadan 

hazırlanmışdı

r

. Bayrağm yuxarı enli hissəsində şir və  günəş (şiri-xurşid) təsvirləri 



qurama  üsulu  ilə  tikilmişdir.  Sarıya  çalan,  açıq  qəhvəyi  rəngli  quramadan 

hazırlanmış  şir  yandan  təsvir  olunmuş,  quyruğu  belinə  qatlanmış,  sağ  qabaq 

pəncəsi  qaldırılmışdır.  Şirin  gözləri  qara  və  sarı,  dişləri,  dili  və  qaynaqları  sarı 

sapla  tikilmişdir.  Şirin  arxasından  yarımdairə  formasında    çıxan    insan    sifəlli  

günəş  sarı  mahud parçadan hazırlanıb. Günəşin burnu və qaşları qara, gözləri isə 

qara və sarı saplardan tikilmişdir. Mavi parçadan olan günəşin şüaları açıq qəhvəyi 

ipək  saplarla  bayrağın  qumaşma  tikilmişdir.  Şir  və  günəşin  təsvirindən  yuxarıda, 

ona paralel olaraq, bir birinin yanında, açıq qəhvəyi mahud parçadan iki altıguşəli 

kartuş  quranmışdır.  Şirin  quyruğu  yanındakı  kartuşda  ərəb  dilində  "Mən  qanuna 

(şəriətə) uyğun hərəkət edirəm", digərində isə "Kömək Allahdandır, yaxın qələbə" 

sözləri təkəlduz tikməsi ilə qara ipək saplarla tikilmişdir. Bayrağa  müxtəlif rəngli 

(qəhvəyi, açıq qəhvəyi və qızılı) ipək saplardan saçaq salınmışdır. Bayraq qumaşını 

bayrağın  sapına  taxmaq  üçün  tikilmiş  torbacıq  yaşıl  mahud  parçadandır.  Bayraq 

sapının yuxarı hissəsinə gümüşü saplardan toxunmuş uzun qotaz asılmışdır. Həmin 

bayraq 1825-26-cı illərdə (hicri 1241) hazırlanmışdır. 

Mirzə Qədim İrəvaninin çəkdiyi portretlərdə də bədii tikmənin ən zəngin 

nümunələri öz əksini tapmışdır.  

Ziyarətgahlar, qəbirüstü abidələr və müqəddəs ocaqlar. İrəvan xanlığının 

ərazisində  xalq  tərəfindən  ziyarətgaha  çevrilmiş  çoxlu  sufi,  alim,  şeyx,  mövlana 

məzarları, pirlər və müqəddəs ocaqlar mövcud olmuşdur. Şopenin yazdığına görə, 

İrəvanda  tatarlar  (yəni  azərbaycanlılar  -  red.)  öz  ölülərini  yaşadıqları  evlərin 

yaxınlığında, şəhərin mərkəzindəki qəbiristanlıqda (həmin qəbiristanların hamısını 

ermənilər  məhv  etmişlər  -  red.),  bəzi  hallarda  öz  bağlarında,  həyətlərində,  hətta 

evin  astanasında  dəfn  edirlər.  Hər  il  zəvvarlar  Məkkəyə  və  Kərbəlaya  gedərkən 



130 

 

həmin  məzarlardan  sümükləri  yığrşdırıb  aparır  və  müqəddəslərin  uyuduqları 



qəbiristanlıqlarda dəfn edirmişlər [95,716-717]. Bu, irəvanlıların müqəddəs yerlərə 

həddindən artıq bağlı olmalarından irəli gəlirdi. 

İrəvan  xanlığının  ərazisində  2  dağ  Ziyarət  dağı  adlanırdı.  Onlardan  biri 

Göycə  gölü  hövzəsində,  digəri  isə  İrəvan  yaxınlığında  idi  [170,98].  İlin  bütün 

fəsillərində  əhali  həmin  dağlara  ziyarətə  gələr,  nəzir-niyaz  verər,  qurban  kəsərdi. 

İrəvan şəhərinin özündə içərisində qara daş olan pir vardı. Həmin pir Həzrət Abbas 

ocağı adlanırdı. Ermənilər dəfələrlə bu müqəddəs ocağı söküb yerində nəsə tikmək 

istəmişdilərsə  də,  hər  dəfə  qəza  baş  vermiş,  sökmək  işini  başa  çatdıra 

bilməmişdilər.  Son  vaxtlar  çəpərə  alınmış  Həzrət  Abbas  ocağını  təkcə 

azərbaycanlılar  deyil,  ermənilər  də  ziyarətə  gələr,  şam  yandırardılar.  İrəvan 

xanlığının  ərazisindəki  müqəddəs  ocaqlardan  biri  də  Dərələyəzin  Ələyəz 

kəndindəki Əxi Təvəkkül məqbərəsidir. Onun qəbrini həm azərbaycanlılar, həm də 

ermənilər  ziyarət  edirdilər.  1543-cü  il-də  tikilmiş  bu  məqbərənin  və  onun 

ətrafındakı  tikililərin  yalnız  özülləri  qalmışdır  [Heмaт  M.  Эпиграфические 

памятники Азeрбайджана, III cild, Bakı, 2001, s. 75; bax: bölmənin sonu, şəkil: 

26]. 


İrəvan  xanlığının  ərazisində  mövcud  olmuş  ocaqlardan  biri  də  Miskin 

Abdal  ocağıdır.  Göycə  aşıq  məktəbinin  banisi  olan  Miskin  Abdal  qızılbaşların 

rumlu  soy  birləşməsinə  daxil  olan  Miskinli  tayfasının  ən  nüfuzlu  başçılarından 

olmuşdur. Rumlular şiəlik dini-fəlsəfi ideologiyasının yayılmasında səfəvilərin ən 

yaxın  köməkçiləri  olmuşlar.  Miskin  Abdalla  Şah  İsmayıl  arasında  yaxın  dostluq 

münasibətləri  olmuşdur.  1470-ci  ildə  Göycə  mahalının  Sarıyaqub  (bu  kəndin 

qədim adı Siyaqut olmuşdur) kəndində anadan olan Miskin Abdalı 500 ildən artıq 

xalqın  qan  yaddaşında  yaşadan  təkcə  onun  aşıq-şairliyi  deyil,  həm  də  Övliya, 

müqəddəs insan, Allah-Taaladan verilən haqq vergisi olmuşdur. Hər zaman qonaq-

qarası, ziyarətçisi əskik olmayan, binəsiblərin ümid yeri, şəfasızların şəfa yeri olan 

bu  ocaq  J  988-ci  ilə  kimi  Sarıyaqub  kəndində  yerJəşirdi.  Hazırda  Miskin  AbdaJ 

ocağı Goranboy rayonunun Qaradağlı kəndinə köçürülmüşdur. 

Şah  Sultan  Hüseyn  (J  694-1722)  Miskin  Abdal  ocağına  gəlmiş,  onu 

ziyarət  etmiş  və  "Fatihə"  oxumuşdur.  Şah  Sultan  Hüseynin  fərmanı  və  Şah 

İsmayılın  verdiyi  tiyul  sənədi,  habelə  Miskin  Abdal  nəslinin  şəcərəsinin  möhürlə 

təsdiq  edilmiş  orijinalı  hazırda  Miskin  Abdal  ocağında  saxlanılır  [bax:  bölmənin 

sonu, şəkil 34]. 

Ədəbi  mühit.  İrəvan  xanlığının  ərazisində  olduqca  zəngin  ədəbi  mühit 

olmuşdur. Dövrümüzə gəlib çatan yazılı nümunələr kifayət qədər olmasa da, qonşu 

dövlətlərin  arxivlərində  və  kitabxanalarında  saxlanılan  əsərlər  bunu  sübut  edir. 

Rusların  işğalından  sonra  İrəvan  ədəbi  mühitini  Özündə  əks  etdirən  qiymətli 

əlyazmaların  əksəriyyəti  erməni  vandalları  tərəfindən  məhv  edilmişdir.  Əsasən 

məscidlərdə  və  mədrəsələrdə  saxlanılan  əlyazmalar  yandırılmış,  bir  qismi  isə 

indiyədək Azərbaycan tədqiqatçılarının üzünə bağlı şəraitdə saxlanılır. 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə