Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə29/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   25   26   27   28   29   30   31   32   ...   208

66 

 

qızın evinə gətirilən kimi iməciliyin iştirakçıları qızın başına toplaşıb ona gözaydınlığı 



verər,  xoşbəxt  olmasını  arzulayar,  meyvə  və  şirniyyatdan  yeyərdilər.  Nişanlı  qızın 

anası isə göndərilmiş hədiyyəni götürüb yorğan-döşək sırıyan qadına verərdi[34]. 

Toy üçün çörək bişirmək də el köməkliyi olmadan ötüşmürdü. Toy mərasiminə 

bir-iki  gün  qalmış  toy  sahibi  olan  qadın  kəndin  ağbirçəklərini  çörək  bişirməyə  dəvət 

edərdi. Belə dəvəti alan hər bir qadın çörək bişirməyə gəlməyi özünə borc bilərdi. Toy 

sahibi  çörəkbişirənlər  üçün  qabaqcadan  kiçik  hədiyyələr  hazırlayar,  hər  birinə  iş 

zamanı geymək üçün önlük bağışlardı. Çörəkbişirməyə yığışmış kəndin qadınları bir-

iki  gün  ərzində  toya  lazım  olan  çörəyi  bişirib  qurtarardılar.  Çörək  bişirmək  ilə 

əlaqədar  çağırılmış  iməciliklər  də  çal-çağırsız  keçinməzdi.  Qız-gəlinlərlə  bərabər 

ağbirçək  qadınlar  da  bayatı  deməklə  bir-birləri  ilə  yarışardılar.  Söylənilən  bayatılar 

toy məclisinin məzmununa, gəlinlərə və çörək bişirənlərə həsr edilərdi. Məsələn: 

  "Ulduz gəlin, ay gəlin, 

                                                 Olmaz sənə tay gəlin. 

 Qardaşının toyudur, 

              Nazik yuxa yay, gəlin"[35]. 

El  köməklikləri  yas  mərasimlərində  çörək  bişirilməsi  zamanı  da  göstərilərdi. 

Yas  yerinə  gələn bir neçə  yüz  adamın  çörəyini  bişirmək  köməksiz  mümkün deyildi. 

Bu zaman el-oba köməyə gəlirdi. Lakin toy mərasimindən fərqli olaraq yas mərasimi 

üçün  çörəkbişirməyə  adamlar  dəvət  olunmurdular.  Kəndin  qadınları  heç  bir  dəvət 

gözləmədən öz çörəkbişirmə avadanlıqlarını götürüb yas yerinə gələr, çörək bişirməyə 

başlardılar. Ona  görə  də  bu adəti iməcilik adlandırmaq olmaz, çünki iməciliyi  təşkil 

edərdilər və adamları bu tədbirə çağırardılar. Yas mərasimləri üçün kollektiv surətdə 

çörəkbişirmə adəti, həmçinin yas xörəklərinin hazırlanması xeyriyyəçilik mahiyyətli, 

lakin qarşılıqlı yardım xarakterli el köməkliyi olmuşdur. 

Azərbaycanın kontinental iqlimə malik olan bölgələrində maldar əhali arasında 

çörək  bişirməklə  əlaqədar  olan  "iməcilik"  qarşılıqlı  yardım  forması  adi  hallarda  da 

təşkil edilərdi. Həmin bölgələrin maldarlıqla məşğul olan əhalisi qış ayları üçün lazım 

olan çörəyi havalar hələ isti olduğu vaxtlarda bişirərdi. Ailənin bir neçə aylıq çörəyini 

qısa müddətdə bişirmək bir-iki qadın üçün çox çətin olduğundan, qadınlar vəziyyətdən 

çıxış  yolunu  iməcilik  təşkil  etməkdə  görərdilər.  Çörək  bişirməkdə  köməyə  ehtiyacı 

olan hər kəs iməcilik çağırmağa təşəbbüs göstərə bilərdi. Obanın 10-15 qadını bir yerə 

toplaşaraq,  iməcilik  yolu  ilə  bir  gün  biri,  o  biri  gün  isə  digəri  üçün  qışlaq  çörəyi 

bişirərdilər. Beləliklə, növbə ilə hamının qışlaq çörəyi bişirilərdi. 

Milli  bayramımız  olan  Novruz  təntənələrini  yüksək  səviyyədə  qeyd  etmək 

üçün xalq növbənöv qənnadı məmulatı və çörəklər bişirir. Ənənəvi bayram şirniyyatı 

və  mərasim  çörəklərinin  bişirilməsi  üçün  də  qadınlar  iməcilik  qarşılıqlı  yardım 

formasından  istifadə  edərdilər.  Bayram  xörəklərinin  hazırlanması  el  şənliyinə 

çevrilərdi. İməciliyə çağırılan qadınlar hərə bir iş görməklə bayrama hazırlıqda iştirak 

edərdilər.  Novruz  bayramına  qədər  belə  iməciliklər  növbə  ilə  onun  iştirakçılarının 

hamısının evində keçirilərdi. 




67 

 

Azərbaycanda  qarşılıqlı  yardımın  çox  geniş  yayılmış  ikinci  forması  "əfrəz" 



olmuşdur.  Bu  el  köməkliyinin  adı  ərəbcə  "təsadüfi"  "fövqəladə  hadisələr"  mənasını 

verən  "əvariz"  sözündən  götürülmüşdür.  Görünür,  Azərbaycanın  Kəlbəcər  və  Qazax 

rayonlarında yaşayan ayrımlar arasında bu qarşılıqlı yardım formasının "avaya" adı ilə 

tanınması  da  bununla  əlaqədardır.  "Əvrəz"  Azərbaycanın  əksər  bölgələrində 

"iməcilik" anlayışının sinonimi kimi işlədilsə də, bəzi bölgələrdə, o cümlədən Şirvan 

və Quba bölgələrində əsasən ağır zəhmət tələb edən təsərrüfat işlərində yalnız kişilərin 

iştirakı ilə təşkil edilən el köməkliyinə deyilirdi. 

 Yeri  gəlmişkən,  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  tarixşünaslığında 

əvrəzdən, yalnış olaraq feodal mükəlləfiyyətlərindən biri kimi bəhs olunur. Rus alimi  

İ.Petruşinski  Azərbaycanda  feodal  münasibətlərindən  bəhs  edərkən  əvrəzi  Səfəvilər 

dövlətində  feodal  mükəlləfiyyətlərindən  biri  hesab  etmişdir.  O  daha  sonra  qeyd  edir 

ki, Azərbaycanda kəndlilər XVIII-XIX əsrlərdə bəy və mülkədarların xeyrinə məcburi 

işlədikləri "biyar"dan əlavə ildə iki gün "əvrəz"ə də çıxmalı idilər[36]. 

Azərbaycan  alimlərindən  M.Əfəndiyev  və  İ.Həsənov  da  bu  səhv  müddəaya 

əsaslanaraq  öz

 

tədqiqatlarında  əvrəzi  XVIII-XIX  əsrlərdə  Azərbaycan  feodal 

mükəlləfiyyətlərindən  biri  kimi  təhlil  etmişlər[37].  Əvrəzin  feodal  mükəlləfiyyəti 

olması  haqqında  yanlış  fikir  öz  əksini  7  cildlik  "Azərbaycan  tarixi"ndə  də 

tapmışdır[38]. 

Etnoqrafik  materialların  təhlili  nəticəsində  isə  müəyyən  edilmişdir  ki, 

kəndilərin bəy və mülkədarlar üçün məcburi yerinə yetirdikləri "biyar" işindən fərqli 

olaraq,  "əvrəz"  qədimdən  öz  mahiyyəti  etibarilə  könüllülük  prinsipi  əsasında 

kəndlilərin təsərrüfat işlərində bir-birlərinə göstərdikləri qarşılıqlı yardım forması kimi 

təşəkkül  tapmış  və  el  adətinə  çevrilmişdir.  Sonralar  bəy  və  mülkədarlar  xalqın  bu 

adətindən  müəyyən  məqsədlər  üçün  istifadə  etmişlər.  Görkəmli  etnoqraf  Q.Qaraqaşlı 

çox  haqlı  olaraq  belə  hesab  edir  ki,  əvrəz  məhsuldar  qüvvələrin  geridə  qaldığı, 

primitiv  səviyyədə  olduğu,  kollektiv  əməyə  zəruri  ehtiyac  olduğu  nəsli  –  qəbilə 

quruluşu  dövründə  təşəkkül  tapmış  və  zəmanəmizə  qədər  gəlib  çıxmışdır.  Sinifli 

cəmiyyətdə  isə  hakim  sosial  təbəqələrin  kəndliləri  istismar  formasına  çevrilmişdir. 

Belə ki, XIX əsr və XX əsrin əvvəllərində əvrəz məcburi mükəlləfiyyətlər siyahısına 

daxil  deyildi.  Azərbaycanın  qərb  bölgələrində  adətə  görə  bütün  kənd,  yaxud  kənd 

icması  mülkədarın  xeyrinə  ildə  bir  və  ya  iki  gün  əvrəzə  çıxır,  onun  əkin  sahəsini 

şumlayır,  taxılını  biçir,  ot  çalır  və  bina  tikirdilər.  Mülkədar  əvrəz  zamanı  kəndlilərə 

yemək də verirdi[39]. İlk baxışdan bir növ feodal mükəlləfiyyəti kimi təsir bağışlayan 

belə  əvrəzi  kəndlilər  həmişə  qarşılıqlı  yardımdan  fərqləndirmiş,  onu  məzmununa 

uyğun  olaraq  "bəy  əvrəzi",  "yüzbaşı  əvrəzi", "kəndxuda  əvrəzi",  "koxa  əvrəzi"  və  s. 

adlandırmışlar. Bəy əvrəzinin XIX əsrdə feodal mükəlləfiyyəti deyil, bəyin çağırışı ilə 

kəndlilərin  könüllü  köməklik  forması  olması  çar  hökumətinin  1847-ci  il  "Kəndli 

əsasnamələri"ndə  də  qeyd  edilmişdir.  Əsasnamənin  Quba  qəzasına  aid  qaydalarının 

10-cu  bəndində  deyilirdi  ki,  əgər  bəy  əvrəz  çağırarsa,  yəni  işə  könüllü  çağırış  elan 

edərsə,  bəyin  əvrəzə  çıxanlara  yemək  verməsi  şərtilə,  əhalinin  köməyə  getməsinə 



Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə