Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə32/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   28   29   30   31   32   33   34   35   ...   85

125 

 

[Kərimov Kərim. "İrəvan sərdarının sarayı", "Yeni fikir" qəzeti, 18 oktyabr 1995-ci 



il,  №  5].  1837-ci  ildə  Sərdar  sarayının  tərtib  edilmiş  mükəmməl  planına  əsasən, 

sarayın  1  hektar  ərazini  tutduğu  aydın  olur.  Saray  qala  kompleksinin  şimal-qərb 

hissəsində  yerləşirmiş  və  qaladan  saraya  qapı  açılırmış.  Bir-birinə  bitişik  olan  və 

uzun  fasada  malik  saray  və  hərəmxana  vahid  memarlıq  kompozisiyası  təşkil 

edirmiş. Hərəmxana sarayla kiçik dəhlizlə birləşirdi [bax: bölmənin sonu, şəkil 7, 

8, 9, 10, 11]. 

Saray  kompleksinin  özü  bir  neçə  saraydan  ibarət  olmuşdur.  Rəsmi 

tədbirlər  üçün  nəzərdə  tutulmuş  ən  böyük  ikimərtəbəli  saray  trapesiya  (ölçüləri 



36x35x31x25m)  formasında  olmuşdur.  Sarayın  ortasında  şahın  təntənəli 

qarşılanması  üçün  böyük  eyvan  olmuşdur.  Eyvanın  qurtaracağında  Zəngi  çayına 

açılan  və  rəngli  şüşələrlə  bəzədilmiş,  şəbəkələrlə  ayrılan  yataq  yerləri  -  taxçalar 

düzəldilmişdi.  Hazırda  İrəvandakı  tarix  muzeyində  saxlanılan  taxçanın 

döşəməsində  müalicəvi  xüsusiyyətli  damarlı  əqiq  daşlarından  (oniks)  ulduzvari 

hovuz  düzəldilibmiş.  Bundan  əlavə,  həmin  saraya  bitişik  daha  iki  saray  —  biri 

yaşayış hissəsi, digəri yardımçı bina olmuşdur. 

İkimərtəbəli  düzbucaqlı  formada  tikilən  hərəmxana  cənub-qərb  tərəfdən 

saraya  bitişik  olmuşdur  və  tikilinin  ortasında  çimmək  üçün  böyük  hovuz 

düzəldilibmiş. 

Saray  kompleksinə  həmçinin  məscid  və  hamam da daxil  idi. Mozaika  və 

mərmər  plitələrlə  bəzədilmiş  hamamın  içində  böyük  hovuz  olmuşdur.  Şərq 

memarlığının  bu  möhtəşəm  incisi  XX  əsrin  əvvəllərində  erməni  vandalları 

tərəfindən yer üzündən silinmişdir. 

1880-ci  ildə  İrəvana  gələn  rus  arxeoloqu  Praskovya  Uvarova  yazırdı: 

"Möhtəşəm qaladan qalan yalnız sərdarın Şərq üslubunda tikilmiş güzgüsü, bəzəyi, 

zövqü,  səriştəsi  ilə  insanı  valeh  edən  salondur.  Bu  salon  bəzəkli-düzəkli  çay 

qutusuna  bənzəyir.  İlahi,  sini  -  xonça  kimi  bəzəkli  imarələri  necə  yerlə  yeksan 

ediblor! Əsrlər boyu ucaldılmış abidələri yer üzündən silmək, yox etmək üçün gör 

nə qədər səy sərf etməli olmuşlar?!" [J21, 57JJ. 

Həmin dövrdə təsviri incəsənətin ən geniş yayılmış və inkişaf etmiş sahəsi 

memarlıq  abidələrində  öz  əksini  tapmış  divarüstü  boyakarlıq  olmuşdur.  Avropa 

səyyahlarmı  və  rəssamlarını  valeh  edən,  tərif  dolu  təəssüratlarını  yazmağa  vadar 

edən  də  sərdar  sarayının  memarlığından  daha  çox  onun  zəngin  bədii  tərtibatı, 

divarları  bəzəyən  portret  və  süjetli  kompozisiyalardan  ibarət  monumental 

boyakarlıq əsərləri olmuşdur. 

İrəvan  Xan  sarayının  daxili  tərtibatı  haqqındakı  yazılar,  1828-ci  ildə  rus 

rəssamı  akademik  V.Maşkovun,  1840-cı  illərdə  arxeoloq  alim  və  rəssam 

Q.Qaqarinin,  XIX  əsrin  60-cı  illərində  fotoqraf  D.Yermakovun,  əsrin  sonunda 

ingilis  səyyahı  H.Linçin  bilavasitə  naturadan  çəkdikləri  rəsm  əsərləri  və  fotolar 

sarayın bədii tərtibatı, divar rəsmlərinin  məzmunu, forma  və  üslubu, professional 

sənətkarlıq və estetik xüsusiyyətləri haqqında fikir söyləməyə imkan verir. 




126 

 

Sarayın  Güzgülüsalonu  və  Yay  köşkünün  divarlarını  bəzəyən  ilkin 



rəsmlərin  müəllifi  bəlli  deyil.  Dekorativ  və  süjetli  divar  rəsmləri  həmin  dövrdə 

mövcud  olmuş  kanonlara  və  ənənəyə  əsaslanır.  Bir  qayda  olaraq,  divarların 

paneldən  yuxarı  səthində  tağlarda  və      tağlararası  pannolarda  həndəsi  və  stilizə 

edilmiş  nəbati  motivlərdən  ibarət  dekorativ  kompozisiyalar,  gül  və  çiçəklərin, 

heyvan  və  quşların  canlı,  real  təsvirləri    verilmişdir    [Bax:      Kərim      Kərimov.   

Göstərilən məqalə]. 

Sarayın  bədii  tərtibatının  əsasını  portret  təsvirləri  və  çoxfiqurlu  süjetli 

kompozisiyalar təşkil edirdi [Bax: Kərim Kərimov. Göstərilən məqalə]. 

H.Linc İrəvan xan sarayının Güzgülü salonunu belə təsvir edir: "Şəbəkəli 

tağların  saysız-hesabsız  güzgüləri  ətrafa  büllur  kimi  şölə  saçır.  Salonun  tavanı 

başdan-başa  bəzəyə  qərq  olmuşdur.  Tavanın  aşağısı  bolluca  nəbati  naxışlarla 

bəzənib ki, bunlar da əsasən süsən və qızılgüllərdən ibarətdir" [101,216]. 

Güzgülü  salonu  dərin  çatma  tağlı  formada  olan  ön  divarında  ornamental 

pannolarla  tavan  arasında  qalan  zolaqda  oxşar  və  eynibiçimli  çərçivə  daxilində 

Fətəli şahın, onun oğlu Abbas Mirzənin, Trəvan xanı Hüseynqulu xanın və qardaşı 

Həsən xanın, qəhrəman Fərəməzin, Rüstəm Zalın, onun oğlu Zöhrabın, habelə bir 

qadının portretləri təsvir olunmuşdur [101, 217; 215,181]. 

1827-1828-ci  illərdə  rus  ordusunun  İrəvana  hücumunda  iştirak  edən 

V.Maşkovun  çəkdiyi  rəsmdə  Fətəli  şahla  Abbas  Mirzənin  portretləri  arasında 

izdihamlı ov səhnəsi təsvir olunmuşdur [Bax: Kərim Kərimov. Göstərilən məqalə]. 

XIX  əsrin  50-ci  illərində  baxımsızlıq  üzündən  yararsız  hala  düşən, 

nəmişlikdən  divar  rəsmləri  korlanan,  karniz  və  tavanın  güzgüləri  qopub  tökülən 

Xan sarayında qismən də olsa bərpa işləri aparılmışdır. Bərpa işlərini Azərbaycan 

dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvani (1825-1875) həyata keçirmişdir. 

Xüsusi  rəssamlıq  təhsili  almayan  M.Q.İrəvani  bu  sənəti  bədii  oyma  ustası  olan 

atasından  öyrənmişdi.  Yaradıcılığının  ilk  dövrlərində  dekorativ  sənətlə  məşğul 

olmuş,  bir  sıra    portretlər  -  "Süvari", "Rəqqasə",  "Dərviş"  (Azərbaycan  İncəsənət 

Muzeyi)  və  s.  yaratmışdır.  İrəvan  sərdarının  sarayındakı  pannoları  və  süjetli 

kompozisiyaları  bərpa  etmiş,  sarayın  Güzgülü  salonunda  yağlı  boya  ilə  bir  neçə 

monumental  portret  (Fətəli  şah,  Abbas  Mirzə  və  s.)  çəkmişdir.  Onun  1860-70-ci 

illərdə  yaratdığı  "Vəcihulla  Mirzə",  "Molla",  "Ayaq  üstə  dayanmış  qadın", 

"Oturmuş qadın", "Gənc oğlan" rəsmləri Azərbaycan İncəsənət Muzeyində, "Mah 

Tələt"  Gürcüstan  Dövlət  İncəsənət  Muzeyində,  "Çiçəklər  və  quşlar"  Sankt-

Peterburqda Ermitajda saxlanılır [ASE VI, Bakı, 1980, s. 517-518; bax: bölmənin 

sonu, şəkil 12, 13]. 

Sarayın  bərpadan  əvvəlki  və  sonrakı  tərtibatına  aid  əyani  materialın 

müqayisəli  təhlili  göstərir  ki,  divar  rəsmlərinin  ancaq  bir  hissəsi  -  portretlər  və 

dekorativ  pannolar  bərpa  edilmişdi.  Ov,  döyüş  və  məhəbbət  səhnələrini  bərpa 

etmək mümkün olmadığından, onların yerində yeni ornamental-dekorativ pannolar 

çəkilmişdi.  Portrelləri bərpa  edərkən M.Q.İrəvani işə  mexaniki  yanaşmamış,  yeni 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə