Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə55/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   51   52   53   54   55   56   57   58   ...   85

211 

 



212 

 



213 

 



214 

 



215 

 



216 

 



217 

 

 




218 

 

Ġrəvan xanlığının Rusiya imperiyası  



tərəfindən işğalı 

 

İkinci Rusiya - İran müharibəsi (1826-1828) ərəfəsində İrəvan xanlığı ağır 



siyasi böhran içərisində idi. Bununla belə, Rusiya işğalı ərəfəsində İrəvanda ticarət 

geniş  inkişaf  etmişdi  [95,  873-874].  Mənbənin  verdiyi  məlumata  görə,  "Sərdarın 

hakimiyyəti  dövründə  57  min  puddan  çox  pambıq  istehsal  olunduğu  halda,  hal-

hazırda  cəmi  1500  puda  yaxın  pambıq  istehsal  olunur"  [71.  h.I,  51].  İrəvan 

xanlığından ixrac olunan məhsullar hər il 300 min gümüş rubla çatırdı [71, h. IV, 

284].  Bu  da  ilk  növbədə  xanlığın,  Azərbaycanın  digər  xanlıqlarından  fərqli  olaraq, 

öz müstəqilliyini nisbətən uzun müddət qoruyub saxlaya bilməsi ilə bağlı idi.

*

 



Azərbaycan  xalqının  İrəvan  xanlığının  müdafiəsi  zamanı  Rusiya 

işğalçılarına  qarşı  azadlıq  mübarizəsində  göstərdiyi  misilsiz  qəhrəmanlıq,  azadlıq 

ruhu birinci Rusiya  İran müharibəsinin (1804-1812) sonuna yaxın Qafqazdakı rus 

qoşunlarının baş komandanı olmuş markiz Pauluqçinin Rusiya imperiyasına təqdim 

etdiyi 22 fevral 1812-ci il tarixli məlumatında çox aydın əks olunmuşdur. O yazırdı: 

"Mənim  vicdanım  üzərimə  belə  bir  müqəddəs  vəzifə  qoyur  ki,  Siz  əlahəzrətlərinə 

çatdırım ki, 1802-ci ildə..., habelə 1804-cü ildə Sisianovun dövründə, onun İrəvan 

üzərinə  yürüşü zamanı  və  nəhayət, indi  üçüncü dəfə  buradakı  yeni  xalq içərisində 

aşkara çıxmış üsyankar ruhun dəfələrlə özünü göstərməsi aydın şəkildə sübut edir ki, 

buradakı xalq Rusiya  idarəçiliyinə  meyilli deyildir..." [29, sənəd 88, s.59-60; bax: 

böimənin sonu, sənəd 1] . 

Yuxarıda göstərilənlərlə yanaşı, qeyd etmək lazımdır ki, xanlıq əhalisinin 

olduqca  az  qismini  təşkil  edən  ermənilər,  ilk  növbədə  Qriqorian  kilsəsi  və  erməni 

tacirləri,  ərazisində  yaşadıqları  dövlətə  xəyanət  etmək  işğalçı  rus  qoşunlarına  hər 

vasitə  ilə  kömək  edir,  ərzaq  və  pulla  yardım  göstərir,  onların  xeyrinə  təxribat  və 

casusluqla  məşğul  olurdular.  Məsələn,  yüksək  mənsəb  sahibi  olan  bir  rus 

məmurunun  Üçkilsə  monastırında  erməni  kilsə  strukturunda  katolikosdan  sonra 

ikinci şəxs sayılan arxiyepiskop Nersesin azərbaycanlılara qarşı casusluq fəaliyyəti 

barədə verdiyi məlumat bunu bir daha təsdiq edir. Həmin məmurun yazdığına görə, 

"arxiyepiskop  Nerses  İrəvan  xanlığının  vəziyyətini  öyrənməkdə  bizə  dəfələrlə 

yardım  göstərmiş,  özünün  inanılmış  adamları  vasitəsilə  orada  baş  verənləri  bizə 

çatdırmış  və  düşmənin  (İrəvan  xanının  red.)  bütün  niyyətləri  barədə  bizi 

əvvəlcədən xəbərdar etmişdir" [29, sənəd 523, s.443-444]. 

XIX əsrin əvvəlində xanlığın məruz qaldığı siyasi qeyri-sabitlik bu diyarın 

iqtisadi  vəziyyətinə  mənfi  təsir  göstərmişdi.  Rusiya  qoşunlarının  həyata 

keçirdikləri  irimiqyaslı  hərbi  əməliyyatlar,  törətdikləri  dağıntılar,  talanlar  və 

                                                           

*

  Azərbaycanın  Araz  çayından  şimalda  yerləşən  digər  xanlıqları  1813-cü  il  Gülüstan  müqaviləsinə 



əsasən  Rusiyaya  ilhaq  olunduğu  halda,  İrəvan  və  Naxçıvan  xanlıqları  hələ  də  öz  müstəqilliklərini 

qoruyub saxlaya bilmişdi.

 



219 

 

qarətlər  xanlığın  iqtisadiyyatına  çox  ağır  zərbə  vurmuşdu.  Güzəram  pisləşən 



əhalinin bir hissəsi canını götürüb təhlükəsiz yerlərə pənah aparmağa, doğma vətəni 

tərk  etməyə  məcbur  olmuşdu.  Bütün  bunlar  xanlığın  iqtisadi,  hərbi  və  siyasi 

qüdrətini  sarsıtmışdı.  Bəzən  isə  xamn  özü  də  əhalini  qırğınlardan,  qarətlərdən 

qorumaq üçiin bütün əmlakı ilə birlikdə bir yerdən başqa yerə köçürürdü [82, 40-

41; 93, 231; 177, 334]. 

Bununla belə, XIX əsrin əvvəllərində İrəvan xanlığı, yenə də, Azərbaycan 

xanlıqları içərisində ən güclü dövlət qurumu olaraq qalırdı. Məhz bu səbəbdən də 

1816-cı  ilin  iyulunda  imperator  Qafqazdakı  rus  qoşunlarının  baş  komandanı 

Yermolova  yazırdı:  "Çox  yaxşı  olardı  ki,  İran  şahı  İrəvan  və  Naxçıvanı  bizim 

tərəfimizdən  tutulan  Arazdan  cənuba  doğru  olan  ərazilərə  dəyişsin.  Ancaq  İran 

tərəfinin  bu ərazilərin Rusiyaya güzəştə gedilməsində göstərdiyi inadkarlıq nəzərə 

alaraq, onların bu işə razılıq verəcəklərinə ümid etmək olmaz [93,12-13]. 

Məlum olduğu kimi, İrəvanın ələ keçirilməsini, öz sələfləri kimi, imperator 

1  Nikolay  da  diqqət  mərkəzində  saxlayır,  bu  məsələni  tez-tez  Qafqazdakı  Rusiya 

qoşımlarının baş komandanı Yermolova xatırladırdı [93, 122; 175, 410-411]. İrəvan 

xanı  isə  əsrin  əvvəlində  Rusiyanın  köməyi  ilə  gürcü  knyazlarının  işğal  etdiyi 

Azərbaycan torpaqlarını geri qaytarmaq və düşməni qabaqlamaq məqsədilə Tiflisə 

hücum  etmək  üçün  əlverişli  məqam  gözləyirdi.  Beləliklə,  hər  iki  tərəf  müharibəyə 

hazırlaşdığından Azərbaycan öz qüvvələrinin sayım artırır və münasibətlər getdikcə 

kəskinləşirdi. 

Əvvəlcə  rus  komandanlığı  xanlığın  şərqindəki  bəzi  Azərbaycan 

ərazilərinin  guya  Rusiyaya  məxsusluğunu  iddia  edərək  Gil,  Zod  və  Göyçə 

bölgələrinə hərbi mühəndislər göndərdi. Lakin İrəvan xanının tutarlı cavabı onları 

bu işdən çəkinməyə məcbur etdi [30, sənəd 1370-1371, s.892; 132, 162; 58, 40-42]. 

Nəhayət,  1826-cı  ilin  yazında  rus  komandanlığının  Şirəkə  (Miraka

*

)  hücum  etməyi 



qərara  aldı  [132,  162].  Bununla  da  Rusiya  İrəvan  xanlığına  qarşı  yeni  hücum 

kampaniyasına başladı. 

Rus qoşunlarının getdikcə İrəvan xanlığının mərkəzinə yaxınlaşmasından 

narahat  olan  İrəvan  xanı  qoşunlarını  sərhəddə  cəmləşdirdi.  İrəvan  xanın  sərhəd 

yaxınlığındakı qüvvələri bu mövqelərdə yerləşmişdi: Göyçə gölü yaxınlığında 1000 

nəfərdən  çox  süvari  dəstə;  Balıqçay  ınəntəqəsi  ilə  üzbəüz  1000  nəfər  qarapapaq 

süvarisi;  Şirək  yaxınlığında  Hüseynqulu  xan  Qacarın  özünün  başçıhq  etdiyi  iki 

piyada  taboru,  6  top  və  3000  süvari;  Adıyamanda  (Təbrizdən  Gümrü-yə  gedən 

yolda)  İrəvan  sərdarının  qardaşı  Həsən  xan  Qacarın  başçılığı  ilə  5000  nəfərlik 

süvari  dəstə  [59,  105].  Bundan  vahiməyə  düşən  Dəlicanda

*

  yaşayan  ermənilər 



                                                           

*

 Qafqaz Arxeoqrafik Komissiyasının topladığı bəzi sənadlərdə İrəvan xanlığının Şirək adlanan ərazisi 



səhvən Mirak kimi qeyd olunmuş [30, sənəd 1374 və s.] və sonralar nəşr olunmuş digər qaydalarda da 

[60,  179;  177,  32,  36;  59,  105;  93,  37  və  s.]  bu  səhv  təkrarlanırdı.  Xanlıqlar  dövrünə  mənbədə  - 

"Cambr"da bu ad olduğu kimi, "Şirək" şəklində təqdim olunur [105,191].

 

*



  Azərbaycan  türklərinə məxsus  olan  "Dəlican" toponimi  sonralar  ermənilər  tərəfindən  təhrif  olunaraq 


Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə