Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə39/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   35   36   37   38   39   40   41   42   ...   85

173 

 

112]. Mənbələrdə II İraklinin bacısının da girov verilənlərin içərisində olduğu qeyd 



edilir [220, 42; 112, 111-112]. 

Azad xanın başçılıq etdiyi əfşar və əfqan qoşunları Azərbaycanın şimalını 

tərk  edən  kimi  II  İrakli  yenidən  Azərbaycana  qarşı  işğalçılıq  siyasətini  davam 

etdirdi. R.V.Qriqoryan 1752-ci ildə II İraklinin guya İrəvan xanığına yürüş etdiyini 

yazır  [214,30].  Əslində  isə,  qeyd  olunan  vaxt  II  İrakli  İrəvan  xanlığına  deyil, 

Azərbaycanın о zaman on nüfuzlu xanı  olan və  Azərbaycanı vahid dövlət halında 

birləşdirməyə  çalışan  şəkili  Hacı  Çələbiyə  qarşı  yenidən  yürüş  təşkil  etdi.  Hacı 

Çələbi xanla təkbətək qarşılaşmaqdan ehtiyat edən gürcü çarı bir sıra Azərbaycan 

xanlarını, о cümlədən İrəvan xanını, guya "Hacı Çələbi xana qarşı hərbi əməliyyat 

planını  müzakirə  etmək"  üçün  Gəncə  yaxınlığındakı  düşərgəsinə  dəvət  etdi.  II 

İrakli danışıqlar zamanı hiylə işlədərək öz müttəfiqlərinə xəyanət etdi. O, Qızılqaya 

adlı  yerdə  onunla  danışıqlar  aparmaq  üçün  gəlmiş  müttəfiqlərini  -  Azərbaycan 

xanlarını  əsir  alaraq  Gürcüstana  üz  tutdu.  Ona  qarşı  düşmənlə  ittifaqa  girmiş 

xanlardan  fərqli  olaraq,  Azərbaycanın  ümumi  siyasi  mənafeyini  üstün  tutan  Hacı 

Çələbi xan bu xəbəri alan kimi gürcü qoşunlarına qarşı hücuma keçərək II İraklini 

Tiflis  yaxınlığında  haqladı  və  ağır  məğlubiyyətə  uğratdı.  II  İrakli  Azərbaycan 

xanlarını sərbəst buraxaraq bir qrup süvari ilə Tiflisə qaçdı. Gürcü çarının piyada 

qoşunlarından  min  nəfər  öldürüldü  və  əsir  götürüldü  [41,  1,  238-239,  390-391; 

115,  57-58].  II  İrakli  ilə  "dostluğun"  "dadını"  görmüş  Azərbaycan  xanları,  о 

cümlədən  İrəvan  xanı  bundan  sonra  gürcü  çarından  üz  çevirib  Hacı  Çələbi  ilə 

birləşdilər. 

Həsənəli xan Qacarın (1755-1759) və varisi Hüseynəli xan Qacarın (1759-

1783)  dövründə  Kartli-Kaxeti  çarı  İrəvan  xanlığına  daha  tez  tez  yürüşlər  etməyə 

başladı.  1759-cu  ildə  İrəvan  xanlığı  məhz  bu  viranedici  yürüşlər  nəticəsində  II 

İraklinin  xəzinəsinə  illik  bac  ödəməyə  məcbur  oldu  [166,  129].  Bununla 

kifayətlənməyən  II  İraklinin  İrəvan  xanlığına  hərbi  yürüşləri  1762-1765,  1778-

1779-cu  illərdə  də  davam  etdi  [214,  31].  Bununla  belə,  II  İrakli  İrəvan  xanlığını 

özündən asılı hala sala bilmədi. 

Bəhs olunan dövrdə Cənub-Qərbi Qafqazın açarı və ən güclü qalası hesab 

olunan  İrəvanın  hərbi-strateji  əhəmiyyəti  böyük  olduğundan  [166,205]  İrəvan 

xanlığı qonşu dövlətlərin diqqət mərkəzində idi. Bu dövrdə İranda real hakimiyyəti 

ələ keçirən Kərim xan Zand gürcü çarının Azərbaycan xanlıqlarına hücumlarından 

narazı  qaldığını  bildirərək  Hüseynəli  xandan  II  İrakliyə  bac  verməyi 

dayandırmasını  təbb  etdi.  Belə  olacağı  təqdirdə  Kərim  xan  Zənd  onu  müdafiə 

edəcəyinə söz verdi [115, 60]. Bu, bölgədəki siyasi vəziyyəti xeyli gərginləşdirdi. 

Hətta,  1770-ci  ilin  yazında  İrəvan  uğrunda  Kərim  xan  Zəndlə  II  İrakli  arasında 

müharibə olacağı gözlənilirdi [166, 142]. 

Bu  mürəkkəb  vəziyyətdə  İrəvan  xanlığı  nəinki  öz  müstəqilliyi  uğrunda 

mübarizə  aparır,  həm  də  Azərbaycanın  digər  xanlıqlarında  və  qonşu  dövlətlərdə 

baş  verən  hadisələrə  biganə  qalmırdı.  1775-ci  il  iyunun  23-də  İrəvan  xanı 




174 

 

Hüseynəli  xan,  Qars  mühafizi  İzzət  Mehmet  paşa  vasitəsilə  Osmanlı  dövlətinə 



məktub  göndərdi.  Məktubda  İrəvan  xanının  Rusiyanın  Dağıstan  ərazisindəki 

fəaliyyətindən  doğan  narahatlığı  ifadə  olunurdu  [191,  107;  125,38].  İrəvanı  daim 

diqqət  mərkəzində  saxlayan  Osmanlı  dövləli  isə  Rusiyanın  Kartli-Kaxeti  çarlığı 

vasitəsilə  Cənubi  Qafqaza,  о  cümlədən  İrəvana  müdaxiləsinin  güclənməsindən 

ehtiyat  edirdi.  Sultan  III  Mustafa  (1757-1774)  öz  vəzirinə  yazdığı  məktubda  bu 

müdaxilənin  qarşısnıı  almaq  tədbirlərini  müzakirə  etmək  üçün  onunla  görüşüb 

məsləhətləşməyin zəruri olduğunu bildirirdi [14; 20, 57; 124, 159]. Şübhəsiz ki, II 

İraklinin İrəvan xanlığına olan işğalçılıq niyyəti Azorbaycanın digər xanlıqlarını da 

narahat  edirdi.  Məsələn,  Şəki  xanı  Məhəmməd  Həsən  xan  1776-cı  ildə  Osmanlı 

dövlətinə  göndərdiyi  məktubunda  II  İraklinin  İrəvan  qalasına  hücum  edəcəyi 

təqdirdə  Azərbaycan  xanlarının  və  Dağıstan  hakimlərinin  ona  qarşı  birləşəcəyini 

bildirirdi [20, 67]. 

Qeyd olunan dövrdə  İrəvan xanlığının Kartli-Kaxeti çarlığı üçün iqtisadi 

əhəmiyyəli çox böyük idi [166,205]. Məhz bu səbəbdən 1779-cu ilin əvvəllərində 

II İrakli və oğlu Levan 12 minlik qoşunla (5 mini dağıstanlı muzdlu döyüşçü idi) 

İrəvan qalasını mühasirəyə aldı və yenidən Hüseynəli xandan bac tələb ctdi. Lakin 

İmeretiyada baş vermiş üsyanı yatırmaq üçün gürcü çarı İrəvanın mühasirəsindən 

əl  çəkib  geri  dönməyə  məcbur  oldu.  II  İrakli  Gürcüstana  qayıdarkən  İrəvan 

xanlığından  bac  əvəzinə  çoxlu  sayda  silahsız  dinc  əhalini  əsir  alaraq  özü  ilə 

Gürcüstana apardı [41, II, 73-74; 115, 60]. 

Kərim xan Zəndin ölümü (1779, mart — red.) İranda hakimiyyət uğrunda 

mübarizənin və Azərbaycanda ara müharibələrinin daha da kəskinləşməsinə səbəb 

oldu.  Yaranmış  əlverişli  şəraitdən  istifadə  edən  II  İrakli  İrəvan  xanı  Hüseynəli 

xandan yenidən bac tələb etdi. Hüseynəli xan isə buna rədd cavabı verdi. II İrakli 

1779-cu  ilin  sentyabrında  20  minlik  qoşunla  yenidən  İrəvan  xanlığına  yürüş  etdi 

[53,22;  159,112].  Hüseynəli  xan  Osmanlı  imperiyasının  dəstəyinə  arxalanaraq 

Gürcüstana köçürülmüş ailələrin geri qaytarılmasını tələb etdi. Axalsıxlı Süleyman 

paşanın  vasitəçiliyi  ilə  Hüseynəli  xanla  II  İrakli  arasında  sülh  danışıqlarına 

başlandı [214, 68-69]. II İrakli əvvəlcə sülh danışıqlarını yubatdı

*

. Lakin hadisələr 



sonradan  elə  cərəyan  etdi  ki,  Kartli-Kaxeti  çarı  sülh  müqaviləsinin  bağlanması 

üçün özü addım atmalı oldu. Səbəblər aşağıdakılar idi: əvvəla, İrəvan xanı heç də, 

erməni tarixçisi V.R.Qriqoryanın yazdığı kimi, gürcü çarından yarımasılı [214,73] 

vəziyyətdə  deyildi.  Müstəqil  xarici  siyasət

*

  yeridən  Hüseynəli  xan  Qacar  digər 



                                                           

*

  Rus  tarixçisi  T.Q.Butkovun  əsərində  II  İrakli  ilə  İrəvan  xanı  arasında  sülh  müqaviləsinin  1780-ci  il 



mayın  ortalarında bağlanması haqqında  məlumat  verilir [bax:  41,11,75]. Lakin  İrəvan  xanı  Hüseynəli 

xanla  II  İrakli  arasında  gedən  danışıqlar  dəfələrlə  baş  tutmamışdı.  Bu  danışıqlarda  İrəvan  xanının 

oğlanları Məhəmməd bəy və Qulaməli xan iştirak etmişdi. Nəhayət, bu sülh müqaviləsinin bağlanması 

1781-ci ilin noyabrında baş tutdu [bax: 214.71,72,73].

 

*

 1781-ci ildə xoylu Əhməd xanın Naxçıvan xanlığına hücumuna etiraz edən İrəvan xanı Hüseynəli xan 



Qacar ona hədələyici məktub göndərərək öz ordusunu təcili Naxçıvan qalasından uzaqlaşdırmasını tələb 

etdi. İrəvan xanı öz məktubunda Naxçıvan xanlığına özü sahib olmaq istədiyini bildirdi [115, 62].

 



Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə