Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə28/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   24   25   26   27   28   29   30   31   ...   208

64 

 

Xırmanda döyülmüş dərzlərdən əldə edilmiş çəltiyi ayaq, yaxud su dinglərində 



döyməklə  qabığından  çıxarıb  düyü  hasil  edirdilər.  Bu  işlə  kəndlilər  əsasən  öz 

qüvvələri ilə məşğul olurdular. Lakin kifayət qədər işçi qüvvəsi olmayan ailələr ayaq 

dingləri  vasitəsilə  çəltiyin  təmizlənməsi  üçün  də  iməcilik  təşkil  edirdilər.  Bu 

iməciliklərin  əhatə  dairəsi  məhdud  olurdu.  Çəltiyin  ayaq  dinglərində  təmizlənməsi 

işində yalnız qonşu və qohum kişi və qadınlar iştirak edirdilər[32]. 

İməciliklər,  qeyd  olunduğu  kimi,  bir  qayda  olaraq  qonşu,  qohum  və 

həmkəndlilər arasında təşkil edilərdi. Lakin ehtiyac olduqda kəndlilər qonşu kəndlərdə 

təşkil    olunmuş  iməciliklərə  də  gedərdilər.  Naxçıvan,  Cəbrayıl,  Quba,  Şəki  və  b. 

qəzaların taxılçılıqla məşğul olan kəndlərinin əhalisi qonşu kəndlərin camaatının təşkil 

etdikləri  iməciliklərə  gedərdilər.  Lənkəran  qəzasının  çəltikçiliklə  məşğul  olan 

Ərkivan, Boradigah, Türkoba, Veravul, Vilvan, Boladi, Velədi, Xolmili, Səpnəkəran, 

Şiyəkəran,  Ərçivan  və  b.  kəndlərinin  camaatı  çəltik  biçini  zamanı  qonşu  kəndlərə 

iməciliyə gedərdilər. 

Azərbaycanın  suvarmaya  əsaslanan  əkinçilik  təsərrüfatları  böyük  və  kiçik 

çaylardan  çəkilmiş  ana  arxlardan  istifadə  edirdilər.  Ana  arxlardan  isə  ayrı-ayrı 

kəndlərin  əkin  sahələrini  suvarmaq  üçün  qol  arxlar  çəkilirdi.  Arxların  çəkilməsi 

işində,  həmçinin  su  bəndlərinin  və  dəhnələrin  tikilməsində  sudan  istifadə  edəcək 

kəndin  bütün  əhalisi,  bəzən  də  qonşu  kəndlərin  əhalisi  iştirak  edirdi.  Çünki  on 

kilometrlərlə  uzunluğunda  olan  arxların  çəkilməsi  böyük  işçi  qüvvəsi  tələb  edirdi. 

Arxın  qazılması,  dəhnə  basılması  və  bununla  da  çayın  suyunun  səviyyəsini  qaldırıb 

ana arxa yönəltmək üçün tələb olunan çox ağır bir iş həmişə kollektivin birgə əməyi 

ilə görülmüşdür. Bu işin təşkilatçıları mirablar olardı. 

Arxların  çəkilməsi,  bənd  və  dəhnələrin  qurulması  və  təmiri  işləri  adətən  

iməcilik  yolu  ilə  erkən  yazda  görülərdi.  Bu  məqsədlə  mirab,  yaxud  onun  köməkçisi 

cuvar kəndin ağsaqqallarına və camaatına qabaqcadan xəbər verərdi ki, filan gün ana 

arxı  və  ya  qol  arxı  təmizləmək,  bənd  və  dəhnəni  təmir  etmək  üçün  kənd  camaatı 

iməciliyə çıxmalıdır. Müəyyən edilmiş gün və vaxtda kənd camaatı iməciliyə çıxardı. 

El  adətinə  görə,  bu  iməcilikdən  boyun  qaçırmaq  qəbahət  sayılırdı  və  pislənirdi.  Bu 

işdən imtina edən şəxsin camaatın üzünə baxmağa mənəvi haqqı yoxdu. Adətən, belə 

iməciliyə hər evdən bir nəfər, necə deyərlər, bir bel çıxardı. Onlar özləri ilə bel, yaba, 

balta  və  külüng  kimi  əmək  alətləri,  at,  ulaq  və  araba  kimi  nəqliyyat  vasitələri 

götürərdilər. İməcilik zamanı hər kəndin camaatı dəhnədən tutmuş bütün ana arx boyu 

onun üçün ayrılmış hissəni təmizləyər və təmir edərdi. 

Azərbaycanın  Naxçıvan,  Qarabağ,  Lənkəran,  Abşeron  və  b.  bölgələrində 

suvarma  məqsədilə  kəhrizlərin  qazılması  zamanı  da  iməcilik  qarşılıqlı  yardım 

formasına  tez-tez  müraciət  edilirdi.  Belə  ki,  kəhrizin  qazılması  böyük  işçi  qüvvəsi 

tələb edirdi. Elliklə qazılan kəhrizlərin suyundan hamı istifadə edərdi. 

Yol  çəkmək  və  körpü  salmaq,  yaxud  onları  təmir  etmək  üçün  də  belə 

iməciliklər təşkil olunurdu. Lakin onların təşkilatçıları yüzbaşılar olardı. Odur ki, belə 

iməciliklər  "yüzbaşı  iməciliyi"  adlanardı.  Bu  iməcilik  də  digər  iməciliklər  kimi 




65 

 

mahiyyət  etibarilə  könüllülük  prinsipinə  əsaslansa  da,  hakimiyyət  nümayəndəsi 



yüzbaşı tərəfindən təşkil olunduğu üçün əslində məcburi xarakter daşıyırdı. 

Su  arxlarının  çəkilməsi,  bənd  və  dəhnələrin  qurulması,  yol  və  körpülərin 

tikilməsi  və  təmiri  məqsədilə  təşkil  olunan  el  iməciliklərində  yalnız  kişilər  iştirak 

edərdilər. Kişilərin iştirakı ilə təşkil olunan çox geniş yayılmış iməciliklərdən biri də 

yaşayış  evlərinin  tikilməsi  ilə  bağlı  məhəllə  iməciliyi  olmuşdur.  Belə  iməciliyi  ev 

tikən  şəxs  çağırardı.  Yaşayış  evinin  tikintisində  hər  bir  ailəyə  onun  qohumları  ilə 

yanaşı  bütün  qonşuları  da  köməklik  göstərirdilər.  Ev  tikintisi  məqsədilə  çağırılan 

iməcilik  zamanı  ev  sahibinin  ailəsi  iməcilik  iştirakçıları  üçün  yaxşı  süfrə  açar,  dadlı 

yeməklər hazırlayardı. Ev tikintisi üçün təşkil olunmuş iməciliklər zamanı bəzi adətlər 

də mövcud idi. Bu da xələt verilməsi ilə bağlı idi. Məsələn, binanın damının basılması 

prosesində  dama  ilk  tir  qaldırılan  zaman  ustalardan  biri  ucadan  qışqırardı:  "Tir 

qalxmır!"  Bunu  eşidən  ev  sahibi  başa  düşərdi  ki,  usta  xələt  istəyir  və  gətirib  ona  bir 

köynək,  araqçın,  papaq  və  s.  xələt  verərdi.  Belə  hədiyyə  almaq  bir  növ  gözaydınlığı 

vermək xarakterli el adəti idi. 

Məişət xarakterli iməciliklərə gəlin köçəcək qızın cehizini sahmana salmaq və 

toy  ilə  bağlı  el  köməklikləri  aiddir.  Belə  el  köməkliklərinə  cehizlik  xalça-palazın 

toxunması,  yun  corabların  hazırlanması,  yorğan-döşəyin  sırınması  və  başqa  təcili 

görüləsi işlər üçün təşkil olunan iməciliklər aid idi. Quba bölgəsində gəlin köçən hər 

bir  qıza  50-100  cüt  yun  corab  verilərdi.  Həmin  corabları  gəlini  görməyə  gələn 

qohumlara bağışlayardılar. Bu qədər corabı toxumaq üçün qızın anası öz qohumlarını 

və  qonşuları  iməciliyə  çağırardı.  İməciliyə  çağırılan  qız  və  gəlinlər  həvəslə  dəvəti 

qəbul  edər  və  lazımi  alətlərini  götürüb  köməyə  gələrdilər.  Onlar  bunu  özlərinə  borc 

bilərdilər  və  iməcilikdə  hamı  canla-başla  iştirak  edərdi.  Əvvələn,  dəvət  olunmuş 

iməciliyə  getməmək  ayıb  iş  hesab  olunurdu.  İkincisi,  hamı  yaxşı  bilirdi  ki,  bu  gün 

onların  kömək  etdikləri  ailə  sabah  onların  özlərinin  köməyinə  gələcəkdir.  Belə  ki, 

iməcilik təmənnasız köməklik olsa da, haradasa onun əvəzi gözlənilirdi, yəni qarşılıqlı 

köməklik  xarakteri  daşıyan  bu  iməcilik  qarşılıqlı  yardım  forması  idi.  Əlbəttə,  el 

köməkliyinin  qarşılıqlı  olmasını  öz  təcrübəsindən  yaxşı  bilən  camaat  onun  əvəzinin 

ödənəcəyi  haqqında  düşünmür,  iməcilikdə  iştirak  etməyi  özlərinə  mənəvi  borc 

bilirdilər.  Məişət  xarakterli  belə  iməciliklər  qız-gəlinlərin  toy-bayramına  çevrilirdi. 

Axşamdan  başlanan  iş  səhərədək  davam  edərdi.  Qız  gəlinlər  ev  sahibinin  gətirdiyi 

meyvələrdən,  çərəzdən  və  qovurğadan  yeyər,  deyib-gülər,  mahnı  oxuyar, 

şənlənərdilər[33]. 

Gəlin  köçəcək  qızın  cehizlərini  sahmana  salmaq  məqsədilə  çağırılan 

iməciliklər bir sıra el adətləri ilə də bağlı olmuşdur. Belə adətlərdən birinə görə nişanlı 

qızın gəlinlik yorğan-döşəyi tutularkən yunun ilk  təmizlənmiş hissəsini həyətin gözə 

görünən  yerindən  asardılar.  Qonşular  bunu  görüb  nişanlı  qızın  qayınanasına  xəbər 

çatdırardılar  ki,  gəlinin  toy  döşəyi  hazırlanır.  Qayınana  da  adına  layiq  bir  xonça 

düzəldib  gələcək  gəlininin  evinə  göndərərdi.  Xonçaya  mer-meyvə  və  şirniyyatla 

bərabər yorğan-döşəyi sırıyan qadın üçün xüsusi hədiyyə də qoyulardı. Xonça nişanlı 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə