Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə53/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   49   50   51   52   53   54   55   56   ...   85

207 

 

göstərəcəkləri halda isə aman verilməyəcəyi ilə hədələdi.



*

 

İlk  döyüşdə  rus  qoşunlarına  məğlub  olan  Hüseynqulu  xan  İrəvan 



istiqamətində  hücuma  keçərək  qalaya  daxil  olmağa  səy  göstərdi.  Xanın  məqsədi 

rus qoşunlarına kənardan qəfil zərbələr endirməklə onları İrəvanın mühasirəsindən 

uzaqlaşdırmaq idi. Lakin Qudoviç general-mayor Portnyaginin başçılıq etdiyi hərbi 

hissəni  Hüseynqulu  xanı  təqib  etmək  üçün  göndərərək  onun  planını  baş  tutmağa 

qoymadı [27, sənəd 450, s.244: 178, 298-299; 115, 110]. İrəvan əhalisinə müraciətinin 

heç bir nəticə  vermədiyini  görən rus qoşunlarının baş  komandanı Qudoviç  qalanı 

bombardman  etmək  məqsədilə  qalaətrafı  strateji  nöqtələri  tutmaq  əmrini  verdi.

**

 



Ciddi  müqavimətlə  rastlaşan  rus  qoşunları  oktyabrın  9-u  günortaya  yaxın  əmri 

yerinə  yetirə  bildi.  Ətraf  aləmdən  təcrid  olunan  İrəvan  qalası  işğalçı  rus  qoşunu 

tərəfindən  bombardman  edildi  [27,  sənəd  453,  s.244-245;  178,  296-297].  İrəvan 

qalasını  ətraf  aləmdən  təcrid  etməyə  müvəffəq  olan  Qudoviç  oktyabrın  17-də 

növbəti hədələyici və şirnikləndirici məktubla İrəvan qalasının komendantı Həsən 

xan  Qacara  müraciət  etdi.

*

  Həsən  xan  Qacar  oktyabrın  21-də  general  Qudoviçə 



göndərdiyi  cavab  məktubunda  qalanı  heç  bir  zaman  təslim  etməyəcəyini  bildirdi 

[74, 473]. 

Hüseynqulu  xan  isə  qalanın  mühasirəsini  yarıb  şəhərə  daxil  olmağa 

çalışır,  vaxtaşırı  düşmənə  zərbələr  endirirdi.  Belə  olduqda  Qudoviç  mühasirə 

olunmuş qalaya hücumu müvəqqəti dayandıraraq Hüseynqulu xanın üzərinə böyük 

bir  hərbi  dəstə  göndərdi  [27,  sənəd  458;  s.248-249].  Podpolkovnik  Podlustskinin 

başçılıq etdiyi həmin dəstə ilə döyüşdə irəvanlılar məğlubiyyətə uğradılar. Xan sağ 

qalan  qüvvələrini  qorumaq  üçün  Arazın  o  tayına  çəkilməli  oldu.  Bu  hadisədən 

xəbər  tutan  Fətəli  şah  Qacar  irəvanlılara  yardım  etmək  məqsədilə  Fərəculla  xanın 

başçılığı  ilə  5  min  nəfərlik  qoşun  göndərdi.  Qorxuya  düşən  rus  komandanlığı 

general-mayor Portnyagini əlavə qoşunla Podlutskinin dəstəsinə göməyə göndərdi. 

Lakin Hüseynqulu xan rus qoşunlarının əsəbləri ilə oynayaraq hər dəfə açıq döyüşə 

girməkdən yayınırdı [27, sənəd 453, s.245]. 

Qudoviç  İrəvan  qalasını  mühasirədə  saxlamaqda  ikən  Naxçıvan  xanlığı 

general Nebolsinin rəhbərlik etdiyi rus qoşunları tərəfindən işğal olundu. Lakin nə 

Naxçıvanın  işğalı,  nə  də  İrəvan  qalasının  sudan  məhrum  edilməsi

**

  irəvanlıların 



                                                           

*

  Qudoviç  lovğalanaraq  məktubda  yazırdı:  "İrəvanın  əvvəlki  müvəffəqiyyətsiz  mühasirəsindən  (1804 



red.)  nümunə  götürməyin,  onda  vəziyyət  tamamilə  başqa  idi,  indi  başqadır.  ...tabeliyimdəki  qoşunla 

nəinki İrəvan qalasını məhv edərəm, hətta İranı belə keçərəm [27, sənəd 443. s.237]. 

 

**

  Oktyabrın  7-si  gecə  polkovnik  Simonoviçin  başçılıq  etdiyi  dəstə  qalanın  şimal  tərəfində  yerləşən 



Təpəbaşını, Borşovun dəstəsi Zəngi çayını keçərək qalanın cənub-qərbində yerləşən Mağtəpə

 

kurqanını, 



mayor  Buxvolsovun  dəstəsi  isə  qalanın  cənub-şərqində  yerləşən,  ətrafı  bağlarla  əhatə  olunmuş 

Muğanlıtəpə kurqanını ələ keçirə bildi [27. sənəd 453, s.244-245; 178, 296-297].

 

*

 Qudoviç İrəvan sərdarının qardaşı Həsən xan Qacara Hüseynqulu xanı məğlub etdiyini, onlara heç bir 



kömək  gəlməyəcəyini  bildirdi.  Qalanı  könüllü  təslim  edəcəyi  halda  onu  sərbəst  buraxaraq  Arazı 

keçməyə  icazə  verəcəyini,  əgər  qalmaq istəsə,  İrəvan  qalası  və  şəhəri  istisna  olmaqla, bütün  xanlığm 

hakimi təyin olunacağına Rusiya imperatoru adından söz verirdi [27, sənəd 447, s.239].

 

**



 İşğalçı rus ordusu və ona kömək edən ermənilər tərəfindən mühasirəyə alınmış İrəvan qalasının atılan 


208 

 

döyüş ruhunu qıra bilmədi. Mühasirənin başlamasından 40 günə yaxın keçməsinə 



baxmayaraq,  qala  qarnizonu  və  şəhər  əhalisi  işğalçılara  qarşı  qəhrəmancasına 

müqavimət göstərirdi [178, 299-302; 132, 91]. İrəvanlıların inadkarlığını görən qraf 

Qudoviç İrəvan qalasının komendantı Həsən xanla  yenidən danışıqlara başladı və 

ona  şirnikləndirici  məktubla  müraciət  etdi.  Noyabrın  12-də  yazmış  olduğu 

məktubunda  dəfələrlə  "möhtərəm  komendant"  ifadəsini  işlədərək  qalanı  rus 

qoşunlarına təhvil verməsini xahiş etdi [27, sənəd 458, s.248-249]. 

Qudoviçin  təslim  olmaq  tələblərinə  cavab  olaraq,  Həsən  xan  Qacar  çar 

zabitinə  yazırdı:  "Nə olursa-olsun  biz  sizinlə  nəinki  qalanm  içində (bu o qədər  də 

çətin  deyil!),  eləcə  də  açıq  düzdə  vuruşmağa  hazırıq.  Məlumunuz  olsun  ki,  qala 

qarnizonu bu barədə artıq öz qərarını verib" [27, sənəd 460, s.249-250; 178, 301; 

bax:  bölmənin  sonu,  sənəd  1].  Bundan  əlavə,  məktubu  Qudoviçə  yetirən  İrəvan 

elçisi  qala  qarnizonunun  axırıncı  adam  həlak  olana  qədər  silahı  yerə 

qoymayacağmı bildirdi [151, 222; 178, 301]. 

Naxçıvanın  rus  qoşunları  tərəfindən  işğal  olunmasına  baxmayaraq, 

Qudoviç  İrəvan  qalasını  ələ  keçirmək  üçün  hücuma  keçməyə  cəsarət  göstərmir, 

hələ  də  Həsən  xanla  məktublaşır  və  ondan  İrəvan  qalasını  təhvil  verməsini  tələb 

edirdi.  Bundan  istifadə  edən  Həsən  xan  Qacar  rədd  cavabı  verməklə  vaxt  qazanır 

və  qalanm  müdafiəsini  daha  da  möhkəmlondirirdi  [79,  iş  4266,  v.1-2;  115,  111; 

178, 301]. 

Mühasirənin  uzanması,  soyuqların  düşməsi  və  ərzaq  çatışmazlığı  rus 

qoşunlarının vəziyyətini getdikcə ağırlaşdırırdı. Nəhayət, Qudoviç qalanı hücumla 

ələ  keçirməyi  qərara  aldı.  İrəvan  qalasına  hücum  1808-ci  il  noyabrın  17-si  səhər 

saat  5-ə  təyin  edildi  [27,  sənəd  895,  s.509].  Rus  qoşunları  beş  kalona  bölündü. 

Dörd  kalon  müxtəlif  istiqamətlərdən  hücum  etməli,  beşinci  kalon  isə  ehtiyatda 

dayanmalı idi. İrəvan qalasına hücum edən qoşunların sayı 3000 nəfərə yaxın [172, 

26],  digər  mənbədə  isə  4645  nəfər  idi  [27,  sənəd  467,  s.253-256].  Lakin  onlar 

irəvanlıların ciddi müqavimətinə rast gəldilər. Hücum başlanan kimi irəvanlılar top 

atəşləri  ilə  rusları  geri  oturtdular.  Rus  qoşunlarının  düzəltdiyi  nərdivanlar  qalaya 

daxil olmağa  kifayət etmədi.  Nəhayət,  1000 nəfərə  yaxın  itki  verən rus qoşunları 

hücumu dayandırmağa  məcbur oldu [41, h.III, 390]. Digər mənbənin  məlumatına 

görə,  rus  qoşunlarından  17  zabit,  269  əsgər  məhv  olmuş,  64  zabit,  829  əsgər  isə 

yaralanmışdı  [27,  sənəd  467,  s.256].  Şəhərə  daxil  ola  bilməyəcəyinə  əmin  olan 

Qudoviç  noyabrın  30-da  səhər  tezdən  İrəvanın  mühasirəsindən  əl  çəkərək  rus 

qoşununa  Tiflisə  qayıtmaq  haqqında  əmr  verdi.  Dekabırın  1-də  Naxçıvanda 

                                                                                                                                      

top  mərmiləri  nəticəsində  iki  qülləsi  sıradan  cıxmış,  qalanın  divarları  zədələnmişdi,  irəvanlıların 

mübarizə ruhunu qırmağa çalışan işğalçı ordu daha qəddar bir tədbirə əl aldı. Teymur bulağından İrəvan 

qalasına çəkilmiş suyun qarşısını kəsərək irəvanlıları sudan məhrum etdi. Lakin onların bu niyyəti baş 

tutmadı, cəsur müdafiəçilər top atəşi altında gecə vaxtı suyu Zəngi çayından qalaya çəkə bildilər [27, 

sənəd 453, s.246]. 

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə