Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə56/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   52   53   54   55   56   57   58   59   ...   85

220 

 

qaçmağa  başladılar.  Sərhəddəki  rus  qoşunlarının  komandiri  Seversamidze 



ermənilərlə  Azərbaycan  türklərini  müqayisə  edərək  yazırdı  ki,  əsgər  olmayan  bu 

sərhədlərdə  ermənilər  tatarsız  (burada:  azərbaycanlılarsız  -  red.)  keçinə  bilməzlər. 

...Tatarlardan fərqli olaraq ermənilər daha çox sülh vaxtı yararlı və sadiqdirlər [30, 

sənəd 1372, s.892; bax: bölmənin sonu, sənəd 2]". 

1826-cı  il  iyulun  16-da  İrəvan  xanının  qoşunları  əks-hücuma  keçərək 

Şirəkə, qardaşı Həsən  xanın  qüvvələri isə  Şörəyelə  daxil  oldular.  Xeyli itki verən 

rus  qoşunları  geri  çəkilməyə  məcbur  edildi.  "Rəvan  sərdarı  və  qardaşı  Həsən  xan 

Abaran  qalasını  azad  edib,  oradan  qaçıb  Qarakilsəyə  sığınan  rusları  qılıncdan 

keçirdilər. Bölgə əhalisi Rəvan tərəflərinə, Gümrü qəzasının bəzi kəndləri isə Əcəm 

tərəfinə  köçürüldü.  Şahzadələr  Tiflisə  hücum  etmək  qərarına  gəldilər"  [20,  111-

112]".  İyulun  16-da  İrəvan  xanı  5  minlik  qoşunla  sərhədi  keçərək  Tiflis  piyada 

alayının komandiri knyaz Seversamidzeni Şirək düşərgəsindən Gümrü məntəqəsinə 

tərəf  geri  çəkilməyə  məcbur  etdi  [93,  37;  59,  104].  Rusiya  qoşunlarının  işğal 

etdikləri Balıqçay, Sadağaçay, Qarakilsə və başqa keşikçi məntəqələri darmadağın 

edildi.  Həsən  xanın  qoşunları  Gümrü  yolunu  nəzarətə  götürdü.  Beləliklə,  qısa 

müddət  ərzində  Pəmbək  və  Şörəyel  işğalçılardan  təmizləndi.  Bu  faktı,  Rusiya 

dövlətinin sifarişi ilə yazmasına baxmayaraq, öz salnaməsində Mirzə Adıgözəl bəy 

də  təsdiq  edir:  "Knyaz  Səvirzə  Mirzə  (Seversamidze)  Pəmbək  və  Şörəyeldən 

çıxdıqdan  sonra  Hüseyn  xan  və  Həsən  xan  İrəvan  tərəfindən  gəlib  Rusiya 

hökumətinə  aid  dam-daşı  yıxıb  od  vurdular  və  oralara  yiyələndilər  [8,  I,  81-82]". 

Əslində  isə,  yuxarıda  göstərildiyi  kimi,  Seversamidze  Pəmbək  və  Şörəyeldən 

çıxarılmış,  irəvanlılar  isə  doğma  Azərbaycan  torpaqlarını  geri  almışdılar. 

Ümumiyyətlə,  İrəvan  xanının  rəhbərliyi  altında  iyunun  16-dan  sentyabrın  2l-dək 

Pəmbək  və  Şörəyelin  azad  olunması  uğrunda  gedən  döyüşlərdə  92  nəfər  Rusiya 

əsgəri  öldürülmüş,  2  zabit  və  37  sıravi  yaralanmış,  2  zabit  və  25  sıravi  əsir 

götürülmüşdü [146, 143-144]. 

Beləliklə, 1826-cı il iyulun 19-da İkinci Rusiya - İran müharibəsi başlandı. 

Əvvəlki mövqelərinin itirilməsi və İrəvan xanının qoşunlarının Gürcüstan 

sərhədlərinə  yaxınlaşması  ilə  barışmaq  istəməyən  Rusiya  ordusunun  Qafqazdakı 

baş komandanı general Yermolov Balıqçay məntəqəsinə yeni hərbi dəstə göndərdi. 

Lakin  166  nəfərdən  ibarət  bu  hərbi  dəstə  iyulun  26-da  xan  süvariləri  tərəfindən 

mühasirəyə  alınaraq,  demək  olar  ki,  tamamilə  məhv  edildi.  Onlardan  113  nəfəri 

öldürüldü, başda dəstə komandiri olmaqla 18 nəfər əsir götürüldü, qalanları isə (40 

nəfər)  döyüş  meydanından  qaçmağa  məcbur  oldular  [177,  47-50].  Ruslar  bu 

məğlubiyyətin  səbəbini  dəstədəki  rus  xidmətinə  girmiş  qazaxlıların  üstünə  yıxaraq 

bildirirdilər  ki,  onlar  Voronkovun  dəstəsini  azdıraraq  birbaşa  düşmən  üzərinə 

aparmış, onların bir hissəsi öz silahlarını rus dəstələrinə qarşı çevirmiş, digərləri isə 

guya ilk atəşdən sonra qaçmışlar [177,50]. 

                                                                                                                                      

"Dilican"  şəklinə  salınmışdır.  Hətta  XX  əsrin  əvvəlində  Rusiya  imperiyası  tərəfindən  tərtib  olunmuş 

xəritədə belə "Dəlican" şəklində təqdim olunur [bax: bölmənin sonu, xəritə 1].

 



221 

 

Xan  qoşunlarının  hərbi  uğurları  yerli  və  qonşu  vilayətlərin  əhalisinin 



döyüş  ruhunu  yüksəltdi.  Pottonun  yazdığına  görə,  Pəmbək  və  Şörəyelin  azad 

olunmasından  sonra  "Borçalı,  Şəmşəddil  və  Yelizavetpol  Rusiyaya  açıqcasına 

xəyanət  etdi,  rus  səfiri  İrəvanda  tutulub  saxlanıldı"  [177,  52;  132,  164].  Qazax 

ağalarını öz tərəfinə çəkmək məqsədilə İrəvan xanı onlara ünvanladığı məktubunda 

yazırdı: "Ruslarla bizim aramızda sülh olanda siz xahiş edirdiniz ki, sizi və ailənizi 

rusların  əlindən  qurtaraq...  İndi  bu  zaman  yetişmişdir"  [152,618-619;  132,  164]. 

İrəvan  xanının  bu  məktubu  öz  işini  gördü.  Qazax  camaatı  ayağa  qalxdı.  Qazax 

pristavı  Snejevski  ona  sadiq  qalan  bir  neçə  erməninin  köməyi  ilə  çətinliklə  qaçıb 

canını qurtara bildi [177, 52]. 

İrəvan  xanına  məxsus  atlı  dəstə  1826-cı  il  iyulun  14-də  vaxtilə  rus 

komandanlığı  tərəfindən  Tiflis  yaxınlığında  -  Azərbaycan  torpaqlarında  salınmış 

alman məskənini, sentyabrın 1-dən 2-sinə keçən gecə isə Həsən xan 3 min nəfərdən 

çox süvari dəstəsi ilə Loridə yaradılmış yunan məskənini ələ keçirdi [177, 63; 93, 84-

85;  43,  261].  Lakin  Cəlaloğluda  yerləşən  3  rus  taqımı  və  artilleriyasının  bir  hissəsi 

onları geri oturdaraq təqib etməyə başladı. Digər tərəfdən, İrəvan sərdarı... Rusiya 

tərəfdarlarını  cəzalandırmaq  məqsədilə  Göyçə  gölü  tərəfdan  Şəmşəddil 

distansiyasına  yönəldi.  General  Yermolov  öz  dəstəsilə  onun  qarşısını  almaq  üçün 

hərəkət etdi. Rus hərbi qüvvələri alman və yunan məskənlərini geri aldılar [43, 261] 

və  bu  Azərbaycan  torpaqları  bir  daha  öz  həqiqi  sahiblərinə  qaytarılmadı.  Rusiya 

işğalçıları  bununla  öz  ata-baba  torpaqları  uğrunda  mübarizə  aparan 

azərbaycanlılarla  alman  və  yunan  icmaları  arasında  narazılıq  yaratmağa  cəhd 

göstərdi. 

İrəvan xanlığının Rusiyaya qarşı müharibəyə başlaması və rus qoşunlarının 

xanlığın ərazisindən qovulması haqda hələ məlumat almayan çar I Nikolay İrəvana 

qarşı hərbi yürüşə başlamaq və burada iştirak edəcək qoşunların sayı barədə fərman 

verdi.  General  Yermolova  göndərilmiş  1826-cı  il 1 avqust tarixli  həmin  fərmanda 

deyilirdi:  "Təcili  İrəvan  sərdarı  üzərinə  yürüş  edin.  Tezliklə  sizdən  belə  cavab 

gözləyirəm:  Allahın  köməkliyi  ilə  sərdar  daha  yoxdur  və  İrəvan  vilayəti  tamamilə 

tutulub  -  Siz  və  15  min  nəfərlik  rus  ordusu  qələbə  qazanmaq  üçün  kifayətdir"  [55, 

214; bax: bölmənin sonu, sənəd 3]. Lakin avqustun 1-də verilmiş bu göstərişi general 

Yermolov  yerinə  yetirə  bilmədi.  Çünki  artıq  müstəmləkəçilərə  qarşı  başlamış 

genişmiqyaslı xalq azadlıq hərəkatı nəticəsində bütün Şimali Azərbaycan xanlıqları 

üzərində  nəzarət  itirildiyindən  rus  qoşunlarının  İrəvana  doğru  hərəkət  etməsi 

mümkün  deyildi.  Buna  görə  də  Rusiya  imperatorunun  fərmanı  ilə  nəzərdə  tutulan 

yürüş təxirə salındı. 

Rusiya  qoşunlarının  Şəmkir  və  Gəncə  döyüşlərindəki  qələbələri  İrəvan 

xanlığına  da  öz  təsirini  göstərdi.  Ruh  düşkünlüyü  keçirən  xan  qoşunları  geri 

çəkilməyə  başladı.  Pəmbək  və  Şörəyel,  demək  olar  ki,  yenidən  boşaldıldı.  Rus 

qoşunları  irəliləyərək  sentyabrın  21-də  Cəlaloğluya  gəlib  çıxaraq  burada  düşərgə 

saldı.  Davıdovun  həmin  dəstəsi  ertəsi  gün  İrəvan  xanlığının  içərilərinə  doğru 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə