Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə46/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   42   43   44   45   46   47   48   49   ...   85

189 

 



190 

 



191 

 



192 

 



193 

 

 



Rusiya imperiyasının və Qacarlar dövlətinin 

işğalçılıq planları 

 

İrəvan  xanlığının  xarici  siyasətinin  üçüncü  mərhələsində  aparıcı  xətti 

xanlığın  öz  müstəqilliyini  qorumaq  uğrunda  Rusiya  imperiyasına  qarşı  apardığı 

mübarizə təşkil etmişdir. 

Erməni  və  əksər  rus  tarixşünaslığında  real  tarix  saxtalaşdırılaraq 

Azərbaycan  dövləti  olan  İrəvan  xanlığının  Rusiya  tərəfindən  işğalı  guya  "Şərqi 

Ermənistan"ın  və  ya  "Ermənistanın"  Rusiyaya  birləşdirilməsi  kimi  təqdim  edilir. 

Əslində isə XIX əsrin əvvəlində Cənubi Qafqazın Rusiya tərəfindən işğalı zamanı 

bu  ərazidə  heç  bir  erməni  dövləti  yox  idi.  Çar  Rusiyası  tərəfindən  işğal  olunan 

"Ermənistan"  deyil,  məhz  Azərbaycan  dövləti  olan  İrəvan  xanlığının  ərazisi  idi, 

yəni Azərbaycan torpağı idi. 

1804-1813-cü  illərdə  Azərbaycan  torpaqlarının  işğalı  uğrunda  gedən 

Birinci  Rusiya  -  İran  müharibəsi  zamanı  İrəvan  xanlığı  iki  dəfə  Rusiya 

qoşunlarının  güclü  hücumuna  məruz  qaldı.  Lakin  İrəvan  xanlığı  Rusiyaya  tabe 

olmadı.  Xanlığın  əhalisi  müdrik  və  cəsur  dövlət  xadimi  olan  Məhəmməd  xan 

Qacarın  və  Hüseyinqulu  xan  Qacarın  başçılığı  ilə  çar  qoşunlarına  qəhrəmanlıqla 

müqavimət  göstərdi.  Lakin  çar  Rusiyası  Osmanlı  dövlətinə  qarşı  mübarizədə  son 

dərəcə  mühüm  hərbi-strateji  əhəmiyyətə  malik  olan  bu  Azərbaycan  xanlığının 

ərazisini işğal etmək planından əl çəkmədi. 

XIX  əsrin  əvvəllərində  Rusiyanın  xarici  siyasətində  Cənubi  Qafqazın 

işğalı mühüm yer tuturdu. 1801-ci ildə Şərqi Gürcüstanın (Kartli-Kaxeti çarlığının) 

Rusiyaya ilhaq olunması ilə Cənubi Qafqazın işğalı prosesi daha da sürətləndi. Çar 

I Aleksandrın (1801-1825) 16 fevral 1801-ci il tarixli fərmanı ilə Şərqi Gürcüstanla 

[178,  25]  eyni  vaxtda  Azərbaycanın  Şörəyel,  Pəmbək,  Qazax,  Borçalı  və 

Şəmşəddil sultanlıqları da Rusiyaya ilhaq edildi [150, 372; 132, 28]. 

Azərbaycan  torpaqlarının,  o  cümlədən  İrəvan  xanlığına  məxsus  olan 

Şörəyel  və  Pəmbək  sultanlıqlarının  Rusiya  tərəfindən  işğalı  İrəvan  və  Gəncə 

xanlarının kəskin narazılığına səbəb oldu [25, sənəd 801, 802, s.598-599; 132, 28; 

41, II, 448]. Rusiya strateji baxımdan böyük əhəmiyyət kəsb edən İrəvan xanlığını 

tamamilə zəbt etmək üçün hərbi hazırlıqlarını artırmaqda idi. 

Azərbaycan  xanlarının  əksəriyyəti,  o  cümlədən  Rusiyanın  hərbi-siyasi 

təzyiqinə  daha  çox  məruz  qalan  irəvanlı  Məhəmməd  xan  Qacar  və  naxçıvanlı 

Kalbalı xan öz müstəqilliklərini qoruyub saxlamaq əzmində idilər. 

İrəvan  xanı  Rusiyanın  təcavüzkar  siyasətinə  qarşı  daha  qətiyyətlə  çıxış 

edərək  pəmbəkliləri  işğalçılara  boyun  əyməməyə  çağırdı  və  onlara  təklif  etdi  ki, 

rus qoşunlarının işğal etdikləri əraziləri tərk edib İrəvana köçsünlər. İrəvan xanının 

müraciəti  ilə  600  pəmbəkli  öz  kəndlərini  tərk  edərək  İrəvana  pənah  gətirdi  [150, 



194 

 

402;  132,  28].  İrəvan  xanı,  eyni  zamanda,  öz  nümayəndəsini  general 



İ.P.Lazaryevin yanına göndərərək Pəmbək vilayətinin şahın fərmanına əsasən ona 

məxsus olduğunu bildirdi. İrəvan xanı Naxçıvan xanı ilə birlikdə hərbi qüvvələrini 

səfərbərliyə  alaraq  rus  qoşunlarını  Pəmbəkə  buraxmamaq  qərarına  gəldilər  [150, 

402-403;  132,  28-29].  Hərbi  əməliyyatda  üstünlüyü  əldə  saxlamaq  üçün  erməni 

əsilli çar generalı İ.P.Lazaryevin başçılıq etdiyi qoşun hissələri 30 iyunda Pəmbəkə 

soxuldu  [25,  sənəd  799,  s.598;  132,  29].  Çar  generalı  əvvəlcə  Pəmbək 

ağsaqqallarına  müraciət  edərək  İrəvan  xanlığına  pənah  aparan  Pəmbək  əhalisinin 

geri  qaytarılmasına  yardım  etmələrini  xahiş  etdi  [25,  sənəd  800,  s.598].  Bunun 

nəticəsiz qaldığını görən İ.P.Lazaryev İrəvan xanına məktub yazaraq pəmbəklilərin 

geri qaytarılmasını tələb etdi və əks təqdirdə xanın Rusiya imperatorunun qəzəbinə 

gələcəyini  bildirdi  [25,  sənəd  801,  s.598-599].  Maraqlıdır  ki,  bu  zaman  gürcü 

şahzadəsi Davidin də Rusiyaya münasibəti dəyişdi. O, Gürcüstanın rus işğalından 

sonra  düşəcəyi  ağır  vəziyyəti  nəzərə  alaraq  İrəvan  xanına  Rusiya  dövlətinə  tabe 

olmamağı tövsiyə etdi. Və gürcü şahzadələri David, Vaxtanq, Yulon və Aleksandr 

Gürcüstanı  rus  qoşunlarından  təmizləmək  üçün  İrəvan  xanından  kömək  istədilər 

[150,  404].  Bu  fakt  həmin  dövrdə  İrəvan  xanlığının  siyasi  nüfuzunun  və  hərbi 

qüvvəsinin kifayət qədər güclü olduğunu sübut edir. 

Bütün  bunlara  baxmayaraq,  Rusiya  əsas  diqqətini  İrəvan  xanlığının 

işğalına  yönəltmişdi.  Rusiyanın  xarici  siyasət  idarələrində  İran,  Türkiyə  və 

Gürcüstanla  həmsərhəd  olan  İrəvan  xanlığının  işğalına  xüsusi  önəm  verilir, 

"xüsusilə  Tiflis  –  Təbriz  tranzit  yolunun  üstündə  yerləşən  İrəvan  qalasının 

alınmasının  vacibliyi"  qızğın  müzakirə  olunurdu.  Rusiya  İrəvan  xanlığına  strateji 

baxımdan  mühüm  bir  ərazi  kimi  yanaşmaqla  bərabər  bu  Azərbaycan  torpağını 

Gürcüstanda sakitliyin bərpa olunması, Cənubi Qafqazda İran və Türkiyənin siyasi 

təsir  dairəsinin  zəiflədilməsindən  ötrü  strateji  bir  istinadgah  hesab  edirdi.  Məhz 

buna görədir ki, çar I Aleksandrın verdiyi fərmanda Rusiyaya tabe ediləcək ərazilər 

sırasında İrəvan xanlığının adı birinci çəkilirdi [178, 38; 25, sənəd 548, s.436]. 

XIX  əsrin  əvvəlində  Cənubi  Qafqazın,  o  cümlədən  Azərbaycan 

torpaqlarının  Rusiya  imperiyası  tərəfindən  işğal  olunmasında  erməni  -  Qriqorian 

kilsəsi  və  erməni  iş  adamları  fəal  iştirak  etmişdilər.  Belə  ki,  bu  zaman  xüsusi 

olaraq  İrəvandan  Tiflisə  gəlmiş  Üçkilsə  monastırının  arxiyepiskopu  Qriqori 

buradakı  rus  ordusunun  komandanlığına,  o  cümlədən  mənşəcə  erməni  olan 

İ.P.Lazaryevə kəşfiyyat xarakterli məlumatlar verir və onları inandırmağa çalışırdı 

ki, İrəvan və Naxçıvan xanlarına inanmasınlar, çünki "...İrəvan xanı ruslara yalnız 

zahirən  meyil  göstərir,  daxilən  onlara  nifrət  bəsləyir  [25,  sənəd  838,  s.617-618; 

115,  89]  və  ...İrəvan  xanı  naxçıvanlı  Kalbalı  xana  arxalanaraq  Pəmbək  mahalını 

Rusiyanın təbəəliyindən çıxarmaq istəyir" [25, sənəd 838, s.617-618; 115, 89]. Öz 

soydaşı  olan  erməni  keşişinin  məlumatını  "əsas  tutan"  İ.P.Lazaryev  Azərbaycan 

türklərinə məxsus Pəmbək mahalına yeni-yeni qoşun hissələri göndərmiş və demək 

olar  ki,  bütün  14  kəndin  əhalisini  geri  qaytarmışdı.  Bu  hadisədən  sonra  Pəmbək 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə