Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə40/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   36   37   38   39   40   41   42   43   ...   85

175 

 

Azərbaycan  xanları  ilə  yaxınlaşıb  II  İraklidən  heç  bir  asılılığı  olmadığını 



bildirmişdi.  Bundan  xəbər  tutan  II  İrakli  Azərbaycan  xanlarından  ehiyat  edərək 

Hüseynəli xana olan münasibətini dəyişməyə  məcbur oldu [214,72]. Bu zaman II 

İraklinin  İrəvan  xanlığına  zahiri  münasibətinin  dəyişməsinin  digər  səbəbi

**

 



qarabağlı İbrahimxəlil xanın Xoy xanlığına olan hücumu idi [214,72].  

1781-ci  ilin  martında  II  İraklı  İrəvan  xanının  hüzuruna  mərhum  şahzadə 

Levanın vəziri Georgini göndərdi. O, bir müddət İrəvanda qaldıqdan sonra Tiflisə 

qayıtdı,  lakin  çox  keçmədən  ikinci  dəfə  təkrar  İrəvana  döndü  [214,72].  Nəhayət, 

1781-ci  ilin  noyabrında  İrəvan  xanlığı  ilə  Kartli-Kaxeti  çarlığı  arasında  sülh 

müqaviləsi  bağlandı.  II  İrakli  ildə  30  min  tümən  ödənc  almaqla  Gürcüstana  əsir 

olaraq aparılmış dinc əhalini geri qaytarmağa razılıq verdi [41, II, 75; 115, 63; 214, 

73]. Lakin II İraklinin Azərbaycan torpaqlarına, о cümlədən İrəvan xanlığına olan 

təcavüzkar  niyyəti  davam  etməkdə  idi.  1782-ci  ilin  sonlarında  II  İrakli  Rusiya 

imperatriçası II Yekaterinaya (1762-1796) məktub yazaraq Kartli-Kaxeti çarlığının 

Rusiyanın  himayəsinə  qəbul  edilməsini  xahiş etdi.  II İrakli Rusiya  hökumətindən 

onun İrəvan və Gəncə xanlıqlarının ərazisinə yiyələnməsinə kömək etməsini xahiş 

etdi,  əvəzində  Rusiyanın  Türkiyə  və  İranla  aparacağı  müharibələrdə  öz  köməyini 

əsirgəməyəcəyinə  söz  verdi  [166,  167].  Bundan  əlavə,  gürcü  çarı  Rusiya 

imperiyasına tövsiyə edirdi ki, Azərbaycan xanlıqlarını ələ almaq üçün "mehriban 

himayəçi"  rolunu  oynasın.  General  P.Potyomkin  1783-cü  il  mayın  3-də  knyaz 

Q.Potyomkinə  verdiyi  məlumatda  bildirirdi  ki,  II  İraklı  və  Reyneqs  (Rusiyanın 

İrəvandakı casusu  -  red.)  generaldan  müqavilənin (Georgiyevsk traktatınm  -  red.) 

bağlanmasından  əvvəl  Cənubi  Qafqaz  xanlarına  onları  Türkiyədən  qorumaq 

məqsədilə fərmanlar göndərməsini xahiş etmişdir [214, 82]. 

Rusiya  imperiyası  da,  öz  növbəsində,  Cənubi  Qafqazı  işğal  etmək, 

xüsusilə  də  Azərbaycan  xanlıqlarını  ələ  keçirmək  və  Osmanlı  dövlətinin  burada 

nüfuzunun güclənməsinə yol verməmək üçün xristian dini amilindən, ilk növbədə 

gürcü  çarlarından  istifadə  etmək  siyasəti  yeridirdi.  Elə  buna  görə  də  gürcü  çarı 

1783-cü  il  iyulun  24-də  (avqustun  4-də)  Georgiyevsk  şəhərində  Rusiyanın 

himayəsinə keçmək haqqında saziş imzaladı [41, h.II, s.l 1; 166, 168-171]. 

İrəvan  xanlığının  xarici  siyasətinin  ikinci  mərhələsi  xanlıq  üçün  olduqca 

ağır  və  mürəkkəb  bir  dövrə  təsadüf  edir.  Georgiyevsk  müqaviləsinin 

bağlanmasından  sonra  Rusiya  tərəfindən  gizli  şəkildə  planlaşdırılan  siyasətin  - 

Azərbaycan  torpaqlarında,  о  cümlədən  İrəvan  xanlığı  ərazisində  erməni  dövləti 

yaradılması  siyasətinin  həyata  keçirilməsi  üçün  real  addımlar  atılmağa  başlandı. 

                                                           

**

 Təbiidir ki, II İrakli İbrahimxəlil xanın müttəfiqi olduğu üçün bu yüıüşdə ona hərbi qüvvə ilə yardım 



etməli  idi.  Bundan  başqa,  II  İrakli  özü  Xoy  xanlığını  təsir  dairəsinə  almaq  məqsədilə  oraya  qoşun 

yeritməyə  hazırlaşırdı.  Bu  qoşun  İrəvan  ərazisindən  -  Qırxbulaqdan  keçməli  idi.  [bax:  214,72].  Bütün 

bunlara görə sülh danışıqları sürətləndi və razılaşma əldə edildi. 

 

 




176 

 

Məhz  bu  təcavüzkar  niyyətin  qarşısını  almaq  üçün  bəhs  edilən  dövrdə  İrəvan 



xanlığının  xarici  siyasətində  aparıcı  xətti  Osmanlı  dövləti  ilə  münasibətlər  təşkil 

edir. 


Rusiya  imperiyası  çoxsaylı  xanlıqlara  və  sultanlıqlara  parçalanmış 

Azərbaycanı işğal edərək, nəhayət, özünün regionla və bütövlükdə Şərq ölkələri ilə 

bağlı  işğalçılıq  planlarını  reallaşdırmaq  istəyirdi.  Rusiya  Osmanlı  dövləti  ilə 

həmsərhəd  olduğuna  və  onunla  yaxşı  münasibətlər  saxladığına  görə  İrəvan 

xanlığını  daim  diqqət  mərkəzində  saxlayırdı.  Çar  Rusiyası  bu  xanlığı  ələ  keçirib 

onun  ərazisindən  Osmanlı  dövlətinə  qarşı  hərbi  istinadgah  kimi  istifadə  etmək 

istəyirdi.

*

 



Rusiyanın  himayəsini  qəbul  etmiş  II  İrakli  Azərbaycan  torpaqlarını,  о 

cümlədən İrəvan xanlığını ələ keçirmək üçün daha foal işğalçılıq siyasəti yeritməyə 

başladı.  Kartli-Kaxeti  çarının  İrəvan  xanlığı  ilə  bağlı  təcavüzkar  niyyəti  Osmanlı 

dövlətini  narahat  etməyə  bilməzdi.  Qeyd  olunan  dövrdə  Türkiyənin  Azərbaycan 

xanlıqları ilə qarşılıqlı münasibətində İrəvan xanlığı mühüm yer tuturdu [166, 205]. 

Rusiya  özünün  Cənubi  Qafqazda  işğalçılıq  siyasətini  həyata  keçirmək 

məqsədilə  Azərbaycan  xanlarını  müxtəlif  yollarla  öz  tərəfinə  çəkməyə  çalışırdı. 

İmperiya siyasətçiləri bir tərəfdən Azərbaycan xanlarına "xəbərdarlıq" edir, hədə-

qorxu  gəlir,  İrəvan,  Xoy  və  Təbriz  xanlarının  saraylarına  elçilər  və  hədiyyələr 

göndərir, digər tərəfdən isə Georgiyevsk sazişindən istifadə edərək hərbi Gürcüstan 

yolu vasitəsilə Cənubi Qafqazda hərbi hazırlıq işlərini daha da gücləndirirdilər [20, 

85;  21,  66;  125,  55].  Məhz  bu  səbəbdən,  Georgiyevsk  müqaviləsi  bağlandıqdan 

sonra  Osmanlı  dövləti  ilə  yaxın  münasibətdə  olan  bəzi  Azərbaycan  xanları,  о 

cümlədən  irəvanlı  Hüseynəli  xan  Rusiya  dövlətindən  ehtiyal  edərək  osmanlılara 

soyuq  münasibət  bəsləyir,  hətta  sultan  tərəfindən  göndərilən  hədiyyələri  belə 

çətinliklə  qəbul  edirdi  [125,54].  II  Yekaterina  Cənubi  Qafqazda  işğalçılıq  planını 

gerçəkləşdirmək  üçün  müxtəlif  vasitələrdən  istifadə  edirdi.  Bu  məqsədlə  jhələ 

1782-ci  ilin  sonlarından  İrəvan  xanlığına  göndərilən  doktor  Y.Reyneqs

*

  hətta 


irəvanlı  Hüseynəli  xanın  etibarını  qazanaraq  İrəvan  qalasının  planını  da  çəkə 

bilmişdi  [37,  sənəd  132,  s.215-217-126,153].  Bununla  qane  olmayan  Rusiya 

hökuməti  1783-cü  ilin  payızında  qraf  Apraskini  İrəvana  göndərdi.  İrəvan  xanı 

                                                           

*

 Rusiyanın hakim dairələri İrəvan xanlığını tutmağı asanlaşdırmaq üçün dini amildən də istifadə etmək 



niyyətində idilər. Həmin dövrdə bunun üçün əlverişli şərait də yaranmışdı. Azərbaycan hökmdarlarının 

himayəsindən istifadə edərək ölkənin qərbində - İrəvan xanlığının ərazisində möhkəmlənmiş Qriqorian 

kilsəsi Avropada özünə dayaq tapmadığından üzünü Rusiyaya çevirmişdi. Asiya qitəsinə vaxtılə Balkan 

yarımadasmdan  köçüb  gəlmə  ermənilər,  erməni  kilsəsi  və  erməni  işbazları  hələ  I  Pyotrun  dövründən 

başlayaraq  Rusiyanın  köməyi  ilə  Azərbaycan  torpaqları  hesabına  özlərinə  daimi  məskənlər  və  dövlət 

yaralmaq, qondarma "Böyük Ermənistan‖ı dirçəltmək xülyasına düşmüşdülər. Bu proses II Yekaterina 

dövründə daha da intensivləşdi [bax: 126].

 

*



  Y.Reyneqs  knyaz  Q.A.Potyomkinin  tapşırığı  ilə  Tiflisdə  gizli  kəşfiyyat  işləri  ilə  məşğul  olurdu. 

Milliyyətcə  frarısız,  ixtisasca  həkim  olan  Y.Reyneqs  əslində  Rusivanın  İrəvan  xanlığında  casusu  idi 

[bax: 37, sənəd 132, s.215-217; 126, 153].

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə