Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə43/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   39   40   41   42   43   44   45   46   ...   85

181 

 

xan,  digər  Azərbaycan  xanları  və  Ərzurum  valisi  Bayazid  hakimi  ilə  birləşib 



düşmənin hücumuna qarşı hazır olduqları barədə Osmanlı sarayına  yenidən rəsmi 

məlumat göndərdilər [20, 32; 125, 57]. 

Bu  müraciətlərin  qarşılığı  olaraq 1784-cü  ilin  payızında  Cənubi  Qafqaza 

İstanbuldan  çoxsaylı  (60  nəfər)  nümayəndə  heyəti  göndərildi.  Onlar  Azərbaycan 

xanlarına  və  Dağıstan  hakimlərinə  qiymətli  hədiyyələrlə  yanaşı  Sultan 

Əbdülhəmidin  fərmanını  da  gətirmişdilər.  Fərmanda  sultan  bütün  Cənubi  Qafqaz 

müsəlmanlarını  Rusiya  təcavüzü  qarşısında  birləşməyə  və  müqəddəs  müharibəyə 

hazır olmağa çağırırdı [81, siy.1/194, sənəd 350, h.II, v.4; bax: 115, 75]. 

Cənubi  Qafqazda  Rusiyanın  və  onun  əlaltısı  olan  gürcü  çarının  açıq 

müdaxilə  siyasətinə  başlaması  Osmanlı  dövlətini  daha  konkret  addımlar  atmağa 

sövq etdi. Rusiyadakı ermənilərin dini başçısı H.Arqutyan 1785-ci il fevralın 25-də 

Stepan Saakova göndərdiyi məktubunda Qarabağ və Xoy xanlarının Axalsıx paşası 

vasitəsilə  sultandan  hədiyyə  və  məktub  aldıqları  barədə  xəbər  verdi.  Sultanın 

məktubunda  yazılırdı:  "..sizə  birləşməyi  və  İrəvanın  düşmən  əlində  qalmaması 

üçün  onu  ələ  keçirməyə  cəhd  etməyi  təklif  edirəm,  bunun  üçün  istədiyiniz  qədər 

qüvvə və pul ala bilərsiniz" [bax: 214, 115]. 

Azərbaycan  xanlıqları  ilə  Osmanlı  dövləti  arasında  siyasi  əlaqələrin 

güclənməsi  ermənilərin  təşvişinə  səbəb  oldu.  Çünki  bu,  Azərbaycanın  tarixi 

torpaqları  hesabına  ermənilərə  "dövlət  yaradılması"  planının  baş  tulmasına  ciddi 

əngəl  törədə  bilərdi.  Erməni  müəllifi  A.İoannisyanın  yazdığına  görə, 

İ.Arqutinskinin Axalsıxdan gəlmiş qardaşı oğlu xəbər verirdi ki, osmanlılar məktub 

və  pul  göndərərək  Azərbaycan  xanlarını  rus  qoşunlarına  müqavimət  göstərməyə, 

habelə Gürcüstan əleyhinə çıxmağa çağırmışdı. Eyni zamanda osmanlılar Qarabağ 

və  Xoy  xanına  məsləhət  görmüşlər  ki,  ruslara  İrəvan  şəhərini  almağa  imkan 

verməsinlər [159, 134-135]. 

İrəvan  xanlığına  birbaşa  təcavüz  etməkdən  əli  çıxan  II  İrakli  digər 

vasitələrə  əl  alır.  O,  1785-ci  ilin  payızında  Gürcüstana  yürüş  edən  Azərbaycanın 

Car-Balakən  hakimi  Ömər  xanın

*

  qoşunlarını  İrəvan  istiqamətinə  göndərməyə 



çalışsa da, bu, mümkün olmur [214,135]. 

Ömər  xanın  yürüşündən  bir  qədər  keçdikdən  sonra  İrəvan  xanlığının 

alınması  üçün  yeni  planlar  hazırlanır.  1787-ci  il  mayın  əvvəlində  II  İrakli 

P.Potyomkini  xəbərdar  edir  ki,  Xoy  xanı,  Car-Balakən  hakimi  Ömər  xan  və 

Qarabağ  xanı  İbrahimxəlil  xanla  birlikdə  İrəvanı  almaq  qərarına  gəlmişlər  [78,v. 

469; bax: 159,182]. 

Bütün bu tədbirlər Osmanlı dövləti tərəfindən sakit qarşılanmadı. 1787-ci 

ilin  iyununda  Xoyda  yenicə  hakimiyyətə  gəlmiş  Hüseynqulu  xana  göndərilən 

sultan  fərmanında  deyilirdi:  "Tiflis  valisi  rusları  Azərbaycanı  və  bizim  torpaqları 

                                                           

*

  Car-Balakən  hakimi  və  ya  Avar  xanı  Ömər  xanın adı  rusdilli  sənədlərdə  "Omar xan"  yazıldığı  halda 



[bax:  24.  f.  VUA  482.  op.144, d.  41481;  op.  148,  d. 41929]  Azərbaycan dilinə  tərcümədə  səhv  olaraq 

Ümmə xan kimi verilir.

 



182 

 

qarət  etmək  üçün  dəvət  etmişdir.  ...Biz  heç  zaman  İrəvanın  qarət  olunması  və 



dağıdılması ilə razılaşa bilmərik. Odur ki, ehtiyac olarsa, Bayazid, Van və Muşun 

rəislərinə  sizə  qoşun  göndərməyi  əmr  etmişik.  Əgər  Tiflis  valisi  sərhədi  keçmək 

fikrinə  düşsə,  o  zaman  sizə  Ərzurum  paşası  Mustafa  kömək  edəcəkdir"  [79,  iş 

4252,v.l26]. 

Osmanlıların  hərbi  fəallığının  artmasından  xəbər  tutan  Qafqazdakı  rus 

qoşunlarının  komandanı  general  P.S.Potyomkin  türklərin  İrəvan  istiqamətində 

hücum edəcəkləri halda necə hərəkət etməli olduğu barədə mərkəzə sorğu göndərdi 

[79, iş 4252, v. 126]. 

Polkovnik  S.Burnaşev  1787-ci  il  8  iyul  tarixli  məktubunda  general 

P.S.Potyomkinə  bildirirdi  ki,  onun  məlumatlarına  görə,  Osmanlı  sultanı 

Azərbaycan  xanlarını  həmişə  müdafiə  edəcək,  İrəvan  şəhəri  Azərbaycana  məxsus 

olduğundan onun heç zaman Gürcüstanın tabeliyinə verilməsinə razı olmayacaqdır. 

Bundan  əlavə,  sultan  Ərzurum  paşasına  və  digər  həmsərhəd  paşalara  nəyin 

bahasına  olursa-olsun  rus  qoşunlarının  qarşısına  çıxmağı  əmr  etmişdir.  Regionda 

siyasi durumun gərginləşməsi ilə əlaqədar Ömər xan, qarabağlı İbrahimxəlil xan və 

digər Azərbaycan xanları İrəvanı qəti surətdə gürcülərin təzyiqlərindən xilas etmək 

üçün birləşmişlər [81, siy. 1/194, sənəd 416, h.I, v.354; 115,77-78]. 

1787-1791-ci  illər  Rusiya  -  Osmanlı  müharibəsi  zamanı  da  Rusiyaya 

arxalanan  II  İrakli  Azərbaycan  xanlıqlarına  qarşı  öz  işğalçılıq  siyasətini  davam 

etdirməkdə  idi.  Belə  ki,  Georgiyevsk  müqaviləsinə  əsaslanan  II  İrakli  1787-ci  il 

noyabrın  22-do  Qafqazdakı  rus  qoşunlarının    komandanından    yardım    istədi.  

Rusiyadan    alacağı    köməyə  ümid  bağlayan  gürcü  çarı  İrəvanı  ələ  keçirmək  və 

Azərbaycan xanlarına qarşı yenidən hücuma keçmək niyyətində idi [20, 122; bax: 

125,82-83].  Bunu  başa  düşən  irəvanlı  Məhəmməd  xan  1787-ci  il  noyabrın  26-da 

yaxınlaşan  təhlükəyə  qarşı  öz  elçisi  Zeynalabdin  vasitəsilə  Osmanlı  sultanından 

yardım  istədi.  Elə  həmin  ilin  dekabrında  İrəvan  xanlığının  elçiləri  İstanbulda 

səmimi  qarşılandı  və  onun  xahişi  müsbət  qarşılandı  [19,  b.  N°  9,  6, 71;  125,  83]. 

Sultan vəziyyətin ciddiliyini və müraciətin əhəmiyyətini nəzərə alaraq İrəvanı "əl-

Rumun (Türkiyənin red.) kilidi və Azərbaycanın Dərbəndi" adlandırmışdı [11; 15, 

215; 20,  123, 324;  124, 222].  Beləliklə,  İrəvan  xanlığının  xarici  siyasətinin  ikinci 

mərhələsində Osmanlı dövləti ilə qarşılıqlı münasibətlər önəmli yer tutur. 

XVIII  yüzilliyin  90-cı  illərinin  ortalarında  İrəvan  xanlığı  cənubdan  daha 

bir  güclü  təhlükə  ilə  üz-üzə  qaldı.  Məlum  olduğu  kimi,  Kərim  xan  Zəndin 

ölümündən sonra İranda hakimiyyəti Azərbaycan-türk tayfası qacarlardan olan Ağa 

Məhəmməd  xan  ələ  keçirdi.  Onun  ata-babaları  vaxtilə  I  Şah  Abbas  tərəfindən 

Azərbaycandan İranın Astrabad vilayətinə köçürülmüşdü. Ağa Məhəmməd xan öz 

şahlıq  iddiasını  rəsmiləşdirmək  üçün  səfəvilərin  və  Nadir  şahın  idarə  etdikləri 

bütün  keçmiş  ərazilləri,  o  cümlədən  Cənubi  Qafqazı  ələ  keçirməyə  çalışırdı.  Bu 

siyasət eyni zamanda müstəqil Azərbaycan xanlıqlarına qarşı da çevrilmişdi. Qacar 

1795-ci ilin yazında Şimali Azərbaycana və Gürcüstana hərbi yürüşə başladı. 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə