Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə45/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   41   42   43   44   45   46   47   48   ...   85

185 

 

164]. Ağa Məhəmməd şahın əmrinə əsasən onun ögey qardaşı Əliqulu xan Qacar 



İrəvanda  hakimiyyəti  idarə  edirdi  [41,  II,  426;  95,  164;  200,  9].  Lakin  Əliqulu 

xanın vergiləri artırması səbəbindən İrəvan əhalisi üsyan edib onu hakimiyyətdən 

qovdu  [41,  II,  431;  214,  59].  C.Bornoutyan  isə  bu  hadisəni  fərqli  təqdim  edərək 

yazır ki, Əliqulu xan Qacar qardaşı Ağa Məhəmməd xanın ölümündən dərhal sonra 

şah taxt-tacı iddiası ilə Tehrana tələsdi. Yaranmış vəziyyətdən istifadə edən Həsən 

xan  Makulu  İrəvan  xanlığında  hakimiyyəti  ələ  keçirdi  və  xalqdan  ağır  vergilər 

tələb  etdi  [200,9].  Ağa  Məhəmməd  şahın  1797-ci  il  iyulun  4-də  Şuşada 

öldürülməsindən  sonra  taxta  çıxan  varisi  Fətəli  şah  (1797-1834)  İrəvanı  silah 

gücünə  əldə  saxlamağın  mümkün  olmadığını  nəzərə  alaraq,  İrana  -  Qacarlar 

dövlətinə sədaqətini saxlaması şərtilə, Məhəmməd xanı həbsdən azad edib İrəvana 

göndərdi [115, 85]. Lakin Məhəmməd xan qacarların müti vassalı olmadı. Əksinə, 

xoylu Cəfərqulu xanla birləşərək yeni şaha tabe olmaqdan imtina etdi. Lakin onlar 

şahzadə  Abbas  Mirzənin  və  sərdar  Süleymanın  başçılıq  etdiyi  Qacar  qoşunu 

tərəfindən məğlubiyyətə uğradıldılar. Bundan bir neçə il sonra Abbas Mirzə İrəvan 

xanlığına  hücum  edərək  İrəvan  qalasını  40  günlük  mühasirədə  saxladı.  Bu 

müddətdə  ətraf  kəndlər  və  ellər  çapılıb-talandı.  Nəticədə  Məhəmməd  xan  Abbas 

Mirzəyə təzminat və sədaqət əlaməti olaraq girovlar verməyə məcbur oldu [115, 8 

5-86]. 


XIX əsrin əvvəllərində Axalsıx hakimi Şərif paşanın sultana qarşı qiyamı 

ilə  bağlı  olaraq  İrəvan  xanlığı  ilə  Osmanlı  dövləti  arasında  münasibətlərdə 

gərginlik  yarandı.  İrəvanlı  Məhəmməd  xanın  Şərif  paşanı  dəstəkləməsi  Osmanlı 

imperiyası  ilə  münasibətlərin  pisləşməsinə  səbəb  oldu.  Qiyamın  yatırılması 

Ərzurum paşasına həvalə olundu. Ərzurum paşası bu zaman Fransa ilə müharibədə 

Türkiyə  ilə  ittifaq  bağlamış  Rusiyanın  Qafqazdakı  qoşunlarının  komandanı 

K.F.Knorinqə kömək üçün müraciət etdi. K.F.Knorinq Tiflisdə olmadığından onun 

köməkçisi,  erməni  mənşəli  general  İ.P.Lazaryev  gürcü  şahzadəsi  Davidi 

Borçalıdan  və  Qazaxdan  topladığı  azərbaycanlılardan  ibarət  dəstələrlə  birlikdə 

Ərzurum  paşasının  köməyinə  göndərdi  (türkləri  bir-birinə  qırdırmaq  siyasəti!!!  - 

red.).  Bununla  yanaşı,  1801-ci  ildə  Ərzurum  paşası  K.F.Knorinqə  məktub 

göndərərək  Məhəmməd  xanın  Şərif  paşaya  kömək  etməkdən  əl  çəkməsinə  təsir 

göstərməsini ondan xahiş etdi [25, sənəd 1031, s.705]. 

1802-ci  ildə  Fətəli  şah  onun  hakimiyyətini  qəbul  etməyən  Azərbaycan 

xanlarını  özünə  tabe  etmək  məqsədilə  tədbirlər  görməyə  başladı.  İrəvan  xanını 

Naxçıvandan  olan  köçkünləri  Naxçıvana  qaytarmadığı  üçün  hədələyən  Fətəli  şah 

sərkərdəsi  Abbasqulu  xanı  İrəvan  xanlığına  qarşı  göndərdi,  özü  də  1802-ci  ilin 

martında İrəvana gəlmək və öz qüvvələrini buradan Gürcüstana yönəltmək fikrində 

idi. Müdafiəyə hazırlaşan İrəvan xanı qalanı möhkəmləndirdi, hərbi sursat və ərzaq 

ehtiyatı  topladı.  Lakin  öz  qüvvələrinə  arxayın  olmadığından  ruslardan  kömək 

istədi.  General-leytenant  Knorinq  Fətəli  şahın  qoşununu  Gürcüstandan  kənarda 

qarşılayacağını və onları İrəvana buraxmayacağını vəd etdi [41, II, 513-514]. 




186 

 

İmperatorun  verdiyi  23  aprel  1802-ci  il  fərmanında  Knorinqə  bildirilirdi 



ki,  o,  Fətəli  şahın  qüvvələrini  Gürcüstana  buraxmasın  və  hər  vasitə  ilə  İrəvan 

xanının  Rusiya  himayəsinə  qəbul  edilməsinə  və  İrəvanın  rus  qoşunları  tərəfindən 

tutulmasına  nail  olsun.  Lakin  Fətəli  şah  İrəvana  və  Gürcüstana  yürüşünü  təxirə 

saldı. Bu zaman İrəvan xanı nəinki Rusiya təbəəliyindən imtina etdi, hətta rusların 

düşməni  sayılan  naxçıvanlı  Kalbalı  xanla  birlikdə  Gürcüstandakı  rusları  buradan 

sıxışdırıb çıxara bilməsə də, imkan düşdükcə onlara zərər yetirməyə başladı [41, II, 

514-516]. 

1802-ci ilin mayında naxçıvanlı Kalbalı xan, onun qardaşı Abbasqulu xan 

və  İrəvan  xanının  birləşmiş  qüvvələri  Qars  əyalətinə  hücum  və  qarət  məqsədilə 

Pəmbək  və  Qars  paşalığı  istiqamətində  hərəkət  etdi.  Qarslı  Məhəmməd  paşa 

kömək  üçün  Knorinqə  müraciət  etdi.  Knorinq  Pəmbəkdəki  rus  qoşunlarının 

komandanına Qarsla olan sərhəd xəttinin lap yaxınlığında Qars paşasının qüvvələri 

ilə birləşməyi və xanlıqların birləşmiş qüvvələrinə zərbə endirməyi tapşırdı. 1802-

ci ilin iyununda rusların və Qars paşasının birləşmiş qüvvələri irəvanlı Məhəmməd 

xanla naxçıvanlı Kalbalı xanı məğlubiyyətə uğratdı [41, II, 516-517]. 

Bebliklə, İrəvan xanlığı tarixinin bütün istiqamətlərdə araşdırılması aydın 

sübut edir ki, bu dövlətin idarə olunmasında ermənilərin heç bir iştirakı olmamışdır 

[162,44].  Əksinə,  ermənilər  İrəvan  xanlığının  ərazisini  ələ  keçirib  burada  öz 

dövlətlərini  yaratmaq  üçün  xanlığa  qarşı  bütün  istiqamətlərdən  hücuma  keçən 

təcavüzkarlara  fəal  köməklik  göstərirdilər.  Azərbaycan  torpağında  -  ölkənin 

qərbində yaranmış bu xanlıqda bütün hakimiyyət Azərbaycanın qədim türk tayfası 

olan  Ağcaqoyunlu  Qacarların  əlində  cəmlənmişdi  və  bu  dövlət  Azərbaycanın 

dövlətçilik ənənələri tarixində xüsusi yer tutur. 

 



187 

 

 




188 

 

 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə