Azərbaycan xalqının dahi oğlu, ümummilli lider



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə73/85
tarix15.03.2018
ölçüsü1,98 Mb.
#32398
1   ...   69   70   71   72   73   74   75   76   ...   85

271 

 

nəfər  erməni  (10631  ailə)  köçürüldü.  Köçürülmələrdən  əvvəl  həmin  ərazidə  cəmisi 



25151  nəfər  (4428  ailə)  erməni  yaşayırdı  ki,  onlar  da  bundan  əvvəlki  müharibələr 

zamanı  köçürülmüşdü.  Müharibələr  nəticəsində  İrəvan  və  Naxçıvan  xanlıqlarının 

ərazisindən Azərbaycan türklərinin xeyli hissəsi qaçqın düşmüş, orada yalnız 81749 

nəfər  (16078  ailə)  azərbaycanlı  qalmışdı.  Kütləvi  köçürmələrdən  sonra  "Erməni 

vilayəti"ndə  ermənilərin  sayı  82377  nəfərə  (15059  ailə)  çatdı.  Nəticədə  vilayətdə 

erməni əhali müsəlmanları, cüzi də olsa, sayca üstələdi [95, 642; 109,42]. Bununla da 

bu  qanlı  siyasəti  həyata  keçirən  çar  Rusiyası  və  erməni  siyasətçiləri  öz  çirkin 

məqsədlərinə nail oldular. Ümumiyyətlə, İrandan köçürülən 8249 ailədən 6949-nun 

"Erməni  vilayəti"ndə  yerləşdirilməsi  nəzərə  alınsa,  Onda  belə  qənaətə  gəlmək  olar 

ki, qalan 1300 ailə Qarabağa və Zəngəzura köçürülmüşdür [109, 32]. 

1840-cı  ildə  "Erməni  vilayəti"  ləğv  edildi.  Onun  əvəzində  İrəvan  qəzası 

yaradıldı və  bu qəza Gürcü-İmereti quberniyasının tərkibinə  daxil edildi. Bununla 

Azərbaycanın  ərazi-dövlətçilik  ənənələrinə  növbəti  zərbə  vuruldu  və  İrəvan 

xanlığının  ərazisində  erməni  dövləti  yaratmaq üçün növbəti addım atıldı. 1849-cu 

ildə İrəvan, Aleksandropol [Gümrü — red.], Naxçıvan, Ordubad və Novo-Bayazid 

[Göyçə mahalının şərq hissəsi - red.] qəzalarından ibarət İrəvan quberniyası təşkil 

edildi  və  1917-ci  ilə  qədər  bu  struktur  əsasən  dəyişməz  qaldı  [109,  24].  İrəvan 

quberniyasının  yaradılması  Şimali  Azərbaycan  ərazisində  erməni  dövləti 

yaradılması yolunda həlledici addım oldu. 

Yeri  gəlmişkən,  XIX  əsrin  əvvəlində  Rusiya  imperiyasının  bəzi  hakim 

dairələri  Cənubi  Qafqazda  Azərbaycan  torpaqlarında  ermənilərin  deyil,  məhz  rus 

kolonistlərinin  -  kazaklar,  molokanlar  duxoborlar  və  başqa  təriqəllərdən  olan 

xristian  əhalinin  yerləşdirilməsinə  üstünlük  verirdi.  Bu  məqsədlə  bir  neçə  layihə 

hazırlansa da. sonralar onların icrası təxirə salındı. 

N.N.Şavrov  Rusiyanın  Cənubi  Qafqazdakı  müstəmləkəçilik  siyasəti 

haqqında  yazır:  "Biz  müstəmləkəçilik  fəaliyyətimizə  Cənubi  Qafqazda  rusların 

deyil,  bizə  yad  olan  xalqların  yerləşdirilməsindan  başladıq...  1826-1828-ci  illər 

müharibəsinin qurtarmasından sonrakı iki il ərzində - 1828-ci ildən 1830-cu ilədək 

Cənubi  Qafqaza  40  min  İran  və

 

84  min  Türkiyə  ermənisi  köçürdük  və  onları 



erməni  əhalinin  cüzi  olduğu  Yelizavetpol  və  İrəvan  quberniyalarının  ən  yaxşı 

dövlət torpaqlarında  yerləşdirdik. Onları,  həmçinin, Tiflis  quberniyasının Borçalı, 

Axıska  və  Axılkələk  qəzalarında  yerləşdirdik.  Onların  yerləşdirilməsi  üçün  200 

min  desyatindən  artıq  dövlət  torpağı  ayrıldı,  müsəlmanlardan  2  milyon  rubldan 

artıq  məblağdə  xüsusi  mülkiyyət  torpaqları  satın  alındı.  Yelizavetpol 

quberniyasının  dağlıq  hissəsi  və  Göyçə  gölünün  sahili  həmin  ermənilərlə 

məskunlaşdırıldı. Nəzərə almaq lazımdır ki, rəsmi köçürülən 124 min nəfər erməni 

ilə  yanaşı,  qeyri-rəsmi  şəkildə  köçənlər  də  çox  olmuşdur  və  ümumiyyətlə, 

köçürülənlərin sayı 200 min nəfərdən xeyli artıqdır" [92, 63; 109,43]. 

Ermənilərin  keçmiş  İrəvan  xanlığı  ərazisinə  axını  1877-1878-ci  illər 

Rusiya – Türkiyə müharibəsindən sonra daha da gücləndi. XIX əsrin 90-cı illərində 



272 

 

Türkiyədə dövlətə qarşı baş verən erməni qiyamlarının yatırılmasından sonra daha 



400  minə  yaxın  erməni  yenə  də  Cənubi  Qafqaza  Azərbaycan  torpaqlarına  köçdü. 

N.Şavrov qeyd edir ki,  XIX  əsrin  əvvəlində  Cənubi Qafqazda  yaşayan 1.300.000 

ernəninin bir milyondan çoxu yerli əhali deyil, onları bura biz köçürüb gətirmişik. 

N.Şavrovun  yazdıqlarını  orijinalda  olduğu  kimi  təqdim  edirik:  "Кроме  армян  в 

наши  пределы  переселилось  не  которое  количество  айсор,  а  также  и 

мусульман (в Бакинскую губернию), по наибольшее количество переселенцев 

выпадает  на  долю  армян:  так,  из  1.300  т.,  проживающих  ныне  в  Закавказье 

армян, более 1.000.000 душ не принадлежит к числу коренных жителей края 

и поселены нами" [92,63]. 

Beləliklə,  XIX  əsrin  əvvəllərində  Qacarlar  İrani  və  Osmanlı  dövlətini 

məğlubiyyətə uğradaraq Cənubi Qafqazı işğal edən  Rusiya imperiyası zor gücünə 

regionun  etnik  mənzərəsini  dəyişdi.  İran  və  Türkiуəуə  qarşı  yeni  müharibələrə 

hazırlaşan  çar  Rusiyası  Cənubi  Qafqazda  yeni  xristian  bufer  xətti  yaratmaq  üçün 

kütləvi  surətdə  erməniləri  İran  və  Türkiyədən  yenicə  işğal  olunmuş  Şimali 

Azərbaycan torpaqlarına keçmiş İrəvan, Naxçıvan, Qarabağ xanlıqlarının ərazisinə 

və digər yerlərə köçürdü. 

Bununla XIX əsrin 20-30-cu illərindən başlayaraq Cənubi Qafqazın etnik 

xəritəsində  yeni  toplum  erməni  toplumu  peyda  oldu.  İran  və  Osmanlı  dövlətinə 

qarşı  müharibələrdə  daim  Rusiyaya  hər  cür  xidmət  göstərən  və  Azərbaycan, 

Gürcüstan,  Türkiyə  əraziləri  hesabına  özünə  dövlət  yaratmağa  çalışan  ermənilər 

Cənubi  Qafqazda  daimi  gərginlik  ocağı  yaratdılar.  Bütün  Cənubi  Qafqazda  və 

Şərqi Anadoluda ermənilərin və onların havadarlarının əli ilə törədilən soyqırımları 

və deportasiyalar dövrü başlandı. Bu qanlı siyasətin əsas hədəfi isə Azərbaycan və 

Türkiyə oldu. 

 



273 

 

 




Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə