Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə47/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   43   44   45   46   47   48   49   50   ...   85

195 

 

bəylərinin bir hissəsi Rusiyaya tabe olmayıb İrəvana qaçmışdı [25, sonod 838, 617-



618; 115, 89J. 

İşğal  ərəfəsində  Rusiyanın  Cənubi  Qafqazla  bağlı  siyasi  rəqiblərinin 

zəifləməsi  onun  burada  işğalçılıq  planlarının  gerçəkləşməsinə  əlverişli  şərait 

yaratdı.  Belə  ki,  Rusiya  1792-ci  ildə  bağladığı  Yassı  müqaviləsi  ilə  onun  bu 

regionda  güclənməsinə  mane  olan  Osmanlı  imperiyasını  Cənubi  Qafqazda,  o 

cümlədən Azərbaycanda fəal siyasət yürütmək imkanından məhrum etmişdi. Digər 

tərəfdən,  həmin  dövrdə  Qacarlar  dövlətində  yaranmış  siyasi  qeyri-sabitlik  də 

Rusiyanın regionda irimiqyaslı hərbi əməliyyatlarına yol açmışdı. 

Yaranmış  vəziyyətdən  istifadə  edən  Rusiya  imperiyası  vaxt  itirmədən 

Osmanlı imperiyası və Qacarlar İranının sərhədlərində yerləşən İrəvan xanlığını ələ 

keçirməyə  çalışırdı.  Rusiya  imperiyası  Gürcüstanın  işğalı  dövründən  Azərbaycan 

torpaqlarının ələ keçirilməsi üçün geniş hazırlıq işləri görmüşdü. Belə ki, Gəncə və 

Car-Balakənin işğalından sonra növbəti hücum İrəvan xanlığına yönəlmişdi. Elə bu 

səbəbdən də irəvanlı Məhəmməd xanın "Pəmbək bəyləri ilə əlaqəsini" bəhanə edən 

Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı K.F.Knorinq 1802-ci il aprelin 

18-də Məhəmməd xana Rusiya təbəəliyini qəbul etməyi təklif etdi [25, sənəd 840, 

s.618-619;  115,  90].  Həmin  il  aprelin  24-də  çar  I  Aleksandr  K.F.Knorinqə  yeni 

təlimat 


göndərərək  ona  Gürcüstanda  olan  rus  qoşunlarının  sıralarını 

möhkəmləndirməyi  və  hazır  vəziyyətdə  saxlamağı,  İrəvan  xanlığının  Rusiya 

təbəəliyini qəbul etməsinə nail olmasını tapşırdı [115, 90]. 

I  Aleksandrın  təlimatından  aydın  görünür  ki,  Rusiya  İrəvan  xanlığının 

strateji mövqeyi və siyasi nüfuzuna mühüm əhəmiyyət verirdi. 

Bunu belə bir fakt da təsdiq edir ki, həmin dövrdə İrəvan xanı Məhəmməd 

xanın  sərhəddə  yerləşən  rus  qoşunlarının  üzərinə  hərəkət  etməsindən  xəbər  tutan 

K.F.Knorinq dərhal hərbi toqquşmaya meyil göstərməmiş, 1802-ci il mayın 17-də 

Məhəmməd  xana  məktubla  müraciət  edərək  bu  hərəkətin  səbəbini  izah  etməsini 

tələb etmişdi [115, 90]. 

İrəvan  xanlığının  müstəqilliyini  qorumağa  çalışan  Məhəmməd  xan 

K.F.Knorinqi  hərbi  toqquşmadan  çəkindirməyə  və  hətta  ruslarla  dostluq  əlaqəsi 

yaratmaq  istədiyinə  inandırmağa  çalışmışdı.  Əslində  isə  o,  Rusiyanın  təbəəlik 

barədə təklifini dəfələrlə rədd etmiş, hətta Üçkilsə monastırının başçılığına Rusiya 

tərəfindən  namizədliyi  irəli  sürülən  Danili  qəbul  etməyərək  özünə  sadiq  Davidi 

həmin vəzifədə saxlamışdı [178, 50; 115, 90-91]. 

Cənubi Qafqazda rus ordusunun baş komandanı K.F.Knorinq gürcü  əsilli 

P.D.Sisianovla  əvəz olunduqdan sonra (1802-ci il, sentyabr  — red.)  Rusiyanın bu 

bölgədəki siyasəti daha da sərtləşdi. Yenicə baş komandan təyin olunan P.Sisianov 

İrəvan  xanlığını  ələ  keçirmək  və  ermənilərin  etimadını  doğrultmaq  məqsədilə 

Tehranda  həbsdə  saxlanılan  Danili  İrəvana  qaytarmağı  qərara  aldı.  Rus  generalı 

bunun  üçün  öncə  müxtəlif  diplomatik  vasitələrə  əl  atdı.  O,  1803-cü  il  fevralın 

əvvəlində  İrəvan  xanına  göndərdiyi  məktubda  xana  səmimi  dostluq  təklif  edərək 



196 

 

onu  Rusiya  təbəəliyinə  keçməyə  çağırırdı.  Məktubun  sonunda  isə  böyük  Rusiya 



imperatoru  və  böyük  sultan  (Osmanlı  sultanı  -  ved.)  tərəfindən  bütün  ermənilərin 

patriarxı təsdiq edilən Danil haqqında verilən fərmanın dəqiq icra olunmasını tələb 

edirdi [26, sənəd 1214, s.609]. Rusiya imperiyası ilə münasibətləri gərginləşdirmək 

istəməyən Məhəmməd xan Danilin həbsdən azad olunması haqda göstəriş versə də, 

onu  yenə  də  patriarx  təyin  etmir  və  öz  nəzarəti  altında  saxlayırdı  [148,  120;  188, 

19]. 


Məhəmməd  xanla  şəxsən  görüşmək  və  irəli  sürdüyü  şərtləri  qəbul 

etdirmək  məqsədilə  P.D.Sisianov  öz  nümayəndəsi  Tomas  Orbelianini  İrəvana 

göndərdi.  Bu  məqsədlə  o,  İrəvan  xanına  və  Kalbalı  xana  müraciət  etdi  və  İrəvan 

xanlığına  Danilin  patriarx  vəzifəsinə  təyin  olunmasına  köməklik  göstərməsi 

xahişini  bildirən  məktubla  xüsusi  nümayəndə  heyəti  göndərdi.  Bu  heyətə  İrəvan 

xanlığında  gizli  kəşfiyyat  işləri  aparmaq  -  İrəvan  qalasının  müdafiəsinin  zəif  və 

möhkəm  yerləri,  Kartli-Kaxetidən  İrəvana  gələn  əlverişli  yolları  öyrənmək 

tapşırılmışdı  [26,  sənəd  1215,  s.609-610].  Lakin  nümayəndə  heyətinin  fəaliyyəti 

heç bir nəticə vermədi. İrəvan xanı Məhəmməd xan Qacar Rusiya komandanlığının 

bütün  tələblərini  rədd  etdi  [26,  sənəd  1215,  s.610;  148,  121].  Bu  hadisədən 

hiddətlənən  P.D.Sisianov  1803-cü  il  martın  12-də  çara  göndərdiyi  məlumatında 

yazırdı ki, irəvanlı Məhəmməd xan əlahəzrət imperatorun Danilin erməni patriarxı 

təyin  olunması  barədə  yüksək  göstərişini  yerinə  yetirməkdən  imtina  edir.  Onun 

cəzasız  qalması  silahla  ələ  keçirdiyimiz  yerlərdə  Əlahəzrətin  nüfuzunu  zəiflədir. 

Ona görə də mən Məhəmməd xanı cəzalandırmaq və Danili erməni patriarxı təyin 

etmək  üçün  6  taborla  İrəvana  getməli  və  orada  qarnizon  yerləşdirməliyəm.  Yerli 

erməni  tacirləri  bu  qarnizonu  ərzaqla  təmin  edəcəklərinə  söz  verirlər  [26,  sənəd 

1216,  s.610;  132,  46].  Lakin  İrəvan  xanlığını  işğal  etməyin  elə  də  asan 

olmayacağını dərk edən P.D.Sisianov Rusiya  imperatorundan  əlavə  hərbi kömək

*

 



istədi [26, sənəd 1216, s.610]. 

Bəhs olunan dövrdə Rusiya qoşunlarının  Car-Balakəni (1803-cü il,  mart-

aprel),  çətin  və  qanlı  döyüşlərdən  sonra  Gəncə  xanlığını  (1804-cü  il,  3  yanvar) 

işğal etməsi P.D.Sisianovun digər Azərbaycan xanlıqlarını ələ keçirmək iştahasını 

daha  da  artırdı.  O,  İrəvan  və  Qarabağ  xanlarının  yanına  nümayəndə  göndərərək 

onlara döyüşsüz təslim olaraq Rusiya dövlətinin itaətini qəbul etmələrini tələb etdi 

[9,265]. Lakin bu danışıqlar heç bir nəticə vermədi. 

İrəvan xanının ağır vəziyyətindən istifadə etməklə məqsədinə nail olmağa 

çalışan  P.D.Sisianov  1804-cü  il  mayın  10-da  təkrarən  Məhəmməd  xan  Qacara 

məktub  göndərdi.  Həmin  məktubda  çar  generalı  Məhəmməd  xanı  hədələyir  və  öz 

şərtlərini İrəvan xanının nəzərinə çatdırırdı: 1. Hər şeydən əvvəl Davidlə aparılan 

                                                           

*

  P.D.Sisianov  1  Aleksandıra  yazdığı  1803-cü  il  12  mart  tarixli  məlumatında  İrəvan  xanlığını  ələ 



keçirmək üçün əlavə olaraq 3 alay və 100 min rubl lazım olduğunu bildirir və bu qüvvənin köməyi ilə 

İrəvanı, Naxçıvanı, Şuşanı almağı və hətta Kür-Araz boyu ərazilərin işğalını başa çatdırmağı vəd edirdi 

[26, sənəd 1216,s.610; 148,121].

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə