Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə48/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   44   45   46   47   48   49   50   51   ...   85

197 

 

bütün danışıqlar kəsilməli və patriarx Danil öz yerinə bərpa olunmalıdır; 2. İrəvan 



qalası  rus  ordusuna  təslim  edilməlidir;  3.  Xan  rus  imperiyasını  öz  dövləti  kimi 

qəbul etməli və sədaqətli olacağına and içməlidir; 4. Xan 80 min rubl məbləğində 

xərac verməli və hər il bu xəracı iki müddətə - birinci yarısını Novruz bayramından 

bir gün keçdikdən sonra, ikinci yarısını isə iyul ayından sonra ödəməlidir. Əgər xan 

bu  şərtlər  daxilində  bizə  sadiq  olarsa,  əvvəla,  öz  hüququnda  qalacaq  və 

hakimiyyətini  davam  etdirəcəkdir;  ikincisi,  imperator  onun  təhlükəsizliyini  təmin 

etmək  üçün  ona  xanlıq  hüququ  barədə  şəhadətnamə  verəcək,  üçüncüsü,  xanın 

ailəsinin İrandan gətirilməsi üçün bütün imkanlardan istifadə ediləcəkdir [26, 613-

614; 115, 92]. 

Danışıqlar  yenə  heç  bir  nəticə  vermədi.  Bu  dəfə  Məhəmməd  xan 

T.Orbelianiyə Rusiya təbəəliyini qəbul etmədiyini qəti şəkildə bildirdi. Məhəmməd 

xandan  rədd  cavabı  alan  P.D.Sisianov  İrəvana  hücum  planı  hazırlamağa  başladı. 

Artıq  1804-cü  ilin  mayında  P.D.Sisianovun  əmrinə  əsasən  İrəvana  yürüş  etməyə 

hazırlaşan  müxtəlif  növ  seçmə  qoşun  hissələri hazır vəziyyətə  gətirilərək Tiflisdə 

cəmləşdirməyə başladı [74, 258]. 

Gürcü  əsilli  çar  generalı  Sisianovun  əsas  məqsədi  "İrəvan  yürüşünü 

tezliklə başa çatdırmaq, bu vilayəti Rusiyanın tərkibinə daxil etməklə yanaşı, İranla 

baş  verəcək  gələcək  müharibədə  hərbi  əməliyyat  meydanını  Gürcüstan 

sərhədlərindən  uzaqlaşdırmaq  idi"  [67,95  97-56,159;  132,47].  Bununla  belə, 

hiyləgər  çar  generalı  İrəvan  xanına  məktublar  yazaraq  onu  gah  şirnikləndirir,  gah 

hədələyir, gah da dih tutaraq müqavimətsiz təslim olmasını tələb edirdi. Şərtlər isə 

olduğu,  kimi  qalırdı:  Danil  Eçmiədzin  patriarxı  elan  edilməli,  David  isə  Tiflisə 

göndərilib  rus  komandanlığına  təslim  edilməli  idi;  bundan  əlavə  Məhəmməd  xan 

İrəvan  qalasında  rus  qoşunlarının  yerləşdirilməsinə  razılıq  verməli,  işğalçılara 

xərac ödəməli və sadiq qalacağı barədə and içməli idi [26, sənəd 1224, s.613]. 

Qeyd  etmək  lazımdır  ki,  bəhs  olunan  dövrdə  İrəvan  xanı  olduqca 

mürəkkəb  vəziyyət  qarşısında  qalmışdı.  Məsələ  burasında  idi  ki,  mühüm  strateji 

məntəqə  olan  İrəvan  xanlığının  Rusiya  tərəfindən  işğalına  yol  vermək  istəməyən 

Qacarlar  dövləti  də  xanlığın  ərazisini  ələ  keçirməyə  çalışırdı  [178,136].  Hər  iki 

təcavüzkar – həm Qacarlar İranı, həm də Rusiya İrəvan xanlığını işğal etmək üçün 

bir-birini  qabaqlamağa  çalışırdı.  Sisianovla  danışıqlar  zamanı  cənubdan  İran 

qoşunlarının İrəvan istiqamətində hücum xəbərini alan Məhəmməd xan hadisələrin 

gedişinə uyğun olaraq siyasi manevr etmək məcburiyyətində qaldı, daha doğrusu, 

daha güclü düşmən hesab etdiyi Rusiya ita münasibətlərini nizama salmaq, Rusiya 

hərbi  qüvvələrinin  köməyi  ilə  Qacarlar  İranının  İrəvanı  ələ  keçirməsinin  qarşısını 

almaq  istədi.  Məhəmməd  xan  bu  məqsədlə  Tiflisə  təcili  qasid  göndərib  Rusiyaya 

xidmət etmək arzusunda olduğunu bildirdi. Bunun əvəzində Sisianovdan qoşunları 

ilə İrəvana yaxınlaşaraq İran qoşunlarının yolunu kəsməsini xahiş etdi. Sisianov bu 

təklifə  o  şərtlə  razılıq  verdi  ki,  Məhəmməd  xan  Üçkilsə  monastırının  rəhbərliyinə 

ruspərəst İosif  Arqutinskinin  ölümündən sonra təyin etdiyi özünə "sədaqətli" olan 




198 

 

Davidi  rusiyapərəst  Danillə  əvəz  etsin  və  500  nəfər  rus  əsgərinin  İrəvanda 



yerləşdirilməsini  təmin  etsin  [26,  sənəd  1224,s.611-614;  115,93,94].  Məhəmməd 

xan Sisianovun hiyləsini başa düşərək nə Üçkilsə patriarxının dəyişilməsinə, nə də 

rus  qoşunlarının  İrəvan  qalasına  daxil  olmana  razılıq  vermədi  [178,143-144]. 

General Sisianov bu hadisədən İrəvan xanlığına hücum  üçün bəhanə kimi istifadə 

etdi  [Bax: xəritə 1.2].  

Beləliklə,  Pəmbək  vilayətində  möhkəmlənmiş  rus  qoşunlarının  İrəvana 

soxulması  üçün  Davidin  Danillə  əvəz  olunması  məsələsi  yenidən  gündəmə 

gətirildi.  Rus  qafqazşünası  V.A.Potto  və  eyni  zamanda  erməni  tarixçisi 

V.A.Parsamyan  bu  həqiqəti  etiraf  edərək  yazırdılar.  "Bizim  İrəvan  xanlığının 

işlərinə qarışmağımıza bəhanə Üçkilsə taxtı üstündə David və Danilin mübarizəsi 

oldu" [178, 129;172,20]. 

Beləliklə,  1804-cü  ilin  mayında  rus  qoşunları  Sisianovun  komandanlığı 

altında  İrəvan  xanlığının  sərhədlərinə  yaxınlaşdı.  Qeyd  olunduğu  kimi,  rus 

komandanlığının  bu  yürüşdə  əsas  məqsədi  Qacar  qoşunlarını  Cənubi  Qafqaza,  o 

cümlədən  də  Azərbaycanın  şimalına  buraxmamaq,  mühüm  hərbi-strateji 

əhəmiyyətə malik olan İrəvan xanlığını ələ keçirməklə Rusiyanın regionda gələcək 

hegemonluğu üçün zamin hazırlamaq, Türkiyə və İran sərhədlərində keçilməz sədd 

yaratmaq idi [115,95]. Bunun üçün Rusiya dini amildən istifadə edərək ermənilərin 

dəstəyi  ilə  özünə  türk-müsəlman  dövlətləri  olan  Osmanlı  imperiyası  və  Qacarlar 

İranına  qarşı  dayaq  kimi  "erməni  dövləti"  yaratmaq  planını  həyata  keçirməyə 

çalışırdı.  Təsadüfi  deyildi  ki,  rus  tarixçisi  P.İ.Kovalevski  özü  etiraf  edirdi  ki, 

Qafqazı  işğal  etməyə  göndərilən  P.D.Sisianova  öz  hərbi  planlarının  həyata 

keçirilməsində ermənilərə  xüsusi diqqət və qayğı ilə  yanaşmaq və onları müdafiə 

etmək  tapşırılmışdı  [67,79-82].  Bundan  əlavə,  P.D.Sisianova  erməniləri  xristian 

olması  və  Rusiyaya  sədaqətli  olması  baxımından  onları  sevgi  ilə  öz 

himayədarlığına almağı, onlardan istifadə etməyi tapşırdılar [67,79-82].  

Həm  Rusiya  imperiyası,  həm  də  Qacarlar  İranı  arasında  manevr  etməyə 

çalışan  Məhəmməd  xan  Qacar  İrəvan  qalasını  möhkəmləndirmək  üçün  müdafiə 

tədbirləri  görməyə  başladı.  O,  ətraf  kəndlərin  əhalisini  qalaya  köçürərək  onlara 

özləri üçün hərbi sursat və lazımi ərzaq gətirməyi əmr etdi. Xanın səyi nəticəsində 

qala  müdafiəçilərinin  sayı  7  min  nəfərə  çatdırılmış,  qala  divarlarına  22  top 

bərkidilmiş,  qalaya  sığınmış  əhali  üçün  xeyli  ərzaq ehtiyatı toplanmışdı [bax:  148, 

298; 74, 267; 115,95-961. 

Sisianov İrəvan yürüşünü uğurla başa çatdırmaq üçün mərkəzdən daha 4 

alay və 100.000 rubl gümüş pul tələb eldi. Bu qüvvələrlə

*

 o, nəinki İrəvanı, hətta 



Naxçıvan  və  Şuşanı  almağı,  Kür-Araz  boyu  həyata  keçiriləcək  işğal  planının  bir 

hissəsini  bu  kampaniyada  başa  çatdıracağını  vəd  edirdi  [26,  sənəd  1216,  s.610]. 

                                                           

*

  Sisianovun  rəhbərliyi  altındakı  hərbi  qüvvələr  12  topla  silahlanmış  3572  piyada,  3  eskadron,  300 



kazak  və  knyaz  Orbelianinin  başçılığı  ilə  200  nəfər  gürcü  knyazı  və  əyanlarından  ibarət  idi  [178,137; 

26, sənəd 1216, s.610].

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə