Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə51/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   47   48   49   50   51   52   53   54   ...   85

203 

 

manevrləri onun görkəmli siyasi və hərbi xadim olduğunu göstərirdi [bax: 26, sənəd 



1241,  s.618;  132,  50-51].  Xanın  əsas  gücünü  Sisianovun  həqarətlə  yanaşdığı 

vətənpərvərlər,  mübariz  azərbaycanlılar  təşkil  edirdi.  Onlar  yadelli  Rusiya 

işğalçılarına  və  onlarla  əlbir  olan  ermənilərə  qarşı  öz  doğma  vətənlərini  müdafiə 

edirdilər. 

1804-cü  il  avqustun  31-də  knyaz  Sisianov  general-mayorlar  Tuçkov, 

Leontyev,  Portnyagin,  polkovnik  Maykov,  podpolkovniklər  Simonoviç  və  baron 

Klot  fon  Yurgenzburqun  iştirakı  ilə  çağırdığı  hərbi  şurada

**

  İrəvan  qalasının 



mühasirəsinin  götürülməsini  və  qoşunların  geri  çəkilməsini  qərara  aldı.  Həmin  il 

sentyabrın  1-də  Sisianov  axırıncı  dəfə  Məhəmməd  xandan  İrəvan  qalasını  təhvil 

verməsini tələb etdi. Onun bu müraciətinə ertəsi gün Məhəmməd xan yenidən rədd 

cavabı verdi. Yalnız bundan sonra - sentyabrın 3-də rus qoşunlarının geri çəkilməsi 

barədə əmr verildi [26, sənəd 1242, s.619; 178, 154-155; 74, 275-276; 115, 104]. 

Cənubi  Qafqazın  işğalı  zamanı  Azərbaycana  xəyanət  edən  və  buna  görə 

də rus hərbçilərinin hər cür kömək göstərdiyi ermənilər yaşadıqları yerləri tərk edib 

Rusiyanın  işğalı  altında  olan  Azərbaycan  torpaqlarına  köçürdülər.  Belə  ki,  məlik 

Abraham  və  yüzbaşı  Qavril  200  ailə  ilə  birlikdə  Rusiyanın  nəzarəti  altında  olan 

Qarakilsəyə köçərək Sisianova "İrəvan qalası ətrafında yaşayan və qaçmaq imkanı 

olmayan 500 erməni ailəsinin də xilas edilməsi" üçün yalvarırdılar [26, sə-nəd 1256, 

s.626; 74, 283; 172, 22]. Bundan əlavə, İrəvan xanının ona xəyanət edən təbəələrini 

cəzalandırması təbii idi. 

Göründüyü  kimi,  general  Sisianov  bu  yürüşdə  öz  doğma  torpağını 

qoruyan  Azərbaycan  vətənpərvərlərinin  inadlı  müqavimətinə  rast  gəldi  və 

mühasirəyə  aldığı  İrəvan  qalasını  ələ  keçirə  bilmədi.  Mənbənin  məlumatına  görə, 

İrəvan  qalasının  birinci  mühasirəsi  zamanı  Rusiya  komandanlığı  2000-ə  yaxın 

hərbçi itirmişdi [26, sənəd 1682, s.815-816]. Beləliklə, rüsvayçı uğursuzluğa düçar 

olan çar qoşunları geri çəkilməyə məcbur oldu. Lakin bu, məcburiyyət nəticəsində 

atılan  müvəqqəti  addım  idi.  Rusiya  qoşunları  İrəvan  qalasının  mühasirəsindən  əl 

çəksələr  də,  strateji  əhəmiyyətə  malik  İrəvan  xanlığı  ərazisinin  işğal  olunması 

Rusiya  hərbi  dairələrinin  əsas  məqsədi  olaraq  qalırdı.  Məhz  bu  səbəbdən  İrəvan 

xanlığının  ərazisini  hissə-hissə  işğal  etmək  ön  plana  keçirildi.  1805-ci  il  martın 

sonlarında  İrəvan  xanlığına  tabe  olan,  strateji  və  iqtisadi  baxımdan  əlverişli  olan 

Şörəyel  sultanlığı  rus  qoşunları  tərəfindən  tamamilə  işğal  edildi

*

  [bax:  26,  sənəd 



                                                           

**

  Müzakirə  zamanı  podpolkovnik  baron  Klot  fon  Yurgenzburq  bildirdi:  "Qalada  —  qarşımızda 



dəfələrlə  güclü  olan  qarnizon,  arxamızda  isə  çoxsaylı  düşmən  ordusu  olduğu  üçün  qalaya  hücum 

mümkünsüzdür.  Ona  görə  də  mühasirəni  götürməyi  təklif  edirəm".  General  Portnyagin  isə  çoxlu 

yaralının  olması  və  atların  çatışmaması  ucbatından  geri  qayıtmağın  çətin  olacağını  bildirdi.  Nəhayət, 

gərgin  müzakirələrdən  sonra  digər  şura  üzvləri  də  geri  çəkilmək  təklifini  qəbul  eldilər  [bax-74,  275-

276].

 

*



  Şörəyelin  itirilməsi  ilə  barışmayan  İrəvan  xanı  Məhəmməd  xan  Qacar  öz  sərkərdələri  Qasım  bəy  və 

Məhəmmədəli bəyin başçılığı ilə oraya 3 minlik qüvvə göndərdi. İrəvan xanının qoşunları ilə general-

mayor Nesvetayevin başçılıq etdiyi işğalçı rus ordusu arasında Böyük Talın kəndində qanlı döyüş baş 



204 

 

1672, s.572-574]. 



Rusiyanın  işğalçılıq  niyyətindən  xəbərdar  olan  Abbas  Mirzə  1805-ci  ilin 

yayında  "xarici  siyasətdə  ardıcıl  olmayan"  Məhəmməd  Hüseyn  xan  Qacarı 

hakimiyyətdən  uzaqlaşdırıb  Mehdiqulu  xan  Qacarı  İrəvan  xanlığında  hakimiyyətə 

gətirdi [26, sənəd 1256, s.626; 200, 14-15; 188, 113]. 

1806-cı  ilin  əvvəllərində  Sisianov  yenidən  İrəvan  istiqamətində  hücuma 

keçmək qərarına gəldi. Lakin onun Bakı əməliyyatı zamanı öldürülməsi bu işğalçı 

yürüşün  həyata  keçirilməsinə  mane  oldu.  Həmin  ilin  iyununda  Sisianovun  yerinə 

İ.V.Qudoviç  Qafqazın  ali  baş  komandanı  təyin  edildi  və  ona  Azrbaycan 

xanlıqlarını  tamamilə  işğal  edib  Rusiya  imperiyasının  tərkibinə  qatmaq  tapşırığı 

verildi [8, 72-73; 39, 187-188]. 

Qeyd  olunan  dövrdə  İrəvan  xanlığının  daxilində  vəziyyət  sabit  deyildi. 

Mehdiqulu xanın vergiləri artırması və əhalini qarət etməsi nəticəsində irəvanlılar 

ona  qarşı  üsyan  qaldırdılar  [26,  sənəd  1256,  s.626-627].  1806-cı  ilin  yayında 

Mehdiqulu xan Qacarı Təbriz və Marağa xanı Əhməd xan əvəz etdi [82, 5; 74, 368-

370].  Marağalı  Əhməd  xan  əhalinin  Mehdiqulu  xan  tərəfindən  qarət  olunan 

əmlakını geri qaytardı, İrəvanda xeyli abadlıq işləri və müdafiə tədbirləri gördü. O, 

üç aylıq hakimiyyəti dövründə əhalinin rəğbətini qazansa da, İrəvanda baş qaldıran 

epidemiya  nəticəsində  1806-cı  il  oktyabrın  17-də  vəfat  etdi.  Bu  hadisə  şahzadə 

Abbas  Mirzəni  çox  məyus  etdi  [98,  285-286;  74,  380].  Əhməd  xan  Marağalının 

vəfatından sonra Fətəli şahın tələbi ilə xanlıqdan uzaqlaşdırılan Məhəmməd Hüseyn 

xan  Qacar  yenidən  İrəvan  xanlığına  geri  qayıtsa  da  [bax:  27,  sənəd  792,  s.421], 

hakimiyyətini  davam  etdirə  bilmədi.  Mənbələrdə  artıq  1806-cı  ilin  dekabrında 

İrəvan  xanlığında  hakimiyyətdə  Hüseynqulu  xan  Qacarın  olduğu  qeyd  edilir  [27, 

sənəd 129, s.69-70; 74,456; 95, 167; Bax: şəkil 1]. 

Bəhs  olunan  dövrdə  beynəlxalq  vəziyyət  Rusiyanın  xeyrinə  deyildi.  Çar 

Rusiyasının  Cənubi  Qafqaza  təcavüzü  təkcə  Qacarlar  İranı  və  Türkiyənin  deyil, 

Fransa və İngiltərənin də qəti etirazına səbəb oldu. 1806-cı ilin dekabrında Osmanlı 

dövləti Rusiyaya  müharibə elan etdi. Bu, Rusiyanın Cənubi Qafqazda vəziyyətini 

xeyli  ağırlaşdırdı.  Fransadan  Türkiyəyə  əsgərlərə  təlim  keçmək  üçün  zabitlər  və 

müdafiə  istehkamları  yaratmaq  üçün  mühəndislər  göndərildi.  Fransız 

mühəndislərinin  rəhbərliyi  ilə  Türkiyənin  sərhəd  bölgələrində  hərbi  istehkamlar  və 

qalalar  inşa  olundu  [115,  106].  İki  cəbhədə  müharibə  aparmağa  çətinlik  çəkən 

Rusiya  kapitan  Stepanovu  danışıqlar  aparmaq  üçün  İrana  göndərdi.  Qudoviçin 

təklifinə görə, Rusiya və İran arasında sərhəd İrəvan xanlığı da daxil olmaqla, Kür 

və  Araz  çaylarından  keçməli  idi.  Lakin  İranda  olan  Fransa  diplomatları  bu 

danışıqları poza bildilər [bax: 27, sənəd 831, s.456-460; 178, 268]. 

                                                                                                                                      

verdi.  Lakin  son  nəticədə  İrəvan  xanının  qoşunları  məğlub  olaraq  Üçkilsəyə  doğru  geri  çəkildi.  Rus 

qoşunları  onları  təqib  etsə  də,  Məhəmməd  xan  Qacarın  əlavə  qüvvə  toplayaraq  hücuma  hazırlaşması 

xəbərini  eşidən  general-mayor  Nesvetayev  rus  qoşunlarına  geri  çəkilmək  əmri  verir  [26,  sənəd  1672, 

s.573-574].

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə