Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə54/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   50   51   52   53   54   55   56   57   ...   85

209 

 

möhkəmlənən  rus  qoşunları  da  oranı  tərk etməli oldu  [27, sənəd  895,  s.509, 510; 



178,  304-305].  Rusiya  imperiyasının  sifarişi  ilə  yazılmasına  baxmayaraq, 

"Qarabağnamə" müəllifləri də İrəvanın mühasirəsi zamanı rus qoşunlarının heç bir 

iş  görə  bilmədiyini,  "məqsədinə  çatmadan  qayıtmaq  təbilini  çaldırıb  Darüssürura 

(Tiflisə) qayıtdı"ğını qeyd edirlər [8,1,75; 8,II, 55]. 

Beləliklə,  Vətən  torpağının  azadlığı  uğrunda  mübarizəyə  qalxan  İrəvan 

qalasının  müdafıəçiləri  bir-birinin  ardınca  çar  generalları  Sisianovu  və  Qudoviçi 

rüsvayçı məğlubiyyətə uğratdılar.  

Məğlubiyyətə  uğramış  rus  qoşunlarının  İrəvan  qalasına  hücumu  zamanı 

itkisi  də  çox  oldu.  Qudoviçin  çara  göndərdiyi  raportunda  isə  bu  itkilər  barədə 

rəqəmlər  kiçildilir,  guya  Rusiya  tərəfindən  cəmi  17  zabit  və  269  əsgərin 

öldürüldüyü,  64  zabit  və  829  əsgərin  isə  yaralandığı  göstərilirdi  [27,  sənəd  467; 

132,  92].  N.Dubrovinin  məlumatı  da  irəvanlıların  bu  döyüşdə  rus  qoşunları 

üzərində parlaq qələbə çaldıqlarını təsdiq edir. Onun yazdığına görə,"...alaylar (rus 

ordusu alayları  - red.) elə vəziyyətə düşdü ki, təkrar hücum haqqında düşünməyə 

belə  dəyməzdi"  [151,  224;  132,  92;  178,  304].  Azərbaycan  vətənpərvərlərinin 

hücumları və güclü qar yağması nəticəsində rus qoşunları da ha 1000 nəfərə yaxın 

itki  verərək  geri  çəkildi  [178,  305].  Yeri  gəlmişkən,  İrəvan  xanının  qardaşı  Həsən 

xan  Qacarın  qəhrəmanlığını,  hətta,  erməni  müəlliflər  də  etiraf  edirlər.  Baş 

komandanın  qalanı  yenidən  təslim  etmək  tələbinə  cavab  olaraq  Həsən  xan  Qacar 

yazırdı;  "...Tələb  edirsiniz  ki,  İrəvan  qalasını  könüllü  təslim  edim,  əvəzində  isə 

İrəvan  xanlığını  mənə  verəcəksiniz.  Əgər  bu  cür  əməl  yaxşıdırsa,  onda  siz  İran 

hökmdarına  qulluq  edin  ki,  əvəzində  İrəvan,  Təbriz  və  başqa  xanlıqları  alasınız" 

[74,  473;  178,  298].  İrəvanı  ələ  keçirmək  ümidindən  əli  üzülən  Qudoviç 

Naxçıvandan  geri  çəkilən  general  Nebolsinə  rus  qoşunları  ilə  getmək  istəyənləri 

(Azərbaycana  xəyanət  elmiş  ermənilər  nəzərdə  tululur  -  red.)  Qarabağa  aparmağı 

tapşırdı [27, sənod 462, s.250-251]. Bu yürüş rus qoşunlarına çox baha başa gəldi 

və  demək  olar  ki,  hərbi  əməliyyatlarda  iştirak  edənlərin  yarısı  məhv  oldu. 

Beləliklə,  Rusiya  qoşunlarının  İrəvan  üzərinə  ikinci  yürüşündə  rüsvayçı 

məğlubiyyətə  uğrayan  və  Quba  yürüşündə  heç  bir  nəticə  əldə  edə  bilməyən 

Qudoviç 1809-cu ilin fevralında erməni mənşəli Tormasovla əvəz olundu [39, 191]. 

Rusiyanın  Cənubi  Qafqazdakı  uğursuzluqları  regionda  ingilislərin  fəallaşmasına 

səbəb  oldu.  Rusiya  imperiyasının  əleyhinə  kampaniyaya  başlamaq  istəyən 

ingilislər  İranın  xarici  siyasətində  mühüm  rol  oynamağa  başladılar.  Bu  məqsədlə 

ingilis hərbi mütəxəssislərinin bir dəstəsi Türkiyə ərazisindən İrəvana gəldi. Onların 

təkidi  ilə  İrəvan  xanı  Hüseynqulu  xan  20  minlik  qoşunla  Türkiyə  ərazisindən 

Gürcüstana  hücum  etdi.  Lakin  o,  bu  yürüşdə  uğurlu  nəticə  əldə  edə  bilmədi  [bax: 

28, sənəd 1112, s.725; 28, sənəd 1127, 736; 115, 112]. 

1810-cu  ilin  aprelində  şahın  təklifi  ilə  Əskəranda  Rusiya  ilə  Qacarlar  İranı 

arasında  danışıqlar  başlandı  [178,160].  Danışıqlarda  Rusiya  Naxçıvan  və  İrəvan 

xanlıqlarını, İran isə Lənkəran xanlığını tələb edirdi. Danışıqların aparıldığı dövrdə 




210 

 

Rusiya  İrəvan  xanını  öz  himayəsinə  girməyə  məcbur  etmək  üçün  bir-birinin 



ardınca  İrəvana  qarətçi  və  dağıdıcı  hərbi  yürüşlər  təşkil  etməyə  başladı.  Bu 

yürüşlərdə  irəvanlıları  qorxutmaq  üçün  ən  dəhşətli  metod  və  vasitələrdən  istifadə 

olunurdu.  Baş  komandanın  belə  yürüşlərdən  birinə  hazırlaşan  Lisaneviçə  verdiyi 

göstərişdə  deyilirdi:  "Bu  ekspedisiya  ilə  onlara  qarşı  güclü  dəhşət  və  dağıntılar 

törədin  ki,  bu,  heç  vaxt  onların  yadından  çıxmasın.  Bacardıqca  çoxlu  ailə  əsir 

götürün"  [29,  sənəd  170,  s.120;  bax:  bölmənin  sonu,  sənəd  2].  Belə  bir  tapşırıq 

Corayevə  də  verilmişdi  [28,  sənəd 666,  s.478].  4  tabor  və 200  atlı ilə  qəfil  hücum 

edən  Lisaneviç  10  gün  ərzində  göstərişi  "layiqincə"  yerinə  yetirdi:  çar  Rusiyası 

ordusunun  vəhşiliyi  nəticəsində  çoxlu  dinc  əhali  qətlə  yetirildi,  kəndlər  dağıdıldı. 

Bu vəhşiliklərin şahidi olan əhali rus ordusunun gəldiyini eşidən kimi hər yerdə ev-

eşiyini tərk edərək vahimə içərisində dağlara və Arazın o tayına qaçırdı [29, sənəd 

172,  s.  122].  1813-cü  ilin  martında  polkovnik  Pestel  İrəvan  xanlığına  qarşı  yeni 

yürüşə  başladı.  Xeyli  canlı  qüvvə  və  6  topla  hücum  edən  rus  qoşunları  xanlığın 

əhalisinə ağır zərbə vurdu. Baş komandan həmin yürüşdəki "şücaətinə" görə Pesleli 

11  dərəcəli  Anna  ordeninə  təqdim  etdi  [74,  616-617].  Bütün  bu  qanlı  işğalçılıq 

yürüşlərinə  və  ermənilərin  hərtərəfli  yardımlarına  baxmayaraq,  Rusiya  yenə  də 

İrəvan xanlığını özünə tabe edə bilmədi. 

1813-cü il  sentyabrın 27-də  Qarabağda  -  Zeyvə  çayı  sahilindəki  Gülüstan 

kəndində  rus  dövləti  ilə  şahın  nümayəndəsi  arasında  sülh  danışıqları  başladı. 

Qacarları  Mirzə  Əbülhəsən  Şirazi,  rus  tərəfini  isə  Rusiyanın  Qafqazdakı  baş 

komandanı  Nikolay  Rtişşev  təmsil  edirdi.  Nəhayət,  oktyabrın 12-də  (yeni  üslubla 

23-də) 11 maddəlik sülh müqaviləsi bağlandı [29, sənəd 879, s.736; 29, sənəd 883, 

s.739-747]. İran heç bir hüquqi əsasa malik olmadığı halda Azərbaycanın Arazdan 

şimaldakı  müstəqil  xanlıqlarının  (İrəvan  və  Naxçıvan  xanlıqları  istisna  olmaqla) 

ərazilərini  Rusiyaya  güzəştə  getdi.  Beləliklə,  Azərbaycan  xalqının  iradəsi  nəzərə 

alınmadan  və  razılığı  olmadan  onun  torpaqları  iki  işğalçı  imperiya  arasında 

bölüşdürüldü. Bu, Azərbaycan torpaqlarının Qacarlar İranı ilə Rusiya arasında birinci 

dəfə bölüşdürülməsi idi. Gülüstan müqaviləsi zamanı Rusiyanın İrəvan və Naxçıvan 

xanlıqlarını  ələ  keçirə  bilməməsinin  əsas  səbəbi  bu  xanlıqların  yerli  əhalisi  olan 

Azərbaycan vətənpərvərlərinin işğalçılara qarşı apardığı qəhrəmanlıq mübarizəsi idi. 



 


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə