Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə42/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   38   39   40   41   42   43   44   45   ...   85

179 

 

İrəvan  xanı  və  Azərbaycanın  digər  xanları  ilə  razılığa  gələrək  Rusiya  tərəfindən 



gözlənilən  təhlükənin  qarşısını  almaq  üçün  hərbi  hazırlıq  görməyə  başladılar. 

Tiflisdəki  rus  qoşunlarının  komandanı  S.Burnaşev  1784-cü  il  fevralın  9-da 

P.S.Potyomkinə  məktubunda  bildirirdi  ki,  Axalsıx,  Qars,  Ərzurum  və  Bayazid 

paşalıqlarının nümayəndələri İrəvan şəhərində Qulaməli xanın yanındadırlar; onlar 

İravan  xanlığı  ilə  Osmanlı  dövləti  arasında  daha  yaxın  münasibət  yaratmaq  və 

xanın köməyilə Azərbaycanın digər xanlıqlarını da Rusiya və Gürcüstanın əleyhinə 

qaldırmağı  planlaşdırırlar.  S.Burnaşev  bunun  qarşısını  almaq  üçün  çariçənin 

mütləq  tədbir  görməsini  P.S.Potyomkindən  xahiş  edirdi  [1,  17;  125,  56]. Bundan 

əlavə,  Rusiyanın  Ənzəlidəki  konsulu  Tumanovski  1784-cü  ilin  aprelində  yazdığı 

məktubunda  bu  hazırlıq  barədə  Həştərxan  qubernatoru  Jukova  ətraflı  məlumat 

verirdi.  Onun  yazdığına  görə,  Ərzurum  və  Bayazid  paşaları  Gürcüstana  hücum 

etmək üçün xeyli qoşun toplayaraq Azərbaycan və Dağıstan hakimlərini də bu işə 

cəlb etməyə çalışırlar. Onlar bu yürüşdə iştirak edəcək döyüşçülərin hər birinə ildə 

200 rubl verməyi vəd etmişlər [115, 73-74]. Yaranmış vəziyyətlə bağlı II İrakli də 

təşvişlə  polkovnik  S.Burnaşevə  məlumat  verir,  o  da,  öz  növbəsində,  bu  məlumatı 

general P.Potyomkinə çatdırırdı. S.Burnaşevin P.Potyomkinə göndərdiyi 1784-cü il 

16  fevral  tarixli  məruzəsində  Axalsıx  paşası  Dədəgül  ağanın  müəyyən  təkliflərlə 

İrəvan xanının yanına gəlməsi xəbəri verilir. Bu təkliflər əsasən xristianların qüvvə 

toplamasına  imkan  verməmək,  Rusiya  qoşunlarını  Cənubi  Qafqaza  dəvət  etdiyi 

üçün  II  İraklinin  üzərinə  hücum  etmək  məqsədilə  Azərbaycanın  digər  xanları  ilə 

birləşmək və s.-dən ibarət idi [78, h.VII, v.173; 214, 83]. 

Qeyd  olunan  dövrdə  Osmanlı  dövlətinin  nümayəndəsi  Xəlil  əfəndi 

Azərbaycan  xanları  və  Dağıstan  hakimləri  ilə  görüşüb  bir  müddət  İrəvanda  qaldı 

[166, 203; 115, 74]. 

Xəlil  əfəndinin  tövsiyəsi  ilə  irəvanlı  Qulaməli  xan  II  İrakliyə  bac 

verməkdən  imtina  etdi  [20,  84,  85,  296;  124,  189]  və  hətta  digər  Azərbaycan 

xanlarına  da  yardım  göstərdi.  S.Burnaşev  1784-cü  il  martın  26-da  göndərdiyi 

məruzəsində  İrəvan  xanının  naxçıvanlı  Abbasqulu  xana  yardım

*

  göstərməsi 



haqqında  məlumat  verir  [214,  84],  P.Potyomkinə  ünvanladığı  digər  məxfi 

məktubda  isə  yazırdı:  "İrəvan  xanı  Qulaməli  xanın  çara  (II  İrakliyə  -  red.) 

münasibəti birdən-birə dəyişmişdir və indi o, türklərə meyillidir" [1, 110; 125, 56]. 

General  P.Potyomkinin  1784-cü  il  2  mart  tarixli  gizli  təqdimatına  əsasən, 

polkovnik  S.Burnaşev  II  İrakli  ilə  İrəvanın  alınması  məsələsini  müzakirə  edir. 

Lakin  II  İrakli  İrəvanın  alınması  üçün  lazımi  ordunun  olmadığını  bildirir  [78, 

h.VII, v.245; 214, 87]. Bu, bir daha İrəvan qalasının alınmazlığını, xanlığın hərbi-

strateji mövqeyinin güclü olduğunu sübut edir. 

General Potyomkin bir gürcü zadəganı vasitəsilə İrəvan xanına qarşı qəti 

tədbirlər  görmək  üçün  polkovnik  S.Burnaşevə  yazılı  əmr  göndərir.  Generalın 

                                                           

*

  Bu  zaman  Naxçıvan  xanı  Abbasqulu  xan hakimiyyətdən devrilmişdi,  İrəvan  xanı  Hüseynəli  xan  ona 



sığınacaq vermişdi [bax:l 15,49-53;214,84-85].

 



180 

 

əmrini  alan  S.Burnaşev  II  İraklinin  yanına  məsləhətləşməyə  gedir  [214,  86-87]. 



İrəvan  xanlığına  təcavüzün  elə  də  asan  olmadığını  başa  düşən  II  İrakli  öncə 

diplomatik vasitələrlə

*

 əl atır. Lakin bunun ciddi nəticə vermədiyini görən Rusiya 



hakim dairələri və gürcü çarı digər vasitələrə əl atır. Belə ki, 1784-cü ilin yayında 

Qulaməli xana sui-qəsd təşkil olunur və xan qətlə yetirilir.

**

 Hakimiyyətə xanın 12 



yaşlı oğlu Məhəmməd xan Qacar gəlir [166, 205; 215, 74]. Qars mühafizi Mustafa 

paşanın  məlumatına  görə,  "Yaranmış  real  təhlükə  qarşısında  İrəvan  xanının 

Osmanlı dövləti ilə yaxınlaşması nəticəsində bölgədəki ruslar və onların müttəfiqi 

olan gürcü çarının hiylələri nəticəsində Qulaməli xan qətlə yetirildi" [125; 56-57]. 

Arxiv  sənədləri  də  İrəvan  xanına  qarşı  törədilən  qəsdin  hansı  istiqamətdən 

hazırlandığını  aydın  göstərir.  1784-cü  ildə  rus  canişini  Mixail  Markov  polkovnik 

S.Burnaşevə  göndərdiyi  məktubunda  İrəvanla  bağlı  yazırdı:  "...yaranmış  əlverişli 

şəraitdən  istifadə  edərək,  çar  (II  İrakli  -  red.)  nəyi  isə  bəhanə  gətirərək  oranı 

(İrəvan xanlığını - red.) ordu ilə ələ keçirməlidir" [1, 15; 125, 56]. 

İrəvan  xanlığına  rus-gürcü  hərbi  müdaxiləsinin  qarşısını  almaq  üçün 

Osmanlı hökuməti təcili tədbir gördü. Osmanlı dövlətinin dəstəyi ilə xoylu Əhməd 

xan  dərhal  öz  kürəkəni,  keçmiş  İrəvan  xanı  Hüseynəli  xanın  12  yaşlı  oğlu 

Məhəmməd ağanı (1784-1805) İrəvan taxtına çıxardı [115, 71; 124, 191]. Sultan I 

Əbdülhəmid  (1774-1789)  yeni  İrəvan  xanı  ilə  sıx  münasibətlər  yaradılmasını 

diqqət mərkəzinə götürdü. Sultan Ərzurum paşasına pul, Axalsıx, Qars və Bayazid 

paşalarına fərmanlar göndərərək onlara İrəvanı II İraklinin təcavüzündən qorumağı 

tapşırdı.  Fərmanda  xoylu  Əhməd  xanın  birləşmiş  qoşunların  baş  sərkərdəsi  təyin 

edildiyi,  bütün  paşa  və  vəzirlərə  İrəvan  xanına  kömək  etmələri  tapşırıldı  [81, 

siy.1/194, sənəd 336, h.VIII, v.54-55; bax: 166, 206; 124, 192]. İrəvan xanlığının 

Osmanlı dövləti ilə yaxınlaşması rus-gürcü siyasətinə ağır zərbə vura bilərdi. Məhz 

buna  görə  II  İrakli  İrəvana  iki  min  nəfərlik  qoşun  göndərdi.  O.P.Markovanın 

yazdığına  görə,  İrəvan  xanı  tələsik  axalsıxlı  Süleyman  paşaya  bildirdi  ki,  o,  II 

İrakliyə  xidmət  edəcəkdir.  Bununla  da  tərəflər  arasındakı  gərginlik  müvəqqəti 

olaraq sakitləşdi [166, 206; 115,75]. 

Lakin ilk mənbələrin məlumatları göstərir ki, İrəvan xanı Məhəmməd xan 

Qacarın  bu  mövqeyi  müvəqqəti  diplomatik  gediş  idi.  Çox  keçməmiş,  1784-cü  il 

sentyabrın  28-də  Məhəmməd  xan  II  İraklinin  İrəvan  qalasına  hücum  təhlükəsi 

qarşısında Osmanlı dövlətinə  məktubla  müraciət etdi. Çıldır valisi, Qars mühafizi 

və  Bayazid  hakimləri  xoylu  Əhməd  xanla  birləşib  II  İrakliyə  qarşı  birlikdə  çıxış 

etmək üçün damşıqlar apardılar [20, 93; bax: 125, 57]. Bunun ardınca Məhəmməd 

                                                           

*

  Hüseynəli  xanın  ölümündən  bir  neçə  ay  keçməsinə  baxmayaraq,  oğlu  Qulaməli  xanın  hələ  də  yas 



libasını çıxarmadığını nəzərə alan II İrakli adəta uyğun olaraq ona rəngli libaslar göndərir və kəşfiyyat 

üçün bu fürsətdən istifadə etmək qərarına gəlir [bax: 214, 87].

 

**

  Qulaməli  xanın qətli  ilə  bağlı  müxtəlif məlumatlar  var:  1.1784-cü  il  iyunun  7-də Bünyatəli  bəy  adlı 



bir nəfər İrəvan meydanında Qulaməli xanı və onun iki qulluqçusunu odlu silahla qətlə yetirmişdir [bax: 

159,266-267);  2.  1784-cü  ilin  yayında  xalqla  qəddar  rəflarına  görə  Qulaməli  xan  qardaşı  ilə  birgə 

İrəvanda baş vermiş iğtişaşlar zamanı öldürülmüşdür [bax: 166,205].

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə