222
yürüşə başladı. Lakin görünür, İrəvana hücumların əvvəlki acı nəticələrindən
ehtiyatlanan Yermolovun əmrilə Davıdov sentyabrın 29-da əvvəlki mövqeyinə
qayıtdı [152, 686-687; 93, 87; 132, 165]. İmperiyanın əsas qüvvələri yenidən üsyana
qalxmış Şimali Azərbaycan xanlıqlarının işğalına yönəldildiyindən, hələlik İrəvana
həlledici hücum gözlənilmirdi. Az qüvvə ilə isə İrəvana yürüş təhlükəli idi. Belə ki,
İrəvan sərdarı (Hüseynqulu xan Qacar nəzərdə tutulur - red.) əks hücumla ruslara
arxadan zərbə endirib onların Gürcüstanla əlaqəsini kəsə bilərdi [93, 87-88; 132,
165] və rus qoşunları üçün məğlubiyyət qaçılmaz olardı.
1826-cı il oktyabrın 21-də imperator Yermolova yazırdı: "Əgər İrəvanı ya
silah gücünə, ya İrəvan sərdarını pulla ələ almaq yolu ilə, ya da onunla gizli
münasibətlər qurmaqla ələ keçirmək mümkünsə, bu imkanı əldən verməyin". Çar
İrəvan və Sərdarabad qalalarını [bax: bölmənin sonu, şəkil 1, 2] ələ keçirməyin
əhəmiyyətini yaxşı başa düşürdü və bunu tez-tez Yermolova xatırladırdı [93, 122].
Rusiya ordusunun baş qərargahı Yermolov və Paskeviçin rəyi əsasında
növbəti hərbi kampaniya ilə bağlı 1826-cı ilin sonunda iki layihə hazırladı.
Paskeviçin planına əsasən, gözlənilməz yerdən vurulan zərbə ilə İrəvan və
Naxçıvan Azərbaycanın başqa yerlərindən tamamilə təcrid edilməli idi. Əsas zərbə
isə Təbrizə endirilməli idi [152, 687; 93, 159-160, 166; 132, 165].
Yermolovun təklifi isə belə idi ki, mövcud qüvvələrlə İrəvan xanlığını
tutmaqla kifayətlənməli, qalalarda rus qoşunlarına dəstək olan ermənilərdən
istifadə edilməklə onların hamısı müsəlmanlara qarşı silahlandırılmalı idi. Sonra
Meşkin vilayətindən keçilməklə Ərdəbil, Xalxal və Azərbaycanın başqa vilayətləri
ələ keçirilməli, habelə Lənkəran xanlığı itaət altına alınmalı idi. Çar I Nikolay
Yermolovun planını təsdiq edərək əsas zərbənin İrəvan xanlığına endirilməsi fikrini
bəyəndi [93, 157-166, 205-208].
Göstərilən layihənin reallaşdırılmasına hazırlıq görmək üçün baş
qərargahın rəisi baron Dibiç 1827-ci ilin fevralında Tiflisə gəldi və bu planı bütün
incəliklərinədək nəzərdən keçirdi. Çar öz sərəncamı ilə bu planın həyata keçirilməsi
üçün 400 min çervon və ya 500 min rubl vəsait ayırdı. Bakı və Redutqalaya xeyli
taxıl və un göndərildi [93, 166-170].
I Nikolay general Yermolovun dekabristlərlə əlaqəsindən şübhələndiyi
üçün çox keçmədən onu Qafqazdakı rus ordusunun baş komandanı vəzifəsindən
azad etdi. 1827-ci il martın sonlarında çara sadiq olan general İ.F.Paskeviç (1827-
1831) Qafqazdakı rus qoşunlarının baş komandanı təyin edildi [93, 226. 228-229;
177,283; 172,38-39]. Yeni baş komandan İrəvan xanlığının strateji əhəmiyyətini
dərk etdiyi üçün ilk zərbəni bu xanlığa endirməyi qərara aldı.
1827-ci il martın 26-da baron Dibiç İrəvan xanlığına hərbi əməliyyatların
başlandığını elan etdi. Aprelin əvvəlində general Paskeviçin əmri ilə rus
qoşunlarının ön dəstəsi general Benkendorfun komandanlığı altında, erməni
arxiyepiskopu Nerses Əştərəklinin müşayiəti ilə Borçalıdan İrəvana doğru hərəkətə
başladı [32, sənəd 214, s.258-260; 177, 287; 93, 222-223, 229-230, 233; 137, 12; 132,
223
166]. Aprelin 11-də Benkendorf Üçkilsənin 40 verstliyində yerləşən Sudakəndə
yaxınlaşdı. Bu zaman ruslar üçün əlverişsiz şərait yarandı. İrəvanın bütün əhalisi
Arazdan cənuba köçürülmüş, xanlığın ərazisi boşaldılmışdı; rus qoşunlarını ərzaqla
təchiz etmək mümkün deyildi [93, 231]. Aprelin 13-də müqavimətə rast gəlmədən
Üçkilsə monastırına səlib çatan rus komandanlığı burada ermənilər tərəfindən
təntənə ilə qarşılansa da, tezliklə ağır vəziyyətə düşdüyünü və ermənilər tərəfinədən
aldadıldığını anladı.
*
Aclıqdan əziyyət çəkən rus əsgərləri hətta bitki kökləri ilə
qidalanmağa başlamışdı [32, sənəd 214, s.258-259].
Rusiya işğalçıları tərəfindən Sərdarabad qalasının
birinci mühasirəsi və qəhrəmancasına müdafiəsi
(16-17 aprel 1827-ci il)
Çıxılmaz vəziyyətdə qalan Benkendorf aprelin 16-da Üçkilsə
monastırından Sərdarabada doğru istiqamət götürdü. Ətrafı quru xəndəklə əhatə
olunan Sərdarabad qalası 22 topa malik idi. Qala qarnizonunun sayı 3000 nəfərə
çatırdı. Qalanın rəisi İrəvan sərdarının qardaşı Həsən xan və nəvəsi (Fətəli xan -
red.) idi [59, 28]. Sərdarabad qalasını qəfil həmlə ilə ələ keçirməyə çalışan general
Benkendorf aprelin 16-da səhər 5 taqım və 4 topla qalaya hücum etsə də, yalnız
axşam gizlicə qalaya yaxınlaşa bildi.
**
Lakin qaladakılar rusların gəlişindən xəbər
tutdular və qala müdafiəçiləri onlara aman verməyərək toplardan atəş açmağa
başladı. Niyyətinin baş tutmadığını görən Benkendorf qaladakıların könüllü təslim
olması üçün qala rəisinin yanına elçi göndərdi. Qala rəisi (Fətəli xan - red.)
Benkendorfun bu tələbini rədd edərək "qalanı təslim etməkdənsə onun dağıntıları
altında ölməyim yaxşıdı" cavabını verdi [177, 304-305]. Sərdarabad qalasının
müdafiəçilərindən rədd cavabı alan Benkendorf aprelin 16-dan 17-nə keçən gecə
qalanı güclü top atəşinə tutmağı əmr etdi. Lakin qala müdafiəçiləri düşmənə əks
zərbə endirməklə cavab verdilər. Bundan əlavə, ərzaq cəhətdən korluq çəkən rus
qoşunlarının ətraf kəndlərdən ərzaq toplamaq cəhdi də boşa çıxdı. Sərdarabad
*
General Benkendorfun dəstəsi Üçkilsədə tezliklə ağır vəziyyətə düşdü. Yürüşə cüzi ərzaq ehtiyatı ilə
başlayan rus qoşunu bu tələbatı ödəmək üçün ermənilərə
böyük ümid bəsləyirdi. Başda Nerses Əştərəkli
olmaqla ermənilər rus komandanlığına həm maddi, həm də hərbi cəhətdən kömək edəcəklərinə vəd
vermişdilər. Lakin ermənilər tərəfindən ruslara heç bir kömək göstərilmədi [bax: 177, 287-288; 175.
h.IV, 409]. Şübhəsiz ki, dəfələrlə olduğu kimi, bu dəfə də ermənilərin məqsədi rus qoşunlarını İrəvan
xanlığına yürüşə şirnikləndirmək və tələsdirmək idi. Sonralar 1828-ci ilin noyabrında general Paskeviç
özünün yazdığı məxfi məktubunda rus qoşunlarının rüsvayçı məğlubiyyətlərinin səbəblərini məhz
erməni katolikosu Nersesin onları valançı vədlərlə aldatmasında görürdü [32, sənəd 214, s.258-259].
**
General Benkendorfun hərbi planlarından vaxtında xəbər tutan
Həsən xan Qacar 1000 nəfər süvari
dəstəsi ilə rus qoşunlarını Sərdarabad qalasından 10 verst aralıda qarşılamış, məğlub olmasına
baxmayaraq, düşmənin qalaya hücumunu xeyli çətinləşdirmişdi [bax: 93. 243].