224
qalasının qəhrəman müdafiəçilərinin əzmkarlığı nəticəsində qalanı ala bilməyən
rus qoşunları aprelin 17-də yenidən Üçkilsə monastırına çəkildi [93, 243-244;
177,305]. Bu zaman maddi cəhətdən korluq çəkən rus komandanlığı Qars və
Ərzurum paşalıqlarına müraciət etsə də, bu müraciət uğursuz oldu [93, 245].
Nəhayət, aprelin 23-də Tiflisdən rus qoşunlarına göndərilən ərzaqla dolu araba
karvanı düşərgəyə gəlib çatdı. Bu ərzaq rus qoşunlarını yalnız 10 gün təmin edə
bilərdi [177, 306]. Beləliklə, müvəqqəti də olsa ərzaq problemini həll edən rus
qoşunları əsas məqsədinə yetişmək - İrəvan qalasını ələ keçirmək və xanlığı
tamamilə işğal etmək üçün tələsdi.
Ġrəvan qalasının üçüncü mühasirəsi və qala
qəhrəmanlarının Rusiya isğalçılarına təslim olmaması
(27 aprel - 23 iyun 1827-ci il)
İrəvan sərdarı Hüseynqulu xan Qacar rus qoşunlarının məqsədini
anladığından İrəvan qalasının müdafiəsinə yaxşı hazırlaşmışdı. Xan ətraf
kəndlərdən qalaya çoxlu taxıl ehtiyatı toplatdı, qala qamizonunu daha da
möhkəmləndirdi. Təkcə İrəvan qalasında yerləşən qarnizonun sayı 5 minə çatırdı,
qalada 26 top yerləşdirilmişdi [59,28]. Dəfələrlə ermənilərin xəyanəti ilə üzləşən
Hüseynqulu xan bu dəfə ehtiyatlı davranıb Üçkilsə monastırını nəzarətə götürərək
burada 400 nəfərlik qarnizon yerləşdirmiş, kilsədə olan ərzaq ehtiyatını İrəvan
qalasına daşıtdırmış və burada bir neçə nəfər din xadimi qoyaraq qalan erməniləri
İrəvan qalasına gətirtdirərək nəzarət altında saxlayırdı [93,233]. İrəvan xanı
Hüseynqulu xan qardaşı Həsən xanı Sərdarabad və İrəvan qalasının mühafizəsinə
təyin etdi, özü isə qoşunla ətraf yerləri qoruyurdu [8,11, 84].
Vaxt itirmək istəməyən Benkendorf Üçkilsədə podpolkovnik Voljenskinin
başçılığı ilə 2 tabor qoyaraq aprelin 23-də oradan çıxdı. Səhəri gün Zəngi aşırımını
keçərək İrəvanın cənub-şərqinə doğru hərəkət edərək yüksəklikləri tutdu. Aprelin
24-dən 27-nə qədər İrəvan qalasının müdafiəçiləri ilə işğalçı rus ordusu və İrəvan
xanına xəyanət edən ermənilər arasında dəfələrlə qanlı döyüş baş verdi.
*
Çox çətin
mübarizədən sonra, aprelin 27-də isə mayor Voljenskinin başçılığı ilə İrəvan
qalasının şərq tərəfindəki şəhərətrafı adlanan hissə tutuldu. Bununla da İrəvan
qalasının mühasirəsi başa çatdı [93, 256-258; 177, 308-310]. Hər tərəfdən
*
Düşmənlə vuruşmaq üçün İrəvan qalasından ayrılan 500 nəfərlik süvari dəstə qala yaxınlığındakı
kəndlərin birində düşmənlə qanlı döyüşə girdi. İrəvan süvarilərinin inadla döyüşməsinə baxmayaraq,
yaxşı silahlanmış düşmən qalanın cənub-şərq hissəsindəki Muğanlıtəpə kurqanını ələ keçirdi. Lakin
qala müdafiəçiləri onları güclü top atəşinə tutdu. Aprelin 25-də düşmən qanlı döyüşdən sonra "İrakli
dağı" təpəsini ələ keçirdi. Həmin gün qala rəisi Sübhanqulu xanın başçılıq etdiyi hərbi dəstə şəhər
bağlarında yerləşən düşmən alayına hücum etdi. Düşmən alayı geri çəkildi, lakin rus qoşunları əlavə
hərbi kömək aldığı üçün İrəvan döyüşçüləri məğlub oldu... [bax: 93, 256, J57; 177, 308-309].
225
mühasirəyə alınmasına baxmayaraq, İrəvan qalasının müdafiəçiləri mərdliklə
mübarizə aparırdı. Buna görə də general Benkendorf qala rəisi Sübhanqulu
**
(Hüseynqulu xan Qacarın qardaşı oğlu və kürəkəni - red.) xan vasitəsilə
Hüseynqulu xanla danışıqlar aparmağa məcbur oldu. General əvvəlcə xanı pulla
ələ almaq istədi, bunun nəticəsiz olduğunu gördükdə xana könüllü təslim olacağı
təqdirdə onun Rusiya dövləti tərəfindən hakimiyyətində saxlanacağına və əvvəlki
gəlirlərinin özünə qaytarılacağına söz verdi.
Lakin Hüseynqulu xan Qacar generalın təklifini nəinki qəbul etmədi
əksinə, yenə də mübarizəni davam etdirməyi üstün tutdu. Aprelin 29-dan 30-na
keçən gecə İrəvan süvariləri Zəngi çayının üstündən keçən körpünü qoruyan
düşmən gözətçi dəstələrinə qəflətən hücum edərək onları çətin vəziyyətdə qoydular.
Məqsəd düşmən mühasirəsini yarıb İrəvan qalasına daxil olmaq idi. Lakin rus
qoşununun güclü top atəşləri bu hücumun axıradək davam etdirilməsinə mane oldu
[177, 309-312].
Aprelin 30-da Həsən xan Qacar 200 nəfərlik süvari dəstə ilə şərq tərəfdən
mühasirəni yarmaq və qaladakılarla əlaqəyə girməyə çalışdı, lakin ruslar buna
imkan vermədilər [93, 258]. Mayın 1-də general Paskeviçin göndərdiyi 2-ci hərbi
sursatı alan Benkendorfun dəstəsi artıq ərzaqla təmin edilmiş, bundan əlavə, ona
Qara dəniz kazaklarının iki alayı da qoşulmuşdu. Həsən xan tez-tez süvari dəstəsi
ilə rusların düşərgəsinin ətrafında görünür, lakin ciddi toqquşmalara girişmirdi.
Yəqin ki, xanın əsas məqsədi rus qoşunlarını narahat etmək və yormaq idi [93,
260]. Mayın 7-də Həsən xan təqribən 4 minlik dəstə ilə Zəngi çayının mənsəbində
düşərgə qurdu. Ayın 8-i axşam Benkendorf 1200 kazak və 1 topla silahlanmış iki
bölüklə bərabər düşərgədən çıxaraq gcecə Uluxanlı kəndini keçib səhər Zəngi
çayının mənsəbinə çaldı. Çayın o biri sahilində Həsən xanın dəstəsi durmuşdu.
Sarvanlar kəndi yaxınlığında çayı keçən Benkendorf xanın sol cinahına doğru
yönəldi. Həsən xan Abaran çayına doğru geri çəkilərkən Benkendorfun Qara dəniz
və Don kazaklarının hücumuna məruz qaldı. Həsən xanın dəstəsini təqib edən
Benkendorf onların ölən və yaralananlarla birlikdə 300 nəfər itki verdiyini
bildirirdi. 54 nəfər isə əsir düşmüşdü. Əsir düşənlərin arasında Xoy və Qarapapaq
bəyləri, İrəvan sərdarının qayınatası da var idi. Sərdarabad yaxınlığında Həsən
xanın təqibi dayandırıldı. Səhərisi gün Benkendorf düşərgəyə qayıtdı. Həsən xan
Arazın cənubunda yerləşən Bəybulaqda düşərgə salıb bir sıra yerli tayfalardan
süvari dəstələr toplayaraq qoşunun sayını 5 min nəfərə çatdırdı [93, 261-162].
İrəvan qalası müdafiəçilərinin qəhrəmancasına müdafiə olunması,
mühasirənin uzanması baş komandan Paskeviçin şəxsən özünü İrəvan üzərinə səlib
**
Potto İrəvan qalasının komendantı Sübhanqulu xanın adını əsərinin bir yerində "Savatqulu" xan [177,
309-311], digər yerində isə "Suvanqulu" xan [177,514], Şerbatov isə "Suanqulu" xan [93, 264] kimi
təqdim edir. Lakin digər mənbədə Hüseynqulu xan Qacarın qardaşı oğlu, İrəvan qalasının komendantı
Sübhanqulu xan kimi verilir [32,566].