201
qarnizon 7000 nəfərdən ibarət idi [74, 267; 115. 97].
Rusiya dövlətinin sifarişi ilə yazılmış XIX əsr Azərbaycan
salnamələrində, məsələn, Mirzə Adıgözəl bəyin "Qarabağnamə"sində də
irəvanlıların qəhrəmanlıq mübarizəsi öz əksini tapmışdı: "Qızılbaşlar (burada
İrəvan xanının və Qacar dövlətinin qoşunu nəzərdə tutulur - red.) gəliş-gediş
yollarını o dərəcədə kəsmişdilər ki, Rusiya qoşununun çarəsi hər tərəfdən
üzülmüşdü. Hətta Sisianova qoşulub onunla bir yerdə gəlmiş olan gürcü knyazları
qaçdıqları zaman qızılbaşların əlinə keçib əsir alınmışdılar" [8,1, 68]. Ərazisində
yaşadıqları dövlətə xəyanət edən ermənilər isə rus qoşunlarının bu yürüşünə böyük
ümid bəsləyirdilər. Məlik Abovun oğlu Rüstəm və Qriqor Manuçaryan öz atlı
dəstələri ilə rus qoşunlarına kömək edirdilər [178, 150; 172, 21]. Məhz bu səbəbdən
qalanın müdafiəsinə rəhbərlik edən Məhəmməd xan Qacar və qaynı naxçıvanlı
Kalbalı xan qala sakinlərini ciddi nəzarət altında saxlayırdı. Ermənilərin xəyanətinə
bələd olan Məhəmməd xan Qacar inandığı adamların başçılığı ilə qala divarlarında
güclü nəzarətçi dəstələr yerləşdirdi. Hətta, gecə vaxtı öz adamlarını tanımaq üçün
onlara xüsusi parol təyin etmişdi və bu parollar tez-tez dəyişdirilirdi [188, 49].
İrəvan qalasının Rusiya işğalçılarına qarşı nəinki qəhrəmancasına müdafiə
olunmasını, hətta imkan düşdükcə qaladan çıxaraq bir neçə istiqamətdə qəfil
hücumlar edərək rus qoşunlarına ağır itki verməsini dövrün digər mənbələri də
təsdiqləyir [26, sənəd 1672, s.811, sənəd 1673, s.812; 148, 325]. Mühasirədə olan
irəvanlıların belə hücumları nəticəsində rusların 13 zabiti və 173 əsgəri məhv edildi
[178, 147; 67, 100]. Arxiv sənədlərində Qacarlar İranının qoşunlarının ilk dəfə
irəvanlıların köməyinə qalanın mühasirəsinin 15-ci günü gəlib çatdığı və rus
qoşunları ilə müdafiəçilər arasında baş verən 8 saatlıq döyüşdə rusların 3 zabit, 120
əsgər itirdiyi, 6 zabit, 200 əsgərinin isə yaralandığı qeyd olunur [74, 269-270].
Çarəsiz qalmış P.Sisianov İrəvan xanına məktubla müraciət edərək
məsələni ruslar tərəfindən az itki ilə həll etməyə çalışırdı. Lakin onun İrəvan xanı
ilə 6 ay davam edən yazışmaları nəticəsiz qaldı. Belə olduqda P.Sisianov
Məhəmməd xanın onun yanına gəlmiş sonuncu nümayəndəsi ilə kobud rəftar
etmiş, onu və İrəvan xanını təhqir edərək bir saat ərzində xanın Üçkilsə
monastırından apardığı xəzinəni və monastırın əsir götürülmüş yepiskopları David
və Danili geri qaytarmasını tələb etmişdi. Xanın nümayəndəsi qalaya qayıtdıqdan
sonra Məhəmməd xan tərəfindən Sisianova heç bir cavab verilmədi [115,97-98].
Qalanın müdafiəsinə tam arxayın olan və getdikcə havaların soyumasını
nəzərə alan Məhəmməd xan rus qoşunlarının ərzaq və sursatlarının tükənəcəyinə,
Tiflisdən sursat və ərzaq çatana qədər yolların keçilməz olacağına əmin idi. Ərzaq
təminatı ilə bağlı rus komandanlığının gördüyü bütün tədbirlər nəticəsiz qaldı.
Əvvəlcə avqustun 22-26-da mayor Levitskinin başçılığı ilə Üçkilsəyə ərzaq dalınca
gedən 100 nəfərlik dəstə geri dönmədiyinə görə polkovnik Maykovun başçılığı ilə
250 nəfərlik yeger dəstəsi ona köməyə göndərildi. Lakin müdafiəçilərlə işğalçılar
arasında baş verən qanlı döyüşdə rus qoşunlarından 20 nəfər öldürüldü. kapitan
202
Pirsov başda olmaqla 50 nəfər yaralandı [74, 274-275]. Avqustun sonlarında
P.Sisianov mayor Montrezoru
*
350 nəfər əsgər və 3 topla Tiflisdən gətirilən ərzağı
qəbul etmək məqsədilə Qarakilsəyə yolladı [148, 339; 178, 153; 132,49]. Bundan
əlavə, P.Sisianov aclıq çəkən rus əsgərlərinə bölgədə taxıl axtarmağı əmr etdi. Yerli
əhali düşmənə yardım etməmək üçün taxılı iri küplərə doldurub yerə basdırmışdı.
Sisianov gizlədilmiş taxılı tapanlara 50 qəpik gümüş pul verməyi vəd etsə də,
bunun heç bir nəticəsi olmadı. Bu zaman işğalçılara qoşulmuş ermənilər baş
komandana Üçkilsə monastırının ətrafında azərbaycanlılara məxsus biçilməmiş
taxıl zəmilərinin olduğunu çatdırdılar. Lakin işğalçı rus qoşunu gələnə qədər
irəvanlılar bütün taxıl zəmilərini yandırdıqları üçün bunun da faydası olmadı [148,
338-339; 74, 272; 115, 101-102].
Üçkilsə monastırı ətrafında yaşayan ermənilər rusların düşdüyü çətin
vəziyyətdən istifadə edərək əldə etdikləri taxılı çox baha qiymətə gizlincə rus
zabitlərinə satırdılar. Ermənilər bir funt unu ruslara bir abbasıya, ya da 34 qəpiyə
satırdılar ki, bu da o dövr üçün çox böyük məbləğ idi [74, 272-273].
Qacarlar dövlətinin müharibəyə başlaması ilə işğalçılara qarşı mübarizə
genişləndi və kütləvi xarakter almağa başladı. Car-Balakən üsyanları,
qarabağlıların Rusiya işğalı altındakı Yelizavetpol (Gəncə - red.) vilayətinə
hücumu [177, 372; 132, 50] və başqa azadlıq çıxışları
**
Rusiyanın Cənubi
Qafqazdakı mövqeyini xeyli sarsıtdı.
Gürcüstan valisi Aleksandr Mirzənin başçılıq etdiyi qoşunlarla birgə
hərəkət edən üsyan etmiş yerli əhalinin Tiflis İrəvan yolunu bağlaması İrəvandakı
rus qoşunlarının vəziyyətini daha da ağırlaşdırdı. Qarakilsə kəndinin 12
verstliyində mühasirəyə alınan mayor Montrezor, demək olar ki, bütün dəstəsi ilə
məhv edildi
*
[54, 241; 74, 275; 132, 50]. P.Sisianov əsirlikdən azad etdiyi 20 nəfər
İrəvan ermənisini qalaya göndərərək axırıncı dəfə Məhəmməd xandan qalanı təslim
etməyi tələb etdi [147, 275; 74,275; 132, 50]. Əvvəlki hədə-qorxuları mülayim
müraciətlərlə əvəz edən və xana müxtəlif güzəştlər vəd edən Sisianov axırıncı ana
qədər xanın qalanı təslim edəcəyinə ümid bəsləyirdi. Sisianovun "geridə qalmış" bir
xalqın nümayəndəsi hesab etdiyi İrəvan xanı onu çıxılmaz vəziyyətə salmışdı.
Məhəmməd xanın yaxşı hərbi hazırlığı və özünü doğrultmuş uğurlu taktiki
*
Vaxtilə Qarabağ xanı İbrahimxəlilə xəyanət edərək ailəsi ilə birlikdə Qarabağdan Gürcüstana qaçmış
xristian məliki Abovun oğlu Rüstəm Montrezora bələdçiliyi öz öhdəsinə götürdü [178, 150].
**
General Sisianov aclıq çəkən rus qoşunlarına ərzaq əldə etmək ücün Semyon Behbutovu Qazax
əyalətinə göndərdi. Bu "gürcü qəhrəman" işğalçı rus qoşunlarına qarşı üsyan qaldırmış qazaxlılar
tərəfindən ələ keçirilərək İran Qacarlar dövlətinə təhvil verilmişdi [bax: 74, 272]. İrəvan ətrafında olan
general-mayor Orbelianov yanındakı gürcü knyazları ilə birlikdə ərzaq çatışmazlığı səbəbindən Tiflisə
qayıtmaq əmrini verdi. Yolda Pəmbək hakimi Nağı bəy onları əsir götürdü. Əksəriyyatini öldürdü və
Orbelian, knyaz Baqration-Muxranski başda olmaqla, digərlərini (onların içərisində Sisianovun "məşhur
müşavir" rütbəsi verdiyi qılınc ustası Kaçaturi də vardı) Baba xana göndərdi [bax: 74, 273-274].
*
Bu qanlı döyüşdən yalnız bir erməni xilas ola bildi. Onun Sisianova çatdırdığı məlumata görə, "topları
ələ keçirdilər, yalnız 1 yaralı zabiti və 15 əsgəri əsir götürdülər, qalanlarını isə məhv etdilər". General
Sisianov bu məlumatın gizli qalmasını tələb etdi [bax: 74, 275].