Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə38/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

170 

 

 




171 

 

Xarici siyasət 

 

Azərbaycan  xanlıqları,  о  cümlədən  də  İrəvan  xanlığı  Cənubi  Qafqazla 



bağlı  beynəlxalq  münasibətlərin  olduqca  kəskinləşdiyi  bir  tarixi  şəraitdə 

yaranmışdı.  XVIII  əsrin  II  yarısında  inkişaf  etmiş  qərb  dövlətlərinin  Cənubi 

Qafqaz regionuna  maraqları daha da artmışdı. Həmin dövrdə regionda  mənafeləri 

toqquşan  Rusiya  və  Osmanlı  imperiyaları  arasındakı  münasibətlər  daha  da 

kəskinləşmişdi.  Buna  görə  də  İrəvan  xanları  şəraitdən  asılı  olaraq  çevik  xarici 

siyasət yürüdürdülər. 

Azərbaycanın  digər  xanlıqları  kimi,  İrəvan  xanlığı  da  mürəkkəb  tarixi 

şəraitdə  öz  müstəqilliyini qoruyub saxlamaq  uğrunda  çətin  mübarizə  aparırdı.  Bu 

mübarizənin əsasını xanın hakimiyyətini möhkəmləndirmək, yadelli təcavüzlərinin 

qarşısını almaq, xarici iqtisadi əlaqələri gücləndirmək, qonşu dövlətlərlə qarşılıqlı 

münasibətlər  qurmaq  təşkil  edirdi  [xanlığın  dövlət  atributları  haqda  bölmənin 

sonunda verilmiş şəkillərə bax]. 

İrəvan xanlığının xarici siyasətində üç mərhələ nəzərə çarpır: 

1.1747-ci  ildən  1783-cü  il  Georgiyevsk  müqaviləsinin  bağlanmasına 

qədərki dövr; 

H.  Georgiyevsk  müqaviləsinin  bağlanmasından  XVIII  əsrin  sonlarına 

qədərki dövr; 

III.  XIX  əsrin  başlanğıcından  xanlığın  Rusiya  imperiyası  tərəfindən 

işğalına qədərki dövr (bu dövr haqqında növbəti fəsillərdə geniş məlumat verilir). 

İrəvan  xanlığının  xarici  siyasəlinin  ilk  mərhələsində  aparıcı  xətti 

Azərbaycanın  digər  xanlıqları  və  qonşu  dövlətlərlə  -  xüsusən  də  Kartli-Kaxeti 

çarlığı və Osmanlı imperiyası ilə qarşılıqlı münasibətlər təşkil edir. 

İrəvan  xanlığı  müstəqillik  əldə  etdikdən  dərhal  sonra  öz  sərhədlərini 

genişləndirmək uğrunda  mübarizəyə  başladı.  1748-ci  ilin  əvvəllərində  Mehdi xan 

Əfşar (1747-1751) digər Azərbaycan xanlığı olan Urmiya xanlığına hücum edərək 

onun  bəzi  ərazilərini  tutdu  və  İrəvan  xanlığının  ərazisini  xeyli  genişləndirdi  [112, 

111].  Lakin  1749-cu  ilin  yayında  İrəvan  xanlığının  özü  digər  Azərbaycan 

xanlığının  -  Qarabağ  xanlığının hücumuna  məruz  qaldı: qarabağlı Pənahəli  xan 4 

minlik  qoşunla  İrəvan  xanlığının  sərhədlərini  кеçərəк  Üçkilsə  ətrafındakı 

torpaqlara yürüş etdi [41,c.I,237-238; 115,52]. İrəvan xanlığında azlıq təşkil edən 

gəlmə  ermənilər  bu  hadisələrdən  öz  mövqelərini  möhkəməndirmək  üçün  istifadə 

etdilər. Onlar guya "özlərini müsəlmanlardan qorumaq" məqsədilə

*

, Kaxeti çarı II 



İrakliyə  yardım  üçün  müraciət  etdilər  [105,  172,  187;  214,  30].  II  İrakli  qoşun 

toplayaraq  Pənahəli  xana  qarşı  göndərdi.  Döyüşdə  öz  yaxınlarını  itirən  Pənahəli 

                                                           

*

  İrəvan  xanlığı  ərazisində  yasayan  azsaylı  ermənilər  xanlıqda  hakim  mövqe  tutmaq  məqsədilə  fürsət 



düşən kimi gürcü çarına müraciət edərək onları İrəvana dəvət edirdilər. Məqsəd gürcü çarının köməyi 

ilə İrəvan xanını zəiflətmək və hakimiyyəti ələ almaq idi.

 



172 

 

xan geri qayıtdı. 



Daim  Azərbaycanın  qərb  torpaqlarına,  о  cümlədən  İrəvana  göz  dikən 

gürcü  çarları

**

  heç  bir  səbəb  olmadan  1751-ci  ilin  sentyabrında  gözlənilmədən 



İrəvan xanlığına basqın edərək xanın qoşununu məğlubiyyətə uğratdılar və buradan 

da Təbrizə tərəf irəlilədilər [41, c.I, 237-238; 387-388, 389; 115, 53]. 

Müdaxiləçilərlə  danışıqlara  girən  İrəvan  xanı  bundan  sonra  gürcü  çarları 

ilə  "müttəfiq"  olacağına  razılıq  verdi.  Həmin  razılığa  əsasən,  o,  1751-ci  ildə 

qonşuluqdakı  Şəki  xanlığının  qüvvətlənməsindən  narahat  olan  Teymurazın  və  II  

İraklinin çağırışı ilə Gəncə xanı ilə birlik də gürcülərə qoşularaq şəkili Hacı Çələbi 

xana qarşı yürüşdə iştirak etdi. Bu yürüşü təşkil edən gürcü çarının  əsas məqsədi 

onun  Azərbaycanın  şimal-qərb  torpaqlarını  işğal  etmək  planlarına  qarşı  başlıca 

maneə  olan  Şəki  xanlığını  zəiflətmək  idi.  Lakin  gürcü  çarının  planı  puça  çıxdı. 

Hacı  Çələbi  xan  işğalçı  gürcü  çarının  və  ona  qoşulmuş  Azərbaycan  xanlarının 

hərbi qüvvələrini ağır məğlubiyyətə uğratdı [41,1,389-390; 115,53]. 

Bu hadisədən sonra İrəvan xanlığı cənubdan hücuma məruz qaldı. Mehdi 

xan  Əfşar  tərəfindən  1748-ci  ildə  məğlubiyyətə  uğradılmış  urmiyalı  Fətəli  xan 

Əfşar  keçmiş  məğlubiyyətin  əvəzini  çıxmaq  üçün  İrəvanı  ələ  keçirmək  qərarına 

gəldi.  Bu  məqsədlə  o,  vaxtilə  Nadir  şahın,  sonra  isə  Əmiraslan  xanın  yanında 

qulluq  etmiş,  indi  isə  Urmiya  xanının  xidmətində  olan  əfqanıstanlı  Azad  xanın 

başçılıq etdiyi hərbi qüvvələri Urmiya döyüşçüləri ilə birlikdə (ümumilikdə 30 rnin 

nəfər)  1751-ci  ildə  İrəvan  xanına  qarşı  göndərdi.  Bu  qoşunların  ön  dəstəsi  İrəvan 

qalasını mühasirəyə aldı. İrəvan xanı yardım üçün "müttəfiqi" gürcü çarı II İrakilyə 

müraciət  etdi.  Gürcü  çarı  yenə  fürsəti  əldən  vermədi  və  dərhal  İrəvana  doğru 

hərəkət  etdi.  Gürcü  qoşunları

*

  qalanı  mühasirəyə  almış  əfşar-əfqan  qoşunlarının 



sayca az olan ön Bəstəsini məğlubiyyətə uğratdı [41,1, 238; 115, 53-54]. 

Lakin  az  sonra  Urmiya  və  əfqan  qoşunlarının  əsas  qüvvələrinin 

yaxınlaşdığını  eşidən  gürcü  çarı  tələsik  İrəvan  ətrafını  tərk  edərək  Gürcüstana 

doğru  üz  tutdu.  Azad  xan  İrəvan  qalasını  ələ  keçirdi  və  bundan  dərhal  sonra  II 

İraklini  təqib  etdi.  Gürcü  qoşunlarını  haqlayan  Azad  хаn  ilk  toqquşmadaca  II 

İraklinin  hərbi  qüvvələrini  darmadağın  etdi.  Gürcü  çarı  özü  üçün  ağır  şərtlərlə 

barışıq  bağlamağa  məcbur  oldu.  О,  200  gürcü  döyüşçüsünü,  habelə  Zal  bəy  və 

Aslan  bəy  adlı  iki  nüfuzlu  gürcü  sərkərdəsini  girov  verdi  [41,  1,  238;  112,  111-

                                                           

**

 1736-cı ildə Muğan qurultayında tacqoyma mərasimində Gəncə-Qarabağ hakimləri Nadirqulu xanın 



Səfəvi  dövlətinə  son  qoyması  ilə  razılaşmayıb,  onun  şah  seçilməsinin  əleyhinə  çıxmışdılar.  Həmin 

qurultayda  iştirak  edən  gürcü  və  erməni  feodalları  isə  əksinə,  gələcək  şahın  namizədliyini 

dəstəkləmişdilər.  Nadirqulu  xan  şah  seçildikdən  sonra  Gəncə-Qarabağ  bəylərini  cəzalandırmaq  üçün 

onları hakimiyyətdən uzaqlaşdırmış, bir sıra Azərbaycan torpaqlarını, о cümlədən Qazax, Şəmşəddil və 

Borçalının idarəsini gürcü çarı I Teymuraza həvalə etmişdi. Bu torpaqlarla qane olmayan gürcü çarları 

daim Azərbaycanın şimal-qərb və cənub-qərb torpaqlarını bütünlüklə ələ keçirməyə can atırdılar.

 

*

 İlk mənbələrin məlumatından aydın olur ki, II iraklinin İrəvan xanlığına "kömək" məqsədilə topladığı 



qoşunların əksəriyyətini Qazax və Borçalı mahallarından səfərbər edilmiş azərbaycanlı-fer təşkil edirdi 

[bax: 123. 200-201].

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə