199
V.A.Pottonun yazdığına görə, Sisianov bu qüvvələrlə Rusiya hakimiyyətini nəinki
İrəvanda, hətta Qara dənizlə Xəzər dənizi arasında bərqərar etməyi və Araz çayını
Rusiya ilə İran arasında sərhədə çevirməyi düşünürdü [178, 137]. İşğalçı hərbi
hissələri döyüşə hazır vəziyyətə gətirən Sisianov hərbi əməliyyata əlavə qüvvələr
cəlb etmək üçün vuruşmaq arzusunda olan hər kəsi yürüşə dəvət etdi və döyüşdə
fərqlənənlərə mükafatlar vəd etdi [26, sənəd 1225, s.613; 132, 47].
Sisianovun İrəvana yürüşü zamanı İrəvan xanlarına xəyanət edən
ermənilər ona bələdçilik edir, rus qoşunlarına maddi və hərbi yardım göstərirdilər.
Erməni müəllifləri bu faktı iftixarla qeyd edirlər [147, 95-96]. Bu faktı rus
müəllifləri d etiraf edirlər. Məsələn, V.A.Potto yazırdı: "Sisianov və Qudoviçin
Gəncə və İrəvan xanlığına yürüşləri zamanı arxiyepiskop İoannes və rahib Nerses
1500 nəfərdən ibarət erməni dəstəsi topladılar və özləri də bu dəstənin başında
durdular" [177,722; 178, 138].
Bütün bu faktlar ermənilərin Cənubi Qafqazda, o cümlədən İrəvan xanlığı
ərazisində gəlmə olduqlarını və buna görə də yaşadıqları Azərbaycan torpaqlarını
deyil, işğalçıların mənafelərini müdafiə etdiklərini sübut edir. Bundan əlavə,
yaşadıqları dövlətə xəyanət edən ermənilər Rusiya hakim dairələrinə saxta
məktublar göndərirdilər. Rusiyanın Gürcüstandakı mülki müşaviri Kovalenski çara
göndərdiyi bir arayışda İrəvan xanının yanındakı erməni məmurlarından biri olan
...məlik Avramın İrəvan xanlığında yaşayan bütün ermənilərin Rusiyaya meyilli
olduğunu bildirdiyini yazırdı [25, sənəd 34, s. 119].
Çar Rusiyası Azərbaycan xanlıqlarının işğalının həyata keçirilməsi
planlarında xristian qüvvələrinin,
*
əsasən də ermənilərin köməyindən, erməni
xəyanətindən dövlət səviyyəsində istifadə edirdi. Məsələn, çarın həmin dövrə aid
bir fərmanına ermənilər haqqında ayrıca bənd daxil edilmişdi:".. .Hər cür nəvazişlə
erməniləri özünüzə cəlb etməyi sizin xüsusi nəzarətinizə buraxıram" [25, sənəd
548, s.436].
Rusiya və İran təhlükəsi, Gəncənin aqibəti irəvanlı Məhəmməd xan
Qacarı son dərəcə ehtiyatlı olmağa və eyni zamanda tərəfləri narazı salmamaq
üçün siyasi manevrlər etməyə məcbur edirdi. V.Pottonun fikrincə, xan yaxınlıqda
olan İrana meyil etməyə başladı [178, 136]. Lakin bu manevrlərin artıq heç bir
əhəmiyyəti yox idi. Fətəli şah İrəvan xanlığını müstəqil idarə edən Məhəmməd
xanı xanlıqdan uzaqlaşdırmağa çalışırdı.
**
Rus qoşunları isə artıq İrəvanı ələ
keçirmək üçün hərbi əməliyyata başlamışdılar.
Beləliklə, 1804-cü il iyunun əvvəlində general-mayor S.A.Tuçkovun
komandanlıq etdiyi 1 alay, 2 tabor və 8 topdan ibarət olan qoşunlar İrəvan
*
Qeyd etmək lazımdır ki, Sisianovun İrəvan xanlığı üzərinə işğalcı yürüşündə öz hərbi qüvvələri ilə
birlikdə gürcü knyazları da iştirak edirdilər [bax: 178, 137].
**
E.Xubovun verdiyi məlumata əsasən, artıq 1804-cü il iyunun 1-də Qacarlar İranının qoşunları İrəvan
xanlığını mühasirəyə almış, həmin ayın 18-də tərəflər arasında qanlı döyüş baş vermiş və hər iki
tərəfdən xeyli itki verilmişdi [bax: 188, 22, 25-26].
200
xanlığının Şörəyel vilayətini işğal etdi. Burada 2 erməni arxiyepiskopu ilə bərabər
100 erməni atlısı da onlara qoşuldu [178, 138; 148, 311; 132, 48-49]. S.A.Tuçkovun
rəhbərliyi ilə Şörəyeli ələ keçirən rus qoşunlarının ön dəstəsi qanlı döyüşlərdən
*
sonra iyunun 12-də Gümrünü ələ keçirdi [148, 311-312; 74, 260-261].
Ġrəvan qalasının Rusiya işğalçıları tərəfindən
birinci mühasirəsi və şəhərin qəhrəmancasına müdafiəsi
(2 iyul-3 sentyabr, 1804-cü il)
1804-cü il iyunun 10-da Qacarlar İranı ilə Rusiya arasında diplomatik
danışıqlar kəsildi və bir neçə gündən sonra hər iki dövlət arasında müharibə
başladı. Gümrüdə möhkəmlənən rus qoşunları iyunun 15-də oradan Üçkilsəyə
doğru hərəkət etdi. Üçkilsəni və Qəmərlini böyük çətinliklə
**
ələ keçirən rus
qoşunları iyulun 2-də, sübh çağı İrəvan qalasını mühasirəyə aldı [26, sənəd 1668,
s.810; 74, 228, 266]. İrəvan xanının qoşunları yaxşı silahlanmışdı və qalanın
müdafiəsi də lazımınca təşkil olunmuşdu. Hətta erməni müəllifləri də bunu gizlədə
bilməyərək İrəvan xanının güclü müqaviməti barədə yazırdılar ki, "...1804-cü il
iyulun 24-də rus qoşunlarının İrəvan qalasına hərtərəfli hücumu başlandı. 60 topa
və 7000 əsgərə malik olan qala qarnizonunun ruslara qarşı inadlı mübarizəsi
başlandı [172,21]".
Həmin dövrdə İrəvan qalası və orada yerləşən müdafiə qarnizonu barədə
maraqlı məlumatlar vardır. Həmin məlumatlardan aydın olur ki, Zəngi çayının
kənarındakı ən yüksək təpədə inşa olunan İrəvan qalasının çay tərəfdən qala divarı
qalan divarlara nisbətən zəif idi. Qalanın digər divarları ikiqat hasarlardan ibarət
idi. Kərpic və daşdan hörülmüş qala divarları həm hündür, həm də qalın idi. Birinci
qala divarı ilə ikinci divarın arasındakı məsafə 15 və yaxud 20 sajenə
*
bərabər idi.
Divarlar arasındakı xəndək su ilə doldurulurdu. Qalanın 17 bürcü var idi. İrəvan
qalasının üstündə qurulmuş 60 topdan yalnız 20-si saz vəziyyətdə idi. İrəvan
qalasında üç mortir (qısalüləli top - red.) də qurulmuşdu. Qalanı müdafiə edən
*
Bu döyüş Abbas Mirzənin rus qoşunlarına qarşı göndərdiyi Mehdiqulu xan Dəvəlinin rəhbərlik etdiyi
8 minlik dəstə arasında olmuşdu [bax: 127,30].
**
Üçkilsədə yerləşən Qacarlar İranının qoşunları ilə rus qoşunları arasında 5 gündən artıq qanlı döyüş
gedir. Bu döyüşlərdə rus qoşunları xeyli ilki verərək iyunun 26-da kilsəni tərk edir. Sisianovıın başçılıq
etdiyi rus qoşunları İrəvan yaxınlığında Zəngi çayi üzərində yerləşən, əlverişli strateji mövqeyi olan
Qəmərli kəndini ələ keçirməyə can atır. Bu zaman ermənilər general Sisianova artıq şah qoşunları
tərəfindən Üçkilsənin boşaldıldığını xəbər verirlər. General az miqdarda qoşun göndərərək kilsəni
müqavimətsiz ələ keçirir. Eyni zamanda Qəmərli kəndi uğrunda İrəvan xanının və Abbas Mirzənin
qoşunları ilə rus qosunları arasında qanlı döyüşlər gedir. Lakin iyunun sonunda əlavə kömək alan rus
qoşunları böyük çətinliklə də olsa mühüm strateji mövqeyi olan Qəmərli kəndini ələ keçirə bilir [bax:
74, 225-227, 261-266; 148, 314-315; 320-321; 188,38].
*
1 sajen 2,134 metrə bərabər idi.