Azərbaycan xalqının ümummilli lideri



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə32/208
tarix01.11.2017
ölçüsü4,66 Mb.
#7722
1   ...   28   29   30   31   32   33   34   35   ...   208

72 

 

bağlı müxtəlif əmək proseslərində, o cümlədən şum, səpin, taxıl biçini və döyümü, ot 



çalımı,  suvarma  arxlarının  çəkilməsi,  təmizlənməsi  və  bərpası  işlərində,  körpü 

salınması,  yaşayış  evləri  və  təsərrüfat  tikililərinin  inşası,  maldarlıq  məhsullarının 

emalı və s. kollektiv dəstək tələb olunan işlər zamanı həyata keçirilirdi. 

Cey ən çox əkin üçün torpağın şumlanması prosesində təşkil edilirdi. Şum ceyi

 

qoşqu  heyvanlarının  və  şum  əmək  alətlərinin  müvəqqəti  birləşdirilməsi  və  əkin 



sahələrinin  növbə  ilə  şumlanmasından  ibarət  idi.  Şum  ceyinin  iştirakçıları  arasında 

əməyin  xarakteri  və  mərhələləri  ilə  bağlı  olaraq  iş  bölgüsü  aparılırdı.  Taxıl  biçini 

zamanı  isə  ceydə  birləşənlər  taxıl  itkisinə  yol  verməmək  məqsədilə  sünbüllərin  tez 

yetişdiyi sahədən başlayıb növbə ilə bütün cey iştirakçılarının taxılını qısaldılmış biçin 

vaxtında  biçib  zəmidən  xırmana  daşıyardılar.  Torpağın  uzunmüddətli  icarəyə 

götürüldüyü  hallarda  icarə  ceyi  yaradılırdı.  İcarə  ceyi  də  uzunmüddətli  olub  şəriklik 

prinsipinə  əsaslanırdı.  Uzunmüddətli  cey  zamanı  şum,  malalama,  səpin,  biçin  və 

döyüm işləri birgə həyata keçirilir, məhsul isə iştirakçılar arasında əməyin miqdarına 

və birləşdirilən əmək alət və vasitələrinin sayına görə bölünürdü[49].  

Azərbaycanın  Qazax,  Göyçə  və  Borçalı  bölgəsinin  əhalisi  yaşayış  evlərinin, 

təsərrüfat binalarının inşasında, məscidlərin tikintisində, həmçinin bu məqsədlər üçün 

daş,  kərpic,  kirəmit  və  meşə  materiallarının  tədarük  edilməsində  də  cey  qarşılıqlı 

yardım formasından istifadə edirdi[50]. 

Əkinçilik  və  tikinti  işləri  ilə  bağlı  təşkil  edilən  cey  köməklik  formasında  bir 

qayda olaraq kişilər iştirak etdikləri halda, məişətlə bağlı köməklik işləri üçün qadınlar 

arasında  da  cey  təşkil  edilirdi.  Qazax  və  Gəncə  qəzalarının  ayrım  kəndlərində, 

həmçinin Borçalı qəzasında qadınlar arasında geniş yayılmış cey yağ hasil etmək üçün 

nehrə  çalmaq  məqsədilə  təşkil  edilirdi.  Burada  "arxıd"  adlanan  böyüktutumlu  ağac 

nehrələrdə yağ hasil edilirdi. Belə nehrənin qatığını çalmaq üçün yoxsul kəndli ailələri 

bir  həftənin  südünü  yığmalı  idi.  Vəziyyətdən  çıxmaq  məqsədilə  5-6  qonşu  qadın  öz 

aralarında  razılaşaraq,  hamısı  öz  birgünlük  inək  südünü  növbə  ilə  cey  təşkil 

edənlərdən birinə verir və hər gün nehrə çalınmasını təmin edirdilər.

 

Yağ hasil etmək 



üçün  birgünlük  südün  növbə  ilə  qonşulardan  birinə  verilməsi  adəti  Qafqazda 

"xanulabu"  adı  ilə  kartli  gürcüləri  arasında,  Orta  Asiyada  "peyvoz"  adı  ilə  taciklər 

arasında da mövcud olmuşdur[51]. 

Azərbaycanda  XIX  əsrdə  torpağın  şumlanması  prosesində  təşkil  edilən 

köməklik  formalarından  biri  də  "mödgəm"  olmuşdur.  "Mödgəm"  əsasən  Kiçik 

Qafqazın


 

dağlıq  bölgələrində  ayrımlar  arasında  təşkil  olunurdu.  Ayrımlar  XIX  əsrdə 

qonşuluq  prinsiplərinə  əsaslanan  kənd  icmaları  mərhələsində  yaşayırdılar.  Torpaq 

ayrım  kəndlərində  hər  üç  ildən  bir  "tüstülər"  (evlər)  arasında  qara  kotanların  sayına 

görə bölünürdü. Təxminən bir ağır kotan birliyinə 5 tüstü daxil edilirdi. Əkin sahələri 

həddən artıq kiçik olduqda bir kotan birliyinin üzvləri torpağı ümumi şumlayır və əkir, 

məhsulu  isə  kotan birliyi  üzvləri arasında  bölüşdürürdülər. Əkin sahəsi qara  kotanın 

işləməsi  üçün  kifayət  edən  qədər  böyük  olduqda  kotan  birliyinin  üzvləri  əkin 

sahələrini  növbə  ilə  şumlayırdılar.  Həyat  kəndlilərə  öyrədirdi  ki,  torpağın  birgə 



73 

 

işlənməsi  fərdi  ailələrin  gücü  ilə  işlənməsindən  üstündür.  Odur  ki,  kəndlilər  əkin



 

sahələrini şumlamaq məqsədilə kotan ətrafında "mödgəm" adlı müvəqqəti birlik təşkil 

edirdilər.  Qara  kotana  8-10  cüt  öküz  qoşulurdu.  Bütün  ayrım  elində  bu  qədər  qoşqu 

heyvanı olan kəndli ailəsi tapmaq çətin olardı. Ona görə də 8-10 kəndli ailəsi öz qara 

kotanları və qoşqu heyvanları ilə bir boyunduruq altında birləşib  "mödgəm" yolu ilə 

əkin  sahələrini  şumlayırdılar.  "Mödgəm"  əmək  birliyi  bir  şum  mövsümünə  -  40 

günlüyə təşkil olunurdu. Bölgədə şum mövsümü Novruz bayramına təxminən iki həftə 

qalmışdan  başlanırdı[52].  "Mödgəm"  yığma  kotan  qarşılıqlı  köməklik  adəti  qonşu 

Gürcüstanda da "modqami" adı ilə geniş yayılmışdı.  

Azərbaycanın  Zəngəzur  bölgəsində  kəndlilərin  torpağı  şumlamaq  üçün  təşkil 

etdikləri köməklik forması "həmgəl" adlanırdı. "Həmgəl" qarşılıqlı yardım formasında 

əmək  alət  və  vasitələri  birləşdirilir,  şum  günləri  hüququ  iş  heyvanlarının,  əmək 

alətlərinin miqdarına və sərf edilmiş əməyin həcminə görə bölüşdürülürdü. "Həmgəl" 

yığma kotan birliyi də 40 günlüyə təşkil olunurdu. "Həmgəl"də əmək vasitələrinə görə 

şum günləri hüququ belə müəyyənləşdirilirdi: 

-

 



1  öküz  (kəl)  vermiş  kəndli  öz  əkin  sahəsini  şumlamaq  üçün  1  şum  günü 

hüququ  əldə  edirdi.  16  öküzə  görə  isə  18  şum  günü  ayrılırdı.  Belə  ki,  qara  kotana 

qoşulan bir cüt dib kəlinin hər birinə görə 1,5 şum günü ayrılırdı; 

-

 



1 qara kotana görə 8 şum günü; 

-  1 qoşqu ləvazimata görə 3 şum günü. 

Əmək vasitələrinə görə cəmi - 29 şum günü. 

"Həmgəl"də əməyə görə şum günləri aşağıdakı kimi müəyyən edilirdi: 

-

 

2  nəfər  öküzçü  üçün  4  şum  günü.  Onların  vəzifəsi  40  gün  ərzində  gecələr 



öküzləri yemləmək idi; 

-

 



4 xodaxçı (sürücü) üçün hərəyə 1 gün olmaqla 4 şum günü; 

-

 



majqal (kotanı nizamlayan sükançı) üçün 1 şum günü; 

-  qoruqçu (bütün kəndin əkin sahəsini qoruyurdu) üçün 1 şum günü. 

Cəmi 8 nəfər 40 gün ərzində əməklərinə görə - 10 şum günü. 

Cəmi - 39 şum günü. Qalmış 1 günü isə kəndin seyidi üçün işləyirdilər[53].  

Beləliklə, "həmgəl" qarşılıqlı yardım formasında 40 günlük şum mövsümündə 

yığma kotanın tavanasız üzvləri cəmi bir gün öz əkin sahələrini şumlamaq hüququna 

malik  idilər.  Bu  da  onlara  kifayət  edirdi.  Çünki  onların  əkin  üçün  torpaq  sahələri  o 

qədər də böyük olmurdu. 

Azərbaycanın Kiçik Qafqaz dağlıq bölgələrində kəndlilərin müxtəlif təsərrüfat 

işlərində  bir-birlərinə  etdikləri  qarşılıqlı  yardımın  formalarından  biri  də  "bədəl" 

adlanırdı.  Bədəl"  köməklik  adətinə  görə,  bir  kəndli  öz  öküzlərini  bir  neçə  günlüyə 

əkin  sahəsini  şumlamaq  üçün  qonşusuna  verirdi.  Əkin  sahəsini  şumlayıb  qurtaran 

kəndli qonşusunun öküzünü qaytararkən öz öküzlərini də bir neçə günlüyə ona verirdi 

ki,  o  da  öz  əkin  sahəsini  şumlaya  bilsin.  Kəndlilər  qarşılıqlı  əvəzçilik  yolu 

ilə  bir-birlərinə  at,  ulaq,  araba,  kotan  və  b.  əmək  vasitələri  də  verirdilər  (54).  Bu 

qarşılıqlı  köməklik  adəti  Azərbaycanın  başqa  bölgələrində  də  "əvəzçilik"adı 




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   208




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə